Month: June 2024

  • Xərçəngi aşkarlayan süni intellekt yaradıldı

    Rusiyanın Pskov Dövlət Universitetinin alimləri Maşerov adına Vitebsk Dövlət Universitetindən olan həmkarları ilə birlikdə “Prioritet 2030” proqramı çərçivəsində qadınlarda uşaqlıq boynu xərçəngini müəyyən edən ilk Rusiya-Belarus neyron şəbəkəsini yaradıblar.

    Pskov Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Taras Antal bildirib ki, bu, region üçün son dərəcə aktual mövzudur, çünki patologiya Pskov vilayətində ən çox yayılmış xərçəng xəstəliklərindən biridir.

    Alim neyron şəbəkənin regionun aparıcı tibb müəssisəsi olan Pskov vilayətinin onkoloji mərkəzində istifadə olunacağına da aydınlıq gətirib. Həkimlər diaqnozların dəqiqliyini artırmaq üçün bu sistemdən istifadə edə biləcəklər.

    Onun sözlərinə görə, bu süni intellekt üzrə yüzdən çox patoloji dəyişikliklər artıq işlənib, daha bir neçə yüz toxuma bölməsi öyrəniləcək. Odur ki, yaxın gələcəkdə sistem digər xərçəng növlərini də aşkarlaya biləcək.

    Mənbə: TASS

  • Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? – VİDEO

    Şəhərin dörd bir tərəfində vurulan lövhələrdə “bazar günləri parklanma ödənişsizdir” yazılsa da, əslində paytaxtın bir çox yerlərində vətəndaşlardan parklanmaya görə qanunsuz ödənişlər alınır.

    Xezerxeber.az-ın məlumatına görə, sürücülər də mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər.

    Onların bəziləri isə əksini düşünərək ənənəvi ödəniş üsulundan razı olduğunu deyiblər.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət olunsa da, heç bir cavab alınmayıb.

    Xatırladaq ki, hər axşam saat 22:00-dan, səhər saat 7-yə qədər və bazar günləri fəaliyyət göstərən zonalar üzrə parklanma pulsuzdur.

    Ətraflı süjetdə:

  • В Баку 19-летний юноша получил удар ножом в область сердца

    В Хазарском районе Баку произошла поножовщина.

    Как передает АПА, случай зафиксирован в поселке Шаган.

    Сообщается, что Алисакит Мамедов (2005 г.р.) получил ножевое ранение в область сердца от своего родственника.

    Пострадавший был госпитализирован.

    По данному факту проводится расследование.

  • Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

    Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Şağan qəsəbəsində qeydə alınıb.

    2005-ci il təvəllüdlü Əlisakit Elşən oğlu Məmmədov küçədə qohumu tərəfindən bıçaqlanıb.

    Zərbə onun ürəyinə tuş gəlib. Xəstəxanaya çatdırılan Ə.Məmmədov hazırda cərrahi əməliyyat edilir.

    Faktı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

  • Сегодня в двух районах Баку не будет газа

    Сегодня будет приостановлена подача газа в Сабунчинский и Гарадагский районы Баку.

    Об этом сообщили в производственном объединении “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    В связи с испытательными и ремонтными работами на газопроводах с 10:00 будет приостановлено газоснабжение поселков Бакиханов и Ени Рамана Сабунчинского района, а 11:00 – поселка Алят Гарадагского района.

  • Bu gün iki rayonda qaz olmayacaq

    Bu gün saat 10:00-dan Sabunçu və Qaradağ rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Məlumata görə, bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt qəsəbəsində ortatəzyiqli qaz xətlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycan QHT-ləri 26 ABŞ konqresmeninə açıq məktub ünvanlayıblar

    Azərbaycanın 26 qeyri-hökumət təşkilatı (QHT) təmsilçisi 26 ABŞ konqresmeninə açıq məktub ünvanlayıb.

    “Report” xəbər verir ki, açıq məktubu imzalayanlar arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransı (COP29) Təşkilat Komitəsində təmsil olunan QHT nümayəndələri də yer alıblar.

