Month: July 2024

  • Birgə yaşadığı kişiyə görə rəfiqəsini öldürüb basdırıbmış: İçki məclisindən sonra niyə qan tökülüb?

    Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində qeydə alınıb.

    Lalə Vəliyeva 2009-cu ildən qeyri-rəsmi münasibətdə olduğu Valeh Məmmədovla rəfiqəsi, əvvəl məhkum olunmuş Zəminə Babayevanın evinə qonaq gəlib. İçki məclisindən sonra aralarında düşən mübahisə zamanı Zəminə Babayeva əvvəlcə rəfiqəsi Lalə Vəliyevanı, daha sonra isə onun sevgilisi Valeh Məmmədovu bıçaqlayıb.

    “Gördüm, gəlir üstümə. Dedim, ay Zəminə xanım, nə olub? Sonra bıçağı üstümə atdı. İkinci dəfə üstümə atanda qoluma dəydi. 67 yaşım var, boksla məşğul olmuşam. Vurduğum adam ayağa dura bilməz. Xanım olduğuna görə itələdim, heç nə etmədim” , – deyə zərərçəkən Valeh Məmmədov deyib.

    Həmçinin birlikdə yaşayan zərərçəkənlər də məhkumluq həyatı yaşayıblar.

    2010-cu ildə Lalə Vəliyeva Valeh Məmmədovla birgə öz rəfiqəsini öldürüb, cəsədi gizlicə basdırsalar da, əməllərindən peşman olaraq təslim olublar.

    Nəticədə onlara 12 il həbs qətimkan tədbiri seçilib.

    Hazırda Lalə Vəliyeva Sabunçu Tibb Məntəqəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır, stabildir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Mərdəkan qəsəbəsində bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

    ***

    Mərdəkan qəsəbəsində baş verən bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adamöldürmə cinayətinə görə məhkum olunmuş, 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

    Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Araşdırmalar davam etdirilir.

    ***

    Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

    Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.

    Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

    Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

  • В Нахчыване за полгода граждане сдали полиции 70 единиц огнестрельного оружия

    В первую половину года в Нахчыване граждане добровольно сдали в полицию 70 единиц огнестрельного оружия.

    Как сообщает нахчыванское бюро Report, среди них 4 автомата, 11 пистолетов и 55 ружей различных марок и калибров.

    Также граждане сдали полиции 9 магазинов, 1 243 патрона различного калибра, 18 гранат и 3 штык-ножа.

    За отчетный период сотрудники полиции выявили и изъяли незаконно хранившиеся 10 единиц огнестрельного оружия, 5 магазинов, 255 патронов, 2 штык-ножа и 2 артиллерийских снаряда.

    Мероприятия в этом направлении продолжаются.

  • Naxçıvanda bu il 70 odlu silah polisə təhvil verilib

    Naxçıvanda bu ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 70 odlu silah, 9 patron darağı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

    Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan prifilaktik tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 70 odlu silah, 9 patron darağı, 1 243 ədəd müxtəlif çaplı patron, 18 qumbara və 3 süngü-bıçaq vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

    Təhvil verilən odlu silahların 4-ü avtomat, 11-i tapança, 55-i isə müxtəlif markalı tüfəng olub.

    Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində isə 10 odlu silah, 5 patron darağı, 255 mərmi, 2 süngü-bıçaq və 2 top mərmisi aşkar olunaraq götürülüb. Odlu silahlardan 1-i avtomat silahı, 9-u müxtəlif markalı tüfəng olub.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Bərdədə tövlə yanıb, bir nəfər tüstüdən zəhərlənib

    Bərdədə tövlə yanıb, bir nəfər tüstüdən zəhərlənib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Qurdlar kəndində ümumi sahəsi 387 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 18 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Kəlbəcər Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsindən çıxarılıb

    Prezident İlham Əliyev “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Dəyişikliklə Kəlbəcər rayonu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsindən çıxarılıb.

    Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Fərmanı ilə “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb.

  • İzmirdə meşə yanır, əraziyə beş təyyarə, doqquz helikopter cəlb olunub

    Türkiyənin İzmir şəhərinin Menderes rayonunda meşə yanır.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Bildirilib ki, hadisənin səbəbi hələ müəyyən edilməyib.

    Yanğının söndürülməsi tədbirlərinə beş təyyarə, doqquz helikopter və digər texnikalar cəlb olunub.

  • В Азербайджане число активных налогоплательщиков возросло на 8%

    По состоянию на 1 июля этого года число активных налогоплательщиков в Азербайджане выросло на 2,1% по сравнению с началом года и достигло 778 тысяч человек.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную налоговую службу при Министерстве экономики.

    Количество активных плательщиков налога на добавленную стоимость (НДС) составило 49,3 тыс. человек, а число активных хозяйствующих субъектов (объектов) – 208,9 тыс., что соответственно на 7,9% и 2,1% больше, чем в начале года.

  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8 % artıb

    Bu ilin iyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 778 minə çatıb.

    “Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 49,3 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 208,9 min olub ki, bu da, ilin əvvəli ilə müqayisədə müvafiq olaraq 7,9 % və 2,1 % çoxdur.

  • Goranboyda anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

    Goranboyda anasını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

    Qeyd olunub ki, bu ilin aprelin 7-də Goranboy rayon sakini 1975-ci il təvəllüdlü Alidə Kazımovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    İstintaqla 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Şahin Əmrahova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    //report

  • В некоторых реках Азербайджана ожидаются кратковременные паводки и сели

    11 июля в Баку и на Абшеронском полуострове ожидается усиление северо-западного ветра до 15-18, ночью и утром местами до 20-23 м/с. В первой половине дня в некоторых частях полуострова возможны осадки.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    11-13 июля в некоторых горных и предгорных районах Азербайджана ожидаются осадки, в отдельных местах ливневого характера, не исключаются грозы и град. Скорость восточного ветра усилится до 15-18, местами – 20-23 м/с.

    Ожидается повышение уровня водности в реках, в некоторых реках Большого и Малого Кавказа возможны кратковременные паводки и сели.