Month: July 2024

  • Yeni təyin olunan icra başçıları kimlərdir? – DOSYE

    Prezident İlham Əliyevin Sərəncamları ilə Suraxanı, Qusar və Beyləqan rayonlarına yeni icra başçıları təyin edilib.

    Belə ki, Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyəti, Əziz İmran oğlu Əzizov Beyləqan Rayon İcra Hakimiyyəti və Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Median.Az yeni təyin edilən icra başçılarının dosyelərini təqdim edir:

    Suraxanı rayonuna təyin edilən icra başçısı Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

    1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sank-Peterburq şəhərindəki M.V.Frunze adına Hərbi Akademiyanı bitirib.

    1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını başa vurub.

    2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

    2004-cü ildə Bakı Dövlət Universitetində magistratura və 2010-cu ildə aspirantura təhsili alıb.

    2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

    9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

    20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Milli Məclisin deputatı seçilib.

    2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

    10 mart 2020-ci ildə Adil Əliyev Milli Məclisin sədr müavini seçilib.

    10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilib.

    Ailəlidir, üç övladı var.

    Beyləqan rayonuna icra başçısı təyin olunan Əziz Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.

    M.Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib.

    1985–1986-cı illərdə tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsini icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifəsində çalışıb.

    1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

    2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olub.

    Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

    Qusara icra başçısı təyin olunan Sahir Məmmədxanov 1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

    1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

    1985–1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışıb.

    1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

    1999-cu ildə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

    2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində fəaliyyət göstərib.

    Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

    Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

    Ailəlidir. İki övladı var.

  • İlham Əliyev bəzi şəxslərə diplomatik rütbələr verdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:

    fövqəladə və səlahiyyətli səfir

    Əskərov Əlimirzamin Qəvvam oğlu

    birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

    Atamoğlanov Ağalar Rahim oğlu

    Quliyev Faiq Maqbet oğlu

    ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

    Hacızadə Ayxan Elxan oğlu

    Musayev Azər Samiddin oğlu

    Yaqubova Aysel Şakir qızı.

  • Ödəmə terminalını oğurlayıb qaçan zaman qəzaya düşdülər – VİDEO

    Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb. Qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər – 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar.

    Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyektin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.

    Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Qusara yeni icra başçısı təyin olundu – SƏRƏNCAM

    Prezident İlham Əliyev Sahir Polad oğlu Məmmədxanovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • В Азербайджане назначен новый глава Исполнительной власти

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении Адиля Абыш оглу Алиева главой Исполнительной власти Сураханского района города Баку.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Azərbaycanda yeni icra başçısı təyin edildi

    Prezident İlham Əliyev Adil Abış oğlu Əliyevin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Polkovnik-leytenant: “Məni qatı cinayətkar kimi həbs etdilər”

    2022-ci ilin avqustunda DSX-nin hərbi hospitalında əsgər Mirkamal Cabbarovun xəstəlikdən vəfat etməsi ilə əlaqədar məsuliyyətə cəlb olunan tibb xidməti polkovnik-leytenantı Eldar Məmmədov barəsində seçilmiş qətimkan tədbirindən şikayətçidir.

    “Qafqazinfo”ya müraciət edən E.Məmmədov bildirib ki, Bakı Hərbi Məhkəməsinin 15.03.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona bir il tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Həmin tarixdə E.Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də dəyişdirilib və o, məhkəmə zalındaca həbs edilib.

    Şikayətçi zabit bildirib ki, o, istintaqdan heç vaxt yayınmayıb, həmçinin təqsirləndirildiyi maddə üzrə əməlin xarakterinə uyğun olmayan formada həbs edilib:

    “Cinayət Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, həbs qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində yalnız cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq halları mövcud olduqda seçilə bilər. Lakin mən birinci instansiya məhkəməsində bütün iclaslarda iştirak etmişəm, məhkəmədən gizlənməmişəm, eyni zamanda cinayət işinin materiallarının saxtalaşdırılması ilə istintaqın gedişinə mane olmaq və cəmiyyət üçün təhlükəli olaraq qalma halı da olmayıb. Dövlət Sərhəd Xidmətində uzun illər qüsursuz xidmət göstərmişəm, 2020-ci ildə Vətən müharibəsi dövründə yüzlərlə hərbi qulluqçunun həyatını xilas etmişəm, bununla bağlı bir çox təltiflər və medallar almışam. Habelə törətdiyim iddia edildiyi cinayət ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Bununla bağlı hətta Avropa Məhkəməsinin təcrübəsinə də nəzər salsaq görərik ki, şəxsə qarşı hətta ağır cinayətə dair ittiham irəli sürülməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin müstəqil əsası deyil”.