    Məktubda deyilir:

    “Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ konqresmenlərinə açıq məktub ünvanlamaqla öncə onlara ətraf mühit məsələlərinə, Azərbaycanın COP29 sədrliyinə maraq göstərdikləri üçün təşəkkür etmək istəyirik.

    535 nəfər üzvü olan ABŞ Konqresinin 26 nəfərlik heyəti (onların içərisində 100 nəfərlik Senatdan cəmi üç senator, 435 nəfərlik Nümayəndələr Palatasından isə cəmi 23 nümayəndə var) mayın 13-də ABŞ Dövlət katibi Antoni Blinkenə və ABŞ prezidentinin baş müşaviri Con Podestaya məktubla müraciət edərək, Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd ediblər.

    Bu məktubun cəfəng mahiyyətinin Ağ Evdə dərhal başa düşülməsini onu oxuduqdan sonra həm Blinkenin, həm də Baydenin Azərbaycana ünvanladıqları mesajlarda aydın görmək olur. Dövlət katibi Blinken ABŞ-nin Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayıb, Prezident Bayden isə tədbirin uğurla keçirilməsində ABŞ-nin Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib.

    Bunu nəzərə alaraq, ABŞ konqresmenlərinə bu açıq məktubu heç yazmamaq da olardı. Amma bir halda ki, bir sıra konqresmenlər ətraf mühit məsələlərinə bu qədər həvəs göstərirlər, onlara bəzi tövsiyələri əsirgəməyəcəyik. Hesab edirik ki, bu məsləhətlər son vaxtlar Azərbaycan əleyhinə “nifrət nitqi” tribunasına çevrilən “Financial Times”ın redaktorları üçün uydurmaları deyil, real mövzuları tapmaqda da faydalı ola bilər:

    Faktdır ki, ABŞ dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələr sırasında liderlik edir. Əlbəttə, bunu istəyərək etmir, nəhəng iqtisadiyyata, sənayeyə malikdir. “Bəşəriyyətin ekoloji qayğısını çəkən” konqresmenlər bu təsirləri azaltmaq üçün konkret təkliflərlə, proqram layihələri ilə çıxış edə bilərlər. Lap istəsələr, ABŞ hökumətindən də maraqlanarlar ki, niyə iqlim dəyişmələri ilə mübarizəyə dair ən böyük tədbir olan COP indiyədək bir dəfə də olsun ABŞ-də keçirilməyib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında “tarixi məsuliyyət” termini sənayeləşmə başlayandan sonrakı (1750-ci ildən indiyə qədər) dövrdə ölkələr tərəfindən atılan tullantıların miqdarını nəzərdə tutur və buna görə də hər bir dövlətin tarixi məsuliyyəti müəyyənləşdirilir. ABŞ-nin karbon emissiyalarının həcminə görə tarixi məsuliyyəti 430 milyard tondan çoxdur. Bu, dünyada ən yüksək göstəricidir. Belə bir ölkənin konqresmenləri müraciətə imza atmazdan əvvəl bu statistikanı cəsarət tapıb məktubun sifarişçilərinə deyə bilərdilər və onda indiki vəziyyətdə qalmazdılar;

    Dünyada neft istehsalına görə birinci yeri ABŞ tutur. ABŞ gündəlik 13 milyon barel neft hasil edərək dünyada istehsal olunan neftin həcmində təxminən 15%-lik paya malikdir. Buraya ABŞ şirkətlərinin xarici ölkələrdə hasil etdikləri neft daxil deyil. Görəsən, bu konqresmenlər ümumi daxili məhsulun adambaşına düşən payına görə Avropa İttifaqı ölkələri və digər inkişaf etmiş dövlətlərlə müqayisədə iqlim dəyişmələrinə qarşı tədbirlərə ABŞ-nin daha az maliyyə ayırmasının səbəbi barədə niyə düşünmür və ya niyə buna görə yerli hökuməti sorğulamırlar?! ABŞ digər inkişaf etmiş ölkələrlə birlikdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə qarşı mübarizə üçün maliyyə və texniki dəstək göstərilməsi üzrə beynəlxalq öhdəliklər götürüb. Lakin ABŞ tərəfindən bu öhdəliklərin heç 10%-i yerinə yetirilmir. Bu da konqresmenlər üçün yaxşı mövzu ola bilər;

    Dünyada iqlim dəyişmələri böhranının yaranmasında kömür ən çirkli yanacaq növü kimi müstəsna paya malikdir və istilik effekti yaradan qaz emissiyaları ən çox kömürün istehsalı, saxlanması, daşınması və yandırılması proseslərindən atılır. Təəssüflə qeyd edilməlidir ki, bəşəriyyət qarşısında böyük tarixi məsuliyyət daşıyan ABŞ-də hələ də kömürdən yanacaq kimi istifadə edilir. ABŞ tarixən ən böyük kömür istehsal edən ölkə olub. 2022-ci ildə ABŞ ildə 540 milyon ton kömür istehsal edərək dünyada dördüncü yeri tutub. Azərbaycanda isə tarixən kömür istehsal edilməyib. 10 ildən çoxdur ki, Azərbaycanda mazutdan da istifadə, demək olar ki, sıfıra enib və hazırda ən təmiz yanacaq kimi ancaq təbii qazdan istifadə edilir. Bu isə beynəlxalq sazişlər üzrə Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinə (70%-ə qədər) artıq öz misilsiz töhfəsini verib. Yeri gəlmişkən, ABŞ dünyada sıxılmış maye yanacaq istehsalında da lider mövqedədir, bu isə ekoloji baxımdan adi qazdan da çirklidir;

    OPEC+ platformasının üzvü olan Azərbaycan dünyaya nümunə göstərir ki, məhz neft və qazı zəngin olan ölkələr iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdırlar. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət yekdilliklə COP29-a ev sahibliyini bu dəfə məhz Azərbaycana həvalə edib, bu, həm də Azərbaycanın yaşıl enerji siyasətinə dünyanın münasibəti və rəğbətidir. Zəngin neft və qaz ehtiyatlarına malik olmağa görə bir ölkəni mühakimə etmək sağlam məntiqə sığmır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ uzun illər lazım olacaq. Azərbaycanın təbii qaz ixracının yarısı – 12 milyard kubmetri Avropa İttifaqı bazarına gedir, yaxın üç ildə bu rəqəm Avropa Komissiyasının xahişi ilə 20 milyard kubmetrə çatacaq. Azərbaycan qazı Avropada enerjiyə olan tələbatın ödənilməsi üçün qlobal iqlim sistemi ilə sıx bağlı olan qiymətli meşə ehtiyatlarının qırılmasının qarşısını alıb, onları qorumağa imkan verib. ABŞ konqresmenlərinin bu məsuliyyətli davranışa görə Azərbaycana təşəkkür etmək əvəzinə, onu qınamağa çalışması başadüşülən deyil. Sərgilənən qərəzli münasibət həm də Azərbaycanı COP29-da yekdilliklə dəstəkləyən beynəlxalq ictimaiyyətin mövqeyinə açıq hörmətsizlikdir;

