Month: July 2024

  • Süpürgəçini maşın vuraraq öldürdü

    Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.

    APA-nın yerli bürosu xəbər verir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.

    Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Solmaz Təhməz qızı Həsənovanı vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Квартирный вопрос по-азербайджански: застройщик против жителей – ВИДЕО

    Жилищно-строительный кооператив (ЖСК) Mahal сносит наши дома. Хотя некоторые проживающие на улице Низами в Сумгайыте согласны, большинство этого не хочет. Компенсация, которую они предлагают, недостаточна для покупки жилья в этом районе.

    Об этом Qafqazinfo заявил местный житель и паралимпиец Рамин Алиев.

    “Мне угрожают, говоря, что если я не соглашусь и не выселюсь, они найдут другие способы давления. Стоимость моего дома сейчас значительно выросла. Максимальная компенсация, которую они предлагают – 140 000. На эти деньги мы сможем купить жилье только на окраине. Эта сумма была бы хороша два года назад. Теперь из-за чьей-то выгоды мы должны искать себе новое место. Я паралимпиец, и этот процесс очень сложен для меня из-за состояния здоровья. ЖСК Mahal очень нас мучает”, – заявил он.

    Р.Алиев считает, что рост цен на недвижимость в Сумгайыте начался именно с приходом подобных компаний, занимающихся сносом.

    В связи с этим редакция Qafqazinfo обратилась в ЖСК Mahal.

    “Утверждение о давлении на кого-либо безосновательны. Жильцы требуют завышенные суммы компенсаций. Они не согласны с предложенными ценами и часто рассматривают ситуацию как возможность получить выгоду”, – говорится в заявлении.

    По поводу проблемы, возникшей между жильцами и ЖСК, также был направлен запрос в Исполнительную власть (ИВ) города Сумгайыт.

    “Были проведены встречи с жильцами, выслушаны их обращения и даны конкретные поручения руководству ЖСК. Эти поручения направлены на защиту прав граждан и обеспечение их согласия”, – заявили в ИВ.

  • Sumqayıt sakinləri söküntüdən narazıdırlar – VİDEO

    “Mahal” MTK evimizi uçurur. Sumqayıt şəhəri, Nizami küçəsindəki sakinlərin bəziləri razılaşsa da, əksəriyyət bunu istəmir. Onların verdiyi kompensasiya ilə buralardan ev almaq mümkün deyil”.

    Bu sözləri “Qafqazinfo”ya müraciətində Sumqayıt şəhər sakini Ramin Əliyev bildirib.

    O, şirkət tərəfindən evlərinin sökülməsindən narazıdır:

    “Şirkətin rəhbəri məni hədələyir. Deyir ki, razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların verdiyi kompensasiya maksimum 140 mindir. Halbuki biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. “Mahal” MTK bizi çox incidir”.

    Vətəndaş düşünür ki, Sumqayıtda evlərin bahalaşması bu cür söküntü işləri aparan şirkətlər gəldikdən sonra olub.

    Məsələ ilə bağlı “Mahal” MTK ilə əlaqə saxlanılıb. Şirkətdən verilən cavab isə belə olub:

    “Orada kiməsə təzyiq göstərilməsi əsassızdır. Sakinlər şirkətdən qlobal rəqəmlər tələb edirlər. Mənzillərinə verilən qiymətlərlə razılaşmırlar və adətən məsələyə “fürsət” gözü ilə baxırlar”.

    Sakinlərlə MTK-lar arasında yaranmış bu problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanlanıb. Qurumdan vətəndaşların şikayəti ilə bağlı suala belə münasibət bildirilib:

    “Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə görüş keçirilib, sakinlərin müraciətləri dinlənilib və MTK rəhbərliyinə konkret tapşırıqlar verilib. Bu tapşırıqlar sakinlərin hüquqlarının qorunmasını və onların razılığının təmin edilməsini nəzərdə tutur”.

  • В одном из районов Азербайджана выписки на земельные участки будут выдаваться бесплатно

    В Загатальском районе Азербайджана выписки из государственного реестра недвижимости о правах собственности на земельные участки будут выдаваться гражданам бесплатно.

    Как сообщает Bizim.Мedia, в связи с исполнением указа главы государства № 1 455 от 7 октября 2021 года, в городе Загатала специалисты ASAN xidmət, прибывшие на специальном автобусе, осуществляют бесплатную выдачу гражданам выписок из госреестра недвижимости о правах собственности на земельные участки.

    Процесс продлится до 1 января 2025 года. Гражданам, обратившимся после 1 января 2025 года, за получение выписки придется заплатить не менее 236 манатов.

    В настоящее время соответствующие организации района, особенно местные муниципальные и исполнительные органы, проводят разъяснительную работу, чтобы жители воспользовались этой возможностью.

  • Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

    Zaqatala rayonunda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vətəndaşlara pulsuz veriləcək.

    Bizim.media xəbər verir ki, ölkə başçısının 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrası ilə əlaqədar Zaqatala şəhərində bir ədəd “ASAN xidmət” avtobusu vasitəsilə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların vətəndaşlara pulsuz verilməsi təmin edilir.

    Bu proses 2025-ci il yanvarın 1-nə kimi davam edəcək. Belə ki, 1 yanvar 2025-ci il tarixdən sonra müraciət edən vətəndaşlar çıxarışların əldə edilməsi üçün ən azı 236 manat ödəməli olacaqlar.

    Hazırda rayonun müvafiq təşkilatları, xüsusən yerli bələdiyyə və icra orqanları, sakinlərin bu fürsətdən yararlanmaları üçün maarifləndirmə işi aparırlar.

  • Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

    Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.

  • Пьяный мужчина избил жену из-за телевизора

    В Абшеронском районном суде завершено судебное расследование уголовного дела Вели Гаджиева (имя и фамилия условные – ред.), обвиняемого в умышленном причинении легкого вреда здоровью.

    Как сообщает рravda.az, на заседании под председательством судьи Джамили Сафиевой был зачитан приговор, согласно которому В.Гаджиев был освобожден от уголовной ответственности, а уголовное преследование в его отношении прекращено.

    Согласно обвинительному акту, инцидент был зафиксирован 8 июля 2023 года около часа ночи в Абшеронском районе. Вели Гаджиев поссорился со своей женой, Заминой Гаджиевой (имя и фамилия условные – ред.). Причиной конфликта стало то, что мужчина регулярно употреблял алкогольные напитки и смотрел телевизор на полной громкости. Женщина высказала мужу претензии по этому поводу. В результате Вели напал на Замину и намеренно ударил ее по различным частям лица, головы и тела. После инцидента З.Гаджиева позвонила на горячую линию 102 Министерства внутренних дел, пожаловалась на мужа, и В.Гаджиев был привлечен к уголовной ответственности.

  • Sərxoş kişi televizora yüksək səs vermək üstündə arvadını döydü

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Vəli Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Vəli Hacıyev cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

    İttihama görə, hadisə 8 iyul 2023-cü il tarixdə, gecə saat 1 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Vəli Hacıyev yaşadığı evdə arvadı, zərərçəkmiş Zəminə Hacıyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişinin mütəmadi olaraq spirtli içkilər içməsi və televizora yüksək səs verməsi olub. Qadın da bunlara görə ərinə iradlar bildirib. Nəticədə Vəli Zəminənin üzərinə hücum edib onun sifət, baş, bədəninin müxtəlif nahiyələrinə şillə və yumruqla qəsdən ardıcıl zərbələr vuraraq qadına xəsarətlər yetirib. Hadisədən sonra Zəminə Hacıyeva Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək ərindən şikayətçi olub və Vəli Hacıyev cinayət məsuliyyətinə cəlb edilib.

  • В Британии могут освободить 40 000 заключенных

    Новый премьер-министр Великобритании Кир Стармер собирается уже на этой неделе дать поручение об освобождении 40 000 заключенных в стране из-за переполненности тюрем.

    Об этом пишет газета Times со ссылкой на источник в Министерстве юстиции.

    “Ожидается, что Кир Стармер поручит принять чрезвычайные меры по автоматическому освобождению преступников, отбывших менее половины срока”, – говорится в сообщении.

    Меру планируют применять к преступникам, осужденным на срок менее четырех лет.

    Сейчас осужденные в Британии могут быть досрочно освобождены после отбытия половины срока. К концу недели в это правило может быть внесено изменение, и осужденные обязаны будут отбывать только 40% от назначенного срока до того, как у них появится право на досрочное освобождение. Это не распространяется на осужденных за сексуальные, насильственные или связанные с терроризмом преступления.

    Напомним, новым премьер-министром Британии стал лидер Лейбористской партии Кир Стармер.

    Предыдущий британский премьер Риши Сунак ушел в отставку по итогам выборов в парламент, на которых консерваторы потерпели поражение.

    Источник: РЕН ТВ

  • Britaniyanın yeni hökuməti 40 min məhbusu azad edəcək

    Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer həbsxanaların həddindən artıq çox məhbusla dolması səbəbi ilə 40 min məhbusu azad etməyi planlaşdırır.

    Yerli mətbuat bu barədə Britaniya Ədliyyə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.

    Qərarın dörd ildən az müddətə azadlıqdan məhrum edilmiş cinayətkarlara şamil olunması planlaşdırılır.

    Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkisində qalib gəlib.

    Mənbə: “The Times”