Month: June 2024

  • Güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Median.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri və məlumat tablolarına diqqət yetirmələri xahiş edilir

  • Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob – VİDEO

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Dəmir Yumruq – birliyimizin rəmzi” adlı fləş-mob təşkil edib.

    Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, fləş-mobda Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış ailələr, müxtəlif peşə sahibləri iştirak ediblər.

  • Bakıda “Metro Park”ın qarşısında güllələnmənin DETALLARI: “İki oğlan bir qızı sevirmiş”

    Bakıda baş verən güllələnmənin təfərrüatı məlum olub.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qız üstündə baş verib. Belə ki, hər iki gənc bir qızı sevirmiş.

    Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev “Ya sən öləcəksən, ya mən” deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

    ***

    İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Oxu.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • İtkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb

    İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

  • Hansı ayaqqabı ilə maşın sürmək olmaz?

    Çimərlik mövsümü gəlincə Azərbaycanda sürücülərin “şəpik müzakirəsi” yenidən gündəliyə oturur. Polis bu cür ayaqqabılarla maşın sürməyi tövsiyə etməsə də, çoxları başqa cür düşünür (tanıdığım şəxslər arasında bu gün də avtomobili fəsildən asılı olmayaraq ayaqyalın idarə edənlər var).

    Ford şirkətinin sifarişi əsasında avtomobil idarə etmək üçün ən təhlükəli ayaqqabılar ayırd edilib. Bunların başında çəkələk (şəpik) gəlir. Məsələ burasındadır ki, bu ayaqqabı ayaqdan çıxa və qəza vaxtı pedalın altına düşüb onu bloklaya bilir. Hündürdaban ayaqqabılar və iri çəkmələr də təhlükəlidir. Bu tip ayaqqabılarda hissiyyat azalır.

    Sınaqlar göstərir ki, ayaqda yaxşı oturmayan ayaqqabıya görə tormoz yolu artır.

    Qeyri-standart ayaqqabı geyinən sürücülərə görə xaricdə cərimə də mövcuddur.

    Avropa İttifaqının əksər ölkələrində təkcə çəkələk deyil, hündürdaban ayaqqabı, “vyetnamka”, ayaqda sabit oturmayan hər hansı digər ayaqqabı növü ilə yanaşı, ayaqyalın avtomobil idarə etmək də inzibati xəta sayılır. Bu da əsassız deyil. Hələ ötən əsrin 70-ci illərindən keçirilmiş çoxsaylı testlərdə məlum olub ki, ayaqqabı ilə olan idarəetmə hissiyyatı ayaqqabısız hissiyyatdan ciddi şəkildə fərqlənir. Ayaqda sabit olmayan ayaqqabı isə ani tormozlama zamanı problem yarada bilər. ən əsası isə, narahat ayaqqabı məhz tormoz pedalından istifadəyə çətinlik yaradır.
    Bu səbəbdən bir çox ölkədə uyğun olmayan ayaqqabı ilə maşın sürənlərə cərimə tətbiq edilir.  Cərimə məbləği Belçikada 120 avro, İspaniyada 80 avro, Fransada 35 avrodur. Bu 3 ölkədən fərqli olaraq Almaniyada lüt-üryan avtomobil sürməyə də icazə verilir. İsveçrədə bu maddə qanunda konkret təsbit edilməsə də, Yol Hərəkəti Məcəlləsi sürücüdən avtomobili rahat geyimdə idarə etməyi tələb edir. Bu maddəni əsas gətirərək polis 50 frankadək cərimə tələb edə bilər.

    İspaniyada isə qulağı örtən papağa görə də 80 avro cərimə nəzərdə tutulur. Ayağını ön panelə söykəyən sərnişinə görə isə sürücü 100 avro cərimə ödəməlidir.

    İşin ən maraqlı tərəfi sığorta ilə bağlıdır. Dünyanın heç bir ölkəsində polis sürücüləri kütləvi şəkildə saxlayıb nə geydiyini yoxlamır. Bu, fiziki və texniki olaraq da mümkün deyil. Lakin qəza anında sürücünün ayağında uyğun olmayan ayaqqabı varsa, ABŞ, Belçika, Almaniya və Fransada sığorta şirkətləri bir qayda olaraq ödənişdən imtina edir. İsveçrədə isə çox vaxt sığorta şirkətləri qəza törədən sürücüyə “üçüncü tərəfə zərər vurma” maddəsi ilə ittiham qaldırır.
    Bütün ölkələrdə əksər hallarda bu məsələdə məhkəmələr sürücünün əleyhinə qərar verir.
    //avtosfer.az

  • Obrayen Azərbaycana gəlir

    ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen iyunun 27-29-da Azərbaycana səfər edəcək.

    Median.Az
    TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, Obrayen Prezident İlham Əliyev ilə görüşəcək:

    “Obrayen Bakıda ikitərəfli münasibətlərdə irəliləyiş və ABŞ-ın Azərbaycan-Ermənistan arasında sülh sazişinə dəstəyini bildirəcək. O, Prezident İlham Əliyevlə yanaşı, xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla, Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmilərlə görüşəcək”.

