Month: July 2024

  • İran Tacikistanla viza rejimini ləğv edir

    İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir.

    Bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.

    Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:

    – vizasız qalma müddəti – 30 gün;

    – səyahət növü – yalnız hava ilə;

    – marşrut – yalnız Düşənbədən Tehrana və geriyə;

    – fəaliyyət şərti – ikitərəfli qaydada əməl olunarsa, vizasız rejim qüvvədə olacaq.

    Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.

  • Ötən ay 23 aptekdə yoxlama aparılıb: Üçündə nöqsan aşkarlanıb

    İyun ayı ərzində 23 aptekdə yoxlama aparılıb.

    Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə üç aptek olmaqla ümumilikdə 23 aptekdə yoxlama aparılıb. 21 aptekdə planlı, bir aptekdə plandankənar və bir aptekdə yoxlamadankənar təftiş aparılıb. Yoxlamalar zamanı üç aptekdə nöqsanlar aşkarlanıb.

    İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

  • AVRO-2024: 1/4 final mərhələsindəki görüşləri idarə edəcək hakimlər bəlli oldu

    Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.

    Məlumata görə, İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək.

    Portuqaliya və Fransa arasında reallaşacaq növbəti dueldə də ingilis hakim iş başında olacaq. Maykl Oliver sözügedən matçda ədaləti qoruyacaq.

    Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də baş tutacaq.

    Mənbə: UEFA.com

  • Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ: Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə…

    Füzuli rayonunda 21 yaşlı hamilə qadın psixoloji zorakılığa məruz qalıb.

    Bu barədə Bizim.media-ya “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

    O bildirib ki, rayonun Zobucuq kəndindən onlara müraciət edən qadın çıxılmaz vəziyyətdə olduğunu və qorxduğunu bildirib:

    “Xanım artıq hamiləliyini pozmaq istəyir. Çünki onu nə valideynləri qəbul edirlər, nə də qayınanasıgil yola verirlər. Qadının sözlərinə görə, həyat yoldaşı, yoldaşının ailəsi onu evdə qapalı saxlayır, qapını bağlayıb, çörək də vermirlər, hədə-qorxu gəlirlər”.

    Mehriban Zeynalova ona rayon icra hakimiyyətinə müraciət etməli olduğunu desə də, gənc xanım başqa rayondan gəlin gəldiyi üçün heç kimi, heç yeri tanımadığını, necə müraciət edəcəyini bilmədiyini deyib:

    “Gəncdir, qorxudan bilmir nə etsin, nömrə yox, əlaqə yox, çətin durumdadır”.

    Birlik sədri belə faktların tez-tez olduğunu, başqa rayondan da fiziki zorakılıqla bağlı müraciətin olduğunu qeyd edib:

    Göygöl rayonunda isə başqa bir xanım əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Ər iki uşaq anası, 29 yaşlı qadını daim döyür.

    Mehriban Zeynalovanın sözlərinə görə qadın qorxu içərisindədir. Başqa rayondan olduğu üçün yerli qurumları tanımır və müraciət edə bilmir.

    Qeyd edək ki, Mehriban Zeynalova hər iki qadın barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat versə də, hələ məsələyə müdaxilə olunmayıb:

    “Ümumi qrup var, ora yazmışam reaksiya verən yoxdur. Söhbət ondan gedir ki, yerlərdə müvafiq qurumlar dərhal reaksiya vermədikləri üçün problem daha da dərinləşir”.

  • Началась встреча Ильхама Алиева с Си Цзиньпином

    В Астане началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с председателем Китайской Народной Республики Си Цзиньпином.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Astanada İlham Əliyevin Si Cinpin ilə görüşü başlayıb

    Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    * * * * *

    Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü başlayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Qarşıdakı günlərdə bəzi bölgələrə intensiv xarakterli yağış yağacaq – XƏBƏRDARLIQ

    “Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Yağan yağışlardan sonra lokal aktivləşmələr baş verib və bir neçə yerdə sürüşmə hadisəsi qeydə alınıb”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən 75,2-ci kilometrlik hissəsində fəsadlar müşahidə olunub.

    N. Mahmudov əhaliyə çağırış edərək bildirib ki, növbəti günlərdə də bəzi bölgələrdə yağmurlu hava şəraiti, hətta intensiv xarakterli ola biləcəyi ilə bağlı vətəndaşlardan ehtiyatlı olmaları artıq dərəcədə xahiş olunur, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar.

  • В Астане состоялись переговоры Эрдогана и Путина

    Президент России Владимир Путин провел переговоры с турецким коллегой Реджепом Тайипом Эрдоганом.

    Они встретились в Астане в преддверии саммита Шанхайской организации сотрудничества (ШОС).

  • Astanda Vladimir Putinlə Ərdoğan arasında görüş keçirilib

    Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

    Qeyd olunur ki, V.Putinlə və R.T.Ərdoğan iki ölkə arasındakı mövzuları müzakirə ediblər.

    Görüşdə xüsusən ticari-iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

    Liderlər həmçinin Ukrayna və Suriyadakı vəziyyəti də müzakirə ediblər.

  • Bakıda hipermarketdə baş vermiş silahlı insidentlə bağlı MƏHKƏMƏDƏ nə baş verir?

    Bakıda hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

    Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ruhlan İsmayılovun məhkəməni aldatdığı məlum olub.

    Belə ki, Ruhlan İsmayılovdan anket məlumatları soruşulduqda məhkum olunmadığını bildirib. Məhkəmə araşdırması zamanı ona Tərtər Rayon Hərbi Məhkəməsinin qərarı ilə 2 il 22 gün müddətində cəza verildiyi məlum olub.

    Daha sonra, Səbuhi Qurbanovun vəkili vəsatətlə çıxış edib.

    Digər təqsirləndirilən şəxslərin vəkillərinin çıxışı üçün proses iyulun 12-də davam etdiriləcək.

    Xatırladaq ki, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.

    Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – bir şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.

    Belə ki, cinayəti icra etmiş Dəyanət Qüdrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi – Ruhlan İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

    Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

    Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

    Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 835 manat və 20 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.