Month: June 2024

  • Ильхам Алиев выразил соболезнования Владимиру Путину

    Президент Азербайджана Ильхам Алиев направил письмо с соболезнованиями президенту Российской Федерации Владимиру Путину.

    Об этом сообщает АЗЕРТАДЖ.

    “Уважаемый Владимир Владимирович,

    Глубоко потрясен известием о гибели мирных граждан и сотрудников правоохранительных органов в результате террористических актов, совершенных в Дагестане.

    Мы решительно осуждаем эти кровавые преступления, поддерживаем борьбу со всеми формами и проявлениями терроризма.

    От имени народа Азербайджана и от себя лично выражаю искренние соболезнования Вам, родным и близким погибших, желаю скорейшего выздоровления всем пострадавшим”, – говорится в послании.

  • İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri Vladimir Putin başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.

    Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.

    Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram”.

    Qeyd edək ki, iyunun 23-də Dağıstanda terror aktları törədilib. Hadisələr zamanı 15-dən çox polis əməkdaşı həlak olub. Terrorçular zərərsizləşdiriliblər.

  • Президент Азербайджана выразил соболезнования главе Дагестана

    Президент Азербайджана Ильхам Алиев направил письмо с соболезнованиями главе Республики Дагестан Российской Федерации Сергею Меликову.

    Как сообщает АЗЕРТАДЖ, в тексте послания говорится:

    “Уважаемый Сергей Алимович,

    С чувством глубокой скорби воспринял известие о совершенных террористических актах в Дербенте и Махачкале, повлекших за собой многочисленные человеческие жертвы.

    Разделяя горе невосполнимой утраты, от имени народа Азербайджана и от себя лично выражаю искренние соболезнования Вам, родным и близким погибших, всему народу Дагестана. Желаю скорейшего выздоровления всем пострадавшим”

  • İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verdi

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

    Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram”.

    Qeyd edək ki, iyunun 23-də Dağıstanda terror aktları törədilib. Hadisələr zamanı 15-dən çox polis əməkdaşı həlak olub. Terrorçular zərərsizləşdiriliblər.

  • Что известно о вооруженном инциденте в Баку, в результате которого погибли трое полицейских? – ФОТО / ВИДЕО (Обновлено)

    Стали известны некоторые подробности вооруженного инцидента, произошедшего 24 июня в поселке Шувелян Хазарского района Баку.

    По информации oxu.az, преступник Ровшан Аллахвердиев (1986 г.р.), выставив вперед жену и детей и прячась за их спинами, открыл огонь по сотрудникам полиции. Полицейские при этом не применили оружие, пожертвовав собой во имя спасения жизни невинных людей и детей.

    Позже правоохранители обезвредили преступника.


    * * * * *

    Cтали известны личности сотрудников полиции, убитых в ходе вооруженного инцидента в поселке Шувелян Хазарского района Баку, произошедшего 24 июня.

    Это капитан полиции Эльдениз Мамедов, сержанты полиции Махир Агаев и Мирали Гейдаров.

    * * * * *

    24 июня в поселке Шувелян Хазарского района Баку ранее неоднократно судимый и в настоящее время находящийся в розыске Ровшан Аллахвердиев (1986 г.р.) при задержании оказал вооруженное сопротивление сотрудникам полиции.

    Об этом сообщает Median.Az со ссылкой на совместную информацию Министерства внутренних дел (МВД) и Генеральной прокуратуры Азербайджана.

    Чтобы помешать полицейским, он, пытаясь увернуться и не допустить ответных мер, выставил вперед членов своей семьи и, воспользовавшись создавшейся ситуацией, расстрелял из охотничьего ружья “Ланкастер” троих полицейских и одного гражданского.

    В результате принятых правоохранителями мер Р.Аллахвердиев был обезврежен.

    По данному факту возбуждено уголовное дело, продолжается расследование

  • Bakıda üç polisin qətlə yetirildiyi ərazidən GÖRÜNTÜLƏR – FOTO / VİDEO (Yenilənib)

    İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.





    * * * * *

    İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentdə üç polis əməkdaşını qətlə yetirən 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev axtarışda olub.

    Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.

    Həmin şəxsin fotosunu təqdim edirik:

    * * * * * *

    İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentlə bağlı bəzi detallar məlum olub.

    Cinayətkar, 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev hadisə zamanı ailə üzvlərini – həyat yoldaşını, uşaqları irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşları o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar, özlərini fəda ediblər.

    Sonra polis əməkdaşları cinayətkarı zərərsizləşdirməklə məhv ediblər.

    * * * * *

    İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insident zamanı qətlə yetirilən polis əməkdaşlarının kimlikləri məlum olub.

    Bunlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur.

    * * * * *

    Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib.

    Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

    Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki vətəndaşı qətlə yetirib.

    Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

  • Manuel Noyer Avropa çempionatlarının tarixinə düşdü

    Almaniya millisinin qolkiperi Manuel Noyer Avropa çempionatlarının tarixinə düşüb.

    Məlumata görə, ötən gecə İsveçrə ilə görüşdə meydana çıxan Noyer 18-ci dəfə qarşılaşma keçirərək Avropa çempionatlarında ən çox oyuna çıxan qolkiper adına yiyələnib.

    O, 17 oyunda meydana çıxan Cianluici Buffonu qabaqlayıb.

    Qeyd edək ki, Almaniya İsveçrə görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.

    Mənbə: İFFHS.com

  • Sumqayıt sakini spirtli içkidən öldü

    Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Elfan Elşən oğlu Familzadə vəfat edib.
    Konkret.az xəbər verir ki, o, yaşadığı ünvanda qəbul etdiyi spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
    Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

  • Sumqayıt sakini spirtli içkidən öldü

    Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Elfan Elşən oğlu Familzadə vəfat edib.
    Konkret.az xəbər verir ki, o, yaşadığı ünvanda qəbul etdiyi spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
    Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

  • AVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi

    Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.

    Median.Az-ın məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

    Qarşılaşma “ay-ulduzlular”ın məğlubiyyəti ilə bitib – 0:3.

    Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

    Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

    Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.