Month: June 2024

  • Bəzi şəxslər 13 min manat cərimələnə bilərlər

    Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək.

    “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

    Belə ki, Məcəlləyə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilir.

    Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcək.

    Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə olunacaq.

    Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

  • Морской наркотрафик: спецоперация двух структур на Каспии пресекла крупную контрабанду

    В результате оперативно-розыскных и следственных мероприятий, проведенных совместно Генеральной прокуратурой и Государственной пограничной службой Азербайджанской Республики, пресечена контрабанда крупной партии наркотиков из Исламской Республики Иран через Каспийское море в Азербайджанскую Республику.

    Информацию об этом распространили Генпрокуратура и Госпогранслужба.

    Согласно совместному заявлению, 24 июня примерно в 23:00 пограничники заметили подозрительные лодки, двигавшиеся в направлении города Сумгайыт и поселка Яшма. Несмотря на требование остановиться, нарушители попытались скрыться, выбросив груз за борт.

    В результате погони были задержаны трое граждан Ирана – Нури Абрунтан (1983 г.р.), Бахман Касеб (1984 г.р.) и Аунаг Абдулрахим, получивший ранение при задержании. Одновременно на берегу были арестованы двое граждан Азербайджана – Эльхан Алиев (1982 г.р.) и Эсмира Мамедова (1976 г.р.), которые, предположительно, должны были встретить груз на побережье территории поселка Яшма. Они фонарями подавали сигналы в сторону моря, стояв воде, чем и выдали себя.

    В ходе дальнейших оперативно-разыскных мероприятий близ поселка Новханы было обнаружено около 165 кг марихуаны, упакованной в четыре мешка различных цветов. Наркотик был доставлен в Азербайджан контрабандным путем вышеуказанными гражданами Ирана.

    27 июня по уголовному делу, возбужденному в Следственном управлении Генеральной прокуратуры, Бахману Касебу и Нури Абрунтану были предъявлены обвинения по статьям 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору), 234.4-1 (незаконные изготовление, производство, приобретение, хранение, перевозка, пересылка либо сбыт наркотических средств, психотропных веществ или их прекурсоров в особо крупном размере) и 318.2 (незаконное пересечение государственной границы Азербайджанской Республики группой лиц по предварительному сговору) Уголовного кодекса, граждане Азербайджанской Республики, Эльхану Алиеву и Эсмире Мамедовой – 32.5,206.3.2 (содействие контрабанде) и 234.4-1. На основании ходатайства следователя и представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением Бинагадинского районного суда в отношении задержанных избрана мера пресечения в виде ареста.

    Аунаг Абдулрахим в настоящее время находится под наблюдением в больнице.

    Следствие продолжает работу по выявлению других участников преступной группировки.

  • İrandan külli miqdarda narkotiki ölkəmizə gətirən dəstə üzvləri HƏBS EDİLDİLƏR

    İrandan Xəzər dənizi vasitəsilə Azərbaycana külli miqdarda narkotik keçirən dəstə üzvləri barəsində həbs qərarı verilib.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birgə məlumat yayıb.

    Belə ki, iyunun 24-də, gecə saat 23 radələrində Xəzər dənizində Sumqayıt şəhəri və Yaşma qəsəbəsi istiqamətində hərəkət edən qayıqlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən “Dayan” komandası verilməsinə baxmayaraq, verilmiş əmrə tabe olmayaraq, qayıqlarında özləri ilə gətirdikləri narkotik vasitələri suya ataraq qaçmağa çalışan İran İslam Respublikasının vətəndaşları 1983-cü il təvəllüdlü Nuri Əbruntən, 1984-cü il təvəllüdlü Bəhmən Kaseb və Aunəq Abdulrəhim (yaralı halda) təqibetmə əməliyyatı zamanı ələ keçiriblər.

    Eyni zamanda həmin vaxt həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində Yaşma qəsəbəsi ərazisində Azərbaycan Respublikasının vətəndaşı olan 2 nəfər mülki şəxsin – 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovanın şübhəli şəkildə dəniz sahilində və suyun içində fənərlərlə işarə verərək olduqları yeri bəyan etmələri aşkar edilib və onlar saxlanılıb.

    Həyata keçirilmiş davamlı əməliyyat-axtarış tədbirləri zamanı İran İslam Respublikası vətəndaşları Bəhmən Kaseb, Aunəq Abdulrəhim və Nuri Əbruntən tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş narkotik vasitə olan çətənə bitkisi – 4 ədəd müxtəlif rəngli torbalarda təxminən 165 kiloqram çəkidə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi yaxınlığında aşkar edilərək götürülüb.

    Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə 27.06.2024-cü il tarixdə Bəhmən Kaseb və Nuri Əbruntən Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə, Azərbaycan Respublikasının vətəndaşları 1982-ci il təvəllüdlü Elxan Əliyev və 1976-cı il təvəllüdlü Esmira Məmmədovaya isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməklik) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    Aunəq Abdulrəhim hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının xüsusi müşahidəsi altında saxlanmaqla xəstəxanada müalicəsi davam etdirilir.

    Cinayətin digər iştirakçılarının ifşa olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • В Азербайджане отныне не допускается снижение брачного возраста на год по каким-либо причинам

    Депутаты Милли Меджлиса проголосовали за отмену пункта в Семейном кодексе, допускавшего снижение на один год брачного возраста по ряду причин, считавшихся уважительными.

    Как сообщает Report, соответствующий проект поправок в Семейный кодекс был принят в третьем, окончательном чтении на сегодняшнем заседании парламента.

    Согласно действовавшему законодательству, при наличии уважительных причин местный орган исполнительной власти мог дать разрешение на снижение брачного возраста не более чем на 1 год.

  • Azərbaycanda 17 yaşında evlilik qadağan edilir

    Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.

    “Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

    Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

    Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.

    Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

  • Число жертв столкновения поезда с автобусом в Словакии увеличилось до семи

    Количество жертв столкновения автобуса и поезда на юге Словакии увеличилось до семи.

    Об этом сообщает оперативный центр спасательной службы Словакии.

    Ранее сообщалось о 5 погибших.

    ДТП произошло 27 июня в районе города Нове Замки. Пассажирский автобус по невыясненным пока причинам совершил столкновение со скорым поездом, следовавшим по маршруту Прага – Будапешт. Все погибшие – пассажиры автобуса. По данным спасателей, еще пять человек получили ранения. Двое из них находятся в критическом состоянии.

    Проводится расследование инцидента. Место катастрофы осмотрел глава МВД Словакии Матуш Шутай-Эшток.

    Источник: ТАСС

  • Slovakiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı artıb

    Slovakiyanın cənubunda avtobusla qatarın toqquşması nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

    Bu barədə Slovakiyanın xilasetmə xidmətinin əməliyyat mərkəzi məlumat yayıb. Bundan əvvəl beş nəfərin öldüyü bildirilirdi.

    Qeyd edək ki, hadisə iyunun 27-də Bratislavadan 110 kilometr şərqdə baş verib. Praqa-Budapeşt marşrutu ilə hərəkət edən sərnişin avtobusu naməlum səbəblərdən sürətli qatarla toqquşub. Ölənlərin hamısı avtobus sərnişinləridir. Xilasedicilərin sözlərinə görə, daha beş nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

    Hadisə ilə bağlı araşdırma aparılır. Təbii fəlakətin baş verdiyi əraziyə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matus Şutay-Eştok baxış keçirib.

    Mənbə: TASS

  • Ramin Hacılının cəzası azaldılıb

    Dələduzluqda ittiham olunan ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

    Bu barədə APA-ya vəkili Rəşad Əliyev məlumat verib.

    Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.

    Bundan başqa prokurorluğun verdiyi protest təmin olunmayıb.

    Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.

    İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib.

  • Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edildi – SİYAHI

    Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

    Məcəlləyə təklif edilən yeni 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

    Eyni zamanda 346-1.7-ci yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq.

    Digər dəyişikliklə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat məbləğində cərimə ediləcək.

    Mövcud qanunvericilikdə isə qeyd edilib ki, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.

    Digər dəyişikliklə parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda 20 manat məbləğində cərimə olunacaq.

    Hazırkı qanunvericilikdə bildirilir ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir.

    Daha bir dəyişikliklə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 20 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.

    Bundan əlavə, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ediləcək. Hazırda bu məbləğ 10 manatdır.

    Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
     
    ///report

  • Bakıda baş verən güllələnmə hadisəsinin bəzi detalları – VİDEO

    Həmkəndlilər arasında paytaxda düşən mübahisə silahlı insidentlə başa çatıb.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, bir nəfər güllələnərək qətlə yetirilib. Hadisə ötən axşam Nərimanov rayonu Ağa Nemətulla küçəsində insanların sıx olduğu yerdə baş verib. 24 yaşlı Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq qrupu gəlib, araşdırmalara başlanıb.

    Qətldən sonra cinayətdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri də yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o mülki geyimli polis əməliyyatçıları tərəfindən tutulub.

    O da bildirilir ki, güllələnərək qətlə yetirilən Tural Kosayev və hadisəni törətməkdə şübhəli bilinən İsmayıl Allahverdiyev həmkəndli olublar. Hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir. Şahidlərin bildirdiyinə görə, hadisə iştirakçılarının hər ikisi maşınla olub. Sonradan onlar avtomobildən düşüb və İsmayıl silahı çıxararaq Turala atəş açıb.

    Faktla bağlı Nərimanov rayon prokurorluğunda ”qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam  davam edir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: