Manuel Noyer Avropa çempionatlarının tarixinə düşdü

Almaniya millisinin qolkiperi Manuel Noyer Avropa çempionatlarının tarixinə düşüb.

Məlumata görə, ötən gecə İsveçrə ilə görüşdə meydana çıxan Noyer 18-ci dəfə qarşılaşma keçirərək Avropa çempionatlarında ən çox oyuna çıxan qolkiper adına yiyələnib.

O, 17 oyunda meydana çıxan Cianluici Buffonu qabaqlayıb.

Qeyd edək ki, Almaniya İsveçrə görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Mənbə: İFFHS.com

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *