Month: August 2024

  • Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə ölüb – FOTO

    Goranboyun 31 yaşlı sakini Rusiyada ağır yol qəzasında ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Moskva-Samara magistral yolunda qeydə alınıb.

    Goranboy rayonunun Todan kənd sakini 1993-cü il təvəllüdlü Səhman Əmrahovun idarəetdiyi “Qazel” markalı yük maşını magistralda xarab olub.

    Məlumata görə, sürücü dostunu köməyə çağırıb. Dost gələndən sonra Səhman Əmrahov özünə məxsus yük maşınını tanışının maşının qoşqu yerinə bağlayan zaman sürətlə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobus xarab olan “Qazel”ə arxadan çırpılıb.

    Nəticədə 31 yaşlı Səhman Əmrahov iki avtomobilin arasında qalıb. O ağır vəziyyətdə xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək kiŞ faciəvi şəkildə ölən Səhman Əmrahov ötən gün doğulduğu Todan kəndində dəfn edilib.

    Baş vermiş hadisə ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Nişanlı qızın faciəsi atasının da sonunu gətirdi – YENİLƏNİB

    Cəlilabadın Moranlı kəndində ailə faciəsi baş verib.

    Ata və qızı 15 metrlik su quyusuna düşərək boğulublar.

    Belə ki, 43 yaşlı Həsənağa Məmmədov qızı, 20 yaşlı Nəsibə Məmmədovanı xilas etmək istəyərkən özü də quyuya düşüb.

    “Həsənağanın qohumu bizim yanımızda idi. Zəng gəldi, çıxıb getdi. Ondan sonra bizə xəbər gəldi ki, Nəsibə quyuya düşüb”, – deyə mərhumun qohumu bildirib.

  • Emin Ağalarov bu evdə böyüyüb – VİDEO

    Xalq artisti və iş adamı Emin Ağalarov Nardaran kəndində böyüdüyü evini göstərib.

    Median.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi instaqramda məlumat verib.

    “”Sea Breeze”in tarixi bu evdən başlayır. 1983-cü ildə valideyinlərim burada birinci evlərini tikmişdi. Sovet vaxtında ikimərtəbəli evlərin tikilməsinə icazə verilmirdi, yalnız mədəniyyət nümayəndələri, məşhurlar tikə bilərdi. O zamanlar isə atam gənc idi. Gördüyünüz bu ilk və birinci evi atam Latviyadan buraya daşıtdıraraq gətirib. Buradakı qayanı qazıb ki, evin birinci mərtəbəsi zirzəmi olsun. 1990-ci ildə isə evin həyətyanı ərazisində hovuz tikib. Bu bəlkə də regionda ilk hovuz idi. Burada mənim uşaqlığım keçib. Bu otaqda isə hər zaman nənəm otururdu. O, oradan kimin girib-çıxdığına davamlı nəzarət edirdi. Evin terasında isə uzun masa vardı. Bütün ailəmiz onun ətrafında toplaşırdı”, – deyə, Emin yayımladığı videoda vurğulayıb.

    Sözügedən paylaşıma isə Ağalarov “Mən sizə uşaqlıq evimi “Sea Breeze” hekayəsinin başladığı yeri göstərirəm. Mənim üçün bu, sadəcə bir xatirə deyil, əziz olan duyğularla, anlarla dolu bütöv bir dünyadır. Ruhumun bir parçasını sizinlə bölüşürəm” şərhini yazıb.

  • Dünyada elektrik avtomobillərin satışı kəskin artdı

    İyul ayında Çində güclü artımın təsiri ilə tam elektrik və plug-in hibrid avtomobillərin qlobal satışları illik müqayisədə 21% artıb.

    Lent.az “Reuters“a istinadən xəbər verir ki, keçən ay 1,35 milyon elektrik avtomobili satılıb . Bu məbləğin 880 mini Çində satılıb ki, burada bu rəqəm ötən illə müqayisədə 31% artıb.

    Çində 2024-cü ilin ilk yeddi ayında hibrid avtomobillərin (PHEV) satışı keçən illə müqayisədə 70% artıb.

    Avropada elektrikli avtomobillərin aylıq satışları azalıb, ABŞ və Kanadada isə keçən ay elektrikli avtomobil satışları 7,1% artıb.

  • Kotletlərdə yumurtaları nə ilə əvəz etmək olar?

    Bir çox insanlar uzun müddət yumurta istifadə etmədən kotletlər hazırlayırlar. Çünki kotletdə yumurta sevmirlər. Bu zaman yemək yumşaq və şirəli çıxır. Aşpazlar bildirir ki, yumurta kotletləri sərtləşdirir.

    Kotletlərdə yumurtanı bir neçə məhsulla əvəz etmək olar. Həmin məhsulları təqdim edirik:

    Çəkilmiş əti yaxşı yoğurmaq

    Kotletin ətini yaxşı yoğurmaq və soyuducuda saxlamaq ən yaxşı alternativdir. Bu zaman onlar yumşaq, şirəli və yumşaq olacaq. Həmçinin, yumurta sevməyənlər üçün bu metod çox yaxşıdır.

    Un

    Un kotletlərin bir-birinə yaxşı yapışması və dağılmaması üçün əla məhsullardan biridir. Hazırlanan kotletləri sonda una bulaşdırıb qızartdıqda onların dağılmadığını görəcəksiniz.

    Püre

    Südsüz hazırlanmış kartof püresi kotletlərin sulu olması və dağılmaması işini ən yaxşı şəkildə yerinə yetirəcək. Çünki nişasta qiymənin bir-birinə yaxşı yapışmasına şərait yaradır.

    Yulaf əzməsi

    Yulaf əzməsi istifadə edərək, formasını saxlaya bilən mükəmməl kotletlər edə bilərsiniz. Əvvəlcə bir qaşıq su və yulafı götürün və qarışdırın. Onun şişməsinə icazə verin. Sonra qarışığı çəkilmiş ətə əlavə edin.
    //lent.az

  • Biləsuvar sakini laqonda ilə BARMAQLARINI DOĞRADI

    Biləsuvar sakini laqonda ilə barmaqlarını doğrayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1964-cü il təvəllüdlü Əlisahib Əliyev iş zamanı laqonda ilə sağ əlinin barmaqlarını doğrayıb.

    Xəsarət alan şəxs, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Ə. Əliyevin sağ əlinin 4 barmağı travmatik amputasiya olunub.

  • Kimsəsi olmadığı üçün özünü öldürmək istədi, cərimə olundu

    Sabirabad rayonunda kimsəsi olmadığı üçün özünü yandırmaq istəyən şəxs cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1971-ci ildə Saatlı rayonunun Afanyeri kəndində anadan olmuş, II qrup əlil O.C. saxlanılaraq, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Özünə xəsarət yetirmək istəyən şəxs məhkəmədə kimsəsiz olduğunu və bu halın onu bezdirdiyini, ağrıları çox olduğu üçün hadisəni törətmək istədiyini deyib:

    “Kimsəm olmadığına görə bir şüşə benzini götürüb, özümü yandırıb, öldürmək istədim. