Month: August 2024

  • Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba yolunda hərəkət qismən məhdudlaşdırılacaq

    Bakıda Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan sabah saat 1:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    “Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

  • İlham Əliyev Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmana görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, AR Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

  • В Азербайджане зарегистрирован случай заражения оспой обезьян?

    Случаев заражения оспой обезьян в Азербайджане не зарегистрировано.

    Об этом oxu.az сообщили в пресс-службе Министерства здравоохранения.

    “Эпидемиологическая ситуация находится под контролем”, – подчеркнули в ведомстве.

    Отметим, что Всемирная организация здравоохранения (ВОЗ) объявила эпидемию оспы обезьян в Африке чрезвычайной ситуацией, представляющей опасность для всего мира.

  • Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? – RƏSMİ

    Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.

    Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən verilib.

    “Epidemioloji vəziyyət nəzarət altındadır”, – deyə məlumatda vurğulanır.

    Xatırladaq ki, Afrikada meymunçiçəyi səbəbilə sağlamlıq üçün fövqəladə vəziyyət elan edilib və bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənib.

  • На строительные работы в освобожденных районах в I полугодии потрачено свыше 2 млрд манатов – СПИСОК

    За период с января по июнь 2024 года на строительно-монтажные работы в освобожденных районах Азербайджана потрачено 2 млрд 56 млн 358 тыс. манатов.

    По подсчетам АПА-Экономикс, проведенным на основании отчета Госкомстата, объем этого показателя на 22.8% или на 381 млн 790 тыс. манатов выше соответствующего периода 2023 года (1 млрд 674 млн 568 тыс. манатов).

    За отчетный период больше всего средств было выделено Кельбаджарскому (438.5 млн манатов), Агдамскому (308.5 млн манатов) и Лачынскому (242.4 млн манатов) районам.

    По сравнению с соответствующим периодом 2023 года средства увеличились в Ходжалы в 649 раз, в Губадлы – в 2.6 раза, в Агдаме – в 2.3 раза, в Шуше – на 52%.

  • Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib? – SİYAHI

    2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.

    “APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.

    Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.

    Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.

    Azad edilmiş rayonlar 2023-cü ilin I yarısı Min manat 2024-cü ilin I yarısı Min manat
    Kəlbəcər 344 611,7 438 462,2
    Ağdam 134 678,8 308 519,5
    Laçın 328 972,3 242 400,4
    Şuşa 154 999,2 240 303,7
    Füzuli 314 737,7 226 459,3
    Zəngilan 155 769,7 202 507,7
    Qubadlı 67 651,6 173 711,6
    Cəbrayıl 138 505,2 165 735,3
    Xocavənd 34 603,7 26 590,8
    Xocalı 38,1 24 737,9
    Xankəndi 6 930

  • Şirkətin pullarını müğənnilərə xərclədi, müflis oldu: Biznesmenin həbsinin detalları – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MİP GROUP” MMC şirkətinin direktoru Mübariz Tahirovun (soyadlar şərtidir) məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, məhkəmə prosesində 1992-ci il təvəllüdlü Mübarizin bir neçə nəfərə qarşı yarım milyondan çox dələduzluq etdiyi bildirilib.

    Qeyd edilib ki, Mübariz Tahirov əvvəllər “Dinamik Okean” su filtrləri şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, daha sonra “MİP GROUP” MMC şirkətini yaradaraq müstəqil şəkildə filtr satışı işinə girişib, Asim və Rauf adlı tanışlarını investor kimi bu işə cəlb edib. Mübariz təkcə Asim adlı şəxsdən biznesinə yatırım qoyması üçün 450 min manat pul alıb. Lakin daha sonra əldə etdiyi pulları təkbaşına xərcləməyə başlayıb, borclarını qaytarmayıb və onunla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə şikayətlər edilib. Şikayətlər əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə iş açılıb.

    Məhkəmədə cinayət işinin araşdırılması zamanı maraqlı faktlar üzə çıxıb. Mübarizlə birgə “Dinamik Okean”da çalışmış və daha sonra birgə yeni şirkətdə işləməyə davam etmiş H.Məmmədov şahid qismində verdiyi ifadədə Mübarizin bədxərclik etdiyini, müğənnilərin evlərinə havayı filtrlər quraşdırdıqlarını deyib:

    “Mübarizlə iki aya yaxın işlədim. Maşınla filtr satan işçiləri şəhərdə gəzdirirdim. 2019-cu ilin yayında Mübariz dedi ki, ayrıca şirkət yaradaraq “Dinamik Okean”dan çıxmaq istəyir. Mənə onunla birgə işləməyi təklif etdi və qəbul etdim.

    Mübariz birinci ofisi Nərimanov rayonu Ayna Soltanova prospektində icarəyə götürdü. Türkiyədən xeyli su filtrləri gətizdirdi. 30-40-a yaxın işçi götürdü. Mənim işim işçiləri gəzdirmək və filtr quraşdırmaq idi. Pulları qrup rəhbərləri yığıb Mübarizin tapşırdığı bir qıza təhvil verirdilər. Gündəlik müştərilərdən ən azından 5 000-6 000 manat pul yığılıb Mübarizə təhvil verilirdi. Filtrin Azərbaycana gəlməsi 300 manata başa gəlirdisə, nağd 1500 manata satırdıq, 1680 manata kreditlə verirdik. Mübarizlə 2020-ci ilin sonunadək işlədik. O xeyli sayda filtri tanışlarına, dostlarına, müğənnilərə məxsus mənzillərdə pulsuz quraşdırmışdı. Təkcə mən onun tapşırığı ilə 30-40 ədəd su filtrini müğənnilər Nazənin, Manaf Ağayev, Nadir Qafarzadə, Nazilə Səfərli, Tolik və başqalarına məxsus mənzillərdə quraşdırmışam, lakin əvəzində pul almamışıq”.

    Fotoda iflas etmiş şirkətin reklam posterlərindən biri


    H.Məmmədov bildirib ki, bir neçə dəfə Mübarizə bu gedişlə biznesin batacağını deyib:

    “Mübarizin tapşırığı ilə başqa işçilər də filtrləri onun tanışlarının mənzillərində pulsuz quraşdırıb. Mən işdən ayrılanda müştərilərin əksəriyyətindən pullar yığılmışdı. Mübariz işçilərin əməkhaqqını vermədiyi üçün, demək olar ki, hamısı işdən çıxmışdı. Mübarizin tapşırığı ilə bəzən kreditlə filtr satılmış müştəriyə təklif edirdik ki, 1000 manat nağd versə, qalan borcu silinir, bəzən deyirdik ki, 800 manat versin, borcunu silək. Müştəri də razılaşıb pulu verirdi. Bütün işçilər pulları Mübarizə verirdilər. Hesablamama görə Mübarizə təxminən 300 000 – 400 000 manatdan artıq pul təhvil verilib. Mübariz, demək olar ki, hər gün bahalı restoranlarda qızlarla vaxt keçirir, əyləncələrə pul xərcləyirdi. Əvvəldən bilirdim ki, o bu cür pul xərcləməklə biznesi batıracaq. Mənim də 2000 manat əməkhaqqımı verməyib. Mübariz filtr işində yaxşı qazanc əldə edib, bu işdə ziyan etməyib. Sadəcə olaraq qazancı şəxsi ehtiyaclarına, dostlarına və yaxın münasibətdə olduğu qızlara xərcləyib”.

    Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxsin müğənni Vüsal Əliyevlə dostluq münasibəti olub və Vüsal onun şirkətində çalışıb. Həmçinin Mübarizin maddi vəziyyəti pisləşəndə pul sahiblərinə müğənninin evini sataraq ona verəcəyini və borcunun bir hissəsini ödəyəcəyini deyib. Vüsal Əliyev ibtidai istintaqa ifadəsində Mübarizin ondan dəfələrlə pul istədiyini, lakin vermədiyini deyib:

    “Mübarizi 5-6 ilə yaxındır ki, tanıyıram. Bakı şəhərində ayrı-ayrı yerlərdə restoranlar işlətmişəm, hazırda da Sabunçu rayonu Bakıxanov qəsəbəsində restoran işlədirəm. Mübarizi də restorana gəlib-getdiyi üçün tanımışam. Mütəmadi olaraq mənə deyirdi ki, filtr satışı işində yaxşı qazanc var, tanış biznesmen tapım ki, onun işinə pul buraxsın, özü sərbəst şirkət yaratmaq istəyir. 2019-cu ilin yay aylarında Nizami rayonunda yerləşən “Xəzri” restoranında Mübariz Rauf adlı şəxsi mənimlə tanış etdi, Rauf avtomobil ticarəti ilə məşğul olurdu. Mübariz bildirdi ki, Rauf su filtri işinə pul buraxacaq. Mübariz ofis icarəyə götürmüşdü. Ofisdə Asimlə tanış oldum. Mübariz bildirdi ki, bu işdə Asim və Raufla şərikdir. Nə qədər pul qoyduqlarını isə bilmirəm. Mübariz məni də menecer kimi işə götürmüşdü. Onun icarəyə götürdüyü bütün ofislərdə mənim otağım olub. Mənim işim filtrlərin reklamı və satışı ilə bağlı əlaqələndirmək idi. Hətta bir neçə dəfə telekanallarda xahişimlə Mübarizin təsis etdiyi şirkət reklam olunub”.

