Month: July 2024

  • Ukrayna ilə bağlı çoxdan gözlənilən qərar açıqlandı

    Vaşinqtonda təşkil olunan NATO Liderləri Zirvəsinin yekun bəyannaməsi dərc edilib.

    Sənədə əsasən, təşkilata üzv və tərəfdaş ölkə rəhbərlərinin 2025-ci il sammiti Niderlandda, 2026-cı il sammiti isə Türkiyədə keçiriləcək.

    Bəyannamədə Ukrayna ilə bağlı çoxdan gözlənilən qərar da açıqlanıb. NATO müttəfiqlərinin gələn il Ukraynaya ən azı 40 milyard dollar maliyyə ayırması qərara alınıb.

    Digər tərəfdən, bəyannamədə Rusiya alyans üçün əsas təhlükə olaraq göstərilib. NATO liderləri Çini Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına verdiyi dəstəyi dayandırmağa çağırıblar.

    Mənbə: Haber Global

  • Жители Гянджи бьют тревогу: детские площадки под угрозой исчезновения – ВИДЕО

    В жилом массиве Ени Гянджа местные жители с тревогой наблюдают, как день ото дня разрушаются и исчезают игровые и спортивные сооружения в их дворах.

    По информации xezerxeber.az, особенно остро проблема стоит для жителей домов №43, 56 и 64. Они утверждают, что металлические конструкции детских площадок становятся легкой добычей для охотников за металлоломом.

    “Железные части срезают и увозят, а оставшиеся обломки представляют реальную опасность для наших детей”, – с горечью рассказывают местные жители.

    В ответ на жалобы граждан представители Управления жилищно-коммунального хозяйства Гянджи заявили, что работа по созданию образцовых благоустроенных кварталов в городе ведется поэтапно. “Только за прошлый год было благоустроено 11 таких кварталов, и процесс продолжается”, – отметили в структуре.

    Однако городская полиция сообщила, что заявлений о кражах с указанной территории не поступало.

    Подробнее – в сюжете.

  • Gəncədə oyun və idman qurğularını kim OĞURLAYIR? – VİDEO

    Gəncənin Yeni Gəncə yaşayış massivində sakinlər məhəllədəki oyun və idman qurğularının günü-gündən dağılıb getməsindən şikayətlənirlər.

    Xezerxeber.az-ın məlumatına görə, yaşayış massivində 43, 56 və 64 saylı binaların sakinləri deyirlər ki, yaşadıqları məhəllədəki idman və oyun alətləri get-gedə dağılaraq yoxa çıxır.

    Onların sözlərinə görə, qurğuların dəmirlərini satmaq üçün sökürlər. Dəmirlər kəsilib aparıldığından dibindəki qalıqlar uşaqlar üçün təhlükə yaradır.

    Məsələ ilə bağlı Gəncə Mənzil Kommunal Təsərrüfatı İB-dən bildirilib ki, şəhərdə nümunəvi abad məhəllələrin yaradılması işi mərhələli şəkildə həyata keçirilir. Təkcə ötən il 11 belə məhəllə abadlaşdırılıb və proses davam etdirilir.

    Şəhər polisindən isə sözügedən ərazidən oğurluq edilməsi ilə bağlı müraciətin daxil olmadığı bildirib.

    Ətraflı süjetdə:

  • Трагедия в Бейлагане: малолетний ребенок погиб от удара током (ОБНОВЛЕНО)

    Стали известны некоторые подробности несчастного случая, произошедшего в Бейлаганском районе.

    Как сообщает АПА, малолетний ребенок погиб в результате поражения электрическим током от электрооборудования, установленного с целью обеспечения водоснабжения в доме.

    В представительстве Исполнительной власти в селе Биринджи Ашыглы сообщили, что полуторагодовалая Нигяр Ахмедова получила удар током, когда прикоснулась к оборудованию Hidrofon, которое было установлено в помещении.

    * * * * *

    В Бейлаганском районе малолетний ребенок стал жертвой несчастного случая.

    Как сообщает АПА, случай произошел в селе Биринджи Ашыглы.

    Согласно информации, полуторагодовалая Нигяр Ахмедова погибла в результате поражения электрическим током.

    По данному факту проводится расследование.

  • Beyləqanda azyaşlının ölümünün bəzi detalları üzə çıxdı (YENİLƏNİB)

    Beyləqanda baş verən bədbəxt hadisənin bəzi detalları bəlli olub.

    APA xəbər verir ki, azyaşlının evin su təchizatı üçün quraşdırılmış elektrik avadanlığından cərəyan vurması nəticəsində həyatını itirdiyi üzə çıxıb.

    Kənd icra nümayəndəliyindən verilən xəbərə görə, yaşyarımlıq Nigar Mais qızı Əhmədova evdə quraşdırılmış “Hidrofon” elektrik avadanlığına toxunduğu zaman onu cərəyan vurub.

    * * * * *

    Beyləqanda cərəyan vuran azyaşlı uşaq həlak olub.

    APA-nın xəbərinə görə, hadisə rayonun Birinci Aşıqlı kəndində qeydə alınıb.

