Month: June 2024

  • “Sahil” metro stansiyasından istifadə edənlərin NƏZƏRİNƏ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, nəticələrə əsasən böyük piyada axını müşahidə edilən “Sahil” metro stansiyasının qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb.

    Artıq bu istiqamətdə işlərə başlanılıb.

  • Bakıda 39 yaşlı kişi qəzada xəsarət aldı

    Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Dünyamin Əkrəm oğlu Məlikovu vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Гяндже повесилась мать двоих детей

    В гянджинском поселке Джавадхан произошло самоубийство.

    Как сообщает АПА, местная жительница Тукезбан Асланова (1995 г.р.) повесилась в недостроенном помещении во дворе своего дома.

    Ее тело обнаружили родные. Причины суицида пока неизвестны.

    Тело женщины передано на экспертизу.

    По данному факту ведется расследование.

    Отметим, что Т.Асланова была замужем, воспитывала двоих детей.

  • İki uşaq anası olan 29 yaşlı qadın intihar etdi

    Gəncədə intihar hadisəsi baş verib.

    Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

    Qəsəbədə yaşayan 1995-ci il təvəllüdlü Tükəzban Aslanova yaşadığı evin həyətində olan yarımtikilidə özünü asıb.

    Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, T.Aslanova ailəli olub, 2 övladı var.
    //oxu.az

  • Скоростные пассажирские поезда будут останавливаться еще на двух станциях

    Скоростные пассажирские поезда отныне будут останавливаться в Агдаше и Уджаре.

    Об этом сообщила начальник отдела по связям с общественностью ЗАО “Азербайджанские железные дороги” Санубар Назарова.

    По ее словам, четыре поезда FLIRT, доставленные в Азербайджан в конце прошлого года, уже готовы к эксплуатации.

    “Сегодня организован пробный рейс в направлении станций Уджар и Ляки. Теперь порядка 200 000 человек, проживающих в Уджарском и Агдашском районах смогут пользоваться скоростными пассажирскими поездами”, – добавила С.Назарова.

    Она подчеркнула, что в поездах есть вагон-ресторан, а также специальные места для людей с ограниченными возможностями, в том числе для велосипедов.

    “Поезда оснащены ​​инновационной системой безопасности, которая позволяет пассажирам совершать поездки комфортно и безопасно”, – резюмировала Санубар Назарова.
    //oxu.az

  • İki yüz min sakinə şad xəbər: Sürətli sərnişin qatarlarına iki stansiyada dayanacaq verilir

    “İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir”.

    Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli deyib.

    O bildirib ki, ötən ilin sonunda Azərbaycana çatdırılmış dörd ədəd “Flirt” qatarı artıq tam istismara hazırdır:

    “Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir. İstər Ucar, istər Ağdaşın ətraf rayonlarının 200 minə yaxın sakini üçün sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”.

    O əlavə edib ki, qatar müasir tələblərə cavab verir:

    “Qatarda bar-vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burada velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatmasına imkan verir”.
    //oxu.az

  • В компаниях Маска запретят использование техники Apple?

    Американский миллиардер Илон Маск, гендиректор SpaceX и Tesla предупредил, что если Apple интегрирует в новые версии своих операционных систем чат-бот ChatGPT от OpenAI, то он запретит использовать технику корпорации в своих компаниях.

    “Это неприемлемое нарушение безопасности”, – написал Маск в соцсети Х.

    Он назвал абсурдной ситуацию, при которой Apple оказалась “недостаточно умна, чтобы создать собственный ИИ”, но “каким-то образом способна гарантировать, что OpenAI защитит вашу безопасность и конфиденциальность”.

    Apple на конференции разработчиков WWDC 2024 10 июня представила обновления для операционных систем своих устройств. В частности, компания представила Apple Intelligence – набор функций на базе искусственного интеллекта для iPhone и Mac, а также объявила об интеграции ChatGPT в голосовой помощник Siri.

    В Apple рассказали, что Siri будет предлагать пользователю обратиться к чат-боту, если не сможет выполнить поставленное задание. Без разрешения пользователя голосовой помощник не будет использовать ChatGPT, пообещали в компании. В Apple также заверили, что Apple Intelligence работает только на устройстве и не отправляет данные на удаленный сервер.

    Источник: РБК (Россия)

  • Nəhənglərin qarşıdurması: Maskdan “ChatGPT”yə görə “Apple”a QADAĞA

    Məşhur iş adamı və innovator İlon Mask “Apple”ın “ChatGPT” inteqrasiyasına qarşı çıxıb və şirkətlərində bu cihazlardan istifadəyə qadağa qoyacağını deyib.

    Bu barədə o, özünün “X” sosial şəbəkə hesabında yazıb:

    “Əgər “Apple” “OpenAI” əməliyyat sistemi səviyyəsində inteqrasiya edərsə, bu cihazlar mənim şirkətlərimdə qadağan olunacaq. Bu, yolverilməz təhlükəsizlik pozuntusudur”, – deyə o paylaşımında bildirib.

