В ряде стран мира возникли сбои в работе мессенджера WhatsApp.
Как сообщает Report, об этом свидетельствует данные площадки Downdecetor.
Проблема наблюдается и в Азербайджане, о ее причинах информации нет.
Dünyanın bir neçə ölkəsində “WhatsApp” messencerinin işində problemlər baş verib.
“Report” xəbər verir ki, problemin səbəbləri hələlik məlum deyil.
Problem Azərbaycanda da müşahidə edilir. Belə ki, göndərilən ismarışların qarşı tərəfə çatdırılmasında problemlər yaşanır.
“WhatsApp” – smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.
Məşhur astroloq Tamara Qloba yeni proqnoz verib. Tamara Qlobanın hesablamalarına görə, aprel ayı hər bürc işarəsinə böyük dəyişikliklər gətirəcək. Ayın əvvəlində baş verəcək tutulma da taleyimizdə böyük rol oynayacaq.
Azxeber.com xəbər verir ki, aprel ayı Qoç bürcündə doğulanların ayıdır. Liderlər, həmişə öndə olmağa çalışan insanların ayıdır. Bir çox kosmik hadisələr bizə gələcək dövrdə böyük dəyişikliklər gətirəcək.
Köhnə layihələri tamamlamaq və yeni ideyalar irəli sürmək üçün yaxşı vaxtdır. Aprel gözlənilməz dəyişikliklər və gələcəyə proqnozlar hazırlayacaq hadisələrlə doludur. Bu dövr demək olar ki, cəsarətli ideyalar daşıyan hər kəs üçün imkanlar yaradır.
Aprelin 8-də baş verəcək Günəş tutulması insanların həyatında böyük rol oynayacaq.
Maliyyə və maddi strukturlarla bağlı böyük dəyişikliklər olacaq.
Aprelin ikinci yarısından “yeni dünya” qurmaq imkanı yaranacaq.
Zəlzələlər və sellər, daşqınlar aktivləşəcək. Təbiət məhsul yığımı üçün yaxşı imkanlar yaradacaq.
Aprel ayında xüsusi diqqət etməli olduğunuz rəqəmlər bunlardır: 6, 7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 20, 21, 23, 28.
Türkiyə həm öz ərazisində, həm də regionda terrora tamamilə son qoymaq niyyətindədir.
“Report” TRT Haber telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyənin və bölgənin gələcəyində terrora yer olmadığını hər kəsə göstərməkdə qərarlıyıq. Son seçkilərdən sonra qətiyyətimiz daha da güclənib. Bütün terror təşkilatları millətimizin düşmənidir”, – Ərdoğan bildirib.

“Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər”.
Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib.
Lent.az-ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki, atası həmin qiymətli kamançadan istifadə etməyib.
“Atam o kamançadan istifadə etmirdi. O kamança muzey əşyası kimi evdə qalırdı. Onun özünün xüsusi kamançası var idi və yalnız onda ifa edirdi. Atama başqa kamança verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Habil müəllim çox çətin xasiyyətli, çox həssas insan idi…”.
Tayvanda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı mini keçib.
Median.Az xəbər verir ki, bu barədə Tayvanın fövqəladə hallara cavab qərargahının hesabatında deyilir.
“Saat 22:00-a (Bakı vaxtı ilə 18:00) olan məlumata görə, fövqəladə vəziyyət nəticəsində 9 nəfər həlak olub, 1 011 nəfər yaralanıb, 143 nəfər isə yardım gözləyir”, – sənəddə qeyd edilir.
Bundan əvvəl 963 nəfərin yaralandığı bildirilirdi.
Qeyd edək ki, bu gün (3 mart – Qeyd) səhər Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib.
Saat 07:58-də (Bakı vaxtı ilə 03:58) Hualyan qraflığında qeydə alınan 7,2 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub.
Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahillərində, Hualyan şəhərindən 25 km cənub-şərqdə, ocağı 15,5 km dərinlikdə yerləşib.
Zəlzələ Çinin şərqində aydın hiss olunub. Bundan sonra 200-dən çox yeraltı təkan qeydə alınıb.
Nazirlər Kabineti “Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları”nı təsdiq edib.
Median.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, həmin hallar aşağıdakılardır:
– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;
– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;
Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması “Avtomobil nəqliyyatı haqqında”qanunun 28.3-cü maddəsinə uyğun təşkil edilir
Процедура принятия в НАТО отличается от приема в ЕС и Украина не получит приглашение в альянс, пока не будет готова к вступлению.
Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил генеральный секретарь НАТО Йенс Столтенберг.
“Мы приняли решение для Украины отменить План действий для членства в НАТО и сделать процесс одношаговым. Мы не можем возвращаться к двухэтапному процессу вступления”, – заявил он на пресс-конференции по итогам встречи глав внешнеполитических ведомств стран НАТО в ответ на вопрос украинских журналистов о том, не может ли Украина получить на саммите альянса в США в июле хотя бы предварительное приглашение.
“Когда НАТО направит приглашение, это будет практически означать членство в НАТО. В этом разница между НАТО и Европейским союзом. В ЕС с момента приглашения могут пройти годы до получения членства. В НАТО после получения приглашения это происходит очень быстро”, – сказал Столтенберг.
Ранее он заявил, что “все страны НАТО поддерживают” перспективу приема Украины в альянс, однако пока неизвестно, когда это может произойти.
“NATO-ya qəbul proseduru Avropa İttifaqına qəbuldan fərqlidir və Ukrayna üzv olmağa hazır olana qədər alyansa dəvət almayacaq”.
Median.Az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
O, NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında ukraynalı jurnalistlərin iyulda ABŞ-da keçiriləcək alyansın sammitinə Ukraynanın ən azı ilkin dəvət ala biləcəyi ilə bağlı sualını belə cavablandırıb:
“Biz Ukraynanın NATO-ya üzvlük fəaliyyət planını ləğv etmək və prosesi bir addımlı etmək qərarına gəldik. İki mərhələli giriş prosesinə geri dönə bilmərik. NATO dəvət göndərəndə bu, praktiki olaraq NATO-ya üzvlük demək olacaq.
NATO ilə Avropa İttifaqı arasındakı fərq budur. Aİ-də üzvlük əldə etmək dəvət edildiyi andan illər çəkə bilər. NATO-da dəvət alandan sonra bu, çox tez baş verir”.

Aprelin 3-də Abşeron Gənclər Şəhərciyində yaşayan Mətanət adlı qadın səhər saatlarında evinin əşyalarını yaşadığı binanın səkkizinci mərtəbəsindən küçəyə atıb.
Qonşuların sözlərinə görə, həmin şəxsin psixoloji problemləri olub və bu yaşanan ilk belə hal deyil.
“15 gündür ki, bizi narahat edirdi. Hücum edirdi, söyüş söyürdü, qapılarımızı döyürdü”, – qonşu deyib.
Daxili İşlər Nazirliyindən (DİN) məsələ ilə bağlı bildirilib ki, sözügedən qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.
Daha sonra onun ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.
Daha ətraflı Baku TV-nin süjetində: