Month: July 2024

  • Найдено тело утонувшего в Самур-Абшеронском канале подростка

    Найдено тело 14-летнего подростка, утонувшего во время купания на участке Самур-Абшеронского канала, проходящем через поселок Джейранбатан.

    Как сообщает сумгайытское бюро Report, тело Мирзоева Субхана Рамиз оглу извлечено из воды сотрудниками МЧС.

    ***

    14-летний подросток утонул во время купания в Самур-Абшеронском канале.

    Как сообщает сумгайытское бюро Report, Мирзоев Субхан Рамиз оглу (2010 г.р.) утонул во время купания на участке Самур-Абшеронского канала, проходящего через территорию поселка Джейранбатан.

    Сотрудники МЧС в настоящее время продолжают поиски его тела.

  • Ceyranbatanda batan 14 yaşlı uşağın meyiti tapılıb – YENİLƏNİB

    Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batan 14 yaşlı yeniyetmənin meyiti sudan çıxarılıb.

    “Report”un yerli bürosu məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun meyiti aidiyyəti üzrə təhvil veriblər.

    ***

    Ceyranbatan su anbarında 14 yaşlı yeniyetmə çimərkən boğulub.

    “Report”un yerli bürosu məlumat verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda onun axtarışlarını davam etdirir.

  • Çaylarda faktiki vəziyyət açıqlanıb

    Çaylarda faktiki vəziyyət açıqlanıb.

    Median.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 24-ü saat 21:00-a olan məlumatına əsasən, regionlarda yağan intensiv yağıntılarla əlaqədar hazırda Qəbələ rayonu ərazisindən axan Tikanlıçaydan sel keçir.

    Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib:

    “Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.

  • Salyanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

    Salyanda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

    “Report”un Aran bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində rayonun Qızılağac kənd sakinləri, 1998-ci il təvəllüdlü Dadaşov Orxan Vüqar oğlu, 2001-ci il təvəllüdlü Yolçuyev Ramil Famil oğlu, 2001-ci il təvəllüdlü Dadaşov Xəyal Vüqar oğlu və 1993-cü il təvəllüdlü Həsənov Pərvin Əliyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bibisinə qarşı quldurluq etmək istəyən şəxs və tanışı TUTULDULAR

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saat 3 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı, Atakişi Məmmədov saxlanılıblar. Onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı adıçəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz olaraq daxil olmağa hazırlaşdıqları müəyyən olunub.

    Bundan əlavə polis əməkdaşlarının apardıqları əlavə araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq zərərçəkmişə məxsus 9 650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Türkiyədəki fransız məktəbləri bağlana bilər

    Türkiyə dövləti ölkə qanunvericiliyinin tələblərinə məhəl qoymayan 12 fransız məktəbinin fəaliyyətini tanımır.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Yusif Təkin deyib.

    O qeyd edib ki, Türkiyə Təhsil Nazirliyinə hesabat vermədiyi üçün həmin məktəblərdə təhsil alanların sayını bilmir:

    “Bu məktəblər ölkənin qanunvericilik çərçivəsindən kənarda fəaliyyət göstərir. Əgər Fransa tərəfi öz mövqeyinə yenidən baxarsa, o zaman təhsil prosesi ilə bağlı heç bir şikayət olmayacaq. Əks halda, Təhsil Nazirliyi onların fəaliyyətini rədd edir”.

    Təkin xatırladıb ki, Ankara bu məsələni Paris qarşısında üç dəfə (1993, 1998 və 2000-ci illərdə) qaldırıb, lakin Fransa tərəfi hər dəfə Türkiyənin tələblərinə məhəl qoymayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik artıq 12 fransız məktəbinə qarşı hüquqi prosedurlara əl atıb.

  • AFAD-dan Şuşadakı seysmik stansiya ilə bağlı açıqlama

    [spoiler][/spoiler]

    Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində fəaliyyətə başlayıb. Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlığı nəticəsində ərsəyə gələn stansiya dünyanın hər nöqtəsində baş verən zəlzələləri izləmək bacarığına malikdir.

    Median.Az xəbər verir ki, bu barədə AFAD-ın açıqlamasında bildirilib.

    “Ölkələrimiz arasındakı dərin və möhkəm əməkdaşlığın yeni addımı olan Dərin Quyu Seysmik Stansiyası xeyirlərə vəsilə olsun” ifadələrinin yer aldığı açıqlamada stansiya ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

    Paylaşıma stansiya ilə bağlı hazırlanan xüsusi videoçarx əlavə edilib.