    O, həmçinin “Apple” şirkətinin icraçı direktoru Tim Kukun “X” hesabındakı postunun altında da xəbərdarlıq edib.

    “Ya bu qorxunc casus proqramı dayandırın, ya da bütün “Apple” cihazları mənim şirkətlərimdə qadağan olunacaq”,- deyə Mask yazıb.

    Qeyd edək ki, “Apple” 10 iyun tarixində keçirilən WWDC 2024 tərtibatçılar konfransında cihazları üçün əməliyyat sistemlərinin yeniləmələrini təqdim edib. Xüsusilə, şirkət “iPhone” və “Mac” üçün süni intellekt əsaslı funksiyalar toplusu olan “Apple Intelligence”ı təqdim edib və “ChatGPT”nin “Siri” səsli köməkçisinə inteqrasiyasını elan edib.

    “Apple”dan bildirilib ki, “Siri” tapşırığı yerinə yetirə bilmədikdə istifadəçiyə çat-bota müraciət etməyi təklif edəcək. Şirkət, istifadəçinin icazəsi olmadan səsli köməkçinin “ChatGPT”dən istifadə etməyəcəyinə söz verib. “Apple” həmçinin “Apple Intelligence”ın yalnız cihazda işlədiyini və məlumatları uzaq serverə göndərmədiyinə zəmanət verib.

    Mənbə: RBK

  • Dünyada münaqişələrin sayı kritik həddə çatıb

    Dünyada aktiv münaqişələrin sayı İkinci Dünya Müharibəsindən bəri rekord həddə çatıb.

    Hazırda 56 ölkədə, o cümlədən Ukrayna, Qəzza, Suriya, Əfqanıstan, Kolumbiya və digər ölkələrdə böhranlı vəziyyət müşahidə olunur.

    Bunu İqtisadiyyat və Sülh İnstitutunun (IEP) araşdırması sübut edir.

    Təhlilçilər acınacaqlı tendensiyanı qeyd ediblər. Bu münaqişələr getdikcə beynəlxalq xarakter alır. Belə ki, 92 ölkə öz hüdudlarından kənarda müharibələrdə iştirak edir.

    “Müşahidələrimiz son on ildə, xüsusən də son beş ildə dünyada vəziyyətin pisləşməsidir. Sosial-iqtisadi səviyyədə dünya yaxşılaşır, insanlar daha çox və daha yaxşı yaşayır, lakin biz həm iqtisadi, həm də sülh baxımından ölkələr arasında uçurumların getdikcə genişlənməsini görürük”, – IEP-nin icraçı direktoru Maykl Kollins bildirib.

    Qeyd olunub ki, aşağı intensivlikli hərbi əməliyyatların açıq münaqişəyə və hətta böyük müharibələrə çevrilməsi riski artıb.

    “Dünyadakı hökumətlərin böyük böhranlara çevrilməmiş bir çox kiçik münaqişələri həll etmək üçün səylərini gücləndirmələri çox vacibdir”, – deyə IEP-nin təsisçisi və baş direktoru Stiv Killelea vurğulayıb.

    Mənbə: El Pais

  • “AirPods” qulaqlıqlarında YENİ FUNKSİYA

    “WWDC-2024” konfransı çərçivəsində “Apple” “AirPods” qulaqlıqları üçün bir sıra yeni funksiyalar elan edib.

    Əsas yeniliklər arasında qulaqcıqları baş jestləri ilə idarə etmək imkanıdır. Bu funksiya istifadəçilərə, məsələn, başını sola və sağa yelləmək və ya yuxarı və aşağı tərpətməklə daxil olan zəngləri qəbul etmək və ya rədd etmək imkanı verəcək.

    Bundan əlavə, “Siri” səsli köməkçisi mesajlara cavab verməyə və bildirişlərin idarə edilməsi imkanlarını genişləndirməyə imkan verəcək.

    Qulaqlıqlar həmçinin ətrafdakı fon səslərini boğmaq üçün nəzərdə tutulmuş yeni səs izolyasiya texnologiyasına sahib olacaq, nəticədə zənglər zamanı səs daha aydın eşidiləcək.

    Digər bir yenilik, “tvOS”da oyunlarda fərdiləşdirilmiş məkan səsi xüsusiyyətidir. Dinamik baş hərəkətlərini izləmə ilə fərdiləşdirilmiş məkan səsi funksiyası “AirPods 3”, “AirPods Pro” və “AirPods Max” istifadəçiləri üçün əlçatan olacaq.

    Qeyd olunub ki, yeni funksiyalar bu payızda istifadəçilər üçün əlçatan olacaq.

    Mənbə: MacRumors