Month: July 2024

  • Talassemiyalı uşaqların pullarını mənimsəməkdə ittiham olunan şəxs: “Buraxın, gedim pulları gətirim”

    Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Nuridə Seyidova dövlət ittihamçısının suallarına cavab verib.

    Nuridə Seyidova donorluq haqqında məlumatsız olduğunu bildirib:

    “Donorluq haqqında yetərli qədər məlumatlı deyildim, bütün işləri Aynur Bayramovaya güvənirdim, çünki Aynur talassemiya mərkəzində işləyirdi. Bu işə başlayanda talassemiyalı uşaqlarla işləyəcəyimi bilmirdim. Xəstələri Aysel xanım gətirirdi, hətta xəstələrə görə Aynur xanımla Aysel xanım arasında mübahisə də olmuşdu. Anamın Bakı şəhərində yerləşən evini satıb bir neçə zərərçəkmiş arasında paylaşdırdım. Lakin pul ödədiyim zərərçəkmişlərin adlarını xatırlamıram. Məni azadlığa buraxın gedim pulları gətirim zərərçəkmişlərə ödəyim.”

    Məhkəmədə məlum olub ki, təqsirləndirilən Aynur Bayramovanın vəkili Zaur Hüseynov bu işə hakim Azad Məcidovun sədrliyi ilə baxılmasını istəmir. O, yazılı şəkildə etirazını elektron məhkəmə sisteminə yerləşdirib. Bu barədə məhkəmədə də elə hakim özü məlumat verib. Lakin vəkilin etirazı müzakirəyə çıxarılmayıb.

    Prosesin gedişatında Aynur Bayramovanın müdafiəçisi onun xəstəliyi ilə əlaqəli ev dustaqlığına buraxılması vəsatətini verib. Məhkəmə vəsatət haqqında zərərçəkmişlərin və təqsirləndirilənlərin fikirlərini öyrənib. Zərərçəkmişlər vəsatətə etiraz bildiriblər, təqsirləndirilən Aysel Məmmədova vəsatətin təmin olunmasına razı olsa da, Nuridə Seyidova narazılığını bildirib.

    Müşavirədən sonra məhkəmə Aynur Bayramovanın heç bir zərərçəkmişlə barışıq əldə etmədiyini və ifadələrin tam alınmadığını əsas gətirərək vəsatəti rədd edib.

    Sual-cavab prosesindən öncə məhkəmə zərərçəkmiş Solmaz Eyvazovanın vəsatətini proses iştirakçılarına bildirib.

    Zərərçəkmiş S.Eyvazova vəsatət verərək Aysel Məmmədovaya ödədiyi 6800 manatı tələb edib.

    Məhkəmə zərərçəkmiş özünün zalda olmadığı üçün vəsatətə baxmayıb.

    Məhkəmə prosesi iyulun 24-də davam etdiriləcək.

    Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

  • Gənc yaşda dünyasını dəyişən meyxanaçılar – Onlar niyə uzun yaşamır?

    Məşhur meyxanaçı Elnur Valehin gənc yaşda vəfat etməsi xəbəri böyük kədər hissi ilə qarşılanıb. Uzun zamandır şəkərli diabet və böyrək çatışmazlığından əziyyət çəkən söz ustası bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü. Aldığı bütün müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ailəli olan meyxanaçıdan bir azyaşlı qız övladı yadigar qalıb.

    AZzxeber.com bu dəfə gənc yaşda dünyasını dəyişmiş meyxanaçıların qısa xatırlatmasını təqdim edir.

    Kəbir Azəri – İlk dəfə meyxana deməyə 12 yaşında başlayan Kəbir Azərinin meyхanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi оlub. O, 1997-ci ilin yanvarın 19-da meyxanaçı Nizami Rəmzi ilə birgə yol qəzasında həlak olub. Bu zaman onun 37 yaşı var idi.

    Mirsadıx Məştağalı da avtomobil qəzasında həyatını itirən meyxanaçılardandır. 2010-cu ildə avtomobili ”Kamaz”la toqquşan Mirsadıx 3 gün koma vəziyyətində qalıb və 31 yaşında vəfat edib.

    Elçin Məştəğalı (Atakişiyev) ən yaxın dostu tərəfindən söyüş söydüyünə görə bıçaqlanaraq qətlə yetirilib. Xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib. Onun şəxsi vikipediyasında yer alan məlumatlara görə Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb. Yüngül yaralanan 26 yaşlı meyxanaçı xəstəxanaya gec çatdırıldığına görə qanaxmadan dünyasını dəyişib. Nəticədə aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir.

    Məşədibaba – 1994-cü ildə yaxın dostunu qətlə yetirdiyi üçün 6 il müddətinə həbs olunur. Şahidlərin sözlərinə görə 2000-ci ildə həbsdən çıxan şairin ilk getdiyi yer Elçinin məzarı olur. Habsdən çıxandan sonra içki aludəçisi olan Məşədibaba ailəsini itirir, xanımı oğlu Mircəlal ilə birlikdə atası evinə geri ayıdır. Xanımını evə qaytarmaq üçün onun evinə gedən 39 yaşlı meyxanaçı rədd cavabı aldığı üçün üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orda can verir.

    Vüqar Biləcəri – Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir. İlk dəfə “De gəlsin” yarışmasına qatılan Vüqar münsiflərin səsverməsi ilə 2-ci yerə qədər yüksəlib. Deyilənə görə 25 yaşına qədər tütün məmulatlarından istifadə etməyən meyxanaçı, bir həmkarının ucbatından narkotika aludəçisinə çevrilir. Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. O, 32 yaşında vəfat edib.

    Aydın Xırdalanlı – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. 1995-ci ildən meyxana deməyə başlayıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi “De, gəlsin” yarışmasının qalibi olub. Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. Sənətkar həyatının son dövründə depressiyada idi. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb. O, 42 yaşında dünyasını dəyişib.

    Elçin Alatavalı – vaxtı ilə ən hazırcavab meyxanaçı kimi tanınıb. Lakin o, sonralar efirlərə çıxmaqdan imtina edib. Elçin uzun sürən xəstəlikdən sonra ötən il dünyasını dəyişib.

    Vüqar Coratlı – 37 yaşlı meyxanaçı səhhətində yaranan problemə görə qəfil dünyasını dəyişib. O, ANS-də yayımlanan məşhur “De Gəlsin” meyxana yarışmasının iştirakçılarından olub. Corat qəbristanlığında dəfn edilib.

    Nizami Rəmzi – Azərbaycanda ilk musiqili meyxanananın yaradıcısı kimi bilinən meyxanaçı məhz Nizami Rəmzidir. Nizami Rəmzi meyxananı daha da təsirli, maraqlı, sevilən edərək özünü novator kimi təsdiq edə bilib. Onun sayəsində meyxana janrı Bakı-Abşeron mühitindən çıxaraq Azərbaycanın bütün bölgələrində populyarlıq qazandı və o ilk dəfə müğənni ilə duet ifa edən meyxanaçı olaraq tarixə düşdü. 50 yaşlı meyxanaçı 1997-ci il yanvarın 19-da meyxana ustası Kəbir Azəri ilə birgə keçirdiyi avtomobil qəzasında həlak olub.

  • Лучший бомбардир в истории сборной Франции завершил карьеру

    Нападающий Оливье Жиру отыграл свой последний матч за сборную Франции.

    Об этом сообщает Median.Az со ссылкой на sport24.ua.

    9 июля прошел полуфинальный матч чемпионата Европы между сборной Испании и Франции. “Фурия Роха” победила со счетом 2:1. Этот матч стал последним для Оливье Жиру в национальной сборной Франции. Ранее форвард сообщал, что закончит свои выступления за “Ле Бле” после Евро-2024. Он хочет сосредоточиться на выступлениях за клуб.

    Напомним что Жиру является лучшим бомбардиром в истории сборной Франции. Он дебютировал за команду в 2011 году и был участником чемпионатов Европы по футболу 2012, 2016, 2020 и 2024 годов и чемпионатов мира по футболу 2014, 2018 и 2022 годов. За национальную команду Оливье отыграл 131 матч, забив 57 голов. Это лучший показатель в истории сборной Франции.

    В историческом рейтинге бомбардиров команды Оливье на 6 мячей опережает Тьерри Анри, и на 11 – нынешнего лидера Килиана Мбаппе.

  • Fransa millisinin bombardiri karyerasını başa vurdu

    Fransa millisinin forvardı Olivye Jiru milli komandadakı karyerasını başa vurub.

    Məlumata görə, futbolçu ötən gecə AÇ-2024-ün yarımfinalında İspaniyaya 1:2 uduzduqları görüşdə sonuncu dəfə meydana çıxdığını açıqlayıb.

    Oliviye Jiru ilk dəfə 2011-ci ildə milli komanda forması ilə meydana çıxmışdı.

    Qeyd edək ki, Olivye Jiru Fransa millisinin forması ilə 137 oyun keçirib və 57 qol vurub.

    Xatırladaq ki, Jiru bu göstərici ilə Tiyerri Anrini qabaqlayaraq Fransa millisinin tarixində ən çox qol vurmuş futbolçu olub.

    Mənbə: Marca.com

  • İstanbul boğazı bağlandı

    Türkiyədə İstanbul boğazı bağlanıb.

    “Haber Global” xəbər verir ki, buna səbəb “LIONFISH” adlı gəmidə yaranan nasazlıq olub.

    Bununla əlaqədar olaraq gəmilərin hər iki tərəfə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

    Hərəkətin nə vaxt bərpa olunacağı açıqlanmayıb.

  • В Баку мужчина избил женщину, которая дважды помешала ему обручиться

    В Баку задержан мужчина за избиение женщины, которая дважды помешала ему обручиться.

    Как сообщает Qaynarinfo, в отношении уроженца села Алиагалы Агдамского района Рауфа Керимова (имя и фамилия условные – ред., 1992 г.р.) был составлен протокол по статье 157 Кодекса об административных проступках, дело направлено в суд.

    В суде выяснилось, что Рауф избил С.М., с которой ранее состоял в любовных отношениях, на улице Ага Нейматуллы в Наримановском районе. Он объяснил причину избиения тем, что она мешала ему жениться.

    “Она дважды помешала мне обручиться. У меня 5 июля должна была состояться помолвка, но ее не произошло из-за этой женщины. Я неоднократно жаловался на нее в полицию. Сожалею, что у меня были с ней отношения”, – сказал он.

    Решением суда обвиняемый был оштрафован на 300 манатов.

  • Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

    Bakıda kişi iki dəfə nişanlanmasına mane olan qadını döydüyü üçün saxlanılıb.

    “Qaynarinfo”nun məlumatına görə, 1992-ci ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş Rauf Kərimov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Rauf əvvəllər münasibətdə olduğu S.M. adlı qadını Nərimanov rayonu, Ağa Nemətulla küçəsində döyərək xəsarət yetirib. O, qadını döyməsinə səbəb kimi onun evlənməsinə mane olması ilə göstərib:

    “İki dəfə nişanlanmağıma mane oldu. Hətta iyul ayının 5-də nişanım olmalı idi, lakin həmin xanıma görə baş tutmadı. Dəfələrlə ondan polisə şikayət etmişəm. Onunla danışdığıma görə peşmanam”.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 300 manat cərimə edilib.

  • Baş nazirdən əmək pensiyası ilə bağlı QƏRAR

    Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

    Baş Nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

    Qərara əsasən, Qaydada aşağıdakı dəyişikliklər edilib:

    – 5.10-cu bənddə “20 ildən” sözləri “25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)” sözləri ilə əvəz edilsin;

    – aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

    “5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

    5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

    5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış”.

    Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

  • Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

    Nazirlər Kabinetinin 3 noyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nda dəyişiklik edib.

    Bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, “Trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyinin alınması tələb olunan orqanların (qurumların) Siyahısı”na Daxili İşlər Nazirliyi əlavə edilib.

  • Hüseyn Həsənovun Rusiyadan qaçdığı iddia olunub

    Məşhur Azərbaycanəsilli blogger Hüseyn Həsənov Rusiyadan qaçıb.

    Median.Az “Qazeta.ru”ya istinadən xəbər verir ki, belə bir iddia ilə Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina teleqram kanalında bildirib.

    Mizulina vergi idarəsinin məhkəməyə müraciət etdiyini, onun bir sıra şirkətlərinin dövlətə olan borclarına görə bağlandığını, özünün isə qaçdığını bildirib.

    Xatırladaq ki, iyunun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb. Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Adamın Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloggerin özü başqa dövlətin ərazisindədir.
    //baku.ws