Month: July 2024

  • Bakıda yük maşını yaşıllıq əraziyə qulluq edən kişini vurdu

    Bakı Dairəvi yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə bu gün günorta saatlarında qeydə alınıb.

    İlkin məlumata görə, yük maşını yol kənarında yaşıllıq əraziyə qulluq edən kişini vurub.

    Vətəndaş aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Rövşən Tağıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb:

    “Belə ki, “HOWO” markalı, 99-HL-676 nömrə nişanlı yük avtomobili Bakı-Qazax yolunun 27-ci km-də 1961-ci il təvəllüdlü Elxan Sultanovu vurub, hadisə nəticəsində sonuncu ölüb”.

  • Azərbaycanda bu kanalların yayımı dayandırılacaq

    Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.

    İlk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.

    Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində “Aznet Technologies” Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: “Aznet” olmaqla) lisenziyası, “Metaflix” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Metaflix” xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, “Megogo” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Megogo” xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.

    Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub. Monitorinqlər nəticəsində ATV televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, ARB televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, ARB Günəş televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının (ARB 24 MMC-nin ARB kanalının, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının ATV kanalının və RTV MMC-nin ARB Günəş kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.

  • Gələcəkdə hansı ixtisaslara tələb artacaq?

    Qəbul imtahanlarından sonrakı növbəti çətin sınaq ixtisas seçimidir.

    Çünki bu seçim gənclərin gələcəkdə hansı sahədə çalışacaqlarını və karyeralarını hansı istiqamətdə inkişaf etdirəcəklərini müəyyən edir.

    Bir neçə il bakalavr, magistr təhsilindən sonra ixtisasa tələbatın azalması səbəbindən işsiz qalmamaq üçün öncədən texnoloji inkişafı, bazar tələblərini və qlobal trendləri nəzərə almaq lazımdır.

    Median.Az oxu.Az-a istinadən xəbər verir ki, təhsil eksperti Elçin Süleymanov gələcəkdə daha çox tələb olunacaq ixtisaslar texnologiya, səhiyyə, enerji və ətraf mühit sahələrində olacaq. Bu sahələrdə irəliləyişlər və dəyişikliklər nəticəsində bəzi ixtisaslara xüsusi diqqət yönələc’yini bildirib.

    Davos İqtisadi Forumu bir neçə ay bundan əvvəl bir hesabat hazırlamışdı. O, abituriyentlər üçün də çox faydalıdır.

    Gələcəkdə analitik, kritik düşüncə qabiliyyəti olan, eləcə də kollektivlə işləmə bacarığı olan mütəxəssislərə ehtiyac duyulacaq. Bu mütəxəssislər iqtisadiyyatın inkişaf tempinə, dünyadakı dəyişikliyə görə formalaşırlar.

    Hazırda görünən odur ki, hər il həm dünyada, həm də Azərbaycanda informasiya texnologiyaları (İT), kompüter mühəndisliyi, proqramlaşdırma, kibertəhlükəsizlik ixtisasları üzrə çox ciddi tələb yaranır.

    Bundan başqa, gələcəkdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar mütəxəssislərə, alternativ və bərpaolunan enerji resurslarının istehsalı ilə əlaqəli həm ali, həm də orta səviyyəli mühəndislərə tələbat artacaq.

    Süni intellektlə işləmək bacarığı olan mütəxəssislərə də ehtiyac yaranacaq. Həmçinin, yaşlı insanlarla işləyən fizioterapistlərə, tibb və təhsil mütəxəssislərinə hər zaman ehtiyac olacaq və artmaqdadır”.

    Təhsil eksperti əlavə edib ki, fərdi maliyyə mütəxəssisləri gələcəkdə tələb olunacaq vacib ixtisaslardan biri olacaq. Çünki insanların maliyyə planlaması və idarəetməsi sahəsində yardıma ehtiyacı artmaqdadır:

    “Digital (rəqəmsal) valyuta resurslarının idarəedilməsi son dövrlərdə maliyyə dünyasında böyük əhəmiyyət kəsb edən bir sahədir.
    Rəqəmsal valyutalar, xüsusilə kriptovalyutalar sürətlə populyarlaşır və bu sahədə mütəxəssislərə olan ehtiyac artır. Müəyyən işləri robotlar görə bilər. Ancaq mütləq analitik təfəkkür vacibdir”.

  • Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət bloku yaranıb

    Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət birliyi yaranıb.

    “Axali”, “Droa” və “Qirçi – daha çox azadlıq” partiyaları oktyabrda keçiriləcək seçkilərdə birgə iştirak edəcəklərini bəyan ediblər.

    Eyni zamanda, “Lelo” partiyası ilə də danışıqlar aparıldığı, lakin razılıq əldə olunmadığı qeyd olunub.

    “Axali” partiyasını bir neçə ay əvvəl müxalifətin Vahid Milli Hərəkatının keçmiş lideri Nika Melia və müxalif “Mtavari Arkhi” telekanalının təsisçisi Nika Qvaramiya təsis ediblər.

    Qeyd edək ki, “Droa” partiyası 2021-ci ildə Rusiyanın ən qızğın əleyhdarlarından biri olan, atasının müəllif hüquqlarına görə Rusiya Federasiyasından qonorar alan Yelena Xoştariya tərəfindən təsis edilib.

    Zurab Caparidzenin “Qirçi – daha çox azadlıq” partiyası 2020-ci ildə yaradılıb və həmin il parlament seçkilərində 2,89 faiz səs toplayıb.

    ///report

  • МВД России предложило выдворять мигрантов за нарушения

    Председатель Госдумы Вячеслав Володин заявил о приоритетности для депутатов законодательных инициатив в сфере миграции.

    “Государственная дума поддержит проект закона о расширении перечня правонарушений, за которые предусматривается выдворение мигрантов из России, еще по 20 статьям Кодекса об административных проступках (КоАП)”, – написал Володин в своем Telegram-канале во вторник.

    Он отметил, что Министерство внутренних дел подготовило законодательную инициативу, согласно которой предлагается расширить применение выдворения в отношении мигрантов-нарушителей дополнительно по 20 статьям КоАП; речь идет о правонарушениях в области общественного порядка и общественной безопасности, в том числе с экстремистскими проявлениями.

    В их числе:

    – неповиновение законному распоряжению сотрудника полиции, других силовых ведомств;

    – представление ложных сведений при осуществлении миграционного учета;

    – мелкое хулиганство;

    – пропаганда либо публичное демонстрирование нацистской атрибутики или символики либо атрибутики или символики экстремистских организаций;

    – стрельба из оружия в отведённых для этого местах с нарушением установленных правил или в неотведённых для этого местах.

    Выдворение также предусмотрено за распространение владельцем аудиовизуального сервиса информации, содержащей публичные призывы к осуществлению террористической деятельности, материалов, публично оправдывающих терроризм, или других материалов, призывающих к осуществлению экстремистской деятельности, сообщил спикер Госдумы.

    Источник: “Интерфакс” (Россия)

  • Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Deportasiya üçün daha 20 maddə əlavə edilir

    Rusiya Parlamenti İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinin pozulmasına görə miqrantların deportasiyası haqqında qanun layihəsini dəstəkləyəcək.

    Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında məlumat verib.

    Onun sözlərinə görə, söhbət ictimai asayiş və ictimai təhlükəsizlik sahəsində, o cümlədən ekstremist təzahürlərlə bağlı hüquqpozmalardan gedir.

    “Bunların arasında: polis əməkdaşının, digər güc qurumlarının qanuni sərəncamına tabe olmamaq, miqrasiya qeydiyyatı zamanı yanlış məlumatların təqdim edilməsi, xırda xuliqanlıq, nasist atribut və ya simvollarının, yaxud ekstremist təşkilatların atribut və ya simvollarının təbliği və ya açıq nümayişi, müəyyən edilmiş qaydaları pozmaqla bu məqsəd üçün ayrılmış yerlərdə və ya bu məqsəd üçün ayrılmamış yerlərdə silahdan atəş açmaq var”, – deyə spiker vurğulayıb.

    O hesab edir ki, bir sıra maddələr üzrə ölkədə qalması qanunazidd fəaliyyətləri ilə əlaqədar arzuolunmaz olan şəxslərin operativ şəkildə (məhkəmə qərarı olmadan) çıxarılması təmin edilməlidir.

