Month: May 2024

  • Təxirə salınan Moskva konserti bu gün baş tutacaq

    Xalq artisti Röya Ayxan bu gün Moskvada “Vegas City Hall”da konsert verəcək.

    Bu barədə xalq artisti instaqramda məlumat yayıb.

    O, foto paylaşaraq sabah görüşürükmü? sözlərini yazıb.

    Xatırladaq ki, estrada ulduzunun konserti “Crocus City Hall”da keçən ay baş verən terror hadisəsi ilə əlaqədar təxirə salınmışdı.

    Onun 22 mart tarixindəki konsert biletlərinin hamısı qısa müddətdə satılmışdı.
    //azxeber.com

  • Avstraliyanın bu şəhərində niqab taxmaq qadağan edildi

    Avstraliya parlamenti Viktoriya ştatında niqab geyinməyi qadağan edib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, niqab geyinmək məsələsi parlamentdə deputat David Soutvikin deputat həmkarı Qabriel de Vitrinin son bir neçə ayda geyindiyi niqaba etiraz etməsindən sonra gündəmə gəlib.

    Parlament sədrləri niqabı “siyasi obyekt” kimi qiymətləndirərək parlamentdə taxılmasını qadağan ediblər.
    //azxeber.com

  • Yeni planet kəşf olundu

    Tədqiqatçılar Yupiterdən daha böyük olan “WASP-193b” adlı ekzoplanetin olduğunu müəyyən ediblər.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, NASA tərəfindən 2023-cü ildə açıqlanan “WASP-193b” ekzoplanetinə dair yeni tapıntılar əldə ediblər.

    Tədqiqatçılar bu planetin yüngül və yumşaq bir quruluşa sahib olduğunu müəyyən ediblər.

    Qeyd edək ki, WASP-193b indiyə qədər kəşf edilmiş ikinci ən yüngül planetdir.
    //azxeber.com

  • С артиллерийскими подразделениями проводятся тактические учения с боевой стрельбой – ВИДЕО

    Согласно плану подготовки Сухопутных войск на 2024 год, с артиллерийскими подразделениями проводятся тактические учения с боевой стрельбой.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    В соответствии с планом учений подразделения, выведенные из пунктов постоянной дислокации в районы сосредоточения, выполнили задачи по занятию огневых позиций и подготовке установок к боевому применению.

    Также успешно были выполнены задачи по отслеживанию действий условного противника с использованием имеющихся на вооружении универсальных радиолокационных комплексов и беспилотных летательных аппаратов, противодействию артиллерийским средствам условного противника, обнаружению и посадке средств воздушной разведки специальными техническими средствами.

    Основное внимание при проведении учений уделено повышению знаний и умений военнослужащих, совершенствованию навыков командного состава по управлению артиллерийскими подразделениями, а также организации взаимодействия с другими видами войск в ходе боевых операций.

  • Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir – VİDEO

    Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.

    Həmçinin silahlanmada olan universal radiolokasiya komplekslərindən və pilotsuz uçuş aparatlarından istifadə etməklə şərti düşmən fəaliyyətinin izlənilməsi, ona məxsus artilleriya vasitələri ilə mübarizənin aparılması, eləcə də hava kəşfiyyat cihazlarının aşkar edilərək xüsusi texniki vasitələrlə endirilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra olunub.

    Təlimin keçirilməsində əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsinə, döyüş əməliyyatları zamanı digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilinə yönəldilib.

  • Qubadlıya ilk köçün vaxtı açıqlandı – RƏSMİ

    Bu ilin sonunadək Qubadlı rayonunun iki kəndinə ilk köç nəzərdə tutulub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

    Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:

    “Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır”.

    İ.Mirzəyev, həmçinin qeyd edib ki, bu il işğaldan azad olunan Ağdam rayonunun üç kəndinə də ilk köçün olması nəzərdə tutulur:

    “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri yenidən salınır. Bu ilin sonuna qədər Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə isə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər arasında sorğular həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayı və tərkibi dəqiqləşdirilir, sosial vəziyyəti və məşğulluq imkanları qiymətləndirilir, eləcə də məlumatlandırma, təbliğat-təşviqat işləri aparılır və köçürülmənin texniki-təşkilati məsələləri həll olunur”.

  • 10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb

    Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 10 081 nikah və 5 124 boşanma halları qeydə alınıb.

    Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.

    Nikah səviyyəsi Qarabağ (5,0), Şərqi Zəngəzur (4,9), Mil-Muğan (4,7), Qazax-Tovuz və Lənkəran-Astara (4,5), Mərkəzi Aran (4,4), Gəncə-Daşkəsən (4,2) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

  • Обнародована численность населения Азербайджана

    Численность населения Азербайджана увеличилась на 9 016 человек, или на 0,1%, с начала года и на 1 апреля достигла 10 189 786 человек.

    Об этом сообщает Median.Az со ссылкой на Госкомстат.

    Согласно статистике, 54,5% населения составляют городские и 45,5% – сельские жители, 49,8% – мужчины и 50,2% – женщины.

  • Azərbaycan əhalisinin sayı açıqlanıb

    Ölkə əhalisinin sayı ilin əvvəlindən 9 016 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel ayının 1-i vəziyyətinə 10 189 786 nəfərə çatıb.

    Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edirlər.

    Bu il aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

  • Bakıya yağış, rayonlara isə qar yağacaq – PROQNOZ

    Ölkə ərazisində mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

    Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.