Month: July 2024

  • Hüseyn Həsənovun şirkəti məhkəməyə verilib

    Rusiyanın Volqodonsk şəhərindən olan sahibkar azərbaycanəsilli bloqer və iş adamı Hüseyn Həsənovun şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

    Bu barədə Rusiya mətbuatı xəbər yayıb.

    Qeyd olunur ki, Yuliya adlı qadın altı ay əvvəl 10 milyon rubl (193 min manat) xərcləyərək satış öyrədən şirkətdə kurs keçib.

    Kurs Hüseyn Həsənovun “Banda” MMC şirkəti ilə biznes məsləhətçisi Yelena Arikova tərəfindən yaradılıb.

    Sahibkar Yuliyanın dediyinə görə, bahalı kurslardan alınan məlumatların faydasız olduğu ortaya çıxıb və o, indi xərclədiyi pulun qaytarılmasını tələb edir.

    Mənbə: “Shot”

  • USAID rəhbəri Ermənistana səfər edəcək

    ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer iyulun 8-11-də Ermənistana səfər edəcək.

    Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

    Bildirilib ki, o, USAID-in ölkədə aparılan islahatlara dəstəyini təsdiq edəcək.

    Səfər zamanı S.Pauer, Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri, gənclər və media nümayəndələri ilə görüşəcək.

    ///report

  • Aysel Teymurzadə boşanır – İDDİA

    Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin həyat yoldaşı müğənni Aysel Teymurzadə ilə boşandığı barədə xəbər yayılıb.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Aysel Teymurzadənin boşanma ərizəsi ilə mediasiyaya müraciət etdiyi iddia olunur.

    Məlumata görə, bir neçə müddətdir ki, Aysel Teymurzadə Murad Adıgözəlzadə ilə ayrı yaşayır.

    Məsələ ilə bağlı Murad Adıgözəlzadə telefon zənglərinə cavab verməyib, Aysel Teymurzadə isə suala cavab verməkdən imtina edərək dəstəyi asıb.

  • Azərbaycanda 2024-cü ilin ilk yarısında qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

    Azərbaycanda 2024-cü ildə qız və oğlanlara ən çox qoyulan adlar məlum olub.

    Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ilin I yarımilliyində oğlan uşaqlarına ən çox Uğur (837) adı verilib. Qızlarda isə ilk beşliyə Zəhra və Zeynəb (614) adları başçılıq ediblər.

    Qeyd edilən dövrdə oğlanlardan 704 nəfər uşağa Hüseyn adı verilib. Üçüncü yerdə isə Əli adıdır ki, 702 uşağa bu ad qoyulub. 583 körpəyə Yusif, 506-na isə Raul adı verilib.

    Qız uşaqlarına qoyulan adlar içərisində ilk beşliyin sonrakı yerlərini Məryəm (587), Aylin (541) və Ayla (528) adları bölüşdürüb.

  • Sabah iki rayonda qaz olmayacaq

    Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Yenikənd-Biləsuvar avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə. Quliyev, İ. Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

    Həmçinin, “Qaratəpə” ölçü qovşağında quraşdırılmış kollektordan təbii qazla təmin edilən, diametri 315 mm olan “Qarayevkənd” ortatəzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Sərdar Aziz “Fənərbağça” ilə yolları ayırıb

    Türkiyənin “Fənərbağça” klubu müdafiəçi Serdar Azizlə yollarını ayırıb.

    Məlumata görə, türkiyəli müdafiəçi baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayıb.

    33 yaşlı futbolçu artıq komandanın düşərgəsini tərk edib.

    Qeyd edək ki, “Fənərbağça” Serdar Azizi 2019-cu ilin yanvar ayında “Qalatasaray”dan transfer etmişdi. Türkiyə millisinin sabiq üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

    Mənbə: Sporx.com

  • Ondan kömək istəyən şəxsin kartındakı pulunu ələ keçirdi

    Ağsu şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 1000 manatı ələ keçirib.

    Bu barədə rayon sakini polisə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan nəvəsi bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda olan 1500 manat pulun 500 manatını yeniyetməyə verərək hesabında əlavə pulun olmadığını bildirib, qalan 1000 manatı isə özü götürərək ərazidən uzaqlaşıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1982-ci il təvəllüdlü Tapdıq Əzizov saxlanılıb. Araşdırmalarla onun eyni üsulla daha bir şəxsin də kartından pul oğurladığı müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.

  • ВС РФ нанесли ответный удар по украинским объектам

    Вооруженные силы Российской Федерации (РФ) в ответ на попытки атаковать объекты энергетики на территории России нанесли высокоточный удар по объектам военной промышленности и авиабазам Украины.

    Об этом сообщили в Минобороны России.

    “Сегодня утром в ответ на попытки нанесения киевским режимом ущерба объектам российской энергетики и экономики Вооруженными силами РФ нанесен групповой удар высокоточным оружием большой дальности по объектам военной промышленности Украины и авиационным базам ВСУ (Вооруженных сил Украины). Цели удара достигнуты. Назначенные объекты поражены”, – отметили в ведомстве.

    Источник: ТАСС

  • Rusiya MN Kiyevin iddialarını təkzib etdi

    Rusiya Silahlı Qüvvələri ölkə ərazisindəki enerji obyektlərinə hücum cəhdlərinə cavab olaraq Ukraynanın hərbi sənaye obyektlərinə və hava bazalarına yüksək dəqiqliklə zərbələr endirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Moskva Kiyevin Rusiyanın mülki hədəflərə raket zərbəsi endirməsi ilə bağlı bəyanatlarını təkzib edib.

    Mənbə: TASS

  • Azərbaycanda kişi cekpot udmaq üçün lotereya oğurladı

    Ucarda lotereya oğrusu tutulub.

    Lent.az xəbər verir ki, hadisə Ucar şəhərinin ərazisində yerləşən ticarət mərkəzində qeydə alınıb.

    Oradakı köşkdən 750 manat dəyərində 75 ədəd lotereya oğurlanıb.

    Hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Əli Salmanov polis əməkdaşları tərəfindən tutulub.

    Onun yaşadığı evə baxış zamanı marixuana da aşkarlanaraq götürülüb.

    Ə.Salmanov cekpot udmaq üçün lotereya oğurladığını deyib.