    Belə ki, yaşyarımlıq Nigar Əhmədova cərəyan vurması nəticəsində həlak olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Deputat Mahir Abbaszadə ilə bağlı yayılan xəbər təkzib edildi – FOTO

    Bu gün bəzi xəbər saytlarında millət vəkili Mahir Abbaszadə barəsində inzibati protokol tərtib olunması ilə bağlı həqiqətə uyğun olmayan informasiya yayılıb.

    “Unikal” xəbər verir ki, belə bir xəbərin yayılmasına səbəb ad, soyad və ata adının eyniliyi olub.

    Belə ki, Abbaszadə Mahir Tapdıq oğlu yol hərəkəti ilə bağlı qayda pozuntusuna görə məsuliyyətə cəlb olunub və iş məhkəmə icraatına götürülüb. Lakin sözügedən şəxs deputat Mahir Abbazsadə deyil, Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur.

    Məsələylə bağlı “Unikal”a açıqlama verən millət vəkili M.Abbaszadə deyib ki, hər hansı avto-qəza törətməyib, buna görə məsuliyyətə cəlb olunaraq, məhkəməyə verilməyib.

    Qeyd edək ki, sözügedən iş Nərimanov rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib. Hakim V.Qurbanov saytımıza açıqlamasında belə bir işin onun icraatına bu gün verildiyini təsdiqləyib:

    “Belə bir iş bu gün bizə daxil olub. Səhv etmirəmsə, protokol tərtib olunan və işi məhkəməyə göndərilən şəxs Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur. Həmin şəxs Milli Məclisin deputatı Mahir Abbaszadə deyil, başqa adamdır. Sadəcə, soyadı, adı, ata adı təsadüfən eynidir”.


  • Президент Ильхам Алиев поздравил монгольского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо монгольскому коллеге Ухнаагийну Хурэлсуху.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    От своего имени и от имени народа Азербайджана передаю Вам и всему Вашему народу самые искренние поздравления и наилучшие пожелания по случаю национального праздника Монголии.

    Верю, что мы и впредь продолжим наши совместные усилия на пути развития отношений между Азербайджаном и Монголией, расширения нашего сотрудничества как в двусторонней, так и на многосторонней плоскости.

    В этот знаменательный день желаю Вам крепкого здоровья, успехов в делах, дружественному народу Монголии – постоянного благополучия и процветания”.

  • İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Monqolustanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Monqolustan arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Teylor Sviftin konsertində İsveçrədə seysmik aktivlik qeydə alınıb

    Amerikalı pop müğənni Teylor Sviftin iyulun 9-da Sürixdə verdiyi konsertin tamaşaçıları İsveçrə seysmoloji xidməti tərəfindən qeydə alınan seysmik aktivlik yaradıblar.

    Xidmətin məlumatına görə, çoxlu sayda insan eyni vaxtda ritmik hərəkət etdikdə, xüsusi stansiyalarda ölçülə bilən vibrasiya yaranır.

    İyulun 9-da keçirilən konsertdə tamaşaçıların yaratdığı titrəyişlər “Letziqrund” stadionunun ətrafında 6 km-ə qədər məsafədə yerləşən səkkiz seysmik stansiya tərəfindən izlənilib.

    Xidmətin məlumatına görə, Sviftin konserti belə seysmik aktivliyin qeydə alındığı yeganə hadisə deyil. Futbol matçları və digər böyük konsertlər də oxşar yeraltı vibrasiyalara səbəb olur.

    Mənbə: TASS

  • Blinken: İnanıram ki, Azərbaycan və Ermənistan yekun razılaşma əldə etməyə çox yaxındır

    “Son 1 il 6 ay ərzində Azərbaycanla Ermənistan uzunmüddətli sülhün əldə olunması üzrə danışıqlar prosesində mühüm işlər görüb”.

    APA-nın xəbərinə görə, bu fikirləri ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasındakı görüşdən öncə bildirib.

    O bildirib ki, tərəflər arasında sülhün əldə olunması hər iki ölkə və region üçün, xüsusilə də ABŞ ilə əlaqələrdə misilsiz imkanlar yaradacaq:

    “Nizamlanma prosesinin davam etdiyi müddətdə ABŞ həm Avropa İttifaqı, həm də Avropadan olan tərəfdaşları ilə bu prosesə dəstək göstərməyə çalışırdı. Bu gün isə əldə olunan nəticələrin təhlili üçün imkan yaranıb. Bütün öhdəliklərimizə əsaslanaraq deyə bilərəm ki, xüsusilə son həftələrdə hər iki tərəf yekun sülh razılaşmasını imzalamağa yaxındır. Bu müqaviləni ABŞ da qeyd-şərtsiz dəstəkləyəcək. Ona görə də mən bir daha bu məsələdə hansı mərhələdə olduğumuzu qiymətləndirmək üçün bu görüşdə iştirak etdiyinizə görə sizə təşəkkür edirəm. Bu görüş ABŞ-ın sülh razılaşmasının imzalanması istiqamətində hansı tədbirləri görməli olduğunu müəyyən etmək fürsətidir”, – deyə Blinken vurğulayıb.