    Fotoda Vüsal Əliyev


    Müğənni ifadəsinin davamında bildirib ki, Mübariz restoranlara və eyş-işrətə çoxlu pul xərcləyib:

    “İşçilər bir neçə ay işlədi. Mübariz ilk əvvəl işçilərin əməkhaqqını verdi, hətta işçilərə Bakı şəhərində “Rivera” və “Teleqüllə” restoranında qonaqlıq verdi. Qonaqlıqda ən azı 50 nəfər iştirak edirdi, ən azından 3000-4000 manat hesab verirdi. Bir dəfə də işçiləri Qəbələyə apardı, orada 5 min pul xərclədi. Lakin ofislərin icarə haqqını vermədiyi üçün bir neçə dəfə ofisi dəyişməli olduq. Bir neçə ofisin icarə haqqını vermədi. Hər gün işçilər filtrlərin pulunu toplayıb Mübarizə verirdilər. O isə pulları restoranlara və yüngül həyat tərzi keçirən qadınlara xərcləyirdi, demək olar ki, hər gün restoranlarda olurdu. Dəfələrlə Mübarizə dedim ki, pulları boş-boş şeylərə xərcləməsin, Rauf və Asim bundan xəbər tutsa, onun üçün yaxşı olmayacaq. Mübariz isə deyirdi ki, onlara nə dəxli var ki, əziyyət çəkir, qazanır, xərcləyir.

    Mübariz özünü iş adamı kimi müğənnilərə təqdim etdiyi üçün onlara restoranda pul xərcləyirdi. Pandemiya dövründə də gizli işləyən restoranlara gedirdi. Məndən son vaxtlar mütəmadi olaraq borc istəyirdi, aldığı pulları isə geri qaytarmayıb. Nərimanovdakı yeni tikilidəki mənzilimi 2022-ci ilin yanvar və aprel aylarında girov qoyub restoran işlətmək üçün kreditə 60 000 manat pul götürmüşdüm. Mübariz mənə yalvarırdı ki, kreditə artıq pul götürüb ona 20 000 manat verim. Lakin ona pul verməmişəm və Mübarizdən şikayətçi deyiləm”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şirkət rəhbərinə 8 il həbs cəzası verilib.

  • Азербайджанский борец восстанавливается после травмы, полученной перед Олимпиадой

    Азербайджанский борец греко-римского стиля Санан Сулейманов (77 кг) восстанавливается после полученной травмы.

    Об этом Report сообщил руководитель пресс-службы Федерации борьбы Азербайджана Сархан Мусаев.

    По его словам, для полного восстановления спортсмену потребуется время: “Необходимости в проведении операции нет, процесс восстановления будет проходить в течение определенного промежутка времени. Не думаю, что в этом году Сулейманов сможет принять участие в каких-либо соревнованиях”.

    Напомним, что Санан Сулейманов проиграл в полуфинале и поединке за бронзовую медаль на летних Олимпийских играх в Париже. Борец получил травму ноги на учебно-тренировочных сборах еще до начала Олимпийских игр.

  • Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnən Sənan Süleymanovun son durumu bilinib

    Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında zədəyə görə tam gücü ilə mübarizə apara bilməyən Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) son durumu bəlli olub.

    “Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Sərxan Musayev açıqlama verib.

    “Əzələ siniri ölüb. Ağrıların tam keçməsi üçün zamana ehtiyac var. Səhv etmirəmsə, əməliyyat etdirmək fikri də yoxdur. Sadəcə, müəyyən zaman çərçivəsində bərpa prosesi gözlənilir. Hələlik dincəlir. İnanmıram ki, bu il hansısa yarışa qatılsın”, – deyə federasiya rəsmisi bildirib.

    Qeyd edək ki, Sənan Süleymanov Paris-2024-də yarımfinalda və bürünc medal uğrunda görüşdə məğlub olub. Güləşçi olimpiadadan öncə təlim-məşq toplanışında ayağından zədə almışdı.

  • Погода на завтра: прогноз погоды в Баку, Азербайджане на 16 августа

    16 августа в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, в некоторых частях полуострова возможен кратковременный дождь с грозами, во второй половине дня северо-восточный ветер сменится умеренным северо-западным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в столице и на Абшероне ночью составит 20-24, днем – 25-29 градусов тепла.

    Атмосферное давление – 759 мм ртутного столба. Относительная влажность составит 65-75%.

    В районах Азербайджана ожидаются кратковременные дожди, грозы, град, ночью и утром на отдельных территория туман, подует умеренный восточный ветер.

    Температура воздуха ночью составит 20-24, днем – 25-29, в горах ночью – 10-15, днем – 15-19 градусов выше нуля.