Month: August 2024

  • Hüseyn 300 milyondan çox olan borcunu ödədi – FOTO

    Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov vergi borcunun hamısını ödəyib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə bloger sosial şəbəkədə məlumat paylaşıb.

    O, Rusiya vergi orqanlarına 300 milyon rubldan çox (təxminən 5 milyon 670 min manatdan çox) ödəyib.

    Qeyd edək ki, blogerin borcuna görə vergi orqanları onun Moskvadakı bahalı mənzilini və avtomobillərini əlindən almağa çalışırdı.

  • Gecə 4-də öldürülən 26 yaşlı Hüseyn 2 uşaq atası imiş – FOTO

    Xəbər verdiyimiz kimi, bu gün saat 4 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayev öldürülüb. Onun ölümünə görə şübhəli bilinən 2007-ci il təvəllüdlü Səid Bayramlı saxlanılıb.

    Median.Az-ın Modern.az-a istinadən məlumatına görə, Göyçay rayonunun mərkəzində, “Dörd yol” deyilən ərazidə qeydə alınan hadisə söyüş üstündə baş verib.

    Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib.

    Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn valideynlərinin hər ikisini illər əvvəl itirib.

    O, bir neçə gün əvvəl Bakıdan əmisigilin yaşadığı Çayarxı kəndinə gəlib. Hüseyni öldürməkdə şübhəli bilinən Səid Bayramlı əslən Kəlbəcər rayonundandır.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Gecə 4-də öldürülən 26 yaşlı Hüseyn 2 uşaq atası imiş – FOTO

    Xəbər verdiyimiz kimi, bu gün saat 4 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayev öldürülüb. Onun ölümünə görə şübhəli bilinən 2007-ci il təvəllüdlü Səid Bayramlı saxlanılıb.

    Median.Az-ın Modern.az-a istinadən məlumatına görə, Göyçay rayonunun mərkəzində, “Dörd yol” deyilən ərazidə qeydə alınan hadisə söyüş üstündə baş verib.

    Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib.

    Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn valideynlərinin hər ikisini illər əvvəl itirib.

    O, bir neçə gün əvvəl Bakıdan əmisigilin yaşadığı Çayarxı kəndinə gəlib. Hüseyni öldürməkdə şübhəli bilinən Səid Bayramlı əslən Kəlbəcər rayonundandır.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Azərbaycanda orqan transplantasiyası: 1000-ə yaxın insan… – VİDEO

    Azərbaycanda minə yaxın insan donor orqanı gözləyir.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, hər il dünyada minlərlə insan orqan transplantasiyası sayəsində xilas olur. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir?

    Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Azər Dəmirovun sözlərinə görə, Azərbaycanda meyit donorlarından istifadə üçün müəyyən tələblər mövcuddur.

    Dünya təcrübəsində donor bankları əsasən vəfat edən insanların orqanları hesabına formalaşır. Azərbaycanda isə meyit donorundan istifadə etmək istənilsə də, qohumların razılığı olmadığı üçün bu çox vaxt mümkün olmur.

    Qeyd edək ki, 2023-cü ildə ölkəmizdə 269 orqan transplantasiyası əməliyyatı icra edilib.

    Ətraflı süjetdə:

  • “Sumqayıt” heyətinə braziliyalı futbolçu cəlb edib

    “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

    “Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Alan Diasla 1+2 illik müqavilə imzalanıb.

    25 yaşlı braziliyalı müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, Sumqayıtın eyniadlı təmsilçisi bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.

  • COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb

    Bakıda keçiriləcək COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) konfransı üçün COP29 Radiospektrin idarə edilməsi portalı fəaliyyətə başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesablarında məlumat verilib.

    “Dünyanın hər yerindən akkreditə olunmuş iştirakçılar indi bu portal vasitəsilə öz radioelektron avadanlıqlarını qeydiyyatdan keçirə və müvəqqəti radiospektrin ayrılması üçün müraciətlərini təqdim edə bilərlər”, – paylaşımda vurğulanıb.

    Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.

  • Dünyanı gözləyən ciddi təhlükə: Ölüm sayı kəskin arta bilər

    Temperatur artımı ilə bağlı əlavə tədbirlər görülməsə, əsrin sonuna qədər əlavə 55 min ölümün baş verə biləcəyinə dair xəbərdarlıq edilib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC) hesabat dərc edib.

    Hesabata görə, istilik səbəbi ilə baş verən ölüm hadisələrində 13,5 faiz artım qeydə alınıb:

    “3 dərəcə istiləşmə ssenarisində ən böyük yükü Cənubi Avropa regionlarının daşıyacağı gözlənilir. Yunanıstanda istidən ölümlər ildə 1730-dan 4 min 767-yə, Fransada 3 min 61-dən 13 min 564-ə, İtaliyada isə 10 min 433-dən 28 min 285-ə yüksələcək”.

    Tədqiqata əsasən, hazırda həddindən artıq isti və ya soyuqla bağlı ölümlərin ümumi sayı Avropada ildə 407 min təşkil edir. Hər il təxminən 363 min 500 nəfər soyuqdan, 43 min 700 nəfər isə həddindən artıq istilərdən ölür.

    JRC 2050-ci ilə qədər xüsusilə Avropanın cənubunda təhlükəli şərtlərin yarana biləcəyini, Avropanın şimalında yayların isti keçəcəyini, lakin ölüm riskinin aşağı olacağını bildirib.

  • Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

    Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb.

    APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Tu-22M3 bombardmançı təyyarəsi İrkutsk vilayətində qəzaya uğrayıb.

    Ekipajın katapult etdiyi qeyd olunub.

  • Konfrans Liqası: “Zirə” və “Osiyek”in start heyətləri müəyyənləşib

    UEFA Konfrans Liqasının III təsnifar mərhələsinin cavab oyununda üz-üzə gələcək “Zirə” və “Osiyek”in (Xorvatiya) start heyətləri bəlli olub.

    “Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

    “Zirə”: Tiaqo Silva, Qismət Alıyev, Ange Muntinsi, Ruan Renato, İssa Cibrilla, Pyer Zebli, İsmayıl İbrahimli, Junior Martines, Rafael Utzoq, Davit Volkov, Eldar Quliyev.

    “Osiyek”: Nikola Kavlina, Roko Yurisiç, Marko Soldo, Luka Yeleniç, Nail Omeroviç, Vedran Yuqoviç, Darko Neyasmiç, Petar Pusiç, Domaqoy Bukviç, Kemal Ademi, Anton Matkoviç.

    Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.

  • Yol-nəqliyyat hadisələrində zərərçəkmişlərin xilas edilməsi mövzusunda təlim keçirilib

    Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib.

    APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

    Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobildən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

    Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.