Month: July 2024

  • “Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız” – VİDEO

    “50 yaşını ötmüş müğənnilər: Aralarında Fəxri adı olan da, olmayan da var. Çıxırsınız efirə ki, “vaxtında varımız, evimiz, dövlətimiz, qızılımız olub”. İndi hanı onlar? Ağlınız olardı elə xərcləyərdiniz ki, bu yaşınızda da qalardı”.

    Median.Az “Bizim.Media”ya istinadən xəbər verir ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşdığı video açıqlamada deyib.

    Tolik, ad çəkmədən müğənni Sevda Əliqızının “Məndə olan pul, evlər heç indiki müğənnilərdə olmayıb” sözlərinə sərt şəkildə cavab verib:

    “Bu cavanlara imkan verin. İndi cavanlar nə etsin? Hərənizin bir dövranı, saxlayanı, pul xərcləyəni olub. O vaxtlar telefon, “TikTok”, “Instagram” olmayıb ki, sizi də kabinetdə çəkib, sevgililərini paylaşsınlar. İndi cavanları salmısınız gözümçıxdıya. Siz etdiyinizi indiki müğənnilər etməzlər”.

    Bununla yanaşı, Tolik ayda 100 min manat qazandığını deyən müğənniləri də qınayıb:

    “İndi Şəbnəm, Vəfa (müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova – red.) çıxıb deyir ki, “ayda gəlirim 100 mindir”. Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız. İki günə 100 min qazanan müğənni var. Kimə özünüzü göstərirsiniz? Kimə lazımdır? 3, 4 minə toya gedirsiniz, ayda evdə tapılmırsınız. Bu göstərici, sənətkarlıq, elit təbəqə deyil. Sizdən yuxarı təbəqə 2, 3 günə 3, 4 toya gedib 100 minləri var. 30 gün hava limanında yatmayaraq, Bakıda ayda 3 toya gedib 100 min qazanan müğənni var. Heç kimə paxıllıq etmirəm. Bunu deməklə nə göstərmək istəyirsiniz? Ayda 300, 500 işləyənlərə acıq verirsiniz? Deyirsiniz, siz kasıbsınız, biz varlı? Öllkədə 10 müğənni var ki, ölkədən çıxmır. Nə uşağınızın, nə ərinizin yanındasınız. Bütün günü təyyarədəsiniz. Elə bil milyon qazanırsınız. Ayıbdır, camaat nə deyəcək? Görməmişliyin də dərəcəsi var”.

  • Maşın sığortalayanlar ən çox bu şirkətlərdən narazılıq edirlər – SİYAHI -(FOTO)

    Mərkəzi Bank Azərbaycanda avtomobillərin icbari sığortası üzrə şikayət indeksini açıqlayıb.

    8 sığorta şirkətinin yer aldığı siyahıda ən çox şikayət “Xalq Sığorta” ASC barəsində olub.

    İkinci sırada “Bakı Sığorta” ASC yer alıb.

    Aşağıdakı cədvəldə şirkətlər üzrə avtomobillərin icbari sığortası üzrə şikayət indeksi göstərilib:

    (yeniavaz)

  • Dondurulmuş qidaları bu halda qəti almaq olmaz – AÇIQLAMA

    Əksər insanlar dondurulmuş və ya yarımfabrikat məhsullardan istifadə edir. Ev şəraitində də məhsulları dondurub, bir neçə ay sonra istifadə edənlər kifayət qədərdir. Bəs, bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir?

    Mövzu ilə bağlı Metbuat.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, hər bir məhsulun fərdi saxlanma şəraiti və temperatur rejimi var:
    “Mütləq şəkildə bunlara əməl olunmalıdır. Əks halda, həmin məhsulun tərkibində bakteriyalar, mikro orqanizmlərin çoxala bilər, orqanizmdə maddələr mübadiləsinın pozulmasına səbəb ola bilər. Xüsusilə də mağazalardan donrurulmuş məhsulları alarkən, onların paketlərinə diqqət etmək lazımdır. Paketlər cırılmamış, əzilməmiş şəkildə olmalıdır. Əgər paketin üzərindəki yazılar tam görünmürsə, bu məhsulun yanında buz hissəcikləri varsa, bu o deməkdir ki, həmin məhsulun dəfələrlə donu açılıb yenidən dondurulub. Bu məhsullar artıq keyfiyyətli sayılmır”.

