Month: June 2024

  • HƏMAS Baydenin təklifini rədd etdi

    Fələstinin radikal HƏMAS hərəkatı ABŞ Prezidenti Co Bayden tərəfindən təklif edilən girovların azad edilməsi təşəbbüsünü rədd edib.

    Bu barədə “Reuters” agentliyi adı açıqlanmayan məmura istinadən məlumat verib.

    Agentliyin mənbəsinin sözlərinə görə, İsrail vasitəçilər vasitəsilə HƏMAS-ın Baydenin Qəzza zolağında atəşkəs təklifinə cavab alıb.

    Fələstin hərəkatı girovların azad edilməsi ideyasını rədd edib.

  • Некоторые виды мороженого местного производства опасны для здоровья – ОФИЦИАЛЬНО

    Агентство продовольственной безопасности Азербайджана (АПБА) провело мониторинг мороженого и обнаружило бактерии.

    Об этом сообщает Median.Az со ссылкой на АПБА.

    За текущий период было отобрано в общей сложности 69 образцов мороженого от 26 местных производителей.

    По результатам испытаний бактерии (Enterobacteriaceae), считающиеся опасными для здоровья человека, были обнаружены в 10 продуктах, принадлежащих 4 производителям.

    Мороженое, признанное несоответствующим требованиям:

    – ванильное мороженое İçərişəhər, кофейное мороженое Soyuq, молочно-клубничное мороженое Soyuq, ICE Dream и Yolka, производимые ООО Rich S.A.

    – мороженое Qlobus Eskimo ванильное 12%, мороженое Zoluşka, клубничное мороженое Selena производства физического лица Сярингюль Юсубовой;

    – мороженое под торговой маркой Qoşa Qapı производства Camal LTD.

    – мороженое под торговой маркой Naturalika, производимое физическим лицом Музаффаром Поладовым.

  • Bəzi dondurmalar insan sağlamlığı üçün təhlükəlidir – RƏSMİ

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.

    Bu barədə AQTA məlumat yayıb.

    Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

    Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

    Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:

    1. “Rich S.A” MMC-nin istehsalı olan “İçərişəhər” əmtəə nişanlı vanilli plombir dondurma, “Soyuq” əmtəə nişanlı südlü-kakaolu dondurma, “Soyuq” əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, “Yolka” əmtəə nişanlı dondurma;

    2. Fiziki şəxs Səringül Kərəm qızı Yusubova tərəfindən istehsal olunan “Selena” əmtəə nişanlı qlobus eskimo vanilli 12%-li plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, “Selena” əmtəə nişanlı çiyələkli dondurma;

    3. “Camal” LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma;

    4. Fiziki şəxs Müzəffər Müslüm oğlu Poladov tərəfindən istehsal olunan “Naturalika” əmtəə nişanlı dondurma.

    Eyni zamanda “Naturalika” əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82%-li kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. “Camal” LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.

    43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

    Qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.

  • Həbsdə olan MTN generalının istəyi ürəyində qaldı

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 il 6 ay azadlıqdan məhrum edilmiş generalı Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi generalın şikayəti ilə bağlı qərarında belə yazır.

    Məhkəmə hesab edir ki, məhkum Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz. Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər.

    Bundan əvvəl Xəzər Rayon Məhkəməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı.

    Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib.

    Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

    Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş E.Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib.

  • Непогода в Исмайыллинском районе: затруднено движение в село Лахыдж

    Проливные дожди, начавшиеся минувшей ночью, привели к серьезным последствиям в Исмайыллинском районе.

    Как передает АПА, в результате произошли перебои в подаче электроэнергии. В данный момент электричество с перерывами подается в 20 сел, а в некоторые подача приостановлена.

    Помимо этого, возникли проблемы с проездом в село Лахыдж. В настоящее время принимаются меры по устранению последствий наводнения.

  • Güclü leysan İsmayıllıda fəsadlara səbəb oldu

    Dünən gecə saatlarında başlayan güclü leysan yağışları İsmayıllıda bəzi fəsadlara səbəb olub.

    APA xəbər verir ki, güclü leysan yağışları nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda 20 kəndə elektrik enerjisi fasilələrlə verilir.

    Bir sıra kəndlərdə isə enerji verilişi dayanıb.

    Bundan başqa, Lahıc kənd yolunda gediş-gəlişdə problemlər yaranıb. Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

  • Azərbaycanda futbolçunun ölüm səbəbi bilindi

    “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölüm səbəbi məlum olub.

    Oxu.Az-ın məlumatına görə, futbolçunun yaxınları bildiriblər ki, o, dənizdə boğularaq dünyasını dəyişib.

    21:16

    “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasov faciəli şəkildə ölüb.

    Oxu.Az xəbər verir ki, bu barədə “Səbail” futbol klubu məlumat yayıb.

    Qeyd edilib ki, son mövsümü icarə əsasında “Səbail”in U-19 komandasına keçirən futbolçu həyatını itirib.

  • Azərbaycanda futbolçunun ölüm səbəbi bilindi

    “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölüm səbəbi məlum olub.

    Oxu.Az-ın məlumatına görə, futbolçunun yaxınları bildiriblər ki, o, dənizdə boğularaq dünyasını dəyişib.

    21:16

    “Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasov faciəli şəkildə ölüb.

    Oxu.Az xəbər verir ki, bu barədə “Səbail” futbol klubu məlumat yayıb.

    Qeyd edilib ki, son mövsümü icarə əsasında “Səbail”in U-19 komandasına keçirən futbolçu həyatını itirib.

  • Pərpətöyün bu xəstəliklərin dərmanı imiş

    Orqanizm üçün xeyirli məhsullardan biri də pərpətöyündür.

    Median.Az medicina.az-a istinadən bildirir ki, pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur.

    Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.

    Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur.

    Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.

    Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin qankəsici təsir göstərir.

    Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.

    Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.

    Milli.Az

  • Alimlər D vitamininin gündəlik dozasını əldə etməyin yollarını tapıblar

    Alimlər yaşayış bölgəsindən, ilin vaxtından və insan dərisinin rəngindən asılı olaraq günəşin təsiri altında D vitamininin gündəlik dozasının alınması üçün optimal şərtləri müəyyən ediblər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

    Dəri qatında D vitamininin gündəlik dozasının sintez olunması üçün buludsuz havada, ağ dərili insanlar günəş altında 3 ilə 15 dəqiqə arasında qalmalıdırlar, şimal (daha yüksək enlik) bölgələrdə isə günəşin təsir müddəti daha uzun olmalıdır. Tünd dərili insanlar günəşdə daha uzun müddət qalmalıdırlar (yüksək enliklərdə təxminən bir saat). Buludlu havada günəş işığına məruz qalma müddəti ekvatorial bölgələrdə təxminən 15, yüksək enliklərdə isə 60%-ə qədər artırılmalıdır.

    Modelləşdirmə zamanı elm adamları insanın adi, çox açıq olmayan paltar geyinəcəyini və dik duracağını təxmin ediblər.

    Tədqiqatın müəllifləri fərdi xüsusiyyətləri və yerli iqlim şəraitini nəzərə almaq üçün fərdi tövsiyələrə ehtiyac olduğunu vurğulayırlar.