Month: July 2024

  • Чемпионат Европы по баскетболу: сборные Азербайджана выйдут в полуфинал

    Мужская и женская сборные Азербайджана по баскетболу U-18 проведут свои следующие игры в дивизионе C чемпионата Европы.

    Как сообщает Report, женская команда под руководством Эврена Алкая встретится с представителем Кипра в полуфинальном этапе турнира, проходящего в столице Косово Приштине.

    В то же время, подопечные Анара Сарыева попытаются преодолеть сопротивление сборной Албании в албанском городе Эльбасан.

    Матчи начнутся в 19:00 и 20:30 по бакинскому времени.

    Отметим, что решающие игры обоих турниров состоятся 28 июля.

  • Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar

    Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.

    “Report”un məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gələcək.

    Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq.

    Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 19:00 və 20:30-da start götürəcək.

    Qeyd edək ki, hər iki yarışın həlledici matçları iyulun 28-də olacaq.

  • Нестабильная погода: МЧС обратилось к населению с советами по безопасности

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к населению в связи с ожидаемыми погодными условиями.

    Об этом сообщили в пресс-службе МЧС.

    По данным Национальной службы гидрометеорологии, в ближайшие дни на территории страны ожидается сильный ветер, интенсивные осадки, кратковременные сели и наводнения, грозы.

    В связи с этим МЧС призвало население к строгому соблюдению правил безопасности в связи с ожидаемыми нестабильными погодными условиями.

    “Во время сильного ветра рекомендуется держаться подальше от легких конструкций и временных сооружений, зданий и рекламных щитов, не стоять под электрическими столбами и проводами, высокими деревьями. Также, учитывая сложности с тушением пожаров при сильном ветре, правила пожарной безопасности в ветреную погоду должны соблюдаться особенно строго.

    Также для защиты от рисков, связанных с грозой, рекомендуется отключать электроприборы от сети, не разговаривать по телефону (стационарному, мобильному, таксофону и т.п.), во время нахождения на открытом воздухе не приближаться к линиям электропередачи, громоотводам и антеннам, не укрываться под высокими деревьями. Если вы находитесь в автомобиле, нужно остановить транспортное средство, поднять стекла и ждать окончания грозы”, – предупредили в ведомстве.

  • FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

    Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin daha bir neçə gün davam edəcəyi gözlənilir.

    Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

    “Sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

    Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək təhlükəlidir.

    İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”.

  • В Сумгайыте мужчина ударил ножом 30-летнего знакомого

    В 15-м квартале города Сумгайыт 30-летнего мужчину ударил ножом его знакомый.

    Как сообщает АПА, местный житель Сеймур Мамедов (1995 г.р.) на почве конфликта нанес ножевое ранение Джавиду Абдуллаеву (1994 г.р.). Пострадавший был госпитализирован.

    По данному факту ведется расследование.

  • Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

    Sumqayıtda 30 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.

    Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Seymur İlqar oğlu Məmmədov münaqişə zəminində, 1994-cü il təvəllüdlü Cavid Cənnət oğlu Abdullayevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Париж-2024: еще пятеро азербайджанских спортсменов подключаются к борьбе

    Сегодня еще пять спортсменов из Азербайджана подключатся к борьбе на летних Олимпийских играх, проходящих в столице Франции Париже.

    Первой к соревнованиям приступит бадминтонистка Кейша Фатима Захра. Она в группе H встретится с китаянкой Хе Бин Чжао (Китай).

    Дзюдоист Балабей Агаев (60 кг) сразится с победителем пары Симон Зулу (Замбия) – Вон Джин Ким (Южная Корея), а Лейла Алиева в этом же виде спорта сойдется с Халимаджон Курбановой (Узбекистан).

    Стрелок Руслан Лунев попытается добыть олимпийскую медаль в стрельбе из пневматического пистолета на дистанции 10 м.

    В академической гребле Диана Дымченко подключится к соревнованиям в групповом этапе индивидуальной гонки на дистанции 2 000 м.

    Напомним, что 25 июля Яйлагюль Рамазанова уже выступила на соревнованиях по стрельбе из лука, став 39-й в квалификационном туре.

    Отметим, что Париж-2024 завершится 11 августа.

  • Paris-2024: Azərbaycanın beş idmançısı mübarizəyə başlayır

    Azərbaycanın daha beş idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

    İk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

    O, H qrupunda He Bin Çzyao (Çin) ilə üz-üzə gələcək.

    Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.

    Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bacarığını göstərəcək.

    Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində uğur əldə etməyə çalışacaq.

    Daha əvvəl iyulun 25-də Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • В Имишлинском районе у жителей изъяты охотничьи ружья

    Сотрудники Имишлинского районного отдела полиции (РОП) проводят работу по выявлению и изъятию незаконно хранящегося оружия, а также по его добровольной сдаче.

    Как сообщили АПА в РОП, в результате проведенных контрольно-профилактических мероприятий вчера у жителей района были изъяты 5 охотничьих ружей без соответствующих документов.

    Мероприятия в этом направлении продолжаются.

  • İmişlidə sənədləri olmayan beş ədəd ov tüfəngi aşkarlanaraq götürülüb

    İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.

    Şöbədən APA-ya verilən məlumata görə, aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən müvafiq sənədləri olmayan 5 ədəd ov tüfəngi götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.