Month: June 2024

  • Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

    İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

  • В Шамкирском районе задержан наркоторговец

    В ходе операции, проведенной сотрудниками Шамкирского районного отдела полиции против незаконного оборота наркотических средств, был задержан местный житель Самир Гусейнов.

    Об этом сообщили в гянджинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД) Азербайджана.

    При личном досмотре у задержанного, а также в одном из строений на территории района было обнаружено и изъято более 4 кг марихуаны.

    По данному факту ведется расследование.

  • Şəmkirdə polis narkotiklərin satışında təqsirləndirilən şəxsi saxlayıb

    Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakini Samir Hüseynov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, S.Hüseynovun üzərindən və rayon ərazisindəki tikilidən 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Dünyanın ən böyük kriptovalyuta birjası külli miqdarda cərimələnib

    Hindistanın Maliyyə Kəşfiyyat İdarəsi (FIU) dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”i ölkənin çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarını pozduğuna görə 2,25 milyon dollar (4,25 milyon manat) cərimələyib.

    Qeyd olunub ki, qayda pozuntuları “Binance” bu ilin mart ayında Hindistandakı fəaliyyəti haqqında məlumat vermək və çirkli pulların yuyulmasına qarşı yerli qanunları pozmamaq öhdəliyi ilə FIU-da qeydiyyatdan keçdikdən sonra aşkar edilib.

    May ayında Kanada səlahiyyətliləri kriptovalyuta ticarətində qanunsuz gəlirlərin yuyulmasına görə “Binance”ə 4,38 milyon dollar (təxminən 7,4 milyon manat) cərimə kəsiblər. Elə həmin ay “Binance”in keçmiş icraçısı Çanpen Çjao çirkli pulların yuyulması əməliyyatlarında və ABŞ qanunlarını pozmaqda təqsirli bilinərək dörd aylıq həbs cəzasına məhkum edilib.

    Mənbə: Business Line

  • В Узбекистане мужчину отправили за решетку за ношение женской одежды

    В Узбекистане осудили мужчину за ношение никаба и женской одежды. Об этом сообщают СМИ со ссылкой на Ташкентский городской суд.

    Уточняется, что сотрудники полиции задержали 21-летнего молодого человека, когда он ходил по одному из столичных рынков в женской одежде и никабе. Во время задержания он попытался оказать сопротивление.

    На суде он заявил, что он с детства интересовался женской одеждой и носил никаб.

    Суд признал его виновным в нарушении статей Административного кодекса. Ему назначено наказание в виде 15 суток административного ареста, а также штраф в размере десяти базовых расчетных величин (около 440 манатов – ред.).

    Поправки в законодательство Узбекистана, предусматривающие штраф за ношение одежды, скрывающей лицо и препятствующей распознаванию личности, вступили в силу в ноябре прошлого года.

    Источник: mk.ru

  • Özbəkistanda qadın paltarı geyinən kişi həbs edildi

    Özbəkistanda niqab və qadın paltarı geyinən kişi məhkum edilib.

    Bu barədə Daşkənd Şəhər Məhkəməsinə istinadən məlumat verilib.

    Qeyd olunub ki, polis əməkdaşları 21 yaşlı gənci qadın geyimində və niqabda paytaxt bazarlarından birində gəzərkən saxlayıblar. Həbs zamanı o, müqavimət göstərməyə çalışıb.

    Məhkəmədə o, uşaqlıqdan qadın geyimləri ilə maraqlandığını və niqab taxdığını bildirib.

    Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin maddələrini pozmaqda təqsirli bilib. O, 15 günlük inzibati həbs edilib və cərimələnib.

    Xatırladaq ki, Özbəkistanda üzünü gizlədən və şəxsiyyəti müəyyənləşdirməyə mane olan geyimə görə cəriməni nəzərdə tutan qanun ötən ilin noyabrında qüvvəyə minib.

    Mənbə: RİA Novosti

  • Qəzzada saxlanılan girovlardan neçəsi sağdır? – AÇIQLAMA

    “Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən hələ də Qəzza zolağında saxlanılan 116 girovdan ən azı 50-si sağ ola bilər”.

    Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

    Bildirilib ki, anklavda qalan 66 nəfər, görünənə görə, artıq həyatda deyil.

    WSJ ağır saxlanma şəraiti, aldıqları yaralar və lazımi tibbi yardımın göstərilməməsi səbəbindən girov götürülənlərin sayının arta biləcəyini istisna etmir.

    Xatırladaq ki, fevral ayında WSJ ABŞ və Misir rəsmilərinə istinadən HƏMAS tərəfindən əsir götürülən azı 50 nəfərin öldüyünü bildirmişdi.

    Mənbə: TASS

  • Ərinə sevgilisinin olduğunu deyən qadının qanını çörək bıçağı ilə tökdülər

    Abşeron rayonunda 1985-ci il təvəllüdlü Cavid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Afaqa (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Teleqraf.com-un məlumatına görə, hadisə ötən il iyunun 15-də, saat təxminən 22 radələrində Abşeron rayonu, Masazır kəndində baş verib.

    Cavid Ə.Vahid küçəsi ilə “Məzunlar evi” istiqamətinə gedən yolun kəsişməsində işıqforun yanında arvadı Afaqla qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onun evlərinə qayıtmasına etiraz etməsi səbəbindən üzərində olan bıçaqla döş və qarın boşluqlarına iki dəfə zərbə vurub.

    İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    “Məni saxlayan var, get öz həyatını yaşa”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O qeyd edib ki, Afaq ilə 18 ildir rəsmi olaraq ailə qurub və iki övladı var:

    “Ailə qurandan sonra Yevlax şəhərində yaşamışıq. Bir ilə yaxındır ki, Samux rayonu, Seyidlər qəsəbəsində dövlət tərəfindən verilən sosial evdə yaşadıq. 2023-cü ilin may ayının əvvəllərində Afaq ilə aramızda ailə məişət münasibətləri zəminində mübahisələrimiz oldu. Həmin mübahisədən sonra Afaq qızım Səidəni özü ilə götürərək Abşeron rayonu, Masazır kəndində “Məzunlar evi”ndə yaşayan bacısı Samirə və Sevilin yanına getdi. Təxminən 10 gün sonra Afaqı evə qaytarmaq məqsədi ilə arxasınca onun bacısının evinə getdim. Afaq mənimlə qayıtmaq istəmədiyini, “məni saxlayan var, get öz həyatını yaşa” deyərək cavab verdi. Afaqın bu sözü mənə pis təsir etdi. Mən bir neçə dəfə Afaqı evə aparmağa gəlsəm də, Afaq mənimlə getmədi. Onun Masazır qəsəbəsində kafedə işlədiyini öyrəndim”.

    “Bıçaq qarın boşluğuna dəydi”

    Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 15-də, saat 10 radələrində Afaqın işlədiyi yerə yaxın yolun kənarında dayanıb və gözləyib ki, Afaq işdən çıxanda sonunla görüşüb, bir daha evə qayıtması üçün danışsın:

    “Bir az keçəndən sonra Afaqın yolu keçdiyini gördüm. Ona tərəf getdim və evə qayıtmasını xahiş etdim. Afaqa uşaqların tək qaldığını, aramızdakı küskünlüyə son qoymasını istədiyimi bildirdim. Afaq evə qayıtmayacağını, öz həyatını yaşadığını dedi. Bu sözündən sonra əsəbiləşərək baş nahiyəsinə bir dəfə yumruqla zərbə vurdum. Sonra isə Afaqı özüm ilə aparmaq istədim. O, qışqıraraq ətrafdakı şəxslərdən kömək istədi. Mən bunu görərək cibimdə olan çörək bıçağını çıxardıb onun ayağına vurmaq istədim. Afaq əyildiyi üçün bıçaq qarın boşluğuna dəydi”.

