Month: June 2024

  • Hondurasın keçmiş prezidenti 45 il müddətinə azadlıqdan məhrum edilib – SƏBƏB

    Nyu York məhkəməsi (ABŞ) Hondurasın keçmiş prezidenti Xuan Orlando Ernandesi narkotik qaçaqmalçılığı ittihamı ilə 45 il həbs cəzasına məhkum edib.

    Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

    “Hondurasın keçmiş prezidenti, 55 yaşlı Xuan Orlando Ernandes bu gün kokain idxalı və bununla əlaqəli silahdan istifadə etməklə törədilən cinayətlərinə görə 540 ay həbs və azadlıqda 60 ay nəzarət altında olmağa məhkum edilib”, – departamentin bəyanatında bildirilir.

    ABŞ vəkili Demian Uilyamsın dediyinə görə, Ernandes ABŞ-yə təxminən 4,5 milyard dozaya bərabər olan 400 ton kokainin idxalına səbəb olub.

    2022-ci ilin fevralında Ernandes Tequsiqalpada saxlanılıb və martın ortalarında məhkəmə onun ABŞ-yə ekstradisiyasına icazə verib.

    Xatırladaq ki, 2021-ci ildə Ernandesin qardaşı Xuan Antonio Ernandes narkotik alverində iştirak etdiyinə görə ABŞ-də ömürlük həbs cəzasına məhkum edilib.

    Mənbə: TASS

  • Yuxu rejimini necə normaya salmaq olar? – HƏKİM MƏSLƏHƏTİ

    “Tətildə olarkən insanların çoxu adi yuxu rejiminə əməl etmirlər: onlar daha gec yatır və gec oyanırlar. Bu fərq bir saat və ya daha çox olarsa, o zaman iş ritminə düşmək çətin olmayacaq”.

    Bunu rusiyalı somnoloq Pavel Kudinov deyib.

    Həkim qeyd edib ki, tətil zamanı adi rejimdən beş saat sonra oyanmaq vərdişi formalaşıbsa, o zaman iş günləri üçün əvvəlcədən hazırlaşmağa başlamalı və tədricən rejimi bərpa etməlisiniz.

    Kudinov buna ən azı beş gün əvvəl hazırlaşmağa başlamağa çağırıb. Bunun üçün hər gün bir saat daha tez oyanmaq kifayətdir. Somnoloq bildirib ki, bu halda işə qayıdan günə orqanizm artıq yenidən erkən oyanmağa öyrəşəcək və beləliklə, istirahətdən sonra ilk iş həftəsi xeyli asanlaşacaq.
    //oxu.az

  • Скандальное заявление заслуженной артистки: Я бы простила измену мужчины, который зарабатывает – ВИДЕО

    Я бы простила измену мужчины, который зарабатывает деньги.

    Об этом заслуженная артистка Азербайджана Говхар Рзаева сказала в эфире одной из передач, транслируемых на телеканале ATV.

    “В нынешнее время деньги – это средство, которое делает человека уважаемым, это репутация. Нет никого, кто бы не хотел денег. Но человек не должен продаваться за них. Я бы простила измену мужчины, который зарабатывает, потому что я одинокая женщина. Женщина ночью думает о том, где завтра заработать на хлеб, это очень трудно. Того мужчину, который решает все проблемы дома, можно простить. Потому что он не доставляет женщине хлопот. Любовь тоже имеет свои пределы”, – отметила гармонистка.

  • Əməkdar artistdən qalmaqallı AÇIQLAMA: “Pul qazanan kişinin xəyanətini bağışlayardım” – VİDEO

    “Mən pul qazanan kişinin xəyanətini bağışlayardım”.

    Bu sözləri Əməkdar artist Gövhər Rzayeva Azad Azərbaycan Televiziyasının (ATV) efirində yayımlanan verilişlərin birində deyib.

    “İndiki zamanda pul insanın üzünü ağ edən vasitədir, ad-sandır. Pulu istəməyən yoxdur. Amma insan gərək pula satılmasın. Mən pul qazanan kişinin xəyanətini bağışlayardım, çünki tək qadınam. Qadın gecə fikirləşir ki, sabah haradan çörəkpulu qazanım, bu, çox çətindir. O kişi ki, evdə bütün problemləri həll edir, onu bağışlamaq olar. Çünki o, qadına əziyyət vermir. Sevgi də bir yerə qədərdir”.

  • Столичный салат – частая причина отравлений на свадьбах (ВИДЕО)

    После начала летнего сезона на некоторых свадебных торжествах были зарегистрированы случаи отравления.

    По словам кулинара Бахруза Гальбинура, отравления чаще всего происходят из-за куриной продукции.

    “Холодные закуски готовят заранее и заворачивают в пленку, из-за чего продукты быстро закисают из-за отсутствия воздуха. В составе столичного салата также есть куриное мясо, и поэтому случаи отравления происходят чаще”, – отметил он.

    Инфекционист Намиг Набиев подчеркнул, что отравление может произойти и в случае, если определенные продукты оставлены на солнце или не хранятся в холодильнике.