    Azərbaycan yeni enerji strategiyasını COP29-a ev sahibliyi məsələsindən xeyli əvvəl elan edib. Yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Azərbaycanın yaxın altı ildə Günəş və külək enerjisi 5 000 meqavat (5 giqavat) təşkil edəcək. Dörd giqavat həcmində yaşıl enerjini Avropaya ixrac etmək imkanı yaranacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatları isə 157 giqavatdır. Bu, Azərbaycanın yaşıl enerji potensialını izah edir. Maraqlıdır, özlərini “ekologiya cəfakeşləri” kimi aparan ABŞ konqresmenləri niyə bu barədə danışmırlar?! Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonaları elan edib. Bununla, əslində, qlobal istiləşməni 2°C-dən aşağıda saxlamaq üçün imkanlar pəncərəsinin daraldığı, 1,5° C-də saxlamaq fürsətinin isə getdikcə tükənməkdə olduğu bir zamanda inkişaf etməkdə olan ölkə kimi Azərbaycan dünyaya müdrik mesaj verir. Mesajın mahiyyəti aydındır: heç bir ölkənin iqlim təhdidlərindən sığortalanmadığı müasir dövrdə qlobal iqlim dəyişmələrinin səbəb ola biləcəyi fəlakətin qarşısı yalnız qlobal həmrəylik, yaşıl düşüncə sayəsində alına bilər;

    26 nəfər ABŞ konqresmeni özünü Azərbaycana qarşı fəaliyyəti ilə ad çıxarmış tarixdəki 26 Bakı komissarı kimi aparır. Yeri gəlmişkən, onlardan biri Azərbaycan xalqının qanını axıtmış cəllad Stepan Şaumyan idi. Şaumyan kimi “Nagorno-Karabakh” və guya onun şərəfinə “paytaxt” elan edilmiş “Stepanakert” də artıq yoxdur. Azərbaycan tarixi ədaləti bərpa edib. Əgər müraciəti imzalamış ABŞ konqresmenləri Qarabağın dərdini çəkmək istəyirsə, ilk növbədə Qarabağda Ermənistan tərəfindən məhv edilmiş təbiət, kəsilmiş ağaclar, çirkləndirilmiş çaylar, yerlə bir edilmiş ekosistemlər haqqında danışsınlar. Biz bu 26 nəfər ABŞ konqresmenini elə ABŞ şirkətinin sərmayəsi ilə bütün beynəlxalq ekoloji normaları, o cümlədən Espoo Konvensiyasını pozaraq Azərbaycan Respublikası ilə sərhədə bitişik ərazidə – Arazdəyəndə metallurgiya zavodu tikiləndə etiraz etdiyini görmədik. Bu gün də Azərbaycanın transsərhəd çayları Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətinin ekoloji fəsadları ilə üzbəüzdür. Biz bununla bağlı da bir dəfə də olsun ABŞ konqresmenlərinin etirazını eşitməmişik. Budur sizin təbiətə münasibətiniz?

    Beləliklə, sizin müraciətinizin mahiyyəti bizim üçün aydındır. Siz qlobal iqlim dəyişmələrində əsas tarixi məsuliyyət daşıyan inkişaf etmiş ölkələr barədə formalaşmış mövcud çərçivəni gizlətmək, manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmaq və əsas günahın neft-qaz istehsal edən kiçik ölkələrin üzərinə qoyulması kimi uğursuz cəhdlər edirsiniz.

    Azərbaycanın COP29 üçün şüarı “Yaşıl dünya naminə həmrəy olaq!”dır. Sizi COP29-a dəvət edirik, gəlin, hər şeyi öz gözlərinizlə görün. Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsini alqışlayan yüzlərlə xarici QHT-lər, vətəndaş cəmiyyəti təsisatları bu günlərdə silsilə bəyanatlar verirlər. Onlar qısa müddətdə COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əldə etdiyi uğurlara qiymət verir və təqdir edir. Elə sizin müraciət etdiyiniz Blinken və Bayden kimi!

    Əlavə tövsiyələr lazım olsa, müraciət etməyə çəkinməyin. Biz bundan məmnun olarıq!”

  • Bu üç içki həzm problemlərinə səbəb olur

    Sevdiyimiz içkilər şişkinlik, qaz və mədə narahatlığı kimi həzm problemlərini ya sakitləşdirə, ya da pisləşdirə bilər.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, alkoqol mədənin selikli qişasını qıcıqlandıraraq iltihaba və həzm problemlərinə səbəb ola bilər. Tərkibində heç bir faydalı qida yoxdur və faydalı bağırsaq bakteriyalarına zərər verə bilər. Alkoqol qəbulunu azaltmaq və ya sərinləşdirici içkilər içmək bağırsaqlarınızı sağlam saxlamağa kömək edə bilər.

    Şəkər və soda ilə yüklənmiş qazlı içkilər bağırsaq balansınızı poza bilər. Yüksək şəkər tərkibi şişkinliyə səbəb ola bilər və həzmi poza bilər. Qazlı içkilər və şəkər qarışığı mədə yanmasını gücləndirə və mədə kramplarına səbəb ola bilər.

    Kofein və şəkərlə zəngin enerji içkiləri həzmə mənfi təsir göstərir. Kofein bağırsaqları stimullaşdırır, narahatlığa və tualetə tez-tez səfərlərə səbəb olur.
    //lent.az

  • Bürclərə görə kişilərin XÜSUSİYYƏTLƏRİ

    Bürc dairəsinin bütün nümayəndələrinin qüsurları var. Bəzilərinin başında daha çox tarakan var, bəzilərinin daha az. 

    Bürclər hər bir kişinin mənfi cəhətlərindən danışır, bunun əsasında onunla görüşmək barədə qərar verə bilərsiniz.

    Bürcün bir çox əlamətində ciddi komplekslər və qorxular var. Ancaq ulduzlar seçilmiş birinin gələcək xüsusiyyətlərini əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Bürc əlamətləri olan kişilər ailə həyatını zəhərləyə biləcək fobiyalara həssasdırlar?

    1. Qoç bürcü kişiləri: xüsusiyyətləri

    Qoç bürcünün nümayəndələri həmişə münasibətlərdə liderlik yaratmağa çalışırlar. Onlar öz maraqları uğrunda sona qədər mübarizə aparmağa və bunu aqressiv şəkildə etməyə hazırdırlar. Xasiyyətlərinə görə Qoç oğlanları boş qalmağı sevmirlər, tək qalmaqdan və verdiyi sözə əməl etməməkdən çox qorxurlar. Qoç bürcü kişiləri də azadlığı sevdikləri üçün uzunmüddətli münasibətlərə girməyə risk etmirlər.

    2. Buğa bürcü kişiləri: xüsusiyyətləri

    Buğa bürcü olan kişi üçün ulduz falı deyir ki, onun nümayəndəsi xanımla sakit davranır. Yeni insanlarla asanlıqla əlaqə qurur və mehribandır. Belə bir tərəfdaş güclü bir ailə qurmaq və həddindən artıq fəaliyyət olmadan sakit yaşamaq üçün hər şeyi edəcəkdir. Bununla belə, Buğa kişisi gecə klublarına və əyləncələrə getməyəcək. Belə əyləncələri sevən bir qızla o, eyni yolda deyil.

    Buna görə də, əgər sizə də sakit bir yoldaş lazımdırsa, Buğa olan bir tərəfdaş seçə bilərsiniz. Əgər barlara gedib əylənməyi üstün tutursansa, onda bu, onunla darıxdırıcı olacaq.

    3. Əkizlər bürcü kişiləri: xüsusiyyətləri

    Əkizlər bürcü olan bir insanın xoş bir xüsusiyyəti yoxdur. Bu adamlar dəyişkəndirlər. Söz verib geri ala, bir çox məsələlərdə mövqelərini dəyişə bilərlər. Bu şəxslər həm də hər şeydə manipulyasiya etməyi və qazanc əldə etməyi sevirlər. Bürclərə görə əkizlər olan kişilər üçün daimi münasibətlər uyğun deyil, onlardan çox qorxurlar.

    4. Xərçəng bürcü kişiləri: xüsusiyyətləri

    Xərçəng, empatiya göstərməyi sevən bir bürcdür. Bu cür kişilər necə rəğbət bəsləməyi bilirlər, lakin buna görə də qarşı tərəfin qarşılıqlı münasibətindən qorxurlar. Onlar üçün güclü ailə qurmaq və rahat yaşamaq vacibdir. Onları bundan məhrum etsəniz, panikaya düşəcəklər. Yəni Xərçəng kişisi ciddi münasibət istəməyən qadınla eyni yolda deyil.

