Month: July 2024

  • Bakıda dəfələrlə evdən qaçan 11 yaşlı uşaq AXTARILIR – VİDEO

    Bakının, Nizami rayonunda 11 yaşlı uşaq itkin düşüb.

    Belə ki, İlkin Sənan oğlu Ruşanov dünən səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

    İlkin məlumata görə, evdən çıxarkən onun üzərində pul olub:

    Atası Sənan Ruşanovun sözlərinə görə, İlkin bundan öncə də müxtəlif zamanlarda dəfələrlə evdən qaçıb:

    “Anası, azyaşlı qardaşı və mən evdə idik. 12 manat 60 qəpik pul verdim ki, kontur və siqaret alsın. Dəfələrlə evdən 40-50 manat götürərək “PlayStation” oynamağa gedib”.

    Ətraflı “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişində:

  • Кадыров назначил своего племянника на высокую должность

    Новым руководителем Совета безопасности Чечни (РФ) назначен Хамзат Кадыров, который ранее занимал должность советника-помощника главы республики.

    “В ходе совещания внес предложения по кадровым изменениям в руководстве администрации Шалинского района Чеченской Республики. Новым главой района будет Турпал-Али Ибрагимов. На должность секретаря Совета безопасности ЧР назначен дорогой племянник Хамзат Кадыров”, – написал в своем Telegram-канале глава региона Рамзан Кадыров.

    По его словам, они оба имеют богатый опыт на руководящих должностях и справятся с возложенными на них обязанностями.

    27-летний Хамзат Кадыров имеет духовное и светское образование: окончил с отличием Центароевскую школу хафизов и факультет госуправления в Чеченском государственном университете с красным дипломом. В разные годы занимал руководящие посты в регионе, в том числе должность главы администрации Курчалоевского муниципального района, министра по физической культуре и спорту Чечни, руководителя секретариата главы республики и вице-премьера.

    Источник: ТАСС

  • Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin etdi

    Əvvəllər Çeçenistan rəhbərinin köməkçisi vəzifəsini tutan Hamzat Kadırov respublikanın Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.

    27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var. O, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

    Bu illər ərzində H.Kadırov regionda rəhbər vəzifələrdə, o cümlədən Çeçenistanın bədən tərbiyəsi və idman naziri, baş nazirin müavini vəzifələrində çalışıb.

    Mənbə: TASS

  • Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi

    Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edib.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, keçmiş icra başçısının iddiası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qarşısıdır.

    Mehdi Səlimzadənin iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır.

    Xatırladaq ki, Mehdi Səlimzadə 1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert, 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004-cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupunun rəhbəri və komitənin ilk sədri, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifələrində çalışıb.

    O, 2016-cı ildə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2022-ci il fevralında vəzifəsindən azad edilib.

  • İyunda temperatur 40 dərəcəyədək yüksəlib

    “2024-cü ilin iyun ayında ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub. Ay ərzində xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar yağıb və tez-tez təkrarlanıb”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    O qeyd edib ki, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub:

    “Abşeron yarımadasında isə ay ərzində maksimal yağıntı iyunun 27-də qeydə alınıb, Sumqayıta 25 mm-ə qədər yağıntı düşüb. Son 10 ilin müşahidə məlumatlarına əsasən belə intensiv yağış 2011-ci ilin iyunun 9-da qeydə alınıb, Bakıya 14 mm, Sumqayıta isə 26 mm yağıntı düşüb.

    Son dövrlər ölkə ərazisində ildırım-dolu prosesinin baş vermə intensivliyi artıb, həmçinin əhatə dairəsi genişlənib. Ötən ilin iyun ayında 43 dəfə dolu düşdüyü halda, bu ilin iyununda 59 dəfə dolu hadisəsi qeydə alınıb”.

    Xidmət rəisi qeyd edib ki, iyun ayı yüksək temperatur rejimi ilə də fərqlənib:

    “Ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub. İyun ayı ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. Orta aylıq temperatur 27.4 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4.4 dərəcə yüksək olsa da, rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

    İyun ayının ayrı-ayrı günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında iyun ayında sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı 6 olub, şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-dək güclənib. Bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin sürəti 15 m/s-dən çox olub, maksimal sürəti arabir 30 m/s-yə çatıb”.

  • Президент Ильхам Алиев принял участие в церемонии сдачи в эксплуатацию танкера “Зангилан”

    2 июля Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в церемонии сдачи в эксплуатацию танкера “Зангилан”, построенного на Бакинском судостроительном заводе по заказу ЗАО “Азербайджанское Каспийское морское пароходство”.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib

    Azərbaycanda 12 vəkilin intizam pozuntusu qeydə alınıb.

    “Report” xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclasında müzakirə aparılıb.

    İclasda ümumilikdə 25 müraciət əsasında (onlardan 6 müraciət digər işlərlə eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 19 işə baxılıb, 2 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 17 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub:

    – 12 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

    – 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

    – 3 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması.

    Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, 3-ü məhkəmələrdən, 3-ü isə prokurorluq orqanlarından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

    Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 7-si fiziki şəxslərin, 3-ü prokurorluq orqanlarının, 2-si məhkəmələrin müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət və fiziki şəxslərdən daxil olan 1 müraciət üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, fiziki şəxslərdən daxil olan 3 müraciət üzrə isə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması barədə rəylər verilib.

    Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilmiş intizam işlərindən:

    – 4 intizam işində “vəkilin məhkəməyə, ibtidai istintaq orqanına və digər proses iştirakçısına qarşı hörmət və nəzakətlə davranmayıb onların ünvanına qeyri-etik ifadələr işlətməsi” (4 vəkillə bağlı 4 fakt);

    – 2 intizam işində “vəkilin qabaqcadan təyin olunmuş məhkəmə iclaslarında və istintaq hərəkətlərində iştirak edə bilməməsinin üzrlü səbəblərinə dair əvvəlcədən lazımi qaydada məlumat vermədən iştirak etməməsi” (2 vəkillə bağlı 14 fakt);

    – 2 intizam işində “vəkilin müraciət edən şəxsdən müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması (2 vəkillə bağlı 2 fakt)”;

    – 1 intizam işində “vəkilin öz peşə borcunu lazımınca yerinə yetirməyərək, işin gedişatı və nəticəsi ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi məlumatlandırmaması” (1 vəkillə bağlı 1 fakt);

    – 1 intizam işində “vəkilin öz peşə borcunu vicdanla yerinə yetirməyərək, iş üzrə apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib etməməsi və qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə verməsi” (1 vəkillə bağlı 1 fakt);

    – 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (1 vəkillə bağlı 1 fakt)”;

    – 1 intizam işində “vəkilin müvafiq istintaq hərəkətlərinin protokollarını əsaslı səbəb olmadan və hər hansı qeydlər vermədən imzalamaqdan imtina etməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.

  • İsrail 55 fələstinlini azad edib

    İsrail tərəfi son aylarda Qəzza zolağında saxlanılan 55 fələstinlini azad edib.

    Sərbəst buraxılanlar arasında 2023-cü ilin noyabrında İsrail hərbçiləri tərəfindən saxlanılan “Əş-Şifa” xəstəxanasının rəhbəri Məhəmməd Əbu Səlmiyə də var. O, HƏMAS qruplaşmasına müəssisədən sığınacaq və əməliyyat planlaşdırmaq üçün baza kimi istifadə etməyə icazə verməkdə şübhəli bilinib.

    Qeyd edək ki, aprel ayında İsrail Müdafiə Qüvvələri xəstəxanada hərbi əməliyyat keçirib, nəticədə 200-ə yaxın HƏMAS yaraqlısı öldürülüb, daha 500 şübhəli isə saxlanılıb.

    Mənbə: İnterfaks

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq

    Bu gündən Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) aparılan əsaslı təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilib ki, sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.