Month: July 2024

  • Спортсмены пожаловались на недостаточное количество еды в Олимпийской деревне

    Спортсмены пожаловались на низкую скорость пополнения запасов некоторых продуктов питания и недостаточное количество еды в главном ресторане Олимпийской деревни.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает газета L’Equipe.

    Из-за большого количества спортсменов во время завтрака в среду было ограниченное количество яиц. В компании, отвечающей за организацию питания, отметили, что активно работают над поставками. Некоторые продукты, в частности, яйца и мясо на гриле, пользуются особой популярностью у спортсменов.

    Церемония открытия Олимпиады пройдет 26 июля.

  • Fransa olimpiyadaya yollanan idmançıları qida ilə təmin edə bilmir

    Olimpiya Oyunlarında iştirak üçün Fransaya yollanan idmançılar olimpiya kəndində yaradılan şəraitdən şikayət edirlər.

    Median.Az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, idmançılar xüsusən qida çatışmazlığından və qida təchizatından narazıdırlar.

    Qeyd olunub ki, artıq bəzi idmançılar qida çatışmazlığı ilə əlaqədar təşkilatçılara müraciət ünvanlayıblar.

    Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

  • Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı YENİ FAKTLAR

    “Hüquqlarını müdafiə etdiyim Xalq artisti Ağadadaş Ağayev videodan göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir”.

    Axar.az xəbər verir ki, bu sözləri A.Ağayevin vəkili Asim Abbasov qeyd edib.

    O bildirib ki, hazırda Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb:

    “Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “MedEra” hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirib, həmin gecəni ağrıdan səhərə qədər yatmayıb, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranıb. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “MedEra” hospitalının mühafizəçisindən kömək istəyib, ondan həkim çağırmasını xahiş edib. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşib.

    Mühafizəçi N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilib. O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında xuliqanlıq maddəsi ilə məhkum edilib.

    Yeri gəlmişkən, onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış videogörüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən videogörüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”.

  • Магнитная буря начнется на Земле в ночь на 27 июля

    Магнитная буря на планете Земля пройдет в ночь на 27 июля. Она продлится несколько часов.

    Такая информация следует из прогноза Лаборатории солнечной астрономии ИКИ и ИСЗФ.

    Отмечается, что магнитная буря начнется примерно в полночь по московскому времени. Причем она будет достаточно слабой. Изначально ее уровень окажется ниже G1. Однако уже к шести часам утра магнитная буря приблизится к этой отметке.

    К утру, приблизительно к восьми часам по бакинскому времени, ситуация значительно улучшится. Уровень магнитной бури начнет стремительно снижаться. К середине дня и вечеру ситуация полностью стабилизируется.

    При этом известно, что магнитные бури уровня G1 способны вызывать только слабые колебания электросети. Кроме того, они оказывают небольшое влияние на работу спутников и провоцируют северные сияния.

  • İyulun 27-nə keçən gecə Yer kürəsində maqnit qasırğası başlayacaq

    İyulun 27-nə keçən gecə Yer planetində maqnit qasırğası baş verəcək və bir neçə saat davam edəcək.

    Bu barədə Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.

    Qeyd olunur ki, maqnit qasırğası gecə yarısına yaxın başlayacaq. Üstəlik, olduqca zəif olacaq. İlkin olaraq onun səviyyəsinin G1-dən aşağı olacağı gözlənilir.

    Səhər saat səkkizə yaxın vəziyyət xeyli yaxşılaşacaq. Maqnit qasırğasının səviyyəsi sürətlə azalmağa başlayacaq. Günün ortasına və axşama yaxın vəziyyət tamamilə sabitləşəcək.

  • Bakıda binaların yuyulmasında niyə içməli sudan istifadə olunur?

    Son günlər Bakıda bir sıra binaların fasad hissəsinin yuyulması zamanı hansı növ sudan istifadə edilməsi ilə bağlı ictimaiyyət arasında müzakirələr aparılır. Sosial şəbəkələrdə qeyd olunur ki, içməli su qıtlığı barədə danışılarkən binaların yuyulmasında belə içməli suyun istifadəsi yolverilməzdir.

    Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Report”a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində binaların abadlaşdırılma məqsədi ilə yuyulması yüksək keyfiyyətli aparat vasitəsi ilə həyata keçirilir və bu aparatın su sərfiyyatı çox aşağıdır:

    “Binaların yuyulma prosesi Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcud olan cihaz vasitəsilə həyata keçirilir. Cihaz su və həssas təmizlik üçün nəzərdə tutulan xüsusi maddələrin qarışığını 250-500 bar təzyiqi altında tətbiq edərək təmizləmə xüsusiyyətinə malikdir. Avadanlığın iş prinsipini açıqlamaqda məqsəd onun zədələnmələri minimuma endirəcəyini, fasadların bərpasında tarixi görünüşü maksimum saxlaya biləcəyini, eyni zamanda abadlaşmada ekoloji təmizliyə üstünlük verildiyini göstərməkdir”.

    Qurumdan onu da qeyd ediblər ki, binaların, memarlıq abidələrinin yuyulma prosesi həm distillə edilmiş, həm də texniki su ilə həyata keçirilir:

    “Əgər binanın yaxınlığında su mənbəyi varsa, şirin sudan istifadə olunur. Aparat çox bahalı olduğu üçün yalnız texniki sudan istifadə edilə bilməz, filtrləri tutular. Hazırda Heydər Əliyev prospektində işlər gedir və yaxınlıqda şirin su mənbəyi olmadığına görə texniki sudan istifadə olunur. İstifadə olunan cihaz son model avadanlıq olduğuna görə su sərfiyyatı iki saata cəmi bir tondur. Suyu toz şəklində vurur. “Brandspoyt” aparatları belə çalışır, şlanqla vurulan sudan xeyli az su istifadə olunur. Başqa metoddan istifadə olunsa, qat-qat çox su sərf olunacaq”, – deyə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

    Qeyd olunub ki, binaların yuyulması, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır:

    “Hər bina özəl və həssas yanaşma tələb etdiyi üçün nümayişdən sonra peşəkarlarla bu yöndə işgüzar müzakirələr aparılır. Bu üsulun şəhərin mərkəzində olan bənzər problemlərin həllində mütəxəssislərə yardımçı olacağı gözlənilir və ölkədə belə avadanlıqların sayının artırılması nəzərdə tutulur”.

  • Стали известны подробности ареста Игбала Абилова: тайные сделки с Арменией и…

    24 июля 2024 года в Сабаильском районном суде города Баку состоялся судебный процесс в связи с избранием меры пресечения в отношении гражданина Азербайджанской Республики Игбала Абилова, подозреваемого в государственной измене, путем выполнения поручений органов спецслужб Армении.

    Вышеуказанное лицо, проживающее за рубежом, было задержано в результате специальных оперативных мероприятий, проведенных Службой государственной безопасности (СГБ) Азербайджана.

    Игбал Абилов обвиняется в государственной измене, путем выполнения заданий представителей органов спецслужб Армении, дислоцированных на территории третьей страны – совершении действий, направленных на разжигание ненависти и вражды на этнической почве на территории Азербайджанской Республики.

    В ходе судебного процесса, наряду с другими доказательствами, были обнародованы секретные переговоры и сделки, проведенные Игбалом Абиловым по SKYPE с руководителем кафедры востоковедения Ереванского государственного университета и директором действующего в Армении Института востоковедения Гарником Асатряном, который ведет целенаправленную работу против территориальной целостности Азербайджана под контролем спецслужб Армении.

    Установлены обоснованные подозрения организации Абиловым вместе с представителями иностранных спецслужб путем привлечения подрывных сил из разных стран деятельности так называемой организации против территориальной целостности Азербайджана, а также помощи Вардану Восканяну и другим лицам, связанным с армянскими спецслужбами, в осуществлении враждебной деятельности против Азербайджана.

    Ему предъявлены обвинения по статьям 274 (государственная измена), 281.3 (публичные призывы, направленные против государства, совершенные по заданию иностранных организаций или их представителей) и 283.1 (возбуждение национальной, расовой, социальной или религиозной ненависти и вражды) Уголовного кодекса Азербайджана.

    Суд избрал в отношении Игбала Абилова меру пресечения в виде ареста сроком на 4 месяца.

  • DTX tərəfindən saxlanılan İqbal Əbilovun həbsinin DETALLARI – Ermənistanla gizli sövdələşmələr və…

    24 iyul 2024-cü ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı İqbal Şahin oğlu Əbilov barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

    Xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    İqbal Şahin oğlu Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı (XXO) nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

    Məhkəmə prosesində digər dəlillərlə yanaşı İqbal Əbilovun Yerevan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru – Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə “Skype” vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.

    Müəyyən olunur ki, İ.Əbilovun xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan XXO ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də şübhələr var.

    Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

    Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

  • В Азербайджане чиновник скончался в своем кабинете

    Скончался начальник отдела исполнения и пробации Кюрдамирского района.

    Как сообщает Report, Ариф Яхьязаде (1977 г.р.) скоропостижно скончался в своем служебном кабинете.

    По данному факту в районной прокуратуре ведется расследование.

  • Azərbaycanda vəzifəli şəxs xidməti otağında qəfil öldü

    Kürdəmir rayonun icra və probasiya şöbəsinin rəisi vəfat edib.

    “Report”un bölgə müxbirinin əldə etdiyi xəbərə görə, icra və probasiya şöbəsinin rəisi 1977-ci il təvəllüdlü Arif Yəhyazadə öz xidməti otağında qəfildən ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.