Month: June 2024

  • Azərbaycanda bu şəxslərə hər ay PUL VERİLƏCƏK

    Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu, parlamentin bugünkü iclasının gündəliyinə daxil edilən “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

    Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.

  • Parlament iriqabaritli avtomobillərin artıq yüklənməsinə görə cərimələrin artırılmasına “Hə” dedi

    İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin normadan artıq yüklənməsinə görə cərimələr artırılır.

    “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

    Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) yeni redaksiyada verilir.

    Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur.

    Həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla da bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur.

    Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcək.

    İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcək.

    Hazırkı qanunvericiliyə görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla 1 200 manat məbləğində cərimə olunur.

    Layihəyə əsasən, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1 200 manat məbləğində cərimələnəcək.

    Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə olunacaq.

    Hazırkı qanuna görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

    Layihə ilə həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 500 manata məbləğində, hüquqi 7 000 manatadək məbləğdə cərimələnəcək.

    Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

  • Arvadından ayrılan kişi canına qəsd etdi

    Oğuz rayonunda intihar hadisəsi baş verib.

    Hadisə rayonun Yemişanlı kəndində qeydə alınıb.

    Kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Tahir oğlu Məmmədxanov özünü tövlənin çardağından asaraq intihar edib.

    İlkin ehtimala görə, intihara arvadının P.Məmmədxanovdan ayrılması səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев принял помощника госсекретаря США по делам Европы и Евразии

    28 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял помощника государственного секретаря США по делам Европы и Евразии Джеймса О”Брайена.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O”Brayenı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

    Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb.

    “Report” xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.

    Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

    O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

  • Karlo Ançelotti Arda Gülerlə bağlı qərarını verdi

    “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti Arda Gülerlə bağlı qərarını verib.

    Məlumata görə, italiyalı çalışdırıcı yeni mövsümdə Arda Gülerə əsas heyətdə daha çox yer verəcək.

    İspaniya mediasında yayılan xəbərlərə görə, Ançelotti Gülerə bu səbəbdən onun komandadan ayrılmasına icazə verməyəcək.

    Qeyd edək ki, Arda Güler 2023/24 mövsümündə “Real Madrid” forması ilə çıxdığı 12 oyunda 6 qol vurub.

    Mənbə: Sporx.com

  • В Гаджигабуле эвакуировали граждан, пострадавших в результате селей – ВИДЕО

    На горячую линию Министерства по чрезвычайным ситуациям (МЧС) 112 поступила информация о том, что жители села Губалыбалоглан Гаджигабульского района оказались в беспомощном состоянии в результате селей на участке реки Пирсаат.

    Как сообщили в пресс-службе ведомства, в район были привлечены войска гражданской обороны МЧС и силы Государственной службы по контролю за маломерными судами и спасению на водах.

    Пострадавшие были эвакуированы, ведутся работы по сооружению плотин.

  • Hacıqabulda sel nəticəsində köməksiz qalan vətəndaşların təxliyə görüntüləri – VİDEO

    İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən bəzi ərazilər subasmaya məruz qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunublar.

    Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.

    Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

  • İcra başçısının müavini olmaq istəyən qohumundan 111 min alıb aldatdı

    Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vətəndaş Aqil Zeynalov digər şəxslə əlbir olaraq əmisi oğlu Elçin Zeynalovdan 111 min manat alıb.

    A.Zeynalov və əlbir olduğu şəxs zərərçəkənə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova birinci müavin təyin olunacağı barədə yalan vəd veriblər. İşin reallaşması üçün isə ondan pul alıblar.

    Elçin Zeynalov əvvəllər Ağcabədi rayonunda icra strukturunda işləyib. Sonradan pul qarşılığında icra başçısının birinci müavini olmaq istəyib. Bunun üçün o, əmisi oğlu vasitəsilə tanıdığı, özünü yaxşı əlaqələri olan şəxs kimi təqdim edən digər təqsirləndirilənlə əlaqəyə keçib.

    Xeyli vaxtdır, axtarışda olan Aqil Zeynalov bir neçə gün əvvəl saxlanılıb. Prokuror onun həbs edilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

    Hakim Gültəkin Əsədovanın qərarı ilə A.Zeynalov haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olmaqda şübhəli bilinən şəxsin isə axtarışı davam edir.