Month: July 2024

  • Bu gündən tələbələrin köçürülməsinə başlanılır

    Bu gündən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanılır.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul saat 11:00-dan 31 iyul 18:00-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə müvafiq bölmədə köçürülmək üçün müraciət formasını doldurub təsdiq edə bilərlər.

    Sənəd qəbulu Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq təhsil müəssisələri tərəfindən aparılacaq.

    Normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və oxuduğu müddət ərzində həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.

    Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsinin müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

    Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr və təhsil aldığı müəssisənin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

    Xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Tələbələr bu şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət ünvanlamalıdırlar.

    Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

  • В Азербайджане аннулирована лицензия банка

    Решением правления Центрального банка Азербайджана (ЦБА) на основании обращения ОАО Naxçıvanbank его лицензия была аннулирована, а ООО E-Kredit, созданному на базе банка, была выдана лицензия небанковской кредитной организации (НКО).

    Об этом сообщает Median.Az со ссылкой на ЦБА.

    “Согласно финансовым отчетам за прошедший период текущего года, финансовые показатели ОАО Naxçıvanbank были удовлетворительными, ликвидные активы в несколько раз превышали кредиторские обязательства. Таким образом, преобразование ОАО Naxçıvanbank в НКО было результатом бизнес-решения, принятого акционерами банка, и осуществлено в соответствии с правилами.

    В связи с этим 22 мая 2024 года Центральный банк дал предварительное согласие ОАО Naxçıvanbank в форме, предусмотренной правилами. В рамках процесса реорганизации ОАО Naxçıvanbank утвердил и начал реализацию плана выполнения обязательств перед своими вкладчиками и другими кредиторами, было обеспечено информирование кредиторов банка. Средства на счетах, по которым не было заявлений от физических и юридических лиц (всего эквивалент 342 858.16 манатов), были переведены на специальный счет, открытый в Центральном банке, а остальные обязательства выполнены Naxçıvanbank.

    Средства, переведенные на специальный счет в ЦБА, принадлежат 45 юридическим лицам (на общую сумму эквивалентную 5 794.14 манатам), 297 индивидуальным предпринимателям (на общую сумму эквивалентную 66 543.35 манатам) и 1 918 физическим лицам (на общую сумму эквивалентную 270 520.67 манатам). С 25 июля 2024 года физические лица могут получить свои средства наличными, а индивидуальные предприниматели и юридические лица – путем перевода денег на другой банковский счет, обратившись в Управление Центробанка по Нахчыванской Автономной Республике (город Нахчыван, улица Джалила Мамедкулизаде, 32) и в административное здание, расположенное по адресу: город Баку, проспект Бюльбюля, 27.

    Согласно вышеупомянутому решению правления ЦБА, все активы Naxçıvanbank на момент отзыва лицензии, включая кредитные требования, перешли к его правопреемнику ООО “Небанковская кредитная организация E-Kredit”. ООО “Небанковская кредитная организация E-Kredit” будет осуществлять свою деятельность по прежнему юридическому адресу ОАО Naxçıvanbank, чья лицензия была отозвана (Нахчыванская Автономная Республика, город Нахчыван, улица Джалила Мамедкулизаде, 27)”, – говорится в заявлении.

  • Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən “Naxçıvanbank” ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olmuş, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, “Naxçıvanbank” ASC-nin BOKT-yə çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlib və Qaydalar əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən Qaydalarla nəzərdə tutulmuş formada “Naxçıvanbank” ASC-yə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində “Naxçıvanbank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılıb, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəliklər isə “Naxçıvanbank” ASC tərəfindən icra edilib.

    Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.

    Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçib. “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş “Naxçıvanbank” ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcək.

  • Путин встретился с Асадом

    Президент России Владимир Путин провел встречу с лидером Сирии Башаром Асадом в Кремле.

    Об этом сообщает РИА Новости.

    “Уважаемый господин президент, очень рад Вас видеть. У нас есть возможность поговорить по всему комплексу наших отношений, мы не виделись давно уже”, – сказал российский лидер.

    Путин отметил, что ему очень интересно услышать мнение Асада по ситуации в регионе. Он добавил, что она имеет тенденцию к обострению.

    “Это касается и Сирии напрямую”, – подчеркнул президент России.

    Путин также добавил, что в торгово-экономических отношениях России и Сирии есть перспективные направления, при этом в этой сфере остается много вопросов

  • Putin Moskvada Bəşər Əsədlə görüşdü

    Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Bəşər Əsədlə Moskvada görüşüb.

    Median.Az “RİA Novosti” “Telegram” kanalına istinadən xəbər verir ki, Putin Əsədlə bölgədəki kəskinləşməyə doğru gedən vəziyyəti müzakirə edəcəyini bildirib.

  • Найден пропавший в Баку семилетний ребенок с аутизмом (ОБНОВЛЕНО)

    Найден пропавший в Бинагадинском районе Баку семилетний ребенок с аутизмом.

    Как сообщили Report в пресс-службе Министерства внутренних дел (МВД), разыскиваемый Мехман Мамедов (2017 г.р.) был обнаружен сотрудниками полиции. Мальчик передан семье.

    * * * * * *

    В поселке Баладжары Бинагадинского района Баку пропал ребенок с аутизмом.

    Как сообщает Report, проживающий в доме без номера на дороге ДСК Мехман Мамедов (2017 г.р.) минувшим днем ушел и не вернулся.

    По данному факту ведется расследование.

  • Bakıda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb (YENİLƏNİB)

    Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.

    * * * * * *

    Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.

    “Report” xəbər verir ki, Biləcəri qəsəbəsi, “DSK yolu”nda nömrəsiz evdə yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hansı məhsullar ürək xəstəlikləri və diabetdən ölüm nisbətini artırır?

    Merilend ştatının Milli Xərçəng İnstitutunun alimləri müəyyən ediblər ki, şəkərli diabet və ürək xəstəliklərindən vaxtından əvvəl ölüm riski iki növ qidadan – şəkərli içkilərdən və emal olunmuş ətdən sui-istifadə ilə artır.

    Median.Az Gazeta.ru-ya istinadən bildirir ki, alimlər 1990-cı illərin ortalarında elmi işlərdə iştirak etmək üçün cəlb edilmiş 540 mindən çox insanın sağlamlığı və pəhrizi haqqında məlumatları təhlil ediblər. Tədqiqatın əvvəlində bütün subyektlər 50-71 yaş arasında olublar. Tədqiqatçılar iştirakçıların istehlak etdikləri ultra emal olunmuş qidaların ümumi miqdarını (emal edilmiş qənnadı məmulatları, fastfud, şəkər əsaslı içkilər) qiymətləndirdilər və xüsusi qidalar ilə müəyyən xəstəliklərin inkişafı arasında əlaqə qurdular.

    Nəticələr göstərdi ki, emal olunmuş ətlərin (kolbasa, sosis və s.) və şəkərlə şirinləşdirilmiş içkilərin çox istehlakı şəkərli diabet və ürək-damar xəstəliklərinin ən yüksək riski ilə, habelə onların fəsadları səbəbindən ölüm ehtimalının artması ilə əlaqələndirilir.

  • Dünyanın ən məşhur geyim brendi seçildi

    “Loewe” dünyanın ən məşhur geyim brendi seçilib.

    Müvafiq siyahı moda sənayesində istehlakçı davranışının təhlili üzrə ixtisaslaşmış “Lyst” platformasının mütəxəssisləri tərəfindən tərtib edilib.

    İspaniyanın “Loewe” brendi İtaliyanın “Miu Miu” brendini birinci yerdən sıxışdırıb. Reytinqdə üçüncü yeri tutan “Prada” həm də dünyanın ən məşhur pərakəndə satış şirkətlərindən biri seçilib. İlk beşliyi “Saint Laurent” və “Bottega Veneta” moda evləri tamamlayıb.

    Eyni zamanda, “Versace” və “Balenciaga” brendləri 2024-cü ilin birinci rübü üçün aprel ayında dərc edilən eyni siyahı ilə müqayisədə bir pillə irəliləyib. Səkkizinci yerdə populyarlığı məşhur “Resort” sərgisi və Cənubi Koreyalı müğənni Cenni ilə əməkdaşlıq sayəsində artan “Jacquemus” qərarlaşıb. Ondan sonra altıncı yerdən doqquzuncu yerə düşmüş “Moncler” brendi gəlir və ilk onluğu “Gucci” tamamlayır.

    Siyahıya adları çəkilən istehsalçılardan əlavə “Valentino”, “Skims”, “Burberry”, “New Balance”, “Louis Vuitton”, “The Row”, “Alaia”, “JW Anderson”, “Dolce & Gabbana” və “Couch” daxildir.

  • Dünyada hər 11-ci insan aclıqla üzləşib

    2023-cü ildə dünyada ac insanların sayı təqribən 733 milyon nəfər təşkil edib ki, bu da Yer kürəsindəki hər 11-ci insan deməkdir.

    Afrika qitəsində hər 5-ci insan aclıqla üzləşib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu məlumatlar BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar agentliklərin “Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanmanın Vəziyyəti” (SOFI) illik hesabatında yer alıb.

    Hesabata görə, qlobal böhran dərinləşdikcə, ac insanların sayı ardıcıl üç ildir ki, yüksək olaraq qalır. 2019-cu ildən bəri qida çatışmazlığı yaşayan insanların sayı təxminən 152 milyon nəfər artıb.

    2023-cü ildə dünya üzrə təxminən 2,33 milyard insan orta və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkib. Afrikada isə əhalinin yarıdan çoxu (58%) orta və ya ağır qida çatışmazlığı şəraitində yaşayır.