Month: July 2024

  • Naxçıvanda tibb bacısını xəzinədar təyin etdilər, sonra işdən çıxartdılar

    Naxçıvan Muxtar Respublikası (MR) Ağciyər Xəstəlikləri Dispanserinin keçmiş baş tibb bacısı Hekayət Rzayeva yenidən işə bərpa edilməsini tələb edir.

    Qaynarinfo-nun məlumatına görə, o bu tələblə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırıb. Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib.

    Hekayət Rzayevanın işdən çıxarılması barədə maraqlı məlumatlar əldə etmişik. Məlumatlarda bildirilir ki, sözügedən dispaneserin rəhbərliyi tərəfindən Hekayət Rzayevaya xəzinədar vəzifəsi təklif olunub. O, tibb bacısı olduğu, maliyyə işlərində təcrübəsi olmadığını bildirsə də, rəhbərlik israr edib. Beləliklə, Hekayət Rzayeva iradəsinə ziddi olaraq xəzinədar təyin edilib.

    Bir müddət bu vəzifədə çalışandan sonra o, maliyyə nöqsanına yol verməkdə ittiham edilib. Hekayət Rzayeva ittihamları qəbul etmədikdə isə Naxçıvan Səhiyyə Nazirliyinin baş müsahibi Asəf Musayev onu işdən çıxarmaqla hədələyib. Hekayət Rzayeva məsələ barədə səhiyyə naziri Niyazi Novruzova şikayət edib. Lakin nəticəsi olmayıb və o, işdən çıxarılıb.

  • Minaya düşən Həsənəli magistrant oldu

    Bu il fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli Əlizadə magistraturaya qəbul olunub.

    2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirən Əlizadə Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olunsa da, baş verən hadisə səbəbilə təhsilini davam etdirə bilməmişdi.

    Builki imtahanda 65 bal toplayaraq Xəzər Universitetinə qəbul olan Əlizadə bu barədə AzEdu.az-a müsahibə də verib. O bildirib ki, I cəhd magistraturaya qəbul imtahanına bir həftə qalmış minaya düşüb:

    “Mən, I cəhd üçün magistraturaya qəbula bir həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim. Ağrılarım çox olduğundan çox az, cəmi 1 aydan qısa müddətdə II cəhdə hazırlaşdım. Bazam olduğu üçün çətin olsa da, bunu bacardım və Xəzər Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olundum. Ən böyük dəstəyi ailəmdən, yaxınlarımdan, eləcə də sevgilimdən gördüm. Şükür edirəm ki, təhsil sahəsində uğurlarım çox olub, amma o hadisədən sonra bu sevinci yaşamağım ayrı bir hiss idi. O an bir qədər kövrəldim”.

    Gələcək hədəflərindən də danışan tələbə bildirib ki, hazırda gələcək üçün ilk hədəfi avqust imtahanında BA1 sertifikatını alıb, Mərkəzi İcra Hakimiyyəti Orqanlarının (MİHO) hansısa birinin aparatında işləməkdir.

    Bundan başqa o, səhhəti ilə bağlı bildirib ki, hazırda ayağına protez taxır, ancaq yüksək texnologiyalı olmadığı üçün ağrı verir. Buna görə əsadan da istifadə edir.

  • Allahverdi Yolçuyevin beyninə pil yerləşdirildi

    Aktyor Allahverdi Yolçuyev ikinci dəfə əməliyyat olunub. O, beyin pili əməliyyatı keçirib.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu gün evə buraxıldığını deyib.

    O qeyd edib ki, hazırda özünü yaxşı hiss edir:

    “Beynimə pil yerləşdirilib. Əməliyyatım yaxşı keçdi. İndi ailəmi gözləyirəm, gəlsinlər evə gedim. Bir həftədən sonra çölə çıxıram, təbiəti görürəm. Əlimin əsməsi hələ keçməyib. Bu, bir dəfəyə olmur, zamanla baş verəcək. Dərmanlar içməliyəm, müalicə gedəcək. İnanıram ki, xəstəliyə qalib gələcəyəm”.

    Qeyd edək ki, A.Yolçuyev Parkinson xəstəliyindən əziyyət çəkir.

    Onu da bildirək ki, beyin pili parkinson və tremor kimi xəstəliklərdə istifadə olunan beyin kardiostimulyatorunun tətbiqidir.

  • Qarabağ və Kəlbəcərdə bəbir müşahidə olundu

    Qarabağda və Kəlbəcər istiqamətində bəbir müşahidə olunub. Kəlbəcər işğaldan azad edildikdən sonra bəbirləri ilk müşahidə edən hərbçilər olub. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi (WWF) tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib.

    Qaynarinfo xəbər verir ki, bunu WWF-nin direktoru Elşad Əsgərov “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda ETSN-də keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, bəbirin təbii qidası olan bezoar keçilərinin bu ərazilərdə sıx məskunlaşması da bu nadir növün Qarabağda yayılmasının əsas şərtlərindəndir: “Qarabağ vulkanik yaylasında həm də ən qədim zamanlardan bəri bəbirlərə rast gəlinib”.

    E.Əsgərovun sözlərinə görə, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır: “Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökumətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizdə bioloji müxtəlifliyin bərpası və inkişafı üçün münbit şəraitin olması bizdə belə qənaət və əminlik yaratmışdı ki, Qarabağ bölgəsində, Kəlbəcərdə də bəbirlərə rast gəlinəcək və apardığımız monitorinqlər nəticəsində bu təsdiq olundu. Bəbirlərin monitorinqinə ölkəmizdə 2002-ci ildən başlanılıb, ilk dəfə fototələ vasitəsilə 2007-ci ildə Talış dağlarında, 2012-ci ildə isə Zəngəzurda bəbirlər qeydə alınıb ki, bu da Azərbaycanda təbii şəraitdə çəkilmiş ilk bəbir fotolarıdır.

    Bu günə qədər monitorinqlər nəticəsində Naxçıvanda 9 yetkin fərd və 9 bala, Hirkan meşələrində isə 8 yetkin fərd, 2 bala fotosu çəkilib. Həyata keçirilən intensiv mühafizə tədbirlərinin nəticəsidir ki, bəbir balalarının dünyaya gəlməsi Qafqazda yalnız Azərbaycanda müşahidə olunub. Bizim ərazimizdə doğulub böyüyən balalar sonra qonşu dövlətlərin ərazisinə yayılır. Onlardan ikisi hətta Türkiyə ərazisində müşahidə edilib, biri isə Qaradəniz hövzəsinə qədər gedib çıxıb”.

    E.Əsgərov bildirib ki, ötən əsrdə antropogen təsirlərdən bütövlükdə regionda bəbirlərin sayı kritik həddə azalaraq nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdi.

    “Bəbirlər ən qədim dövrlərdən Azərbaycan ərazisində yaşayıb. Bəbirlərin qlobal arealı isə Afrika və Asiyanı əhatə edir. Azərbaycan bu arealın şimal kənarındadır. Bəbir qalıqları Azərbaycanda 400-300 min il əvvəlki torpaq qatlarında tapılıb, Qobustan, Gəmiqaya, Dəlidağ qayalarında da onun qayaüstü təsvirləri aşkar edilib. Qobustanın qədim insan məskənində isə hepard və bəbirin kəllə sümüklərinə rast gəlinib. Bu növ vaxtilə ölkəmizin, demək olar, hər yerində yaşayıb. Son illərin müşahidələri göstərir ki, Azərbaycanda bəbir populyasiyasının inkişaf dinamikasına nail ola bilmişik”, – o əlavə edib.

  • Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

    Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yeni törəmələridir. Bu şişlərin bir neçə növü var. Bəzi beyin şişləri xoşxassəli – yavaş böyüyən, aşağı dərəcəli (xoşxassəli), bəzi beyin şişləri isə bədxassəli – reproduktiv, yayılmış, yüksək dərəcəli (bədxassəli) olur.

    Maraqlıdır, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı etdirmək mümkündürmü? İcbari tibbi sığorta bunu qarşılayırmı?

    Bununla bağlı qurumdan Sfera.az-a verilən açıqlamada qeyd olunub ki, bu, mümkündür.

    TƏBİB-dən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən, artıq beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı da ödənişsizdir:

    “Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir”.

    Həmçinin qeyd olunub ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.

  • Məktəblərdə noyabrda 1 aylıq tətil olacaq?

    “COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə Azərbaycan üçün yox, dünyada ekoloji tarazlıqla bağlı ən vacib tədbirlər sırasında ilk yerlərdədir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun siyasi gücünün nəticəsidir. Bu gün Azərbaycan dünyada təhsilə ən çox önəm verən ölkələr sırasındadır. 4 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərimizin 326-sı, şagirdlərimizin 470 minə qədəri paytaxt Bakının payına düşür. Təbii ki, COP29 tədbirləri əsasən Bakıda keçiriləcək. Lakin bu heç də bütün orta ümumtəhsil məktəblərində dərslərin 1 ay müddətinə bağlanmasına gətirib çıxarmayacaq”.

    Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar məktəblərin 1 ay müddətinə bağlanacağı barədə məlumatlara münasibət bildirərkən deyib.

    Ekspert qeyd edib ki, daha çox Bakı şəhərində, tədbirin keçirildiyi yalnız lokal ərazilərdə məktəblərin müəyyən müddət onlayn rejimdə keçirilməsi qaçılmazdır: “Nəzərə alsaq ki, həm də Azərbaycanda koronavirus pandemiyası davam edir. Biz mütəmadi olaraq yoluxmanın müşahidə edildiyi, yaxud hansısa yoluxucu xəstəliyin olduğu məktəblərdə dərslərin onlayn rejimdə keçməsinin mövcud qanunvericiliyə uyğun olduğunu bilirik. Hətta məktəblər 1 ay müddətində bağlansa belə, bu nə müəllimlərin əməkhaqlarına təsir göstərəcək, nə də şagirdlərin normal dərs əldə etməsinə. Çünki Elm və Təhsil Nazirliyi bütün onlayn resursları yaradıb. Onlayn qiymətləndirmələr, dərsliklər, vəsaitlər, müvafiq portallar var. COP29-la bağlı qapanmada təkcə orta məktəblərdən yox, həm də ali məktəblərdən söhbət gedir. Tədbirin keçirildiyi ərazilərdə yerləşən orta, ali təhsil və peşə məktəblərində də noyabr ayında dərslər müəyyən müddət onlayn rejimdə davam edə bilər. Lakin bu o demək deyil ki, məktəblər tətilə bağlanacaq”.

    K.Əsədov bildirib ki, COP29 zamanı bütün təhsil müəssisələrinin 1 ay müddətinə bağlanması təhlükəlidir: “Biz 2020-ci ilin martından 2022-ci ilə qədər, yəni iki ildən çox müddət ərzində orta məktəblərdə tədrisi onlayn rejimdə apara bildik. Hesab edirəm, artıq Azərbaycanda məsafədən tədrisin təşkili ilə bağlı həm bütün resuruslarımız var, həm də müəllimlərimiz onlayn dərs keçə bilmək üçün avadanlıqlara malikdirlər. Təbii ki, təhsil sisteminin müasir çağırışlara uyğun olması onlayn tədrisin təşkilini qaçılmaz edir. Azərbaycanda ən vacib məqamlardan biri şagirdlərin təhlükəsiz şəraitdə, rahatlıqla məktəblərə getmələri ilə bağlıdır”.

  • Azərbaycan və Gürcüstan arasında informasiya və kibertəhlükəsizlik sahəsində anlaşma memorandumu imzalanıb

    Azərbaycan və Gürcüstan arasında informasiya və kibertəhlükəsizlik sahəsində anlaşma memorandumu imzalanıb.

    Sənəd informasiya təhlükəsizliyi sahəsində birgə fəaliyyət, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.

  • Резидент-координатор ООН в Азербайджане поделилась публикацией о Баку

    Резидент-координатор ООН в Азербайджане Владанка Андреева поделилась публикацией по случаю третьей годовщины своего пребывания в Баку.

    Как передает Report, соответствующая публикация размещена на ее странице в социальной сети “Х”.

    “Отмечаем три года пребывания в городе ветров – Баку! От потрясающего комплекса Огненных башен до исторического Старого города – здесь объединились Восток и Запад. Да здравствует богатая культура, вкусная кухня и радушные люди, которые сделали этот путь незабываемым” – говорится в публикации.

  • BMT rəsmisi Azərbaycandakı fəaliyyətinin üçüncü ildönümü ilə bağlı paylaşım edib

    BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva Bakıda olmasının üçüncü ildönümü münasibətilə paylaşım edib.

    Müvafiq paylaşım diplomatın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

    “Fəaliyyətimin üç illiyini küləklər şəhəri olan Bakıda qeyd edirik. Heyrətamiz “Flame Towers” kompleksindən tarixi Köhnə Şəhərə qədər Şərq və Qərb burada birləşir. Yaşasın zəngin mədəniyyət, ləzzətli mətbəx və bu səyahəti unudulmaz edən qonaqpərvər insanlar”, – V.Andreeva qeyd edib.
    //report

  • Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək

    Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə hazırdır.

    Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

    Bildirilir ki, Çin tərəfi həmçinin Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır.

    Xatırladaq ki, Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndərilir.