Month: July 2024

  • Şəhidin arvadı və uşaqları oğurlanıblar? – Polisdən AÇIQLAMA

    44 günlük Vətən müharibəsində şəhid olan Vüqar Eldar oğlu İsmayılovun ailəsi oğurlanıb.

    Lent.az xəbər verir ki, bu iddia ilə şəhidin anası Səidə İsmayılova və qayınanası çıxış ediblər.

    Şəhid anası gəlininin və nəvələrinin qaçırıldıqlarını iddia edib. Onun sözlərinə görə, gəlinini övladları ilə birgə öz xalası oğlu himayəsinə götürmək adı ilə aldadaraq qaçırıb.

    Şəhidin atası Eldar İsmayılov və gəlinin atası isə bildiriblər ki, həmin adam 5 il insan oğurluğu faktı ilə həbsdə yatıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı vətəndaşın müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.

    Araşdırmaya əsasən, qadının könüllü razılıq əsasında getdiyi məlum olub.

  • Azərbaycanda bu şəxslərin maaşı kəskin artacaq – Məbləğ açıqlandı

    2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub.

    Məlumata görə, artıq ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib. 2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçəcək. Qeyd edək ki, ümumilikdə ölkədə müəllimlərin mövcud əmək haqları ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, Azərbaycanda hər 3 müəllimdən 1-i 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq.

    Maraqlıdır, sözügedən maaş artımı nə zaman baş verəcək və sertifikasiyası imtahanından keçən müəllimlərin vəzifə maaşına nə qədər əlavələr olunacaq?

    Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov News24.az açıqlamasında sertifikatlaşdırmadan keçən müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayanların isə 35 faiz əlavə ediləcək:

    “Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim 1,6 milyon şagirdin bilik və bacarığının əldə edilməsində iştirak edir. Etiraf etməliyik ki, Azərbaycan müəllimləri 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlara qədər demək olar ki, ixtisasları oxumurdular. Onlar oxumağa məhz həmin diaqnostik imtahanlardan sonra başladılar. Ardınca müəllimlərin sertifikasiyası imtahanı başladı. 2022-ci ildən ilkin olaraq ibtidai sinif müəllimləri bu imtahana cəlb olundular. Artıq ölkədə ibtidai sinif müəllimlərinin, Azərbaycan dili-ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı başa çatıb. Bu günə qədər imtahanda iştirak edən ibtidai sinif, Azərbaycan dili-ədəbiyyat müəllimlərinin ümumilikdə 4 mindən çoxu öz iş yerini itirib. Yəni tələb olunan minimum 30 balı keçə bilməyib”.

    Ekspert qeyd edib ki, sertifikasiyadan 51 baldan yuxarı toplayanlara 35 faiz, 30 baldan 50 bala qədər toplayan müəllimlərin maaşlarına isə 10 faiz əlavə olunur. Onun sözlərinə görə, imtahan nəticələrinə əsasən bu günə qədər 17 mindən çox müəllimin əməkhaqqına 35 faiz əlavə olunub və bu da yaxşı bir rəqəmdir:

    “Hətta biz baxırıq ki, sertifikasiyadan keçən və əməkhaqqı 1000 manatdan yuxarı olan kifayət qədər müəllim var. Bu il riyaziyyat və xarici dil müəllimləri oldu. Onların sertifikasiyadan müvafiq olaraq 30 baldan 50 bala qədər toplayanlar 10 faizlik artımını alacaqlar. 51 baldan yuxarı toplayanlar isə 35 faizlik artım alacaqlar. Sertifikasiya hər il yay aylarında keçiriləcək və bu imtahanlarda müvəffəqiyyət qazanmayanlar öz iş yerlərini itirəcəklər”.

    Kamran Əsədov əlavə edib ki, imtahanlardan kəsilənlərin öz işlərindən kənarlaşdırılması kifayət qədər yaxşı bir haldır, çünki öz ixtisası ilə bağlı minimum biliklərə malik olmayan şəxs qarşısındakına heç bir şey öyrədə bilməz.

  • В Астане проходит встреча Ильхама Алиева и Владимира Путина – ВИДЕО

    В Астане (Казахстан) проходит встреча Президента Азербайджанской Республики Ильхама Алиева с российским коллегой Владимиром Путиным.

  • Astanada İlham Əliyevin Vladimir Putinlə görüşü keçirilir – VİDEO

    Bu dəqiqələrdə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanın iki idmançısına çempionluq nişanı göndərilib

    Beynəlxalq Cüdo Federasiyası (IJF) iki Azərbaycan idmançısına xüsusi qırmızı nişanlar göndərib.

    Çempionluq nişanlarını Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qəbul ediblər.

    Bu nişan kimononun arxasında cüdoçunun adı yazılmış qırmızı düzbucaqlıdan ibarətdir. Belə işarə idmançının dünya çempionu statusunu göstərir.

    Beynəlxalq Cüdo Federasiyası tərəfindən atılan bu addım hazırkı titul sahiblərini fərqləndirməyə xidmət edir.

    Qeyd edək ki, olimpiya çempionlarının kimonolarının arxasında isə qızılı rəngli düzbucaqlı olur.

  • Dövlət xidmətinin 200-dən çox əməkdaşı məsuliyyətə cəlb edilib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötən ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər uğurla davam etdirilir.

    Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində “sıradankənar həqiqi hərbi xidmətə yararlı”, “həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” və “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” qərarları qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir ki, bu da korrupsiya hallarının qarşısının alınması, obyektivliyin təmin edilməsi və şəffaflığın artırılmasında daha da müsbət nəticələr verəcək.

    Qeyd edək ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

    Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların “9100” Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

  • Назначены уполномоченные представители ПЕА на внеочередных парламентских выборах

    Стали известны имена уполномоченных представителей партии “Ени Азербайджан” (ПЕА) на предстоящих внеочередных выборах в Милли Меджлис.

    Как сообщает Report, заместитель председателя ПЕА – руководитель Центрального аппарата (ЦА) Таир Будагов и член правления Ариф Рагимзаде были назначены уполномоченными представителями партии на выборах.

    Заместитель руководителя ЦА Ахлиман Тагиев назначен уполномоченным представителем по финансовым вопросам.

  • YAP-ın iclası keçirildi: Səlahiyyətli nümayəndələr müəyyənləşdi

    Milli Məclisə keçiriləcək növbədənkənar seçkidə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, partiyanın bu gün keçirilən iclasında YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin ediliblər.

    Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.

  • Президент Ильхам Алиев прибыл с визитом в Казахстан – ФОТО

    3 июля по приглашению президента Казахстана Касым-Жомарта Токаева в статусе председателя Шанхайской организации сотрудничества (ШОС) Президент Азербайджанской Республики Ильхам Алиев прибыл с визитом в Астану для участия в Саммите ШОС.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Нурсултан Назарбаев города Астана в честь главы государства был выстроен почетный караул.

    Президента Азербайджана встречали заместитель премьер-министра Казахстана Канат Бозумбаев и другие официальные лица.

    Отметим, что это второе участие Президента Ильхама Алиева в Саммите Шанхайской организации сотрудничества. Ранее по приглашению президента Узбекистана Шавката Мирзиёева в статусе председателя ШОС глава нашего государства принял участие в Саммите организации, состоявшемся 16 сентября 2022 года в городе Самарканд.



  • Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərində səfərdədir – FOTO

    Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gedib.

    AZƏRTAC xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.

    Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.