Month: June 2024

  • “YouTube”da dəyişiklik – Bu videolara baxmaq mümkün olmayacaq

    “YouTube” yetkinlik yaşına çatmayan istifadəçilərin potensial təhlükəli məzmuna daxil olmasının qarşısını almaq üçün odlu silah videoları ilə bağlı siyasətini dəyişməklə bağlı qərar qəbul edib.

    Lent.az-ın məlumatına görə odlu silahlarda qoruyucunu necə açmağı göstərən bütün videoların qadağan ediləcək, kustar üsulla hazırlanan silahlar, avtomat silahlar və səsboğucu kimi odlu silah aksesuarlarının göstərildiyi videolar 18 yaşdan yuxarı istifadəçilər üçün məhdudlaşdırılacaq.

    “YouTube” həmçinin atəş edib-etməməsindən asılı olmayaraq əlində odlu silah olan şəxslərin yer aldığı canlı yayımlar da 18 yaşından aşağı olan şəxlər üçün qadağan edəcək.

    Qeyd edək ki, dəyişikliklər iyunun 18-dən qüvvəyə minəcək.

  • Bu insanlar çiyələk yeməməlidir – Diqqətli olun

    Dünyanın ən məşhur giləmeyvələrindən biri olan çiyələk incə dadı və bir çox faydalı xüsusiyyətləri ilə diqqəti cəlb edir. İnsan sağlamlığına faydalı təsir göstərə bilən vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Bununla belə, hər kəs çiyələk istehlak etməməlidir. Çünki sağlamlıq üçün potensial mənfi təsirlər ola bilər.

    Çoxlu sağlamlıq faydalarına baxmayaraq, çiyələk bəzi insanlar üçün bəzi sağlamlıq riskləri yarada bilər. Bu giləmeyvə yeyərkən diqqətli olmalı olan əsas insanlar aşağıdakılardır:

    Allergiyaya meylli insanlar

    ​Çiyələk qaşınma və hətta anafilaktik şok kimi allergik reaksiyalara səbəb ola bilər. Qida allergiyası olan insanlar çiyələkdən uzaq durmalı və ya yeməkdən əvvəl həkimə müraciət etməlidirlər.

    Antikoaqulyantlar qəbul edən şəxslər

    Çiyələk qan laxtalanmasını yavaşlatan dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Giləmeyvələrdə yüksək miqdarda K vitamini olması antikoaqulyantların effektivliyini azalda bilər, buna görə də bu cür dərmanlar qəbul edərkən bu giləmeyvə qəbuluna nəzarət etmək vacibdir.

    Qastrit və xorası olanlar

    Çiyələyin tərkibində mədə selikli qişasını qıcıqlandıra bilən turşular var. Qastrit və ya xorası olan insanlara bu giləmeyvə istehlakını məhdudlaşdırmaq və ya çəkinmək tövsiyə olunur.

    Pestisidlərlə müalicə

    Çiyələklər çox vaxt sağlamlığa zərər verə bilən pestisidlərlə müalicə olunur. Bu riski azaltmaq üçün yeməkdən əvvəl üzvi giləmeyvə seçmək və ya çiyələkləri yaxşıca yaxalamaq məsləhətdir.

    Nə qədər çiyələk yemək olar?

    Çiyələklərin tövsiyə olunan miqdarı yaş, cins, fəaliyyət səviyyəsi və ümumi sağlamlıq kimi fərdi amillərdən asılıdır. Orta dərəcədə aktiv bir yetkin üçün bu, gündə təxminən 150-200 qram (təxminən 1 fincan və ya 8-10 böyük giləmeyvə) təşkil edir.

    Pəhrizinizə çiyələk daxil etmək dadlı və sağlam yeməklərdən zövq almaq üçün əla bir yol ola bilər. Bununla belə, mülayimliyi xatırlamaq və bədənin fərdi xüsusiyyətlərini nəzərə almaq vacibdir. Əgər sizdə yuxarıda göstərilən hallardan hər hansı biri varsa və ya müəyyən dərmanlar qəbul edirsinizsə, çiyələkləri pəhrizinizə əlavə etməzdən əvvəl həkiminizlə məsləhətləşməniz tövsiyə olunur.
     ​​​

  • Çexiyada qatarlar toqquşdu: 4 nəfər ölüb, 22 nəfər yaralanıb

    Çexiyada sərnişin qatarının kimyəvi maddələr daşıyan yük qatarı ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.

    Çexiyanın paytaxtı Praqadan Slovakiyaya 300-dən çox adamla yola düşən sərnişin qatarı yerli vaxtla saat 23:00 radələrində Pardubice şəhərində yük qatarı ilə üzbəüz toqquşub.