    Məhsəti Hüseynova qeyd edib ki, dondurulmuş məhsullar həmişə enerji dəyəri və tərkibinin zənginliyinin aşağı olması ilə fərqlənir:

    “Sağlamlıq üçün yaxşı olar ki, təzə məhsullardan istifadə olunsun. Lakin, dəniz məhsulları, balıq və s. düzgün dondurulduqdan sonra, istifadə olunduqda qida dəyərini itirmir. Ət, zülal tərkibli məhsullar, meyvə tərəvəzlər və s. dondurulduqda mütləq şəkildə onların donu sadəcə 1 dəfə açılmalıdır. Təkrar dondurulmaya yol verilməməlidir. Xüsusilə toyuq ətindən olan məhsullar və toyuq əti də daxil olmaqla, mütləq şəkildə bir dəfə istifadə olunmalıdır”.

    Ekspertin sözlərinə görə, adətən un və ət məhsulları dondurulmaqla uzunmüddətli saxlanılır. Belə məhsullar artıq 1-2 ay və daha uzun müddət üçün saxlanılırsa, onların tərkibində kimyəvi qatqılardan istifadə olunur.

    “Məhsulun forma və rənginin dəyişməməsi üçün istifadə olunan kimyəvi qatqı maddələri orqanizm tərəfindən sovrulmur. Bu da gələcəkdə xərçəng xəstəliyinin yaranmasına, qaraciyərdən və böyrəkdən toksinlərin atılmamasına gətirib çıxarır”.

  • Səsli mesajlardan bezənlərin nəzərinə – İnqilabi yenilik

    “Whatsapp” yeni funksiyanın təqdimatına hazırlaşır.

    Median.Az “WaBetaİnfo” protalına istinadən xəbər verir ki, yeni özəllik sayəsində istifadəçilər göndərilən səsli mesajları mətnə çevirə biləcəklər.
    Özəllik hazırda az sayta istifadəçi üçün əlçatandır. Funksiyanın yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcəyi gözlənilir.

  • İnanılmaz REKORD: Motosikletdə ən uzun dünya səyahəti neçə il davam edib? – FOTO

    Argentinalı Emilio Skotto maraqlı rekorda imza atıb. Adam ən uzun səyahəti motosikletlə edib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, rekord səyahət 10 il davam edib.

    “Ginnesin Rekordlar Kitabı”nın tərtibçiləri argentinalının nailiyyətini nəzərdən qaçırmayıblar. Rekordçu 1956-cı ildə anadan olub. Bir müddət Skotto əczaçılıq şirkətinin əməkdaşı olub. Ancaq 30 yaşına bir il qalmış adam səyahət etmək istədiyi qənaətinə gəlib.

    Argentinalı həyatını bu fəaliyyətə həsr etmək qərarı alıb. Skotto işini atıb motosikletlə səyahətə çıxıb. Səyahət 1985-ci il yanvarın 17-də başlayıb və 2 aprel 1995-ci ildə başa çatıb. Bu 10 il ərzində motosikletçi 735 min kilometr yol qət edib və 214 ölkəni gəzib.

    Skotto təəssüratlarını 2007-ci ildə nəşr olunan və oxucular arasında kifayət qədər uğur qazanan bir kitabda təsvir edib. Və “Ginnesin Rekordlar Kitabı”nın tərtibçiləri belə nəticəyə gəliblər ki, o, motosikletlə ən uzun səyahət edib. O vaxtdan bəri kataloqda Emilio Skotto adı çəkilir.


    //lent.az

  • 2 yerdən qatlanan telefon buraxılacaq – Dünyada ilk

    “Huawei” şirkəti 2 yerdən qatlana biləcək dünyanın ilk smartfonunu buraxacaq.

    Onun haqqında yeni məlumatlar yalnız gözləntiləri təsdiqləyir. Açılan zaman cihazın təxminən 10 düymlük ekranı olacaq. Bu da onu potensial planşet əvəzedicisi edir.

    Ekran elə qatlanacaq ki, onun üçdə biri kənardan əlçatan qalsın. Ola bilsin ki, xarici displey kimi qatlandıqda istifadə olunsun.

    Tanınmış insayderlər iddia edir ki, “Huawei”nin yaxın gələcəkdə bu seqmentdə rəqibləri olmayacaq. Belə bir cihazın yaradılması son dərəcə incə detallar tələb edir və “Huawei” artıq qatlanan qurğular arasında bu sahədə öz nailiyyətlərini nümayiş etdirib.
    //lent.az

  • Həkimdən şəkər xəstələrinə faydalı məsləhətlər

    Tanınmış terapevtlərdən biri olan Zarema Ten diabetdən əziyyət çəkən insanlara yalnız tünd şokolad yeməyi tövsiyə edib.