  • ABŞ bu ölkədə 6 ədəd F-35 göndərir

    ABŞ-ın Arizona ştatındakı Lyuk Hərbi Hava Qüvvələri bazasından Danimarkaya TR-3 konfiqurasiyalı altı ədəd F-35 qırıcısı göndəriləcək.

    Bu barədə Danimarka müdafiə naziri Troes Lund Poulsen məlumat verib.

    Nazir F-35-lərin danimarkalı pilotların təlim keçməsi üçün göndəriləcəyini bildirib.

  • Bakı həbsxanasında ÖLÜM

    Bakıda daha bir məhkum həbsdə ölüb.

    Hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən Elşən Böyükağa oğlu Qurbanov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir. 

  • Qarpızı xarab olmamaq üçün belə saxlamaq lazımdır

    Qarpız 92% sudan ibarətdir. Qarpız təkcə susuzluğu yatırmır, həm də orqanizmə əhəmiyyətli faydalar gətirir. Lakin qarpızın düzgün saxlanılması üçün bəzi məqamlara diqqət yetirmək lazımdır.

    Mütəxəssislər qarpızı günün birinci yarısında – səhər yeməyi və ya qəlyanaltı kimi yeməyi tövsiyə edir

    Bir çox faydalı xüsusiyyətlərinə baxmayaraq, qarpız ehtiyatla istehlak edilməlidir. Yüksək şəkər tərkibi müəyyən insan qrupları üçün istehlakını məhdudlaşdırır. Xüsusilə, xroniki böyrək çatışmazlığı, şəkərli diabet və qıcıqlanmış bağırsaq sindromu olan insanlara qarpızı qida rasionuna daxil etmək tövsiyə edilmir.

    Kəsilmiş qarpız otaq temperaturunda tez xarab olur. Cəmi bir neçə saatdan sonra patogen mikroorqanizmlərin böyüməsi səbəbindən turş bir dad əldə edə bilər. Məhz bu səbəbdən kəsilmiş qarpızı filmə büküb soyuducuda saxlamaq lazımdır. Bu, giləmeyvə pulpasına oksigen tədarükünü azaldır, onun təravətini 48 saata qədər uzadır. Lakin qarpız dadını, teksturasını və qida dəyərini tez itirdiyindən aşağı temperaturda uzun müddət saxlanılmamalıdır.

    Mütəxəssislər kəsilmiş qarpızı ətirli qidaların yanında saxlamamağı da tövsiyə edirlər. Çünki o, yad qoxuları asanlıqla özünə çəkir.

    Qarpız təkcə dadlı deyil, həm də yay pəhrizinizə əla əlavə ola biləcək sağlam giləmeyvədir. Əsas odur ki, bütün faydalı xüsusiyyətləri qorumaq və mümkün qədər uzun müddət təravətdən zövq almaq üçün onu düzgün saxlamaqdır.
    //lent.az

  • 2025-ci ildə süni intellektə malik daha ağıllı avtomobillər istehsal olunacaq

    Süni intellekt texnologiyasındakı irəliləyiş hətta ucuz avtomobillərin təhlükəsizliyini tez bir zamanda təkmilləşdirə bilər.

    Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Abarth”, “Alfa Romeo”, “Citroen”, “Fiat”, “Peugeot” və “Opel” kimi avtomobil markalarına sahib olan “Stellantis” şirkəti süni intellektin avtomobillərinə inteqrasiya olunduğunu elan edib. Bu da onları daha təhlükəsiz və ağıllı edəcək. Bu texnologiya ilə təkmilləşdirilmiş avtomobillər gələn ildən etibarən yollarda görünə bilər.

    14 markalı “Stellantis” Qrupu, avtomobillərinə tez bir zamanda qabaqcıl xüsusiyyətlər əlavə etmək və nəqliyyat vasitələrini idarə etməyi asanlaşdırmaq məqsədi daşıyan üç yeni texnologiyanı açıqlayıb. Bu yeni sistemlərlə təchiz ediləcək ilk avtomobillər arasında 2025-ci ildə bazara çıxarılacaq yeni nəsil “Fiat Panda” olacağı gözlənilir.

    Söhbət hazırda avtomobillərdə fərdi sensorlar və prosessorlar tərəfindən yerinə yetirilən bir çox funksiyaları mahiyyətcə öz üzərinə götürəcək “STLA Brain” adlı yeni mərkəzləşdirilmiş kompüter sistemindən gedir. Stellantis müdirləri vəd edirlər ki, gələcək avtomobillər indiki modellərin yarısı qədər elektron idarəetmə bloku tələb edəcək.

    Digər yenilik isə süni intellekt və kontekstdən asılı olan menyulardan istifadə etməklə sürücülərə daha çox məlumat verəcək “STLA Smart Cockpit”dir. Məsələn, avtomobiliniz (və ya avtomobil markanızın smartfon proqramı) hara getdiyinizə və ya günün saatına əsasən səyahətiniz üçün musiqi siyahısı təklif edə bilər.

    Sistem həmçinin, bu avtomobillərin “Stellantis” markası olması şərtilə, avtomobillər arasında seçimlərinizi və sürücülük vərdişlərinizi ötürə bilən fərdiləşdirilmiş sürücü profili yaradacaq.