    Cavidin ifadəsinə görə, daha sonra yenidən bıçaqla Afaqın sol tərəfdən qarın boşluğuna zərbə endirib:

    “Afaq bıçaqla vurduğumu gördü və vurmamağımı, evə qayıdacağını dedi. O, əli ilə qarnını tutaraq yerə yıxıldı. Mən isə oradan uzaqlaşdım və taksi ilə avtovağzala gəldim”.

    “Qadının həyat yoldaşım olduğunu dedim”

    Təqsirləndirilən şəxs qeyd edib ki, həmin hadisədən təxminən bir həftə əvvəl Afaqın işlədiyi kafeyə gələrkən onun bacılarının “Cehvrolet Cruz” markalı avtomobillə gəldiklərini, Afaqın isə kafedən çıxaraq həmin maşına əyləşdiyini görüb:

    “Onlara yaxınlaşdım və sürücüdən maşını saxlamasını tələb etdim. Bu vaxt Afaqın bacıları, həmçinin maşının sürücüsü mənimlə söz mübahisəsi etdilər. Mən sürücüyə avtomobildə olan qadının həyat yoldaşım olduğunu və maşından düşürməsini dedim. Həmin şəxs mənə “Bolt” taksi şirkətində işlədiyini, onları müştəri kimi apardığını dedi. Mən sürücüyə məsləhət gördüm ki, Afaqı maşından düşürsün. Bundan sonra Afaqın bacıları sürücüyə maşına əyləşib getməsini dedilər. Onunla söhbət etmək istədim. Amma sürücü maşını saxlamadı”.

    “Sənə həddini bildirəcəm”

    Cavid bildirib ki, həmin taksi sürücüsü onun nömrəsini baldızı Sevildən alaraq zəng edib.

    “Sürücü dedi ki, guya maşınını saxlayanda qapının şüşəsinə toxunduğum üçün şüşə qalxıb-enmədi. Həmin nasazlığın pulunu mənim ödəməli olduğumu söylədi. Sürücüyə maşınına toxunmadığımı və heç bir pul verməli olmadığımı bildirdim. Sürücü ünvanıma söyüş işlətdiyi üçün mən də ona söyüşlə cavab verdim. O, mənə “əgər kişisənsə, nə vaxt Masazıra gəlsən mənimlə görüş, sənə həddini bildirəcəyəm” dedi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 15-də Masazıra gedəndə mağazadan bir ədəd mətbəx bıçağı alıb:

    “Bıçağı aldım ki, həmin taksi sürücüsü ilə görüşəndə özümü müdafiə edim. Lakin taksi sürücüsünün mobil nömrəsinə zəng vursam da, həmin şəxs zəngimə cavab vermədi. Buna görə də həmin bıçağı şalvarımın kəmərinə keçirdim”.

    “Məni hədələdi”

    İş üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, əvvəllər əri Cavidlə mehriban olublar:

    “Cavid son bir neçə ildir ki, pis vərdişlərə qurşanmışdı. Bundan başqa qadınlarla münasibətdə olması, mütəmadi içkili vəziyyətdə evə gəlməsi, bəzi vaxtlar evdə gecələməməsi səbəbindən aramızda mübahisələr yarandı. Artıq Cavidin hərəkətlərinə dözmədim və evdən getdim. Ailəmi dolandırmaq üçün Masazırda yerləşən ailəvi restoranda xadimə işlədim. Cavid mənim işləməyimə razı olmurdu. Mən isə Cavidə onunla birlikdə yaşaya bilmədiyimi deyirdim. O, məni sözlə hədələyirdi. Cavid məni narahat etdiyi və hədələdiyi üçün qorxdum və xadimə kimi işlədiyim restorandan çıxdım”.

    Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid üç il azadlıqdan məhrum edilib.