    “Miqrasiyaya nəzarət məsələsi son dərəcə vacibdir. Deputatlar onun kəskinliyini başa düşürlər: çoxlu müraciətlər daxil olur, mövzu seçki dairələrində insanlarla ünsiyyət zamanı mütəmadi olaraq səslənir. Miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi bizim üçün prioritet əhəmiyyət kəsb edir”, – deyə Dövlət Dumasının sədri yazıb.

    O əlavə edib ki, Duma hökumətin, nazirliklərin və idarələrin bu sahədə problemlərin həllinə kömək edən təkliflərini ən qısa müddətdə nəzərdən keçirəcək.

  • AZAL-ın prezidentinə yeni müşavir təyin olunub


    Fidan Fərzəliyeva “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin müşaviri təyin olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, buna qədər o, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resursları departamentinin müdiri vəzifəsində işləyib.

  • Новый президент Ирана заявил о готовности подписать “большой договор” с РФ

    Иран готов подписать договор о всеобъемлющем стратегическом партнерстве с Россией в октябре на саммите БРИКС в Казани.

    Об этом заявил избранный президент исламской республики Масуд Пезешкиан в телефонном разговоре с российским лидером Владимиром Путиным, передает агентство IRNA.

    “Подготовка документов по соглашению о всеобъемлющем сотрудничестве между Ираном и Россией завершена, мы готовы подписать его на полях саммита БРИКС в РФ”, – сказал он. “Придаем большое значение отношениям с Россией, нашим другом и соседом, и, несомненно, будем эти отношения укреплять”, – добавил политик.

    В ходе беседы с Путиным Пезешкиан подчеркнул важность сотрудничества двух государств в БРИКС, Шанхайской организации сотрудничества (ШОС), Евразийском экономическом союзе (ЕАЭС) и на площадках международных и региональных организаций. Избранный президент отметил, что новое правительство исламской республики приложит все усилия для реализации ирано-российских договоренностей, достигнутых при президенте Ибрагиме Раиси, который погиб 19 мая в авиакатастрофе.

    Телефонный разговор между президентами состоялся 8 июля вечером. Как сообщала пресс-служба Кремля, Путин и Пезешкиан выразили удовлетворение высоким уровнем отношений стран и подтвердили готовность к дальнейшей работе. Глава российского государства поздравил своего иранского коллегу с победой на выборах.

    По словам официального представителя МИД РФ Марии Захаровой, новый российско-иранский договор закрепит на государственном уровне всеобъемлющий стратегический характер партнерства Москвы и Тегерана. Как отмечала Захарова, с момента подписания Договора об основах взаимоотношений и принципах сотрудничества между РФ и Ираном в декабре 2001 года изменились как международные условия, так и отношения двух стран, которые сейчас переживают беспрецедентный подъем.

    Источник: ТАСС

  • İranın yeni prezidenti Rusiya ilə saziş imzalamağa hazırdır

    İran oktyabrda Kazanda keçiriləcək BRICS sammitində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa hazırdır.

    Bu barədə İslam Respublikasının seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında bildirib.

    “İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq haqqında sazişlə bağlı sənədlərin hazırlanması başa çatıb, biz onu Rusiyada keçiriləcək BRICS sammiti çərçivəsində imzalamağa hazırıq”, – deyə o bildirib.

    “Dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu münasibətləri gücləndirəcəyik”, – deyə siyasətçi əlavə edib.

    Putinlə söhbəti zamanı Pezeşkian iki dövlətin BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və beynəlxalq, həmçinin regional təşkilatların platformalarında əməkdaşlığın vacibliyini vurğulayıb.

    Seçilmiş prezident qeyd edib ki, İslam Respublikasının yeni hökuməti mayın 19-da təyyarə qəzasında həlak olmuş sabiq dövlət başçısı İbrahim Rəisi dövründə əldə edilmiş bütün İran-Rusiya razılaşmalarının həyata keçirilməsinə çalışacaq.

    Mənbə: TASS

  • Hafiz Babalının həbs müddəti uzadıldı

    “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Hafiz Babalı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    APA xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

    Qərara əsasən, Hafiz Babalının həbs müddəti 2 ay 7 gün uzadılıb.

    Qeyd edək ki, “Abzas Media” işi üzrə aparılan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda, direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları – Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs ediliblər.

    Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.