    Bölgəyə yanğınsöndürmə briqadası, xilasetmə və tibb qrupları göndərilib. Yanğınsöndürmə idarəsindən verilən məlumata görə, dəhşətli qəzada 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
    Bildirilib ki, kimyəvi maddələr daşıyan yük qatarının ilk iki vaqonu boş olduğundan təhlükəli materialın sızması olmayıb. Maşinistlərin sağ olduğu və toqquşmanın sərnişin qatarını idarə edən maşinistin səhvi ucbatından baş verə biləcəyi bildirilib.

    Çexiyanın Baş naziri Petr Fiala sosial media hesabında etdiyi paylaşımda həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
    //Bakupost.az

  • Mağazalarda saxta endirim oyunu – Vətəndaşlar necə aldadılır?

    “Yaz, payız, qışın başlanğıcında, bayram ərəfələrində mağazalarının vitrinlərində endirimlərlə “ŞOK” endirim, 70-80 faizə qədər endirim elanları görürük. Yaxud istehlakçıları cəlb etmək üçün “dükan bağlanır” sözləri yazılır, lakin aylarla həmin mağaza bağlanmır. Məqsəd yalançı, “endirimlərlə” mağazaya müştəri cəlb etməkdir. İnsanlar əksər vaxtlarda aldadıldıqlarını, bəzi mağazalarda “endirim” qiymətlərinin həddən artıq şişirdildiyini deyirlər. Yüksək məbləğə satılan geyimlərin sonradan 70 faiz endirimlə satılan o mallar elə endirim qiyməti ilə satılan dəyərdə olur. Sadəcə olaraq, mövsüm başlayanda 3-4 dəfə artıq qiymətə satışa çıxarılır, mövsüm bitəndən sonra isə həmin geyimlər bir az ucuz qiymətə satılır. Bu da istehlakçı hüquqlarının pozulması deməkdir”.

    Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

    Onun sözlərinə görə, Nazirlər Kabinetinin 80 saylı qərarına görə, malların üzərində dükanın maddi məsul şəxsinin möhürü olmaqla qiymət sənədləri olmalıdır:

    “Bunlar isə adi kağıza yazılmalı deyil. Rəsmi bir sənəd olmalıdır, istehlakçı baxıb görsün ki, qiymət əvvəl necə olub, indi necədir. “İstehlakçının hüquqlarının müdafiəsi haqqında” qanuna görə, istehlakçının hüququ istənilən sənədlə qorunmalıdır. İstehlakçının, həmçinin ilkin qiymət sənədlərini tələb etmək hüquqları var. Təəssüflər olsun ki, Azərbaycanın əmtəə bazarında 95 faiz mallar üzərində belə bir qiymət sənədi yoxdur. Bu vəziyyət hazırda böyük problem olaraq qalır. Digər narahat doğuran məsələ isə endirim kampaniyası ilə satılmış malın istehlakçının tələbini ödəmədiyi zaman keyfiyyətsiz olursa, mağazalar qaytarılan malı qəbul etmirlər. Deyirlər ki, bunu endirim kampaniyası ilə almısınız. Qanunun müvafiq bəndində endirim kampaniyasında satılmış malların qaytarılmaması barədə heç bir müddəa yoxdur. Bu da birbaşa istehlakçı hüququnun pozulması deməkdir”.

    Birlik sədri vurğulayıb ki, bu gün cəmiyyətdə istehlakçı siyasəti düzgün formalaşmayıb. İstehlakçı maarifçiliyi aşağı səviyyədədir. Bu səbəbdən də sözügedən problemlər hökm sürür:

    “İstehlakçı hər hansı bir yerdə endirim kampaniyası ilə rastlaşarkən, ilk növbədə hüquqlarından istifadə edib malların ilkin və rəsmi qiymət sənədlərini tələb etməlidir. Onlar öz hüquqlarının pozulması ilə qarşılaşdıqları zaman isə mütləq şəkildə müvafiq dövlət təşkilatlarına şikayət etməlidirlər”.

  • BCM-ə şikayət edildi: Solovyov və Simonyanın həbsinə order verilməsi tələb edilir

    Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) və tərəfdaşları Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğuna məktubla altı rusiyalı təbliğatçının həbsinə order verilməsini xahiş ediblər.

    Bu barədə “Meduza”ya daxil olan qurumun press-relizində deyilir.

