Month: June 2024

  • İstirahət günü hava necə olacaq?

    İyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

    Havanın temperaturu gecə 15-20°, gündüz 22-27° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 15-20°, gündüz 25-30°, dağlarda gecə 9-13°, gündüz 13-18° olacaq.

  • Pley-off oyunlarının vaxtı açıqlanıb

    I Liqada “Araz Saatlı” və “Cəbrayıl” komandaları arasında keçiriləcək pley-off oyunlarının vaxtı müəyyənləşib.

    Median.Az İdman.biz-ə istinadən xəbər verir ki, ilk görüşə “Cəbrayıl” ev sahibliyi edəcək.

    Qarşılaşma iyunun 9-u saat 18:30-da “ASCO Arena”da keçiriləcək. Cavab oyunu iyunun 15-də olacaq. İyun ayının 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək. Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.

    Qeyd edək ki, hər iki oyunda “CBC Sport” telekanalı tərəfindən canlı yayım və VAR sisteminin tətbiqi nəzərdə tutulub.

  • Telefonla danışarkən ildırım vurub, başı tamam yanıb: Ötən gün baş verən hadisənin DETALLARI – VİDEO

    Şəmkirdə 61 yaşlı kişinin ildırım vurması nəticəsində ölməsi hadisəsinin təfərrüatı məlum olub.

    Hadisə nəticəsində dünyasını dəyişmiş Züriyyət Musayevin qardaşı Nüsrət Musayev APA TV-yə danışıb:

    “Bizə zəng gəldi. Hadisə yerinə gedəndə gördük ki, qardaşımın baş nahiyəsinin üst hissəsi tam yanıb, qarın nahiyəsində isə yumru deşik əmələ gəlib. İldırım vurarkən qardaşım telefonla danışırmış”.

    Xatırladaq ki, hadisə Şəmkir rayonunun Yeni Həyat kəndində qeydə alınıb. 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayev kənddə çobanlıq edirmiş.

    Daha ətraflı süjetdə:

  • İranda prezident seçkilərində bir ilk: qadın namizəd…

    İranda keçiriləcək növbədənkənar prezident seçkilərində ilk qadın namizəd olmaq üçün qeydiyyatdan keçilib.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    Məlumata görə, Zöhrə Elahianın prezident seçkilərində namizədliyi qeydə alınıb.

    “Mənim hökumətimin şüarı, sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyətdir”, – Elahian bildirib.

  • Bakıda yeni açılan mollda həyəcanlı anlar – Video

    Paytaxtda yeni açılan “Crescent Mall”da azyaşlının ayağı eskalatortda qalıb.

    Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

    Ətrafda olanlar köməksiz qalan uşağa yardım etməyə çalışıblar.

    Sözügedən görüntüləri təqdim edirik:

  • 40 gün üzünüzə zeytun yağı çəksəniz…

    Zeytun yağının faydalarını saymaqla bitirmək mümkün deyil.

    Median.Az Medicina.az-a istinadən xəbər verir ki, min illərdir sağlamlıq və gözəllik üçün istifadə edilən bu yağ həm üz, həm də bədən dərisi üçün əvəzedilməzdir.

    Zeytun yağı ilə hüceyrələrinizi yeniləyib yumşaq dəri əldə etmək mümkündür. Ekspertlər bildirirlər ki, 40 gün ərzində dəriyə zeytun yağı çəkərək mükəmməl nəticəyə çatmaq olar. Antioksidantlar, vitaminlər və minerallarla zəngin olan zeytun yağı zamanla qırışların görünüşünü azaldır.

    Zeytun yağı orqanizmin əksər orqanlarını və dərini yeniləyir, təravətləndirir.

    40 gecə yatmazdan əvvəl üzünüzə çəkdiyiniz zeytun yağı dərinizi yeniləyəcək, nəmlənmiş dəri ilə oyanmağınıza imkan verəcək. Beləliklə, gecə maskalarına ehtiyac qalmayacaq.

    Zeytun yağının dəriyə digər faydaları:

    – Günəşin zərərli ultrabənövşəyi şüalarının 20%-ni bloklayır.

    – Tərkibindəki skualen adlanan maddə dərini qoruyur.

    – Sızanaqlara qarşı istifadə üçün uyğundur və dərini günəş ləkələrindən təmizləyir.

    – Dərinin qurumasının qarşısını alır və ölü hüceyrələri təmizləyir.

    – Xalq arasında “maye qızıl” olaraq adlandırılan zeytun yağı E və C vitaminləri ilə çox zəngindir.

    – Nəmləndirici xüsusiyyətlərinə görə qırışları azaldır.

    Qeyd edək ki, zeytun yağı quru və normal dəri üçün uyğundur. Yağlı və qarışıq dəri tiplərində olanların belə yağlardan istifadəsi tövsiyə olunmur.

  • Rusiya Ermənistanda dəmir yolunu bərpa edir

    Rusiyalı mütəxəssislər mayın 25-26-da Ermənistanın Lori və Tavuş vilayətlərində baş vermiş təbii fəlakət zamanı sıradan çıxmış dəmir yolunu bərpa edəcək.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, razılıq Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mger Qriqoryan arasında əldə edilib.

    Rusiya tərəfi bərpa prosesinin xərclərini öz üzərinə götürdüyünü açıqlayıb.

  • 829-cu gün: Rusiyanın itkiləri yeniləndi

    Ukrayna müharibənin 829-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

    Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

    Məlumata əsasən, Rusiya indiyə qədər 508 780 hərbçi, 7 740 ədəd tank, 14 947 ədəd zirehli döyüş maşını, 13 184 ədəd artilleriya sistemi, 1 088 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 815 hava hücumundan müdafiə sistemi, 357 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 006 ədəd avtomobil texnikası, 10 617 ədəd PUA, 2 230 qanadlı raket, 27 gəmi/kater, 1 sualtı qayıq, 2 181 xüsusi avadanlıq itirib.

  • Yol Polisi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir:

    “Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, küləkli havada avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi xahiş edir.

    Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.

  • СМИ: На юге Германии из-за угрозы наводнения объявили режим ЧС

    Режим чрезвычайной ситуации (ЧС) объявлен в районах Аугсбург, Гюнцбург и Ной-Ульм в Баварии из-за наводнения, вызванного проливными дождями.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает агентство DPA.

    Как ожидается, в ближайшие часы уровень воды в реках во многих районах на юге Германии продолжит подниматься и может достигнуть рекордных отметок. Эвакуация жителей объявлена в нескольких населенных пунктах Баварии, в том числе в районе Нижний Алльгой. В местечке Фишах, расположенном недалеко от Аугсбурга, людей пришлось спасать на вертолетах.

    В субботу прекращено движение поездов на отрезках между Мюнхеном, Брегенцем и Цюрихом, Ульмом и Аугсбургом.

    Циклон “Квирина” принес на юг ФРГ проливные дожди, которые в свою очередь привели к наводнениям. В некоторых районах Баварии и Баден-Вюртемберга за сутки выпало более 130 литров осадков на квадратный метр. В ближайшие 48 часов метеорологи ожидают проливные дожди в Баварии в районе Боденского озера, в южных районах Саксонии и Тюрингии.