    5. Şir bürcü olan kişinin xarakteri necədir?

    Belə oğlanlar hər gün özlərinə inam nümayiş etdirməyə çalışırlar. Ulduz falına görə Şir bürcü olan şəxslərin heç nədən qorxmadıqlarına və istənilən hədəfi fəth etməyə hazır olduqlarına, demək olar ki, heç kim şübhə etmir. Ancaq əslində Şir bürcü kişilərində qəza və ya uğursuzluq qorxusu var. Onlar da diqqətdən kənarda qalacaqlarından və ya tamamilə unudulacaqlarından qorxurlar.

    6. Qız bürcü kişilərinin xüsusiyyətləri

    Bu kişilər hər şeydə təvazökarlıq nümayiş etdirirlər. Qız bürcünün nümayəndələri heç vaxt ziyafətə və ya bara getməyən mürəkkəb insanlardır. Təvazökarlıqlarına və sakitliyinə görə çox yavaş hərəkət edirlər. Qız bürcü kişilərinin qərar verməsi üçün çox vaxt aparır və daim gecikirlər. Bəziləri özlərinə güvənmədikləri və tərk ediləcəyindən qorxduqları üçün gözəl qızlarla münasibət qurmaqdan qorxurlar.

    7. Tərəzi bürcü necə kişidir?

    Tərəzi bürcünün nümayəndələri hər şeydə tarazlıq axtarırlar, ona görə də onların əhvalı tez-tez dəyişir. Bu səbəbdən belə oğlanları tez-tez qızlar tərk edirlər. Tərəzi kişiləri də təklikdən qorxurlar. Buna görə də tez bir zamanda həyat yoldaşı və uşaq sahibi olmağa çalışırlar

    8. Əqrəb bürcü kişilərinin xüsusiyyətləri

    Əqrəb bürcünün nümayəndələri emosionaldırlar, lakin üz ifadələrini və hisslərini idarə etməyi bilirlər. Ən çox belə kişilər qızların lağ etməsindən qorxurlar. Onlar da həmişə sirr saxlayırlar və xanımın onlardan xəbər tutacağından qorxurlar.

    9. Oxatan bürcü kişilərinin xüsusiyyətləri

    Oxatan bürcünün nümayəndələri tək qalmağı, yaradıcılıq nümayiş etdirməyi və başqalarına enerji verməyi sevirlər. Qızın onları idarə edəcəyindən və ya onlara rəhbərlik edəcəyindən qorxurlar. Onların məqsədi həyatlarını müstəqil şəkildə idarə etməkdir.

    10. Oğlaq bürcü olan kişi – xarakteri necədir?

    Oğlaq bürcünün nümayəndələri qarşılarına iddialı məqsədlər qoyur və onlara nail olmağa çalışırlar. İstədiklərini əldə etmək üçün işləməyə hazırdırlar. Ancaq Oğlaq kişiləri qəzaya düşməkdən və insanların çox olduğu yerlərə getməkdən qorxurlar.

    11. Dolça bürcü kişilərnin xüsusiyyətləri

    Bu oğlanlar istedadlıdırlar. Onlar yazıçı, musiqiçi və ya hətta rəssam ola bilər. Bununla belə, Dolça kişiləri emosional cəhətdən sabitdirlər, inciməzlər və sakitlik nümayiş etdirirlər. Sadəcə, ulduz falına görə Dolça olan tərəfdaşlar tək qalmaqdan qorxurlar. Onlar həm də qadınlara ehtiyatla yanaşırlar, çünki partnyorlarının çatışmazlıqlarını öyrənə biləcəyindən və ayrılmalarını təklif edə biləcəyindən qorxurlar.

