Month: April 2024

  • Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

    Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gələcək.

    Bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

    O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb.

    Mənbə: Vesti.kg

  • Qusardan Qubaya gələrək evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib

    Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında rayonun Alekseyevka kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən, Qusar rayon sakini Tahir Azayev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, həmin şəxs talama məqsədilə tanımadığı şəxsə məxsus evə gizlin daxil olub və oradan qızıl-zinət əşyaları oğurlayıb.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Azayevin barəsində həbs qətimkan tədbiri seçilib.

  • Ильхам Алиев посетил Гаджигабульский район – ФОТО

    9 апреля Президент Азербайджанской Республики Ильхам Алиев посетил Гаджигабульский район.

    Как сообщает АЗЕРТАДЖ, глава государства принял участие в открытии автомобильной дороги Муган – Биринджи Пашалы – Икинджи Пашалы – Шорбачи – Биринджи Удуллу – Тагылы – Икинджи Удуллу – Губалы Гаджигабульского района и ознакомился с комплексом ирригационных установок для подачи оросительной воды посредством насосной станции из реки Кура на 4 200 га земельных участков, принадлежащих ООО Agro Dairy.









  • Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub.

    President.az-ın məlumatına görə, dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.









  • Сегодня парламент Армении обсудит делимитацию границ с Азербайджаном

    Национальное собрание (парламент) Армении по инициативе фракций оппозиционных партий обсудит вопрос о делимитации и демаркации границ с Азербайджаном во вторник.

    Об этом сообщил спикер парламента Ален Симонян.

    “В повестке сессии есть вопрос проведения обсуждения о делимитации и демаркации границ между Арменией и Азербайджаном”, – сказал он.

    Как сообщили во фракции движения “Армения”, обсуждение этого вопроса по требованию правящей партии “Гражданский договор” пройдет в закрытом режиме, докладчиками будут вице-премьер Мгер Григорян и глава МИД Арарат Мирзоян.

    Источник: ТАСС

  • Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiyası məsələsi müzakirə ediləcək

    Ermənistan parlamenti müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edəcək.

    Bu barədə parlamentin spikeri Alen Simonyan məlumat verib.

    “Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir”, – deyə o bildirib.

    “Ermənistan” hərəkatının fraksiyasından verilən məlumata görə, bu məsələnin müzakirəsi hakim Vətəndaş Sazişi Partiyasının tələbi ilə bağlı qapılar arxasında keçiriləcək. Məruzəçilər qismində baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcəklər.

    Mənbə: TASS

  • Masallı sakinində narkotik aşkarlanıb

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinində 10 kiloqram narkotik aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib.

    Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Rusiyadan Lənkərana qızlarının nişan mərasiminə gələn ata və ana dəm qazından ölüb

    Rusiyadan Lənkərana övladlarının xeyir işinə gələn ata və ana dəm qazının qurbanı olub.

    “Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kərarmeşə kəndində baş verib.

    Belə ki, Rusiya Federasiyasının vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırova qızlarının nişan mərasiminə hazırlıq üçün bir neçə gün əvvəl kəndə gəliblər. Bu gün səhər evə gələn qohumlar qapının bağlı qalmasından narahat olublar. Onlara edilən telefon zəngləri də cavabsız qalıb. Qohumlar pəncərədən içəri daxil olduqda ər və arvadın dəm qazından boğularaq öldüklərinin şahidi olublar.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Майские фьючерсы на марку WTI подорожали на 0,01% – до 86,44 доллара за баррель, июньские на Brent – на 0,06%, до 90,43 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin may füçersləri 0,01% artaraq bir barelinin qiyməti 86,44 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyun füçersləri isə 0,06% artaraq bir barelinin qiyməti 90,43 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg