Month: July 2024

  • Офис компании Turkish Airlines в Тегеране опечатан

    Иранские власти опечатали офис авиакомпании Turkish Airlines в Тегеране за несоблюдение правил обязательного ношения хиджаба.

    Об этом сообщают иранские СМИ.

    В офисе представительства находятся полицейские.

  • Türk Hava Yollarının Tehrandakı ofisi möhürlənib

    İranın yeni Prezidenti Məsud Pezeşkian ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında birsaatlıq telefon danışığından sonra Türk Hava Yollarının İrandakı ofisi qapadılıb.

    Bununla bağlı, İranın Ali Mədəni İnqilab Şurasının üzvü İbrahim Suzənçi özünün “X” hesabında yazıb:

    “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan münasibətləri yaxşılaşdırmaq üçün yeni seçilən prezidentə zəng edərək bir saat danışıb. Elə bu gün “Turkish Airlines” şirkətinin İrandakı ofisi məcburi hicab qaydalarına görə bağlanıb”, – deyə İbrahim Suzənçi qeyd edib.

  • Füzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu

    Üç il öncə işğaldan azad olunan ərazilərdə rekord müddətdə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur.

    Median.Az-ın “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən verdiyi məlumata görə, bu hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.

    Füzuli aeroportu, qısa müddət ərzində bir çox hökumət başçılarını, dövlət və xarici beyin mərkəzlərinin yüzlərlə nümayəndəsini qəbul edilib ki, bu da onun strateji əhəmiyyətini və regionun gələcək inkişaf perspektivlərini vurğulayır.

    Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanı Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində 40-dan çox reys qəbul edib və yola salıb. Onların sırasında 10-dan çox təyyarə növü var idi: “Gulfstream V”, “Falcon 7X”, “Airbus 319”, “Airbus 320”, “Embraer 190”, geniş gövdəli “İl-96”, “Airbus 330”, “Airbus 340” və “Boeing 787” kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişi, onun müxtəlif tipli təyyarələri qəbul etmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləyir.

    Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz və rahat şəkildə enib qalxmasına imkan verən 3 000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.

    Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr mövcuddur ki, bu da gələn sərnişinlərin və qonaqların rahatlığını təmin edir.

    Bu gün Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu, bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzə çevrilməkdədir. İyulun 17-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın Qarabağa müntəzəm reyslərinin başlanması ilə, bu regionun Azərbaycan və dünya ilə daha da sıx inteqrasiya edilməsi istiqamətində yeni bir mərhələ başlanacaq. Bu həm də Qarabağın gələcək inkişafı və onun turizm potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edəcək.

  • Kianu Rivz xəyal etdiyi roldan danışdı

    Hollivudun ən sirli və sadə insanlarına yaxın aktyoru Kianu Rivz ilk dəfə arzusu olan roldan danışıb.

    O, məşhur komikslərin qaranlıq personajını canlandırmağın ən böyük xəyalı olduğunu deyib.

    Hər bir aktyorun teatr və kino səhnəsində canlandırmaq istədiyi sevimli rolu var. Kianu Rivzddə də var, o da artıq romantik ampludan tutmuş aksiyonlu filmlərə və psixoloji trillerlərə qədər çoxlu sayda fiolmlərə çəkilib.

    Lakin Kianu, uzun müddətdir arzuladığı xəyalını həyata keçirən Robert Pattinsona həsəd aparır.

    Göründüyü kimi, Rivz uzun müddətdir Batman rolunu oynamaq istəyirdi. Bu onun ən böyük arzusu idi. Lakin, təəssüf ki, o, yalnız “DC Superhero League” cizgi filmində bu xarakterin səslənməsini bacarıb.

    “Bu, həmişə mənim arzum olub, amma Robert Pattinson artıq Batman rolunu oynayıb və o, bunu çox yaxşı bacarıb. Bəlkə də gələcəkdə. Bəlkə də onlara köhnə Batman lazım olduqda mən bu rolu oyanaya bilərəm”- deyə, Kianu etiraf edib.
    //Baku.ws

  • Сборная Азербайджана по баскетболу разгромила команду Армении

    Сборная Азербайджана по баскетболу среди девушек до 16 лет провела свой первый матч в дивизионе C чемпионата Европы.

