Month: July 2024

  • Rusiyada hərbi helikopter qəzaya uğradı: Ölənlər var

    Rusiyanın Kaluqa vilayətinin Jizdrinski rayonunda “Mi-28” hərbi helikopteri qəzaya uğrayıb.

    Bu barədə ilk olaraq Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında məlumat verib.

    “Qəza yerində əməliyyat qrupu və xilasedicilər işləyirlər”, – deyə qubernator qeyd edib.

    Qısa müddət sonra hadisə barədə Rusiya Müdafiə Nazirliyi (MN) də məlumat yayıb.

    “Kaluqa bölgəsində “Mi-28″ vertolyotu qəzaya uğrayıb, ekipaj üzvləri həlak olublar”, – Rusiya MN-nin məlumatında qeyd olunur.

  • Şəmkirdə piyadanı maşın vuraraq öldürüb

    Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Opel Astra” markalı avtomobil yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Məhəmməd İlyas oğlu Əzimovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане по пяти рекам сошел сель – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 10:00 25 июля, в некоторых районах Азербайджана прошли дожди с грозами. В некоторых местах осадки были интенсивными.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В Баку и на Абшеронском полуострове ночью шел дождь с грозами. В некоторых частях полуострова осадки были интенсивными.

    Количество выпавших осадков в Баку и на Абшероне составило 11 мм, в Балакен-Шеки – 62 мм, Лянкяран-Астаре – 55 мм, Центральном Аране – 39 мм, Губа-Гусаре – 33 мм, Карабахе – 30 мм, Горном Ширване – 26 мм, Нахчыванской АР – 13 мм, Гянджа-Газахе- 11 мм.

    В результате ливней на реке Кишчай, протекающей по территории Шекинского района, на реках Гёйчай и Демирапаранчай, протекающих по территории Габалинского района, на реке Гирдыманчай, протекающий по территории Исмайыллинского района, а также на реке Гудьялчай, протекающий по территории Губинского района, прошли сели.

  • Azərbaycanın beş çayından sel keçib – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    İyulun 25-i saat 10:00-a olan məlumatına görə, gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

    Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11 mm-dək, Balakən-Şəki bölgəsində 62 mm, Lənkəran-Astara bölgəsində 55 mm, Mərkəzi Aran bölgəsində 39 mm, Quba-Qusar bölgəsində 33 mm, Qarabağ bölgəsində 30 mm, Dağlıq-Şirvan bölgəsində 26 mm, Naxçıvan MR-də 13 mm, Gəncə-Qazax bölgəsində isə 11 mm-dək təşkil edib.

    İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.

  • İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanıldılar

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub.

    Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Зимние Олимпийские игры 2034 года пройдут в США

    XXVII зимние Олимпийские игры 2034 года пройдут в американском Солт‑Лейк‑Сити.

    Как сообщает Median.Az со ссылкой на sportbox.ru, об этом стало известно по итогам голосования на 142‑й сессии Международного олимпийского комитета (МОК) в Париже в среду.

    В ходе голосования за Солт‑Лейк‑Сити проголосовали 83 участника сессии, 6 голосов были отданы против.

    “МОК имеет честь объявить, что XXVII зимние Олимпийские игры 2034 года отданы Солт‑Лейк‑Сити, штат Юта”, – сказал глава комитета Томас Бах.

    Солт‑Лейк‑Сити был единственным кандидатом на проведение Игр‑2034 и был утвержден членами МОК. В июне исполком комитета предложил выбрать американский город местом проведения Олимпиады‑2034.

    В ходе сессии вице‑президент МОК Джон Коутс заявил, что организация имеет право расторгнуть контракт на проведение Игр‑2034 в Солт‑Лейк‑Сити, если США не признают главенство Всемирного антидопингового агентства (WADA) в борьбе с допингом.

    Олимпиада в Солт‑Лейк‑Сити состоится в феврале 2034 года. В 2002‑м город уже принимал зимнюю Олимпиаду.

  • XXVII Qış Olimpiya Oyunlarının keçiriləcəyi yer açıqlandı

    2034-cü il XXVII Qış Olimpiya Oyunları ABŞ-nin Solt Leyk Siti şəhərində keçiriləcək.

    Median.Az-ın sportbox.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Parisdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 142-ci sessiyasında keçirilən səsvermə nəticəsində məlum olub.

    Bildirilir ki, səsvermə zamanı Solt Leyk Siti üçün sessiyanın 83 iştirakçısı səs verib, 6 səs əleyhinə olub.

    “BOK 2034-cü il XXVII Qış Olimpiya Oyunlarının Yuta ştatının Solt Leyk Siti şəhərinə verilməsini elan etməkdən şərəf duyur”, – deyə komitədən bildirilib.

    Solt Leyk Siti 2034-cü il Oyunlarına yeganə namizəd idi və BOK üzvləri tərəfindən təsdiqlənib.

    Sessiya zamanı BOK-un vitse-prezidenti Con Kouts bildirib ki, əgər ABŞ Ümumdünya Antidopinq Agentliyinin (WADA) dopinqlə mübarizədə üstünlüyünü tanımasa, təşkilat 2034-cü il Oyunlarının Solt Leyk Sitidə keçirilməsi ilə bağlı müqaviləni ləğv etmək hüququna malikdir.

    Solt Leyk Sitidə Olimpiada 2034-cü ilin fevralında keçiriləcək. 2002-ci ildə şəhər artıq Qış Olimpiadasına ev sahibliyi edib.

  • “Linkoln”un futbolçusu: Bakıda məğlub olsaq belə, meydanı başı dik tərk edəcəyik

    Bakıda məğlub olsaq belə, meydanı başı dik tərk edəcəyik.

    Median.Az xəbər verir ki, bunu “Linkoln”un (Cəbəllütariq) futbolçusu Qrem Torilya UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra deyib.

    Klubun rəsmi saytına danışan Cəbəllütariq millisinin üzvü komandasının 0:2 hesablı məğlubiyyətinə baxmayaraq yaxşı çıxış etdiyini bildirib:

    “Düşünürəm ki, uduzmağımıza baxmayaraq, pis çıxış etmədik. Qapımızda gördüyümüz qollar istisna olmaqla, müdafiədə yaxşı oynadıq. Hücumlarımız kəsərsiz alındı. Dünənki matçda azarkeşlərimiz möhtəşəm idi. Onların səsini eşitmək bizə qüvvət verir. Bizi Bakıda çətin cavab oyunu gözləyir. Rəqib bizdən 2 top irəlidədir. Bununla belə, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bakıda məğlub olsaq belə, meydanı başı dik tərk edəcəyik”.

    Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.