Month: August 2024

  • У школьника перекосило лицо и парализовало полтела после двух банок энергетика

    На Урале (Россия) врачи Режевской центральной районной больницы спасли 12-летнего мальчика в прединсультном состоянии после двух банок энергетического напитка.

    Об этом передает Median.Az со ссылкой на РИА Новости.

    “Несколько ночей мальчик не мог уснуть, затем у него началась сильная головная боль, перекосило лицо, онемела половина туловища. Врачи диагностировали прединсультное состояние”, – рассказали в пресс-службе Минздрава Свердловской области РФ.

    Медики отметили, что мальчику удалось вовремя помочь благодаря бдительности родителей. Школьник уже вернулся домой и пообещал семье больше не пить энергетики. Врачи пояснили, что нервная система детей еще не достаточно окрепла для употребления подобных напитков, так что эффект от них может быть непредсказуемым.

  • Enerji içkisinin fəsadları: Rusiyada məktəblinin üzü əyildi və bədəninin yarısı iflic oldu

    Uralda (Rusiya) həkimlər iki banka enerji içkisi içdikdən sonra insultqabağı vəziyyətdə olan 12 yaşlı uşağı xilas ediblər.

    Bu barədə “RIA Novosti” məlumat yayıb.

    Qeyd olunub ki, uşaq bir neçə gecə yata bilməyib, sonra onda şiddətli başağrısı başlayıb, sifəti əyilib, bədəninin yarısı keyiyib. Ona insultqabağı vəziyyət diaqnozu qoyulub.

    Həkimlər qeyd ediblər ki, valideynlərinin ayıq-sayıqlığı sayəsində uşağa vaxtında köməklik göstərmək mümkün olub. Şagird artıq evə qayıdıb və ailəsinə bir daha enerji içkiləri içməyəcəyinə söz verib. Həkimlər bildiriblər ki, uşaqların sinir sistemi hələ belə içkiləri içmək üçün kifayət qədər güclü deyil, ona görə də onların təsiri gözlənilməz ola bilər.

  • Sabirabadda kimsəsiz şəxs özünü yandırmaq istədi: CƏRİMƏLƏNDİ

    Sabirabad rayonunda kimsəsi olmadığı üçün özünü yandırmaq istəyən şəxs cərimələnib.

    “Qaynarinfo”nun məlumatına görə, hadisəyə görə 1971-ci ildə Saatlı rayonunun Afanyeri kəndində anadan olmuş II qrup əlil O.C. saxlanılaraq barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Özünə xəsarət yetirmək istəyən şəxs məhkəmədə kimsəsiz olduğunu və bu halın onu bezdirdiyini, ağrıları çox olduğu üçün hadisəni törətmək istədiyini bildirib:

    “Kimsəm olmadığına görə bir şüşə benzini götürüb, özümü yandırıb, öldürmək istədim. Fikirləşdim ki, öləndən sonra heç olmasa polislər mənim dəfnimi təşkil edərlər. Əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm”.

    Məhkəmənin qərarı ilə O.C. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 50 manat miqdarında cərimə tətbiq edilib.

  • В Азербайджане около тысячи человек с надеждой ждут трансплантации органов – ВИДЕО

    В Азербайджане около 1 000 человек ждут донорских органов.

    Как сообщает xezerxeber.az, ежегодно в мире тысячи людей получают шанс на новую жизнь благодаря трансплантации органов. А какова ситуация в этой области в нашей стране?

    По словам заместителя председателя правления Координационного центра донорства и трансплантации органов Азера Демирова, в Азербайджане существуют определенные требования для использования органов скончавшихся людей.

    В мировой практике банки органов в основном формируются за счет посмертного донорства. В Азербайджане же это часто невозможно из-за несогласия родственников умерших.

    Отметим, что в 2023 году в нашей стране было проведено 269 соответствующих операций.

    Подробнее – в сюжете:

  • Azərbaycanda orqan transplantasiyası: Minə yaxın insan ümidlə gözləyir – VİDEO

    Azərbaycanda minə yaxın insan donor orqanı gözləyir.

    Xezerxeber.az-ın məlumatına görə, hər il dünyada minlərlə insan orqan transplantasiyası sayəsində xilas olur. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir?

    Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Azər Dəmirovun sözlərinə görə, Azərbaycanda meyit donorlarından istifadə üçün müəyyən tələblər mövcuddur.

    Dünya təcrübəsində donor bankları əsasən vəfat edən insanların orqanları hesabına formalaşır. Azərbaycanda isə meyit donorundan istifadə etmək istənilsə də, qohumların razılığı olmadığı üçün bu çox vaxt mümkün olmur.

    Qeyd edək ki, 2023-cü ildə ölkəmizdə 269 orqan transplantasiyası əməliyyatı icra edilib.

    Ətraflı süjetdə:

  • Ремонт водопровода Огуз – Габала завершен: Баку ждет возобновления водоснабжения

    Ремонтные работы на водопроводе Огуз – Габала завершены сегодня в 06:00.

    Как передает Report, об этом сообщил глава пресс-службы Объединенной службы водоснабжения крупных городов при Госагентстве водных ресурсов Джейхун Мусаоглу.

    “В настоящее время начаты работы по заполнению водопровода и запуску скважин. Вскоре будет предоставлена более подробная информация”, – сказал он.

    Отметим, что в связи с ремонтно-восстановительными работами на водопроводе Огуз – Габала возникли проблемы с подачей воды в ряд районов Баку.

  • Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri tamamlanıb

    “Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhər saat 6-da tamamlanıb”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

    “Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumatı bir müddət sonra yayacağıq”, – deyə o qeyd edib.

  • Ильхам Алиев направил поздравительное письмо президенту Конго

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Конго Дени Сассу-Нгессо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    По случаю национального праздника – Дня независимости Республики Конго от своего имени и от имени народа Азербайджана сердечно поздравляю Вас и в Вашем лице Ваш народ, передаю наилучшие пожелания.

    Сегодня динамика развития азербайджано-конголезских отношений вызывает удовлетворение. Ваш визит в Азербайджан в апреле придал новый импульс отношениям дружбы и сотрудничества между нашими странами. В то же время недавний визит назначенного президента COP29 в Конго является наглядным примером партнерства наших стран в сфере борьбы с изменением климата.

    Верю, что мы и впредь будем прилагать совместные усилия на пути развития отношений между Азербайджаном и Конго в русле дружбы в интересах наших народов, продолжения нашего плодотворного сотрудничества в многосторонних форматах, в том числе в рамках COP29, которая будет организована в Баку.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в делах, народу Конго – постоянного благополучия и процветания”.

  • Prezident İlham Əliyev konqolu həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu Nqessoya təbrik məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Prezident, Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkan vermişdir. Eyni zamanda bu yaxınlarda COP29-un müəyyən edilmiş Prezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizə sahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.

    İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Çayxanada domino oyununa qoşulmaq istəyən şəxs uşaqlıq dostunu BIÇAQLADI

    Saatlı rayonunda 1986-cı il təvəllüdlü Baloğlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi və uşaqlıqdan dostu olan Rəvanı bıçaqlayıb.

    Demokrat.az-ın məlumatına görə, hadisə 2023-cü il aprelin 18-də Saatlı rayonu, Əlisoltanlı kəndində baş verib.

    Baloğlan həmin gün saat 20:00 radələrində çayxanada orta dərəcədə sərxoş vəziyyətdə olub və Rəvanın oynadığı domino oyununa qoşulmaq istədikdə, Rəvanın buna etiraz etməsi və nalayiq ifadələr işlətməsi nəticəsində aralarında mübahisə yaranıb. Rəvan “durub səni vuracam” deyərək ayağa qalxıb, onu vurmağa cəhd edib.

    Mübahisəyə görə qisas almaq niyyəti ilə Baloğlan çayxanadan çıxdıqdan sonra 15 metr aralıda yaşadığı ev istiqamətində gedən Rəvana yaxınlaşıb və çayxanadan götürdüyü bıçaqla ona 6 dəfə zərbə endirib.