    Xatırladaq ki, AMEA ilə AFAD arasında zəlzələ müşahidə sistemləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu ötən il sentyabrın 7-də imzalanıb.

  • Bu qidaları təkrar qızdırmayın

    Diyetoloqlar yalnız təzə hazırlanmış qidaları yeməyi məsləhət görürlər. Araşdırmalara görə, belə yeməklər mümkün qədər sağlam, həm də dadlıdır.

    Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yenidən qızdırılanda bəzi inqrediyentlər sağlamlığınız üçün son dərəcə təhlükəli olur.

    Kartof

    Əgər kartof otaq temperaturunda saxlanılarsa, onda insanlar üçün son dərəcə təhlükəli olan botulizm bakteriyası əmələ gəlir. Axşam yeməyindən bir az bişmiş kartof qalıbsa, onları soyuducuya qoyun və salat hazırlamaq üçün istifadə edin.

    Düyü

    Düyü bişdikdən dərhal sonra yeyin. Bu, bir neçə saatdan sonra bakteriyalar çoxalmağa başlayacaq. Düyünü yüksək mikrodalğalı sobada və ya yüksək temperaturda qızdırsanız belə ölməyəcəklər. Bakteriyalar həzm pozğunluğuna səbəb olur, lakin ciddi zəhərlənmələrə də səbəb ola bilər.

    Yumurta

    Günün istisində omlet, qaynadılmış və ya qızardılmış yumurta əla dadı ilə sevindirir. Ancaq qızdırılan qab iştahaaçan görünüşünü itirəcək. Bundan əlavə, təkrar qızdırma yumurtaların tərkibini dəyişir. Mədənizə zərər verəcək və ciddi narahatlığa səbəb olan maddələr buraxacaq.

    Toyuq

    Təkrar istilik toyuq zülalının strukturunu dəyişdirməsinə və insan orqanizmində çətin həzm olunmasına gətirib çıxarır. Nəticədə insan qastrit və müxtəlif həzm problemləri ilə üzləşir.

    Göbələk

    Göbələklərdə olan zülal mürəkkəb bir quruluşa malikdir. Qızdırıldıqda, onda dəyişikliklər baş verir.

    Göbələklər bədəninizin həzm edilməsi üçün çətin olacaq, buna görə də şişkinlik və ağrı hiss edə bilərsiniz.

    Bundan əlavə, göbələk yeməyinin yenidən qızdırılması ürəyə və qaraciyərə zərər verən komponentlərin sərbəst buraxılmasına səbəb olur.

    Çuğundur

    Yenidən qızdırıldıqda, insan sağlamlığı üçün təhlükəli olan komponentləri buraxmağa başlayır.

    Yeri gəlmişkən, eyni problem müxtəlif yarpaqlı tərəvəzlər üçün xarakterikdir.

    Brokoli

    Qızdırıldıqda, tərəvəz demək olar ki, bütün faydalı xüsusiyyətlərini itirir.

  • DYP sürücülərə müraciət edib

    Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

    Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yolarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edir.

    Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər”.

  • Rusiyada terror aktı törədən şəxs Türkiyədə saxlanıldı – VİDEO

    Rusiyada terror hadisəsi törədərək 2 nəfərin xəsarət almasına səbəb olan şəxs Türkiyədə saxlanılıb.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında paylaşım edib.

    “Bu gün saat 10.30-da İnterpol/Avropol Departamentimizin Baş Qərargahına Rusiya İnterpol Bölməsinin əməkdaşları zəng edər’k bildiriblər ki, Rusiya əsilli Yevgeni Serebriakov adlı şəxs Moskvada bomba yüklü avtomobillə terror aktı törədib, hücum nəticəsində 2 nəfər yaralanıb.

    Qeyd edilib ki, həmin şəxs daha sonra Moskva-Bodrum təyyarəsi ilə ölkəmizə gəlib.

    Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT Müdirliyi, İmmiqrasiya İdarəsi, Terrorla Mübarizə İdarəsi və Muğla vilayət Təhlükəsizlik İdarəsinin birgə səyi nəticəsində məktubda göstərilən şəxsiyyət məlumatları və fotoşəkillərə uyğun gələn şəxslə bağlı lazımi koordinasiya təmin edilib. O saxlanılıb.

    Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm”, – deyə Yerlikaya qeyd edib.
    //bizim.media