    12. Balıqlar nədən qorxurlar?

    Balıq bürcünün nümayəndələri xəyal qurmağı sevirlər. Onlara zərər vermək olduqca asandır. Eyni zamanda, onlar mülayim xarakterə malikdirlər və kifayət qədər sirli şəxsiyyətlərdirlər. Münasibətlərdə bu bürcün kişiləri qətiyyətsiz olurlar. Həmçinin ulduz falı ilə Balıq olan partnyorlar qadınların əsəbiləşib onlardan qisas alacağından qorxurlar.
    //lent.az

  • Azərbaycanda bir gecədə 3 nəfəri öldürən HADİSƏ: bunlara DİQQƏT EDİN

    Ötən gün ölkəmizdə bir gecənin içində 4 nəfəri ildırım vurub. 3-ü hadisə yerində dünyasını dəyişib, 1-nin isə vəziyyəti ağır olaraq qiymətləndirilir. Bunlarla yanaşı, Zaqatalada da ildırım vurması nəticəsində yaşayış evi yanaraq, yararsız hala düşüb.

    Bu hadisələrin hər biri ildırımdan qorunmağı, ildırım vurmasının nəticələrini, enerji dərəcəsini gündəmə gətirir. İldırım vurmasından sonra sağ qalmaq mümkündür, amma bunun nəticələri fərqli ola bilər.

    Maraqlıdır, ildırım haqqında nələri bilməliyik?

    Lent.az-ın araşdırması ilə məlum olub ki, təxminən dünyada hər saniyədə 100 ildırım çaxır.

    Bu da ildə təxminən 3 milyard ildırım çaxması deməkdir. İldırım vurması nəticəsində hər il dünyada təxminən 240.000 insan yaralanır və 6 – 10 min nəfər arasında insan həyatını itirir.

    İldırımın enerji dərəcəsi nə qədərdir?

    İldırımın enerjisi çox yüksəkdir. Bu təxminən bir neçə yüz milyon volt potensial ola bilər. Bu enerjinin bir qismi insana təsir edəndə ciddi yanma, sinir və ürək-damar sistemi zədələnmələri, çox hallarda isə ölümlə nəticələnir.

    İldırım vurmasından sonra sağ qalan insanın bədənində nələr baş verir?

    İldırımvurma nəticəsində insan bədənində patoloji dəyişikliklər baş verir. Tənəffüs və ürək qan-damar sisteminin fəaliyyəti pozulur, eşitmə, görmə qabiliyyəti, şüur və yaddaş itə bilər. Eyni zamanda, bədəndə yanıqların əmələ gəlməsi istisna edilmir. İldırım vurması nəticəsində zərərçəkmişin bədənində ildırımın izi – giriş və çıxış nöqtələri görünür.

    İldırım vurmasından sonra sağ qalan insanlardakı müxtəlif nəticələr:

    1.Yanıqlar: İldırım vurması zamanı cildin üst qatlarında və bəzən də dərin toxumalarda ciddi yanıqlar yaranır.

    2.Sinir Sistemi Zədələnmələri: Sinir sisteminə zərər verə, nəticədə yaddaş itkiləri, baş ağrıları, koordinasiya problemləri və ya digər nevroloji problemlər yarana bilər.

    3.Ürək və Damar Problemləri: İldırımın yüksək enerjisi ürək ritmini pozaraq ani ürək dayanmasına səbəb olur və ya digər ürək-damar problemləri yaradır.

    4.Qulaq və Görmə Problemləri: İldırım vurmasından sonra bəzi insanlar müvəqqəti yaxud daimi qulaq ağrısı və görmə problemləri yaşayır.

    5.Psixoloji Təsirlər: Bunun psixoloji təsirləri də ola bilər. Hadisədən travma sonrası stres pozğunluğu (TSSB), qorxu və ya digər psixoloji problemlərin yaranma ehtimalı var.