  • Gözəllik salonlarında gigiyenik qaydalara əməl olunurmu? – VİDEO

    Gözəllik salonları Azərbaycanda ən gəlirli biznes sahələrindən biridir. Ona görə hər yerindən qalxan bu sahədə bacarıqlarını sınamaq istəyir. Pulu olan, ancaq nə iş quracağını bilməyən, az məbləğlə biznes sahibi olmaq istəyənlər işində uğur qazanmağı bacarmayıb başqa sahələrə üz tutanlar və sairə. Siyahını uzatmaq da olar. Çünki çoxları üçün bu kiçik, amma gəlirli sahə sayılır.

    Bəs bu obyektlərdə gigiyenik qaydalara necə əməl olunur?

    Bəzən başları pul qazanmağa qarışan sahibkarların, gözəllik salonlarının əsasını təşkil edən təmizliyi lap yaddan çıxarırlar. Bu da insan sağlamlığı üçün təhlükə yaradaraq bir çox xəstəliklərə yol açır.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Ağsaqqal deputatlar növbədənkənar seçkiyə qatılacaqlar?

    Növbədənkənar parlament seçkisinin keçiriləcəyi xəbəri ortaya bir neçə sual çıxarıb. O suallardan biri belədir ki, Milli Məclisin tərkibi neçə faiz dəyişəcək? Yeni, gənc simalar orada təmsil olunacaqlarmı? Bir başqa sual müxalifətlə bağlıdır. Cəmiyyət hakimiyyətin siyasi rəqiblərinin qanunvericilik orqanında təmsilçiliyinin mümkün olub-olmayacağını maraqla gözləyir.

    Nəhayət, ən maraqlı sual: Milli Məclisin stajlı və yaşlı deputatları yenidən seçkiyə qatılacaqlarmı?

    Globalinfo.az bu sualla bağlı ağsaqqal millət vəkilləri arasında sorğu keçirib.

    Deputat Fəzail Ağamalı qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib:

    “Ümumiyyətlə, Ana Vətən Partiyası (AVP) seçkilərdə aktiv iştirak etməyi planlaşdırır. Respublikamızın ən qədim partiyalarından biri kimi, bütün keçən seçkilərdə namizədliyimiz irəli sürülüb. 1995-ci ildən bu günə qədər altı çağırışın hamısında iştirak etmişik. Ənənəyə sadiq olaraq qarşıdan gələn seçkidə də namizədliyimizi irəli sürəcəyik. Seçki elan olunduqdan sonra neçə nəfərin namizəd olacağı dəqiq bilinəcək”.

    Aqil Abbas sualımıza dəqiq cavab verə bilməyəcəyini deyib:

    “Seçki öncəsi Qarabağa, öz elimizə, yurdumuza gedəcəyəm. Əgər məsləhət bilsələr, qatılacağam, bilməsələr yox”.

    Ən yaşlı deputatlardan olan Ziyad Səmədzadə bu haqda dəqiq bir söz deməyin çətin olduğunu bildirib:

    “Açığı, bununla bağlı hələ fikirləşməmişəm. Görək, necə edirəm”.

    VHP sədri Sabir Rüstəmxanlı hələ qərar vermədiklərini açıqlayıb:

    “Bu barədə partiyamız hələ müzakirə aparacaq. Yəqin ki, qərarımız bir həftə, uzağı 10 günə hazır olar. Ümumi vəziyyətə baxdıqdan sonra kimlərin namizədliyini irəli sürəcəyi məlum olacaq. İndiyə kimi parlamentdə partiyamızdan üç nəfər deputat olub. Çalışacağıq ki, bu rəqəm azalmasın”.

    Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin hazırda Rusiyada olduğunu bildirib:

    “Biz bir neçə deputatla Moskvada tədbirdəyik. Bakıya bazar ertəsi qayıdacağıq. Seçki ilə bağlı rəsmi açıqlama verildikdən sonra nəsə deyə bilərəm. İndi bir söz demək üçün tezdir. Yəqin Bakıya qayıtdıqdan sonra bir qərar verərik”.