    Команда под руководством главного тренера Эврена Алкаяна встретилась со сборной Армении.

    Матч, проходивший в Гибралтаре, завершился победой нашей сборной со счетом 86:59.

    Следующие игры команда U-16 проведет 10 июля против Грузии, а 11 июля – против Кипра.

  • Azərbaycan millisi Ermənistanı məğlub edib

    Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

    Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.

    Cəbəllüttariqdə gerçəkləşən qarşılaşma millimizin qələbəsi ilə bitib – 86:59.

    U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

  • 17 yaşlı oğlan bacısına 21 bıçaq vurdu: “Pis yola düşmüşdü”- VİDEO

    “Atam rəhmətə gedəndən sonra bizə nənəm baxıb. Anam bizi atmışdı, başqa ailə qurmuşdu. Bir müddət sonra Qaxa gəldik, mən də ofisiant işlədim. Əmim fermada işləyirdi. Əmimə, nənəmə işlərdə kömək edirdim”.

    Bu sözləri bacısını qətlə yetirdiyi üçün Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında cəza çəkən 17 yaşlı məhkum deyib:

    “Bacım öz istəyi ilə nişanlandı. Sonra başqa yollara əl atdın. Götürmədim onun elə olmağını. Yatdığı yerdə gedib vurdum”

    Qətl iki il əvvəl Qaxda baş verib. Bacısının rəfiqəsi ilə yazışmasını görən Ruslan (şərti ad) onun əxlaqsız yola düşdüyünü fikirləşir. Kirayə qaldığı evə gələrək bacısına 21 bıçaq zərbəsi vurur. Ona 10 il həbs cəzası verilir.

    Ətraflı İTV-nin sujetində:

  • Тысячи грузовиков ожидают проезда через границу России и Грузии

    Несколько тысяч грузовых автомобилей ждут проезда через российско-грузинскую границу в пункте пропуска “Верхний Ларс” в Северной Осетии с российской стороны.

    Об этом сообщается на сайте Центра организации дорожного движения республики.

    Так, по данным на вторник, всего в электронной очереди на проезд зарегистрировано 3 196 большегрузов.

    Как сообщал ранее глава Северной Осетии Сергей Меняйло, в республике введен режим повышенной готовности из-за скопления транзитного автотранспорта на госгранице. В рамках него въезд грузовиков на территорию региона ограничен до освобождения мест на стоянках.

    Военно-Грузинская дорога проходит в высокогорье и в настоящее время является единственным сухопутным маршрутом, связывающим Россию с Грузией и Арменией.

    Источник: “Интерфакс” (Россия)

  • Minlərlə yük maşını Rusiya və Gürcüstan sərhədini keçmək üçün gözləyir

    Rusiya tərəfində Şimali Osetiyada Yuxarı Lars keçid məntəqəsində minlərlə yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.

    Bu barədə Respublika Nəqliyyatı İdarəetmə Mərkəzinin saytında məlumat verilib.

    Belə ki, çərşənbə axşamına olan məlumata görə, gediş-gəliş üçün elektron növbəyə ümumilikdə 3196 ağır yük avtomobili qeydə alınıb.

    Şimali Osetiya rəhbəri Sergey Menyaylonun daha əvvəl verdiyi məlumata görə, tranzit avtomobillərin dövlət sərhədində toplanması ilə əlaqədar respublikada yüksək hazırlıq rejimi tətbiq edilib. Onun bir hissəsi olaraq, dayanacaqlar mövcud olana qədər yük maşınlarının bölgəyə girişi məhdudlaşdırılıb.

    Gürcüstan Hərbi Yolu yüksək dağlıq ərazilərdən keçir və hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

    Mənbə: İnterfax

  • МИД Ирана: Посольство Азербайджана возобновит работу до конца июля

    Посольство Азербайджана в Иране возобновит работу в течение ближайших 15-20 дней.

    Об этом сообщил начальник Главного управления Евразии МИД исламской республики Муджтаба Демирчилу.

    Он также отметил, что официальный Тегеран еще не назначил нового посла Ирана в Азербайджане. По его словам, назначение посла будет рассматриваться после формирования нового правительства в стране.

    Источник: alef.ir