Month: Aprel 2024

  • Bakıda Belarus Mədəniyyəti Günləri başlayıb

    Azərbaycanda Belarus Mədəniyyəti Günlərinə start verilib.

    Median.Az xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində Bakıda Belarus kinosu günləri də keçiriləcək.

    Filmlər aprelin 1-dən 3-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Azərbaycan tamaşaçıları “Digər sahildə” tarixi dramını, “Kinoçular” komediyasını və bir sıra digər sənədli filmləri seyr edəcəklər.

    Aprelin 2-də “Belarus rəssamların gözü ilə” sərgisinin, həmçinin Mədəniyyət Günlərinin açılışına həsr olunmuş qala-konsertin keçiriləcəyi gözlənilir.

  • Yaponiyada dünyanın ən yaşlı pandası ölüb

    1995-ci ildə Çində doğulan və 2000-ci ilin yayından Yaponiyadakı Kobe zooparkında saxlanılan Tan-Tan adlı panda 28 yaşında ölüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə zoopark administrasiyası məlumat yayıb.

    Qeyd olunur ki, 2024-cü ilin martında keçirilən müntəzəm yoxlama zamanı bambuk ayısında ürək xəstəliyi aşkar edilib. Zooloqların fikrincə, bir panda üçün 28 il insan ömrünün 100 ilinə bərabərdir. Tan-Tan 23,5 ilini Kobe zooparkında keçirib.

    Əvvəlcə pandanın 2020-ci ildə – Yaponiya zooparkında qalması ilə bağlı icarə müddəti bitdikdən sonra Çinə qayıdacağı güman edilirdi, lakin koronavirus pandemiyası və Yaponiya ilə Çin arasında birbaşa uçuşların ləğvi səbəbindən geri dönüş təxirə salınmalı olmuşdu.

  • Sumqayıt-Bakı avtomobil yolunda maşın yandı – VİDEO

    Sumqayıt-Bakı avtomobil yolu, “Saray postu” yaxınlığında “Mercedes” markalı avtomobil yanır.

    Bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

    Hadisə nəticəsində avtomobil yararsız hala düşüb. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.

  • Bakıda tanınmamaq üçün parik taxan oğru ələ keçdi – FOTO/VİDEO

    Paytaxtın Sabunçu rayonu ərazisində naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib.

    Bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (parik) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.

    Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən istixanaların birindən 10 000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunanlar – Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar. Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

  • “Crocus City Hall”dakı terrorda təqsirləndirilən onuncu şəxs məhkəməyə gətirilib – YENİLƏNİB-2

    Crocus City Hall”dakı terrorda təqsirləndirilən onuncu şəxs həbs olunmaq üçün məhkəməyə gətirilib.

    Median.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, Yakubcon Yusufzoda Moskvanın Basman Məhkəməsindədir.

    O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə ittiham olunub (terrorçuluq mütəşəkkil dəstə tərəfindən törədildikdə).

  • Qazaxıstanda daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 14 mini ötüb

    Qazaxıstanın irimiqyaslı daşqın bölgələrindən təxliyə edilmiş sakinlərinin sayı 14,2 mini ötüb, onlardan 5,5 mindən çoxu uşaqlardır.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, daşqınlar başlayandan 14,2 mindən çox insan xilas edilib: “Müvəqqəti yerləşdirmə mərkəzlərində 5 848 nəfər var ki, onlardan 2 222-si uşaqdır”.

    Qeyd edilib ki, hazırda xilasetmə işlərində 10 413 nəfər, 3 743 texnika və 14 hava gəmisi iştirak edir. Respublika qərargahı daşqınlardan zərər çəkmiş səkkiz əraziyə nəzarət edir.

  • ABŞ səfiri iftar süfrəsinə qatılıb

    ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi iftar süfrəsinə qatılıb.

    “Report” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

    “Səfir Libbi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova, sığınacağın əməkdaşları və sakinləri, mübadilə programı məzunları ilə Müqəddəs Ramazan ayında oruc tutanların şərəfinə təşkil olunan iftar süfrəsinə qatılıb. Ramazan bayramının inklüziv ruhunu qeyd edən səfir Mehriban xanım və əməkdaşlarını qadın və uşaqların təhlükəsiz məkanla təmin edilməsi istiqamətində göstərdikləri səylərə görə təqdir edib”, – məlumatda vurğulanıb.

  • Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb

    Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə Corat bağlarında qeydə alınıb.

    1980-ci il təvəllüdlü Teymur Şakir oğlu Məmmədovun meyiti yarımtikilidə müəyyən edilib.

    Onun tüfeyli həyat yaşadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İsrailin Dəməşqə atdığı raket İran səfirliyinin yaxınlığına düşüb

    İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

    “Report” “Ria Novosti”yə istinadən xəbər verir ki, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb.

    Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib.

    Ölən və ya yaralanan barəsində məlumat yoxdur.

  • “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb – YENİLƏNİB

    Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.

    “Report” xəbər verir ki, bu barədə TASS-a bildirilib.

    Qeyd edilib ki, Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.

    “O, 12 sutka müddətinə inzibati həbs edilib”, – məlumatda vurğulanıb.

    Xatırladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.

    18:19
    Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terrorla bağlı daha bir şəxsin həbsi üçün vəsatət qaldırıb.

    “Report” xəbər verir ki, bu barədə İstintaq Komitəsindən TASS-a məlumat verilib.

    “İstintaq məhkəmədən “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxsin – Yakubcon Yusufzodanın həbs olunmasını istəyir”, – məlumatda vurğulanıb.

    Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

    Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya “hesaba qatılmamış” sayılır.