    Hadisəni törədən Baloğlan Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Baloğlan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O bildirib ki, zərərçəkmiş Rəvan ilə əvvəldən şəxsi münasibətləri yaxşı olub və dostluq ediblər:

    “Rəvanı öldürmək məqsədim, eləcə də ona bir neçə bıçaq vurmaq məqsədim olmayıb. Hadisə 18 aprel 2023-cü il tarixdə axşam saatlarında kənd ərazisində baş verib. Rəvanı bıçaqlamağımın səbəbi onun məni söyməsi və təhqir etməsidir”.

    Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olduğunu bildirib:

    “Rəvanı yaşadığımız kəndin ərazisində körpü tərəfdə vurmuşam. Hadisə təxminən saat 23:00 radələrində olub. O vaxt Rəvan tək olub və ətrafda heç kim olmayıb. Rəvanı qoltuq nahiyəsindən vurmuşam. Arxadan yaxınlaşıb çağırdım, Rəvan mənə tərəf dönəndə onu vurmuşam. Bir bıçaq vurmuşam, sonra isə Rəvanın məni vurmaq istəyəcəyini düşündüyüm üçün özümü müdafiə etmək məqsədilə onu yenidən vurmuşam. Hadisə zamanı Rəvanın əlində heç bir alət olmayıb. Rəvan məni söyərək təhqir edib. Hazırda Rəvanla münasibətimiz əvvəlki kimi yaxşıdır, barışmışam və ona maddi köməklik etmişəm”.

    Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olduğunu, onların maddi, mənəvi və psixoloji vəziyyətini, zərərçəkmiş şəxs ilə barışmasını, maddi yardım göstərməsini, əməlindən peşman olduğunu, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bildiyini və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəvan hadisənin 18 aprel 2023-cü ildə, axşam saat 22:00 radələrində baş verdiyini bildirib:

    “Səhər çayxanaya girəndə Baloğlan məni domino oynamağa çağırdı. Baloğlanla həmişə zarafat edirdik, amma həmin vaxt fikirli idim. Baloğlan mənimlə zarafat etmək istəyib, mən isə onun zarafatını dayandırmasını bildirdim. Baloğlan gödəkcəmdən dartaraq “gəl domino oynayaq” dedi. Mən də ona zarafat etməməyi, domino oynamamağı bildirdim və çay içmək üçün yan tərəfdəki stolda oturdum. Sonra çayxanadan çıxdım, Baloğlan da eyni vaxtda çıxdı”.

    Zərərçəkmiş qeyd edib ki, həmin gün axşam çayxanaya qayıdıb:

    “Məndən sonra Baloğlan da çayxanaya gəldi, amma sərxoş vəziyyətdə idi. Təxminən saat 21:00 radələrində Baloğlanla mübahisə etdik. O, domino oynayarkən əlimdəki daşları qabaqcadan bildirdi. Mən ona oturmasını, belə hərəkət etməməsini söylədim. Domino oyunu dağıldı və mübahisə oldu. Mübahisə zamanı Baloğlanı mən söymədim. Mübahisə edərkən ona “dursam səni vuraram” demişəm. Baloğlan əvvəllər Bakı şəhərində şadlıq sarayında işləyib, onu mən aparmışam. Mən vurmaq üçün durmaq istəmişəm, amma məni qoymayıblar, sonra oturmuşam. Domino dağıldıqdan sonra çayxana bağlandı, hamı getdi. Mən körpüdə qalaraq siqaret çəkirdim. Yerimdən tərpənmək istəyərkən Baloğlanın gəldiyini gördüm. Onun yanına yaxınlaşdım, o isə mənə bıçaqla vurdu. Baloğlan məni tez-tez vurdu, sonra isə məni itələyərək suya atdı. O, sudan çıxanda məni öldürə bilərdi, amma heç nə etmədi və getdi. Mən yeriyərək evimə getdim. Baloğlan mənə yaxınlaşan zaman qaranlıq olduğundan əlində bıçaq görməmişdim”.

    Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Baloğlan 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edib.

    Şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib.