Month: July 2024

  • Dövlət Xidməti İran klinikasının yaxınlığında kəsilmiş ağacla bağlı açıqlama yayıb

    Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İran Klinikasının yaxınlığında ağac kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Xidmət rəsmisi Dünya Əhmədova bildirib ki, araşdırma zamanı sözügedən ünvanda quru söyüd ağacının Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən kəsildiyi müəyyən edilib.

    “Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və təhlükə törədə biləcək ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir və bu işlər növbəti günlərdə də davam edəcək”.

  • В Баку 32-летняя женщина скончалась в известной частной клинике

    В одной из частных клиник Баку зафиксирован случай смерти пациентки.

    Как сообщает lent.az, поступившая в Stimul Hospital Айтен Джаббарлы (1992 г.р.) скончалась в этой больнице.

    Причина смерти А.Джаббарлы пока не названа.

    По данному факту в прокуратуре ведется расследование.

  • Bakıda özəl xəstəxanada 32 yaşlı qadın ÖLDÜ

    Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.

    Lent.az xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb.

    Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.

    A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.

    Ölüm faktı ilə bağlı prokurorluq araşdırma aparır.

  • Джейхун Байрамов принял участие в мероприятии по случаю 75-летия НАТО

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов в рамках рабочего визита в Вашингтон, США, принял участие в мероприятии, посвященном 75-летию НАТО, организованном президентом Соединенных Штатов Джозефом Байденом.

    Об этом говорится в публикации, размещенной в аккаунте внешнеполитического ведомства в соцсети Х.

    Отмечается, что мероприятие прошло в конференц-зале Эндрю Меллона, где 4 апреля 1949 года был подписан Вашингтонский договор, учредивший Североатлантический альянс.

  • Ceyhun Bayramov NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib.

    Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, tədbir 1949-cu il aprelin 4-də NATO-nun təsis edildiyi Vaşinqton Müqaviləsinin imzalandığı Endru Mellon konfrans zalında keçirilib.

  • Kəlbəcərə qanunsuz keçmək istəyən şəxslər saxlanılıblar

    Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, stasionar postda iki nəfər Daşkəsən rayon sakini və bir nəfər Gəncə şəhər sakini yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

    Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

    Toplanmış material qərar verilməsi məhkəməyə göndərilib.

  • С сентября четыре школьных предмета будут преподаваться по новым учебникам

    В Азербайджане учебники по четырем школьным предметам составлены на основе новой концепции, в подготовке материалов помогли ведущие институты Сингапура.

    Как заявила Report заведующая отделом дошкольной и общеобразовательной политики Министерства науки и образования Вафа Ягублу, это учебники по географии для VI класса, химии, физике и биологии для VII класса.

    По ее словам, эти предметы в новом содержании будут применены уже в 2024/2025 учебном году.

    “Новые учебники подчеркивают вопросы применения предмета и науки в жизни и уменьшают излишние теоретические знания. Например, новый учебник по географии начинается с простого объяснения ученику понятия пространства. В подготовке этих материалов помогли ведущие институты Сингапура в области разработки учебников”, – сказала В.Ягублу.

  • Sentyabrdan bəzi fənlərin tədrisində YENİLİKLƏR OLACAQ

    “2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq”.

    Bunu “Report”a açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

    Şöbə müdirinin sözlərinə görə, bu dərsliklər yeni konsepsiya əsasında tərtib olunub:

    “Yeni dərsliklər fənnin, elmin həyata tətbiqi məsələlərini qabardır və izafi nəzəri bilikləri azaldır. Misal olaraq, yeni coğrafiya dərsliyi şagirdə məkan anlayışını sadə yolla izah etməklə başlayır. Bu vəsaitlərin hazırlanmasında Sinqapurun dərslik hazırlığı sahəsində qabaqcıl institutları kömək edib”.

    Nazirlik rəsmisi xatırladıb ki, ötən illərdə informatika fənni bir sıra məktəblərdə yeni məzmunda tədris olunub:

    “Burada şagirdlərə təkcə nəzəriyyə deyil, praktik kodlaşdırma bacarıqları da öyrədilir. Bundan başqa, təbiət fənlərinin tədrisinə ayrılan vaxt və həcm artırılıb. STEAM məşğələlərinin keçirilməsi də məzmunda yeniliklərə aiddir. Xeyli məktəbdə STEAM laboratoriyaları var və bu sahədə əhatəlilik genişləndirilir.

    Riyaziyyat və Azərbaycan dili fənlərinin məzmunu ilə bağlı təkmilləşdirmələr davam edir. Əgər əvvəllər Azərbaycan dili fənninin tədrisində şagirdlərə əsasən dil qaydalarını öyrədirdiksə, indi dünyada qəbul olunduğu kimi, dörd əsas məsələni öyrədirik: dinləyib-anlama, oxuyub-anlama, danışma və yazı. Dil qaydaları isə bu istiqamətləri öyrənmək üçün zəruri bilikləri verməlidir. I-V sinif Azərbaycan dili dərslikləri bu istiqamətdə hazırlanır.

    Eyni hal riyaziyyat fənninə də aiddir. Azərbaycanda riyaziyyat elmi və onun məktəbdə tədrisi hər zaman güclü olub, amma riyaziyyat tətbiqi xarakter daşımayıb. Riyaziyyat fənni üzrə çoxlu misallar həll olunur, ancaq eyni misalın məntiqi hansısa məsələyə, konkret həyati situasiyaya aid olanda şagird cavabı tapa bilmir. Hazırda riyaziyyat fənninin məzmunu şagirdə həyati məsələlərlə riyazi termin və formulları öyrətmək üzərində qurulur”.

  • В ИВ Баку состоялось совещание: двум руководителям сделано серьезное предупреждение

    В Исполнительной власти (ИВ) города Баку состоялось расширенное совещание с участием глав ИВ районов столицы и руководителей хозяйственных служб.

    Как сообщили в пресс-службе ИВ города Баку, на совещании обсуждался ряд вопросов, в том числе масштабные работы по благоустройству, проводимые в последнее время в столице, вопросы санитарной очистки, а также были даны соответствующие поручения по ускорению работ и их качественному завершению в установленные сроки.

    В ходе обсуждения проводимых в районах ремонтных работ главам исполнительной власти Хатаинского и Ясамальского районов было сделано серьезное предупреждение в связи с неудовлетворительным состоянием фасадов нежилых объектов и существующих ограждений на территории, и даны соответствующие поручения.

    Также было обсуждено состояние проводимых в городе работ по озеленению, вопросы расширения зеленых зон.

  • Bakıda iki icra başçısına ciddi XƏBƏRDARLIQ EDİLDİ

    Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı təmir-abadlıq işləri, sanitar təmizlik məsələləri müzakirə edilib, işlərin sürətləndirilməsi və müəyyən edilən vaxtda keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

    Rayonlarda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

    Həmçinin şəhərdə aparılan yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə edilib, yaşıllıq zonalarının artırılması, görülən işlərin daha da genişləndirilməsi, əkilən həmişəyaşıl kollar və çiçəklərin sayının artırılması tapşırılıb.