    6.Lichtenberg Şəkilləri: İldırım vurmasından sonra dəridə xüsusi izlər, Lichtenberg şəkilləri adlanan mürəkkəb naxışlar əmələ gələ bilər. Bədənə daxil olan yüksək gərginlikli elektrik cərəyanı kapilyarları zədələyərək, qan damarlarını partladır. Bu zaman dəridə qırmızı və ya qəhvəyi rəngli naxışlar yaranır.

    Müddəti: Bu izlər adətən müvəqqəti olur, bir neçə gün və ya həftə ərzində yoxa çıxır. Lakin bəzi hallarda daha uzun müddət qala bilər. Bu izlər nadir olsa da, vurmanın nəticəsi olaraq görünə bilər.

    İldırım çaxması zamanı necə qorunmaq lazımdır?

    İldırım çaxması zamanı təhlükəsizlik tədbirlərini görmək vacibdir. İnsanların özlərini və başqalarını qorumaq üçün atacağı bəzi addımlar:

    1.Bina və ya maşın içində qalmaq:

    Ən təhlükəsiz yerlər bina içi və ya metal gövdəli maşınlardır. Bu yerlər ildırımdan qorunmaq üçün ideal hesab edilir.

    Metal gövdəli maşın içində oturarkən pəncərələrdən uzaq durmaq vacibdir.

    2.Su və metal əşyalardan uzaq durmaq:

    İldırım çaxması zamanı su və metal əşyalar çox təhlükəli ola bilər, çünki onlar elektrik enerjisini yaxşı keçirirlər.

    Duş almaqdan, bulaqdan su götürməkdən və elektrik cihazlarından uzaq durmaq lazımdır.

    3.Açıq havalarda təhlükəsiz yerlərə sığınmaq:

    Açıq sahələrdən, ağaclardan, dirəklərdən və digər hündür obyektlərdən uzaq durmaq vacibdir.

    Dağlıq ərazilərdə və ya geniş düzənliklərdə qalmamaq üçün dərhal daha aşağı və təhlükəsiz yerlərə keçmək lazımdır.

    4.Qruplar halında qalmamaq:

    Qruplar halında açıq havada qalmaq risklidir. İnsanlar arasında məsafə saxlamaq lazımdır ki, ildırım bir neçə nəfərə eyni anda təsir etməsin.

    5.Yerdəki izolasiya:

    Əgər açıq havada ildırım çaxması zamanı sığınmaq üçün heç bir yer yoxdursa, yerdə oturmaq və ya çökmək lazımdır, lakin tam yerə yatmamaq vacibdir. Mümkün qədər ayaqları birləşdirib əlləri dizlərin üzərinə qoymaqla yerdə minimal səthlə təmas saxlamaq məsləhətdir.

    6.Elektrik cihazlarını çıxarmaq:

    İldırım çaxması zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq lazımdır, çünki ildırım vurması elektrik şəbəkəsi vasitəsilə də təhlükə yarada bilər.

    İldırım vurması halında torpaqla təmas

     “Torpağa girmə”          

    İldırım vurması zamanı insanın “torpağa girməsi” fikri keçmişdən bu günə gəlib çıxıb. Bu bir az yanlış anlama və ya mif ola bilər. İldırım vurduqda insan bədəninə daxil olan elektrik cərəyanı dərhal yerə keçir, amma bu, fiziki olaraq insanın torpağa batması anlamına gəlmir.

    İldırım vurması zamanı torpaqla təmas aşağıdakı vəziyyətlərdə baş verə bilər:

    Yerdə Yatma: İnsanlar ildırım çaxması zamanı yerdə yatırlarsa və ya otururlarsa, cərəyan daha sürətlə və asanlıqla bədənə daxil olub, yerə yayılır. Bu zaman torpaqla birbaşa təmasda olduqları üçün cərəyanın yaratdığı zədələr daha ağır nəticələnir.

    Ayaqqabılar və İldırım: Yüksək gərginlikli elektrik cərəyanı rezin və ya izolyasiya materialları olmayan ayaqqabılar vasitəsilə bədənə daxil ola bilər. Bu zaman torpaqla təmas edən ayaq hissəsi də zədələnir