Month: July 2024

  • “Kurtlar Vadisi”nin məşhur aktyoru öldü

    “Diriliş Ertoğrul”, “Kurtlar Vadisi”, “Arka Sokaklar” kimi məşhur seriallarda rol almış türkiyəli aktyor Salahsun Hekimoğlu vəfat edib.

    Bu barədə Türkiyədə fəaliyyət göstərən Aktyorlar Birliyinin sosial media hesabında məlumat yayılıb.

    74 yaşlı aktyorun nədən vəfat etdiyi barədə məlumat verilməyib.

  • Qubadlıda ağır qəza: Xəsarət alanlar var

    Qubadlının Qəzyan kəndində yol-nəqliyyat hadisəsi baş verib.

    “Ural” markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

    Sürücü və maşında olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri qənaətbəxşdir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan oxu.az-a bildirilib ki, iyulun 26-da saat 22 radələrində Qubadlı rayonunun Qəzyan kəndində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları hadisə yerində olublar.

    Hazırda faktla bağlı Qubadlı Rayon Polis Şöbəsində araşdırmalar davam edir.

  • Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı

    Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı – paytaxt sakini 1978-ci il təvəllüdlü Sergey Karnauxov saxlanılıb.

    Müəyyən edilib ki, S.Karnauxov “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28 000, 9 000 və 6 000 manat olmaqla ümumilikdə üç vətəndaşa 43 000 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra “Telegram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən olunub.

    Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.

    Qeyd olunanları nəzərə alaraq bir daha vurğulanıb ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olmalıdırlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirməlidirlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməlidirlər.

  • Tanışların mübahisəsi bıçaqlanma ilə bitdi

    Bakıda tanışların mübahisəsi birinin bıçaqlanması ilə nəticələnib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai rayonu ərazisində baş verib.

    Mübahisə zamanı Məhəmməd Qasımov Fuad Rzayevi bıçaqlayıb. Yaralı şəxs xəstəxanaya çatdırılıb.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Захарова заявила о масштабном провале открытия Олимпиады в Париже

    Церемония открытия Олимпиады во Франции прошла с масштабным провалом, потому что объединила в себе все нелепости сразу.

    Как передает Median.Az со ссылкой на “Известия” (Россия), на это 27 июля обратила внимание официальный представитель МИД России Мария Захарова.

    Дипломат отметила, что в преддверии открытия международных спортивных состязаний французские власти задержали шеф-повара русского происхождения, обвинив его в шпионаже и попытке “сорвать мероприятие”.

    Также, в день открытия Игр Париж поразил транспортный коллапс, в связи с чем власти заявили об умышленном “саботаже”, найдя неких “злоумышленников”. Сама церемония прошла под открытым дождем, так как ни разгона туч, ни навесов для зрителей предусмотрено не было.

    Кроме того, флаг олимпийского движения на шоу “нес всадник Апокалипсиса, раскрывший формат конца света”. Апофеозом же стало глумление над святым для христиан сюжетом – “Тайная вечеря”, – последним ужином Христа, апостолов на котором изображали трансвеститы, заявила Захарова.

    “Интересно, сколько же еще “шпионов” нужно было внедрить, чтобы открытие Олимпиады в Париже прошло с таким масштабным провалом? Это не дно. Это дно Сены”, – отметила дипломат в своем Telegram-канале.

    Церемония открытия летних Олимпийских игр – 2024 прошла в Париже 26 июля. Олимпийский огонь зажгли легкоатлетка Мари-Жозе Перек и дзюдоист Тедди Ринер. После певица Селин Дион выступила перед зрителями с песней Эдит Пиаф “Гимн любви”. В ходе церемонии открытия ОИ-2024 олимпийский флаг повесили на флагшток в перевернутом виде. Кроме того, диктор на параде спортсменов в Париже при прохождении лодки по Сене сборной Южной Кореи заявил, что это КНДР.

  • Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi

    “Parisdə Olimpiya Oyunlarının açılış mərasimi böyük uğursuzluqla yadda qalıb”.

    Median.Az İz.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

    Zaxarova tədbirdən əvvəl səlahiyyətlilərin casusluqda və açılış mərasimini pozmağa cəhddə ittiham olunan rusiyaəsilli aşpazı saxlamasına diqqət çəkib.

    “Görəsən, Parisdə Olimpiadanın belə böyük uğursuzluqla başlaması üçün daha nə qədər “casus” təqdim etmək lazım idi?” – deyə rusiyalı diplomat bildirib.

  • Завтра состоится церемония инаугурации президента Ирана

    Церемония инаугурации новоизбранного президента Ирана Масуда Пезешкиана состоится в 10:00 28 июля.

    Как сообщает Median.Az со ссылкой на Ekhtaz News, в церемонии примут участие духовный лидер Ирана аятолла Али Хаменеи, представители посольств зарубежных стран, военные и т.д.

    Присяга будет транслироваться в прямом эфире по иранскому телевидению.

    Ранее член президиума парламента Моджтаба Юсефи сообщил о том, что инаугурация состоится 30 июля.

    Отметим, что 5 июля в Иране состоялся второй тур внеочередных выборов президента, назначенных после гибели экс-президента Ибрагима Раиси. Победу одержал кандидат от крыла реформистов, бывший министр здравоохранения Пезешкиан, набрав 53.6% общего числа голосов.

  • İranın yeni seçilən prezidentinin sabah andiçmə mərasimi keçirləcək

    İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək.

    Median.Az “Ekhtaz News”a istinadən xəbər verir ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri Əli Xamenei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər. Mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq.

    Bir müddət əvvəl andiçmə mərasiminin iyulun 30-da keçiriləcəyi bildirilmişdi.

    Qeyd edək ki, İranda növbədənkənar prezident seçkisinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilmişdi.

  • Париж-2024: азербайджанская гребчиха вышла в 1/4 финала

    Член сборной Азербайджана по академической гребле Диана Дымченко приступила к участию в летних Олимпийских играх, проходящих в столице Франции Париже.

    Как сообщает Report, она заняла третье место в групповом этапе индивидуальной гонки на дистанции 2 000 м.

    Таким образом, Д.Дымченко вышла в 1/4 финала. Четвертьфинал состоится 29 июля.

    Отметим, что Париж-2024 завершится 11 августа.

  • Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb

    Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    “Report” xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub.

    Beləliklə, Dımçenko 1/4 finala vəsiqə qazanıb. Bu raund iyulun 29-da gerçəkləşəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.