    “Примером этого может служить шашлык, оставленный на солнце в течение нескольких часов. Такие отравления чаще происходят в жаркую погоду, но в норме каждый продукт должен иметь особые условия хранения”, – сказал он.

    По словам администратора ресторана Асафа Гамидова, летом количество салатов с майонезом сокращается. Блюда подаются на стол за несколько часов до свадьбы.

    Случаи отравления на свадьбах чаще происходят в районах. Хозяева свадеб арендуют банкетные залы и готовят еду в домашних условиях.

    Напомним, 6 июня в Агстафе произошло массовое отравление на свадебном торжестве в одном из банкетных залов. 46 человек (12 мужчин, 28 женщин и 6 детей) обратились в Агстафинскую центральную районную больницу с подозрением на пищевое отравление.

    Подробнее – в сюжете передачи Günə doğru на телеканале ARB.

  • Toylarda zəhərlənmələr əsasən paytaxt salatından olur – AÇIQLAMA (VİDEO)

    Yay mövsümü başladıqdan sonra bəzi toy məclislərində zəhərlənmə halları qeydə alınıb.

    Kulinar Bəhruz Qəlbinurun sözlərinə görə, zəhərlənmələr ən çox toyuq məhsullarında olur:

    “Soyuq qəlyanaltıları öncədən hazırlayıb streçləyirlər, bu zaman havasızlıq olduğundan məhsullar tez turşuyur. Paytaxt salatının tərkibində toyuq əti olduğu üçün daha çox zəhərlənməyə rast gəlinir”.

    İnfeksionist Namiq Nəbiyev isə vurğulayıb ki, müəyyən qidalar günün altında qaldıqda, soyuducuda saxlanılmadığı halda da zəhərlənmə baş verə bilər:

    “Kabab çəkib saatlarla günün altında saxlamaq da buna nümunədir. Bu cür zəhərlənmələr daha çox isti havalarda baş verir, lakin normalda hər bir ərzaqın xüsusi saxlanma şəraiti olmalıdır”.

    Restoran administratoru Asəf Həmidovun sözlərinə görə, mayonez tərkibli salatlar yay mövsümündə azaldılır. Yeməklər isə, toydan bir neçə saat öncə süfrəyə təqdim olunur.

    Toyda zəhərlənmə hadisələri isə daha çox rayonlarda yaşanır. Toy sahibləri şadlıq evlərini icarəyə götürərək yeməkləri evdə hazırlayırlar.

    Xatırladaq ki, iyunun 6-da Ağstafada şadlıq saraylarından birində keçirilən toy mərasimində kütləvi zəhərlənmə olmuşdu. Axşam saat 19:07-dən başlayaraq zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdi.

    Məsələ ilə bağlı ARB-də yayımlanan “Günə doğru” verilişi süjet hazırlayıb.

    Ətraflı videoda:

  • Suriya Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa hazırdır

    Suriya Prezidenti Bəşər Əsəd Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə danışıqlar aparıb.

    Əsədin ofisinin mətbuat xidmətinin məlumatına görə, Suriya lideri Dəməşqin Ankara ilə münasibətləri normallaşdırmağa hazır olduğunu və bütün təşəbbüslərə açıq olduğunu bildirib.

    O, Suriyanın Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri alqışladığını vurğulayaraq, bunun regionda sabitliyi gücləndirəcəyini bildirib.

    Mənbə: vestikavkaza.ru

  • Azərbaycanın Xalq artisti həyat yoldaşından ayrıldı – FOTO

    Opera divası Anna Netrebko ilə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ayrılıblar.

    Bu barədə ifaçılar birgə bəyanatda bildiriblər.

    “Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra biz ayrılmaq qərarına gəldik. Biz Tiaqoya (Anna Netrebkonun əvvəlki nikahdan olan oğlu) ümumi sevgi ətrafında birləşən yaxın dost olaraq qalırıq”, – deyə sənətçilər qeyd ediblər.

    Netrebko və Eyvazovun sözlərinə görə, ayrılıq onların birgə çıxışlarına təsir etməyəcək. Keçmiş cütlüyün qarşıdan gələn çıxışları “La Scala” (“Turandot) və “Arena di Verona” (“Tosca”) da baş tutacaq.


    //metbuat.az

  • İlham Əliyev Cibuti prezidentinə məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Azərbaycan-Cibuti dostluq əlaqələri xoş ənənələrə əsaslanır. Bu gün ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişafı üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək xalqlarımızın mənafeləri naminə dövlətlərarası münasibətlərimizin genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Qısqandığı üçün dəhşət saçdı: Münasibətdə olduğu qadını və 25 yaşlı oğlanı qanlarına qəltan etdi

    İyunun 26-da saat 16 radələrində Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Oxu.az bildirir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

    Araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

    Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdiriliblər, hazırda müalicələri davam edir.

    19:14

    Gəncədə törədilən qətlin təfərrüatı məlum olub.

    “Report”un Qərb bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub.

    M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovu bıçaqlamaqda da şübhəli bilinir.

    Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin başqa xəstəxanasına çatdırılıb.

    Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

    18:56

    Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.

    Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

    Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.