Month: April 2024

  • Почему некогда популярный Дом культуры находится в запущенном состоянии? – ВИДЕО

    Дом культуры, построенный 68 лет назад и сданный в эксплуатацию в селе Мухах Загатальского района, находится в аварийном состоянии.

    В очаге культуры, где когда-то проходили масштабные концерты, в настоящее время не проводятся культурно-массовые мероприятия из-за отсутствия ремонта.

    “И оборудование, и само здание находятся в запущенном состоянии. Раньше сюда приезжали такие именитые народные артисты, как Зейнаб Ханларова. А сейчас тут нет условий”, – выразили недовольство жители.

    Подробнее – в сюжете Baku TV.

  • Məşhur mədəniyyət ocağı niyə pis vəziyyətdədir? – VİDEO

    Zaqatalanın Muxax kəndində 68 il əvvəl tikilib istifadəyə verilmiş mədəniyyət evi yararsız haldadır.

    Bir vaxtlar böyük konsertlərə şahidlik etmiş mədəniyyət ocağında hazırda baxımsızlıq səbəbindən mədəni-kütləvi tədbirlər keçirilmir.

    “Avadanlıqlar da, binanın özü də yararsız vəziyyətdədir. Əvvəllər buraya Zeynəb Xanlarova kimi adlı-sanlı Xalq artistləri gəlirdilər. İndi isə heç bir şərait yoxdur”, – deyə sakinlər narazılıq bildiriblər.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Президент Ильхам Алиев: Мы очень довольны тем, как развиваются наши связи с Россией

    Азербайджан очень доволен тем, как развиваются связи с Россией.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев на встрече в Москве с Президентом России Владимиром Путиным один на один.

    “Мы очень довольны тем, как развиваются наши связи. Уже более двух лет мы работаем в рамках Декларации о союзническом взаимодействии, которую мы подписали здесь, в Кремле, в феврале 2022 года и которая является главным политическим документом, предопределяющим поступательное развитие наших отношений в будущем”, – подчеркнул глава азербайджанского государства.

  • Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq”

    “Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

    Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

  • На дома жителей Барды нападают змеи – ВИДЕО

    Проспект Гейдара Алиева в городе Барда, где временно поселились семьи бывших вынужденных переселенцев, стал местом обитания змей.

    По словам местных жителей, здесь часто можно увидеть краснобрюхих полозов и гадюк.

    “На сегодняшний день я убил семь-восемь змей. Этих пресмыкающихся здесь очень много, они выползают из-под стены”, – рассказал Азиз Салманов.

    По мнению граждан, причиной появления такого большого количества змей является бурная растительность – за последнее время территория очень сильно заросла кустарниками.

    Подробнее – в сюжете Baku TV.

  • Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi – VİDEO

    Bərdə şəhərinin Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların məskəninə çevrilib.

    Sakinlərin sözlərinə görə, burada tez-tez qızıl ilan və gürzələr gözə dəyir.

    “İndiyə qədər 7-8 ilan öldürmüşəm. Burada ilanlar doludur, divarın altından da çıxırlar”, – sakin Əziz Salmanov söyləyib.

    Ev sahibləri bildirirlər ki, ilanların həmin ərazidə çox olmasının səbəbi ətrafı kol-kosun basmasıdır.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Xırdalanda velosipedi oğurlayan şəxs kameraya düşdü – VİDEO

    Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

    Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

    Məlumatda qeyd olunub ki, oğurluq hadisəsi aprelin 1-də baş verib. Naməlum şəxs bloka daxil olaraq oradakı velosipedlərdən birini aparıb.

    “Aprelin 3-də “102 Çağrı Mərkəzi”nə hadisə ilə əlaqədar məlumat vermişəm. Dərhal Abşeron Rayon Polis İdarəsinə dəvət edilərək rəsmi sənədləşmə aparılıb. Lakin artıq bir neçə müddətdir ki, nə rəsmi, nə də şifahi məlumat verilir”, – deyə vətəndaş bildirib.

    Qeyd edək ki, hadisə Xırdalan şəhəri, Qara Qarayev küçəsi, bina 75-də baş verib.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

    Nazirliyin Mətbuat xidməti idarəsinin şöbə rəisi Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə məlumatlıdırlar və araşdırma aparılır.

    Videonu təqdim edirik:
    //oxu.az

  • Prezident: “Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”

    “Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”.

    AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.

    “Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”, – deyə dövlətimizin başçısı bildirib.

  • “Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir”

    İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.

    Bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

    “Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir. Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir”, – o bildirib.

  • В Москве началась встреча Ильхама Алиева с Владимиром Путиным – ВИДЕО

    В Москве, Российская Федерация, началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с российским коллегой Владимиром Путиным.

    Об этом сообщает AzTV.