    E.Məmmədov əlavə edib ki, birinci instansiya məhkəməsi onun barəsində ən ağır cəzanı təyin edərkən bir sıra vəsatətləri təmin etməyib, ekspertiza rəylərini işə daxil etməyib:

    “Əksər hallarda bu kimi hökmlər çıxarılarkən azadlıqdan məhrum edilmiş şəxs məntəqə tipli müəssisəyə göndərilir. Uzun illər tibb sahəsində qüsursuz xidmət etsəm də, məni qatı cinayətkar kimi məhkəmə zalında həbs etdilər və barəmdəki qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya instansiyasına müraciət etsəm də, mənə rədd cavabı verildi. Bu, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş bir zabitə qarşı, ən yumşaq dildə desək, hörmətsizlikdir”.

    Polkovnik-leytenantın sözlərinə görə, xidmətdə olduğu müddətdə əsgər M.Cabbarova bir neçə dəfə zəruri tibbi yardım göstərilməsi ilə bağlı göstəriş verib. Həmçinin həmin vaxt DSX-nin qəzaya düşmüş çavuşuna tibbi yardım göstərilməsi ilə bağlı işlərə də böyük vaxt sərf edib:

    “Mərhum Cabbarovu müalicə edərkən bütün hərəkətləri dəqiq və ardıcıllıqla qeyd etmişəm, ekspert olmadığımdan bu hərəkətlərin tibbi prosedurlara tam uyğun olub-olmadığı barədə bir söz deyə bilmərəm. Ona tibb məntəqəsinin bütün imkanları daxilində və vicdanla tibbi yardım göstərilib. Əgər əsgərdə hansısa ciddi patologiya hiss etsəydim, dərhal həmin gün müvafiq tədbirlər görülərdi. Bütün müayinə tədbirlərini yerinə yetirdikdən sonra onda pnevmoniya xəstəliyinə xarakterik olan hansısa digər patologiya aşkar etməmişdim”.

    Məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsindən sorğumuza belə cavab verilib: “Bakı Hərbi Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə Məmmədov Eldar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (Həmin maddənin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub).

    Hökmün icrasını dərhal təmin etmək məqsədilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.

    Müdafiəçinin şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır”.

  • Покинувший “Зиря” футболист перешел в армянский клуб

    Бывший форвард азербайджанского футбольного клуба “Зиря” Владислав Кулач нашел себе новую команду.

    Соответствующей информацией он поделился в своем аккаунте в соцсетях.

    Украинский футболист будет играть в армянском клубе “Пюник”.

    Отметим, что Владислав Кулач подписал контракт на 2 года с опцией продления еще на один.

  • “Zirə”dən ayrılan futbolçu Ermənistan klubuna keçdi

    “Zirə”nin yollarını ayırdığı Vladislav Kulaç özünə yeni komanda tapıb.

    Məlumata görə, futbolçu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

    Ukraynalı futbolçu Ermənistanın “Pünik” klubunda çıxış edəcək.

    Qeyd edək ki, Vladislav Kulaç 2+1 illik müqaviləyə imza atıb.

  • Президент Ильхам Алиев наградил ректора вуза орденом

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о награждении Петра Витальевича Глыбочко орденом “Достлуг”.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Согласно документу, он был награжден за особые заслуги в укреплении сотрудничества и взаимных связей между АР и Российской Федерацией в сфере образования.

    Отметим, что П.Глыбочко является ректором Первого Московского государственного медицинского университета имени И.М. Сеченова.