Month: July 2024

  • В Гёйгёле возбуждено уголовное дело в отношении председателя, подозреваемого в продаже муниципальных земель

    На основании поступившего обращения о незаконных действиях председателя Тоганалинского сельского муниципалитета Гёйгёльского района Ислама Иманлы в районной прокуратуре было проведено расследование.

    В ходе расследования были выявлены обоснованные подозрения в том, что Ислам Иманлы, злоупотребляя своими должностными полномочиями, от имени Тоганалинского сельского муниципалитета самостоятельно принимал решения и сознательно вносил ложные сведения в официальные документы о продаже, использовании и аренде земельных участков, находящихся в муниципальной собственности.

    По данному факту в районной прокуратуре возбуждено уголовное дело по статьям 308.1 (злоупотребление должностными полномочиями) и 313 (должностной подлог) Уголовного кодекса, проводится предварительное расследование.

  • Göygöldə bələdiyyə torpaqlarını satmaqda şübhəli bilinən sədr barəsində cinayət işi başlanılıb

    Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Göygöl rayon prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kollegial orqan olan Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Премьер Грузии провел переговоры с главой МИД Армении

    Премьер-министр Грузии Ираклий Кобахидзе встретился с министром иностранных дел Армении Араратом Мирзояном.

    На встрече было уделено внимание направлениям сотрудничества, определенным совместной декларацией об установлении стратегического партнерства между двумя странами.

    Стороны отметили важность использования имеющегося потенциала в плане дальнейшего углубления торгово-экономических связей.

    Была подчеркнута важность мира и стабильности. Глава правительства еще раз подтвердил готовность Грузии способствовать ведению конструктивного диалога в регионе в целях содействия созданию безопасной и стабильной среды.

    На встрече также были обсуждены существующее сотрудничество и перспективы на будущее в сфере туризма, культуры и образования.

  • Gürcüstanın baş naziri Ararat Mirzoyanla əməkdaşlıq məsələlərini müzakirə edib

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

    Hökumət ofisində keçirilən görüşdə İrakli Kobaxidze və Ararat Mirzoyan strateji tərəfdaşlıq, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, eləcə də turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Kobaxidze bir daha bəyan edib ki, Gürcüstan regionda sabit və təhlükəsiz mühitin qorunmasında mühüm rol oynamağa davam edəcək.
    //report

  • UEFA Avropa Liqası: “Şerif” – “Zirə” matçının biletləri satışa çıxarılıb

    UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Şerif” (Moldova) – “Zirə” matçının biletləri satışa çıxarılıb.

    Median.Az Moldova təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 50-250 rubl (5-27 manat) aralığında olacaq.

    Qeyd edək ki, “Şerif” və “Zirə” arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena” gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

  • В бакинском метро в преддверии COP29 будет создано 10 информационных киосков

    На станциях Бакинского метрополитена будет создано 10 информационных киосков.

    Как сообщает Report со ссылкой на ЗАО “Бакинский метрополитен”, целью их создания является оптимизация деятельности волонтеров и помощь в информировании гостей и жителей столицы в преддверии 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    В связи с этим в январе был утвержден план мероприятий и ведется соответствующая работа. Основные ремонтные и подготовительные работы планируется завершить до 10 октября, а затем применить соответствующие механизмы контроля в период COP29.

  • Bakı metrosunda COP29 ərəfəsində 10 “Məlumat köşkü” yaradılacaq

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində “Bakı Metropoliteni” QSC-nin stansiyalarında könüllülərin fəaliyyətinin optimal təmin edilməsi, əcnəbilərə və ümumiyyətlə, müvafiq suallarla müraciət edən sərnişinlərə kömək göstərilməsi məqsədilə 10 “Məlumat köşkü” yaradılacaq.

    Bu barədə “Report”a səhmdar cəmiyyətindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı yanvar ayında Tədbirlər Planı təsdiq edilib və buna müvafiq işlər aparılır. Əsas təmir və hazırlıq işlərinin oktyabrın 10-dək başa çatdırılması və daha sonra COP29 dövründə müvafiq nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

    Yanvarda gediş haqqının ödənilməsi sistemlərinin tətbiqi ilə əlaqədar “BakıKart” sistemini həyata keçirən “K-Group” şirkəti ilə birgə müşavirələr təyin edilib. Bu günə qədər 9 müşavirədə qəbul edilmiş qərarlar icra olunub və ya hazırda icrası davam edir.

    COP29 Əməliyyat Şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xətti ilə yaradılmış nəqliyyat sektoru ilə bağlı işçi qrupunda birgə müzakirələr aparılır, problemlər, həllini gözləyən məsələlər müzakirəyə çıxarılır və mütəmadi birgə fəaliyyət təmin edilir.

    “Koroğlu” stansiyasında əlil arabası istifadəçilərinin sərbəst hərəkətini təmin edəcək avtomatik platformaların (pandusların), eləcə də hazırda “Əlçatan metro” layihəsi çərçivəsində istismarda olan əlil arabalarının texniki daşıma dəstəyi qurğularının sayının optimal həddə çatdırılması məqsədilə eskalatorlarda istifadə və universal daşıma məqsədilə qurğuların alınması istiqamətində işlər aparılır. Bakı metropolitenindən istifadə etmək imkanları məhdud olan şəxslərə xidmət mədəniyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olunacaq.

    Həmçinin metropolitenin rəsmi saytında ödəniş üsulları və digər bölmələrin ingilis dili versiyasının təkmilləşdirilməsi və yeni bölmələrin yaradılması işləri aparılıb.

  • Начальник службы: Дождливая погода привела к активизации оползней

    Наблюдаемая в последние дни дождливая погода в Азербайджане привела к активизации оползней.

    Об этом сообщил начальник Национальной службы гидрометеорологии Назим Махмудов.

    “В последние дни на территории Азербайджана, особенно в горных и предгорных районах, наблюдается нестабильная и дождливая погода. Это привело к активизации экзогенных геологических процессов в некоторых частях страны. После обильных осадков произошли локальные активизации, и в нескольких местах были зафиксированы оползни”, – сказал он.

    Махмудов отметил, что в результате оползня повреждено дорожное полотно на 75,2-километровом участке автомобильной дороги Баку-Шамахы-Евлах, проходящем через Гобустанский район.

    Глава метеослужбы призвал граждан проявлять повышенную осторожность в ближайшие дни с учетом прогнозируемой дождей в ряде регионов страны.

    “Настоятельно просим граждан не игнорировать предупреждения синоптиков и не забывать о мерах предосторожности” – подчеркнул глава службы.

  • Qarşıdakı günlərdə bəzi bölgələrə intensiv xarakterli yağış yağacaq – XƏBƏRDARLIQ

    Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Yağan yağışlardan sonra lokal aktivləşmələr baş verib və bir neçə yerdə sürüşmə hadisəsi qeydə alınıb.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən 75.2-ci kilometrlik hissəsində fəsadlar müşahidə olunub.

    N. Mahmudov əhaliyə çağırış edərək bildirib ki, növbəti günlərdə də bəzi bölgələrdə yağmurlu hava şəraiti, hətta intensiv xarakterli ola biləcəyi ilə bağlı vətəndaşlardan ehtiyatlı olmaları artıq dərəcədə xahiş olunur, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 6-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 7-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

    Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.