Month: July 2024

  • Azərbaycan XİN rəhbəri Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb

    “Ermənistanla danışıqlar müxtəlif istiqamətdə davam edir. Sülh gündəliyinə gəldikdə iyun ayının sonunda biz Ermənistan tərəfinə göndərdik. Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmasını gözləyirik”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

    “Sülhlə bağlı Azərbaycanın mövqeyi çox açıq qeyd olunub. Azərbaycan dövləti sülh gündəliyinin müəllifidir. 44 günlük müharibədən sonra qısa müddətdə cənab Prezident çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi”, – o qeyd edib.

  • Хорошая новость для студентов Карабахского университета

    Учащиеся Карабахского университета смогут получить студенческую смарт-карту, которая предоставит им ряд преимуществ.

    Об этом Report заявил руководитель экспертной группы по платежным системам и цифровому банкингу Общественного объединения “Ассоциация банков Азербайджана” Тамерлан Рустамов.

    По его мнению, это может стать одним из современных решений для развития цифровых платежей на освобожденных от оккупации территориях.

    По словам Рустамова, студенты будут получать стипендии по смарт-карте, а также смогут воспользоваться скидками на цифровые платежи в общественном транспорте между городами Баку и Ханкенди, за посещение дома-музея Мехмандарова и других культурных учреждений в городе Шуша.

    “Этой картой можно будет осуществлять биометрические платежи в кинотеатрах, кафе, ресторанах, в книжном магазине “Панаххан” в городе Ханкенди”, – сказал Рустамов.

  • Qarabağ universitetinin tələbələrinə ŞAD XƏBƏR

    Gələcəkdə Qarabağ Universitetində təhsil alacaq tələbələr də “Smart tələbə kartı”na sahib ola bilərlər.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.

    Onun fikrincə, bu, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün müasir həll yollarından biri ola bilər.

    T.Rüstəmovun sözlərinə görə, təqaüdlərini “Smart tələbə kartı” ilə alacaq tələbələr əlavə üstünlüklər qazanacaqlar:

    “Məsələn, onlar Bakı və Xankəndi şəhərləri arasında ictimai nəqliyyatda rəqəmsal ödənişlərdə endirim əldə edəcəklər. Həftə sonları isə tələbələr Şuşa şəhərində olan Mehmandarovun ev muzeyinə və digər muzeylərə, mədəniyyət ocaqlarına bu tələbə kartı ilə endirimli daxil ola biləcəklər. Bundan başqa, onlar ölkəmizdə ilk dəfə olaraq Xankəndi şəhərində açılacaq və ancaq nağdsız ödənişləri qəbul edən təsərüfat subyektlərində həmin kartla ödəniş edəcəklər. Şəhərdə ictimai iaşə obyektlərində (kinoteatr, kafe, restoran və s.) isə həmin kartla biometrik ödəniş edib xidmətlərdən istifadə etmək mümkün olacaq. Qarabağ universitetinin tələbələri Xankəndi şəhərində “Pənahxan” adlı kitab mağazasında biometrik ödəniş edərək həftəsonu mütaliə etməyə kitab alacaqlar”.

    “Digər təhsil ocaqlarının son 50 ildə rəqəmsal ödənişlər sahəsində getdiyi yol çox qısadır. Əzmkarlıqla bir nöqtədən mütləq başlamaq lazımdır, əks halda yeni innovatorlar olan cəmiyyətin yetişdirilməsi sadəcə bir yuxu olacaq”, – deyə o qeyd edib.

  • Tezliklə Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq

    “Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib”.

    Bu fikirləri VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib:

    “Mərkəzi Bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etdiyini açıqlayıb. Bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər. Qeyd edək ki, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib.

    “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir.

    Deməli, tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılması mümkün olacaq. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər.

    Qeyd edək ki, dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub”.

  • İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

    Prezident İlham Əliyev Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç Krallığından və İsveçrə Konfederasiyasından daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır.

  • Prezident Türkiyə ilə sazişi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd edək ki, sənəd 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb.

  • İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 21 milyard 661 milyon 900 min 400 manat, xərcləri 11 milyard 832 milyon 650 min 100 manatdır.

  • Prezident ARDNF-nin 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqlədi

    “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2430 nömrəli Fərmanında dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

    Fərmana əsasən, Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirlər 12 milyard 73 milyon 255 min 500 manatdan 14 milyard 109 milyon 215 min 600 manata, xərcləri 12 milyard 900 milyon 232 min 500 manatdan 12 milyard 904 milyon 943 min 400 manata çatdırılıb.

  • В Азербайджане адвоката освободили в зале суда

    В Баку состоялся судебный процесс по уголовному делу в отношении бывшей заведующей юридической консультации №1, адвоката Сюмбюле Алиевой.

    Как сообщает АПА, сегодня в Бакинском суде по тяжким преступлениям под председательством судьи Махмуда Агаларова выступил защитник потерпевших Абиль Гасанов.

    В свою очередь, С.Алиева попросила суд оправдать ее.

    После совещания суд огласил приговор, согласно которому Сюмбюля Алиева была освобождена в зале суда.

    Согласно обвинению, С.Алиева не перечислила в госбюджет и присвоила сумму, подлежащую уплате в Фонд социального страхования и пенсионный фонд из доходов адвокатов в юридической консультации. Ей предъявлено обвинение по статьям 179.3.2 (присвоение, совершенное в крупном размере) и 213.1 (уклонение от уплаты налогов, взносов по страхованию от безработицы, обязательному медицинскому страхованию или обязательному государственному социальному страхованию) Уголовного кодекса Азербайджана. Потерпевшими признаны Государственный фонд социальной защиты, Государственная налоговая служба при Министерстве экономики, президиум Коллегии адвокатов.

    Отметим, С.Алиева была адвокатом многих известных лиц. Решением президиума коллегии адвокатская деятельность Сюмбюле Алиевой приостановлена до вступления приговора в отношении нее в законную силу. Ранее в её отношении была избрана мера пресечения в виде ареста из-за предполагаемого уклонения от суда.

  • Həbsdə olan vəkil Sümbülə Əliyeva məhkəmə zalından azad edildi

    Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, həbsdə olan vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərin müdafiəçisi Əbil Həsənov çıxış edib.

    Sünbülə Əliyeva son söz deyərək, məhkəmədən bəraət istəyib.

    Məhkəmə müşavirədən sonra hökm elan edib.

    Hökmə əsasən, Sünbülə Əliyeva məhkəmə zalından azad edilib.

    İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

    Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək barəsində həbs qətimkan tədbiri seçilib.