    Hüquq müdafiəçiləri teleaparıcı Vladimir Solovyovun, RT telekanalının baş redaktoru Marqarita Simonyanın, “Rossiya seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselyovun, radio və teleaparıcı Sergey Mardanın, habelə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin həbsinə order verilməsini tələb ediblər.

    Bəyanat müəlliflərinin fikrincə, onların hamısı Ukraynada dinc əhaliyə qarşı nifrətin yayılması kampaniyasında iştirak edərək Rusiyanın hərbi cinayətlərinə töhfə verirlər. Hüquq müdafiəçiləri bildirirlər ki, bu hərəkətlər insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.

    FIDH həmçinin hesab edir ki, Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini, Rusiya televiziyasında dövlət təbliğatına məsul şəxs Aleksey Qromov da ukraynalıların nifrət nitqi ilə təqib edilməsinə görə məsuliyyət daşıyır.

    Müraciət çərçivəsində hüquq müdafiəçiləri 24 fevral 2022-ci il və 24 fevral 2024-cü il tarixləri arasında rusiyalı təbliğatçıların bəyanatlarının iki mindən çox videoyazısını təhlil ediblər. Ümumilikdə, FIDH və tərəfdaşları ukraynalılara qarşı nifrət nitqi hesab edilən 300-dən çox bəyanat müəyyən ediblər. FIDH araşdırmasının nəticələri BCM Prokurorluğuna göndərilib.

    Xatırladaq ki, 2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar uşaqları Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.
    //qaynar.az

  • AQTA sahibkarı 2 maddə ilə cərimələdi – İş məhkəməlik oldu

    Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Bioloji Təbabət Klinikasının və “Planeta” şirkətinin təsisçisi Elxan Yaqubovu cərimələyib.

    Sahibkara İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsi ilə cərimə yazılıb.

    220.2-ci maddə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlıdır.

    Bu maddəyə əsasən, fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 200 yüz manatadək məbləğdə, hüquqi şəxslər isə 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

    447.0.3-cü maddə isə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə bağlıdır.
    Bu maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
     
    Elxan Yaqubov AQTA-nın qərarından məhkəməyə şikayət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.
    //qaynar.az

  • “Sədərək Yusif”lə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?

    “Sədərək” Firması Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.

    Qaynarinfo xəbər verir ki, Firmanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
     
    Aygün Abdullayeva iş üzrə hakim təyin edilib.

    İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

    “Sədərək” Firması iş adamı, “Sədərək Yusif” kimi tanınan Yusif Qədimbəyliyə məxsusdur. O, həm də “Sədərək” Ticarət Mərkəzinin sahibidir.

    Bir müddət əvvəl Yusif Qədimbəyli sahibkar Arazxan Nəcəfovla aralarındakı qalmaqalla gündəmə gəlmişdi.

    Arazxan Nəcəfov “Sədərək” Ticarət Mərkəzində icarədar olub. O, sözügedən ticarət mərkəzində 20 il mağaza işlədib. Devalvasiya zamanı onun biznesində problemlər yaranmağa başlayıb. Arazxan Nəcəfovun “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyinə 30 min manat borcu yaranıb.

    Sahibkar mediada açıqlamasında deyib ki, Yusif Qədimbəylinin adamları bundan istifadə edərək onun mağazasını qapadıb. Mağazada 300 min manat dəyərində olan malı isə ələ keçiriblər.

  • Polis əməkdaşı təlim zamanı aldığı xəsarətdən vəfat etdi

     Bu gün təlim zamanı antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

    Xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib.  

    Araşdırma aparılır.

    Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

  • İngiltərə Premyer Liqasında VAR sistemi ləğv olunmayacaq

    İngiltərə Premyer Liqasında VAR sistemi ləğv olunmayacaq.

    Median.Az “Sky Sport”a istinadən xəbər verir ki, bununla bağlı keçirilən iclasda klublar sistemin ləğv edilməsinin əleyhinə səs veriblər.

    Daha əvvəl “Vulverhempton” klubu tərəfindən Premyer Liqaya videotəkrardan istifadənin ləğvi ilə bağlı rəsmi məktub göndərilmişdi.

    Qeyd edək ki, VAR sistemi 2018-ci ildən etibarən futbol matçlarında tədbiq olunur.

  • В Азербайджане за 5 месяцев выданы льготные кредиты на сумму более 83 млн манатов

    В январе-мае текущего года Фонд развития предпринимательства при министерстве экономики предоставил льготные кредиты в размере 83,4 млн манатов на финансирование 2 261 проекта.

    Об этом сообщили в Фонде.

    Согласно информации, за счет выданных кредитов планируется создать 1 223 новых рабочих места.