    Həkim bu şokoladların yüksək kakao tərkibli olmasına diqqət yetirməyi bildirib.

    Bundan əlavə, qan şəkəri yüksək olanlar üçün elm adamları artıq fruktoza şokoladını tapıblar. Şəkərli diabet xəstələri tərəfindən də istehlak edilə bilər.

    Bu vəziyyətdə norma 10-15 qramla məhdudlaşır. Belə şokoladın tərkibində kakao miqdarı ən azı 85-90% olmalıdır.

    Eyni zamanda, karbohidrat mübadiləsinin pozulması, həddindən artıq karbohidrat istehlakı ilə bağlı piylənmə və digər xəstəliklərdən əziyyət çəkən 1 və 2 tip şəkərli diabet xəstələrinə süd və ya ağ şokolad yemək qəti qadağandır. Bu növ qənnadı məmulatlarının qlükoza səviyyəsi çox yüksəkdir.
    //lent.az

  • В Германии подготовили секретный план по переброске войск НАТО на восток

    Бундесвер (ВС ФРГ) разработал секретный план, который определяет порядок действий военных и гражданских властей на случай, если придется перебрасывать войска НАТО на восточный фронт альянса.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила газета Bild.

    План получил название Operationsplan Deutschland, или OPLAN DEU (в переводе с германского – “План оперативных действий в Германии”). В нем идет речь об обеспечении “прочной, устойчивой и боеспособной оборонной архитектуры”.

    Германия в нем описывается как “узловой пункт” НАТО в Европе, главной задачей которого будет обеспечить переброску сотни тысяч военных альянса на восток и снабжение войск. “Это означает, что многие улицы и дороги, а также портовая инфраструктура будут использоваться для военных целей, а не для гражданского транспорта”, – пояснил представитель МВД ФРГ.

    Кроме того, одной из задач называется строительство лагерей для военнопленных, это изданию подтвердила служащая Бундесвера. Отдельное внимание уделяется вопросу гражданской обороны, мер по защите гражданского населения.

  • KİV: Almaniyada NATO qoşunlarının şərqə köçürülməsi ilə bağlı gizli plan hazırlanıb

    Bundesver (Almaniya Silahlı Qüvvələri) NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hökumət orqanlarının fəaliyyət qaydasını müəyyən edən gizli plan hazırlayıb.

    Bu barədə “Bild” qəzeti məlumat yayıb.

    Plan “Operationsplan Deutschland” və ya “OPLAN DEU” (“Almaniyada Operativ Fəaliyyət Planı”) adlandırılıb.

    Burada Almaniya NATO-nun Avropadakı “mərzək nöqtəsi” kimi təsvir edilir, onun əsas vəzifəsi alyansın yüzminlərlə hərbçisinin şərqə köçürülməsini və qoşunların tədarükünü təmin etmək olacaq.

    “Bu, o deməkdir ki, bir çox küçə və yollar, eləcə də liman infrastrukturu ictimai nəqliyyat üçün deyil, hərbi məqsədlər üçün istifadə olunacaq”, – Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi qəzetə bildirib.

  • Pendirlə yeyə bilməyəcəyiniz 4 QİDA

    Bəzi qidalarla pendir yemək zərərli ola bilər.

    Bu barədə dietoloqlar xəbərdarlıq edib.

    Hansı məhsulların pendirlə birləşdirilməsinin tövsiyə edilmədiyini sizə deyirik.

    Nə ilə pendir yemək olmaz?

    Birincisi, pendiri kolbasa ilə birləşdirə bilməzsiniz. Hər iki qidada yağ çox olur. Kolbasa ilə pendir yemək mədəaltı vəzə zərər verir və aterosklerozun inkişafına kömək edir

    İkincisi, pendiri spirtlə birləşdirməməlisiniz, həzm problemləri yaradır;

    Eyni səbəbdən pendiri şirniyyatla yemək məsləhət görülmür.

    Bundan əlavə, qidalanma mütəxəssisləri pendiri sitrus meyvələri ilə birləşdirməyi məsləhət görmürlər. Tərkibindəki turşu pendirin yumşalmasına səbəb ola bilər.
    //lent.az