Month: June 2024

  • ЕС обсудит возможные санкции против Грузии за “закон об иноагентах”

    Главы министерств иностранных дел стран Евросоюза (ЕС) в понедельник, 24 июня, обсудят возможные ограничения против Грузии в связи с принятием “закона об иноагентах”.

    Об этом сообщил портал Euractiv со ссылкой на проект документа, попавший в его распоряжение.

    В нем указывается, что в качестве немедленных ответных мер ЕС может приостановить двусторонние визиты на высоком уровне, встречи и мероприятия в рамках соглашения об ассоциации между Евросоюзом и Грузией, а также заморозить обсуждения, переговоры и подписание двусторонних соглашений.

    Кроме того, страны Евросоюза рассматривают возможность ввести ограничения в отношении представителей руководства страны, приостановить финансирование проектов, “приносящих пользу грузинским властям”, обсуждение любой финансовой помощи ЕС, “в том числе на развитие гражданского общества и независимых СМИ”.

    Источник: ТАСС

  • Aİ “xarici agentlər haqqında qanun”a görə Gürcüstana qarşı mümkün sanksiyaları müzakirə edəcək

    Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri “xarici agent” qanununun qəbul edilməsi ilə əlaqədar olaraq Gürcüstana qarşı mümkün məhdudiyyətləri müzakirə edəcəklər.

    “Euractiv” portalı əldə etdiyi sənəd layihəsinə istinadən bunu bildirib.

    Sənəddə göstərilir ki, dərhal cavab tədbirləri olaraq, Avropa İttifaqı Gürcüstanla Aİ arasında Assosiasiya Sazişi çərçivəsində ikitərəfli yüksək səviyyəli səfərləri, görüşləri və tədbirləri dayandıra, saziş müzakirələrini, danışıqları və imzalanmasını dondura bilər.

    Bundan əlavə, Aİ ölkələri ölkə rəhbərliyinin nümayəndələrinə qarşı məhdudiyyətlər tətbiq etməyi, Gürcüstan hakimiyyətinə fayda verən layihələrin maliyyələşdirilməsini dayandırmağı, Aİ-nin hər hansı maliyyə yardımı, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil KİV-in inkişafı ilə bağlı müzakirələri nəzərdən keçirir.

  • В один из азербайджанских театров назначен новый директор

    В Лянкяранский государственный драматический театр назначен новый директор.

    Заслуженный работник культуры Лалезер Гусейнова назначена на эту должность соответствующим приказом министра Адиля Керимли.

    Согласно информации, 21 июня она была представлена коллективу театра.

    Отметим, что ранее Л.Гусейнова была директором Сальянского государственного кукольного театра.

  • Azərbaycanda teatra yeni direktor təyin edildi

    Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

    Əməkdar mədəniyyət işçisi Laləzar Ramil qızı Hüseynova nazir Adil Kərimlinin müvafiq əmri ilə sözügedən vəzifəyə təyinat alıb.

    O, bu gün teatrın kollektivinə təqdim edilib.

    Laləzar Hüseynova buna qədər Salyan Dövlət Kukla Teatrının direktoru olub.

  • В Физулинском районе уничтожено более 3 т дикорастущей конопли

    В Физулинском районе уничтожено более 3 тонн дикорастущей конопли.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    Сотрудники Физулинского районного отдела полиции сожгли более 3 т кустов конопли, которые произрастали в диком виде на территории села Гаджар.

  • Füzulidə üç tondan artıq yabanı çətənə bitkisi məhv edilib

    Füzulidə üç tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş 2024” planına uyğun olaraq tədbir keçirilib.

    Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən, çəkisi üç tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

  • Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib – FAKTİKİ HAVA

    “Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Asif Verdiyev bildirib.

    Onun sözlərinə görə, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.

    Qeyd olunub ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.

    A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib: “Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

  • Azərbaycanda müğənni həbs edildi

    2022-ci ilin fevral-avqust ayları ərzində Salyan rayonunun Yenikənd və Şəkərli kəndləri ərazisində beş evdən oğurluq etmiş və iki evdə quldurluq əməli törətmiş 1992-ci il təvəllüdlü Vüsal Cəfərovla bağlı bəzi faktlar məlum olub.

    Publika.az-ın məlumatına görə, hadisələri törədən V.Cəfərov rayonda müğənni kimi tanınıb və şənliklərdə iştirak edirmiş.

    Bildirilib ki, o, qumar oyunlarına pul qoyduğuna görə borca düşüb və buna görə oğurluq, quldurluq kimi əməllərə əl atıb. V.Cəfərov gecə saatlarında gizli şəkildə evlərə girərək oğurluq edirmiş. İki dəfə isə Vüsal evdə yaşayan şəxslərlə qarşılaşdığından onlara qarşı quldurluq edərək qaçıb.

    Baş vermiş müəmmalı hadisələrə görə xüsusilə Yenikənd kəndində uzun müddət həyəcanlı vəziyyət yaranıb və əhali təşviş keçirib.

    Vüsal Cəfərov polis tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177 və 181-ci (Oğurluq və quldurluq əməlləri) maddələri ilə cinayət işi açılıb.

    İyunun 7-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Vüsal Cəfərova hökm elan edilib. O, məhkəmədə günahsız olduğunu, baş vermiş hadisələrin boynuna qoyulduğunu iddia edib.

    Məhkəmənin hökmü ilə gənc müğənni doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs vəfat etdi

    Son illərədək Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışmış Fərman Nağdəliyev vəfat edib.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, F.Nağdəliyev xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, Fərman Nağdəliyevin oğlu Ramin Nağdəliyev hazırda Biləsuvar rayonunun prokurorudur.

  • Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

    Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

    Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Məmmədov Cavanşir Xıdır oğlu dünyasını dəyişib.  

    Onun xəstəlikdən öldüyü bildirilir.