Month: June 2024

  • Azərbaycanda 5 ayda 83 milyon manatdan çox güzəştli kredit verilib

    Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2 261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verib.

    Bu barədə Fonddan bildirilib.

    Məlumata görə, verilmiş kreditlər hesabına 1 223 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

  • По маршруту Баку-Агстафа-Баку назначены дополнительные железнодорожные рейсы

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) в связи с растущим пассажирским спросом назначило дополнительные рейсы по маршруту Баку-Агстафа-Баку.

    Как сообщает Median.Az со ссылкой на АЖД, поезд отправится из Баку в Агстафу 8 июня в 09:15, а из Агстафы в Баку – 9 июня в 15:00.

    Билеты можно приобрести в кассах железнодорожных вокзалов, на официальном сайте АЖД (www.ady.az) или онлайн через приложение ADY Mobile.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyunun 8-də saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 9-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

    Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

  • Azərbaycanın amputant millisi Avropa çempionatında ilk qələbəsini qazanıb

    Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında ilk qələbəsini qazanıb.

    Yığma 9-16-cı yerlər uğrunda qarşılaşmada ilk olaraq Yunanıstanla üz-üzə gəlib.

    Qarşılaşma millinin qalibiyyəti ilə bitib – 2:1.

    Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib – 1:1.
    //report

  • Xəzərdə süni torpaq sahələrinə dair icarə haqları yaxın bir ayda təsdiqlənəcək

    Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləğini bir ay müddətində təsdiq edib Prezident İlham Əliyevə məlumat verməlidir.

    Bu, dövlət başçısının “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda öz əksini tapıb.

    Xatırladaq ki, bu gün Prezident həmin qanunu təsdiq edib.

  • Azərbaycan sərbəst güləşçisi reytinq turnirində finala yüksəlib

    Azərbaycan sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.

    Maqomedxan Maqomedov (97 kq) bu raundadək irəliləyə bilib.

    Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) yarımfinalda məğlub olublar.

    Giorgi Meşvildişvili (125 kq) isə zədələndiyi üçün 1/4 finalda mübarizəni dayandırıb.

    Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.
    //report

  • В Грузии решение об обязательном страховании туристов могут отложить

    Обязательное страхование здоровья и от несчастных случаев для туристов, приезжающих в Грузию, планируется отложить до 1 января 2026 года.

    В парламент страны внесен законопроект, который приостанавливает применение данного пункта закона до конца следующего года.

    Документ был представлен депутатами, представляющими правящую партию “Грузинская мечта”. По словам инициаторов проекта, в процессе подготовки решения “Об утверждении правил и условий обязательного страхования здоровья и от несчастных случаев для туристов, приезжающих в Грузию” был выявлен ряд проблем, что делает целесообразным не применять данное требование до 1 января 2026 года.

    Напомним, что согласно закону “О туризме”, туристы, приезжающие в Грузию, должны иметь медицинскую страховку и страховку от несчастного случая. Нововведение намеревались применить с 1 июня этого года.
    //report

  • Gürcüstanın səfər sığortası tələbi il yarım ertələnə bilər

    Gürcüstana gələn turistlər üçün icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortanın 2026-cı il yanvarın 1-nə qədər təxirə salınması planlaşdırılır.

    Qonşu ölkənin parlamentinə qanunun müvafiq bəndinin tətbiqini gələn ilin sonuna qədər dayandıran qanun layihəsi təqdim olunub.

    Sənədi hakim “Gürcü arzusu” partiyasını təmsil edən deputatlar təqdim edib.

    Xatırladaq ki, “Turizm haqqında” qanuna əsasən, Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası olmalıdır. Qeyd olunan şərt bu il iyunun 1-dən həyata keçirilməli idi. Layihənin təşəbbüskarlarının sözlərinə görə, “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarın hazırlanması prosesində bir sıra məsələlər müəyyən edilib. Bu da müvafiq tələbin 2026-cı il yanvarın 1-nə qədər tətbiq olunmamasını məqsədəuyğun edir.
    //report

  • Ное Ван Хулст: Опасность климатических изменений гораздо значительней ранее предполагаемых

    Принятие на 29 сессии конференции сторон рамочной конвенции ООН об изменении климата (СОР29), которая пройдет в ноябре в Баку, каких-то значимых решений для ускорения глобального энергетического перехода очень важно для дальнейшего движения вперед.

    Об этом Report сказал заместитель председателя Международного партнерства по использованию водорода и топливных элементов Ное Ван Хулст (Noé van Hulst).

    По его словам, все последние экспертные отчеты ясно показывают, что опасность изменения климата еще больше, чем считалось ранее.

    “Основной причиной этого, по мнению международных экспертов, является использование ископаемого топлива”, – сказал он.

    В качестве альтернативы ископаемому Ван Хулст предлагает использовать водородное топливо.

    “Водород с низким уровнем выбросов может быть использован для декарбонизации определенных секторов экономики, в частности промышленности и большегрузного транспорта”, – сказал он.

    По его мнению, международные организации могут оказать большую помощь в обеспечении поддержки “зеленого” перехода, а сессии конференции сторон рамочной конвенции ООН об изменении климата (СОР), могут помочь согласовать необходимые шаги для достижения климатических целей.

    “Сессии СОР – это прекрасная возможность для мирового сообщества подвести итоги того, как далеко мы продвинулись и что еще необходимо сделать, чтобы достичь климатических целей, поставленных в Парижском соглашении”, – сказал он.

  • Noe Van Hulst: İqlim dəyişikliyi ilə bağlı təhlükə güman ediləndən daha böyükdür

    Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qlobal enerji keçidini sürətləndirmək üçün bəzi mühüm qərarların qəbul edilməsi gələcək irəliləyiş üçün çox vacibdir.

    Bu barədə “Report”a açıqlamasında hidrogen və yanacaq elementləri üzrə beynəlxalq tərəfdaşlığın vitse-prezidenti Noe Van Hulst bildirib.

    Onun sözlərinə görə, bütün son ekspert hesabatları açıq şəkildə göstərir ki, iqlim dəyişikliyi ilə bağlı təhlükə əvvəllər güman ediləndən daha böyükdür: “Bunun əsas səbəbi beynəlxalq ekspertlərin fikrincə, qalıq yanacaqlardan istifadədir”.

    Van Hulst qalıq yanacaqlara alternativ olaraq hidrogen yanacağından istifadə etməyi təklif edir: “Aşağı emissiyalı hidrogen iqtisadiyyatın müəyyən sektorlarını, xüsusən də sənaye və ağır yük daşıyan nəqliyyatı karbonsuzlaşdırmaq üçün istifadə edilə bilər”.

    Onun fikrincə, beynəlxalq təşkilatlar “yaşıl keçid”in dəstəklənməsində böyük kömək göstərə bilər və COP sesiyaları iqlim məqsədlərinə nail olmaq üçün zəruri addımların razılaşdırılmasına kömək edə bilər: “COP sessiyaları dünya ictimaiyyətinin Paris Sazişində qarşıya qoyulan iqlim hədəflərinə çatmaq üçün nə qədər irəlilədiyimizi və başqa nə etmək lazım olduğunu qiymətləndirməsi üçün əla fürsətdir”.