Month: May 2024

  • Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə yeddi layihə icra olunacaq.

    İlkin olaraq, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.

    AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

    Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektinin köməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəki nəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasında hərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforla nizamlanan, dairəyə daxil olan digər istiqamətlərdə isə dairəvi hərəkətin təşkili nəzərdə tutulur.

    Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq.

    Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin, ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.

    Nəticədə Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində günün əsasən pik, bəzən hətta qeyri-pik saatlarında müşahidə olunan tıxac və sıxlıq halları aradan qaldırılacaq, kəsişmədə hərəkət növbəliliyi təmin ediləcək. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi artırılacaq.

  • DİQQƏT – Sabah Azərbaycanda 12 mindən çox abonentin qazı kəsiləcək

    Sumqayıt şəhərində mayın 17-də 12 min 500 abonentə təbii qazın verilişində fasilə yaranacaq.

    Median.Az report-a istinadən, bu barədə SOCAR-ın “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

    Belə ki, “Şəhər-1” xəttindən qidalanan D-159 mm-lik orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq 2024-cü il mayın 17-də saat 10:00-dan etibarən, işlər yekunlaşana qədər Sumqayıt şəhərinin 4-cü, 5-ci, 9-cu, 16-cı, 17-cı, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci məhəllələrində qaz təminatında məhdudiyyətlər yaranacaq.

  • Bu teatrlara “milli” statusu VERİLDİ

    Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.
     
    Bu barədə sfera.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
     
    Qeyd olunub ki, yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq.
     
    “Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir”, – qurum əlavə edib.

  • Bu tibb məntəqəsində rentgen müayinəsi dayandırıldı – FOTO

    Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərində yerləşən filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi və klinikada 2023-cü ildə aparılmış yoxlama zamanı radiasiya təhlükəsizliyi üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

    Qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Agentlik tərəfindən “Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərində yerləşən filialında rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.





  • Bakıda evi satan kirayənişin ölkədən qaçıb – RƏSMİ

    Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) “Qafqazinfo”nun sorğusuna cavab verib.

    “Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətləri icra olunub.

    Araşdırmalarla müəyyən edilib ki, Rauf Kazımov özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Leyla Nəbiyevanı aldadaraq xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus Xətai rayonunda yerləşən mənzili ötən ilin iyun ayında icarə müqaviləsi əsasında 1 il müddətinə icarəyə götürüb. 10 gün sonra Rusiya Federasiyasında yerləşən notariat dairəsinə yalan informasiya verməklə etibarnamə əldə edib. Azərbaycana qayıtdıqdan sonra isə Leyla Nəbiyevanın razılığı və məlumatı olmadan həmin etibarnamə əsasında daşınmaz əmlakı başqa şəxsə sataraq ev sahibəsinə 300 min manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törədib.

    Binəqədi Rayon Polis İdarəsində fakta görə cinayət işi başlanılıb və cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, R.Kazımov tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.

    Sonra istintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə dair bütün mülkiyyət hüquqlarını R.Kazımova etibar edilməsinə dair əldə olunan etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.

    İstintaq zamanı R.Kazımov və A.Hacıyevin alqı-satqı proseslərini həyata keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib.

    Bundan başqa Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq olunub, həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

    Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – açıqlamada qeyd edilib.

  • Abşeronda “KamAZ” qaçırıldı

    Abşeronda avtomobil qaçırılıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 15-nə keçən gecə Güzdək qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

    Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Süleymanov Qobu qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

    Araşdırma aparılır.

  • Qusarda bələdiyyə sədri HƏBS EDİLDİ

    Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri Əlfəddin Qeysəddin oğlu İbrahimovun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək.

  • Президент Беларуси Александр Лукашенко посетил Аллею шехидов – ФОТО

    16 мая находящийся с государственным визитом в Азербайджане президент Республики Беларусь Александр Лукашенко посетил Аллею шехидов.

    Как сообщает АЗЕРТАДЖ, президент Республики Беларусь Александр Лукашенко почтил память героических сынов и дочерей Родины, отдавших жизнь в борьбе за независимость и территориальную целостность Азербайджана, возложил венок к мемориалу “Вечный огонь”.



  • Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb – FOTO

    Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Şəhidlər xiyabanını ziyarət edib.

    AZƏRTAC xəbər verir ki, Prezident Aleksandr Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



  • Президент Беларуси Александр Лукашенко посетил могилу великого лидера Гейдара Алиева

    Находящийся с государственным визитом в Азербайджане президент Республики Беларусь Александр Лукашенко 16 мая, посетив Аллею почетного захоронения, почтил память общенационального лидера нашего народа, архитектора и основателя современного независимого азербайджанского государства Гейдара Алиева.

    Как сообщает АЗЕРТАДЖ, глава Беларуси возложил венок к могиле великого лидера Гейдара Алиева.

    Также была почтена память выдающегося ученого-офтальмолога, академика Зарифы ханым Алиевой, возложены цветы к ее могиле.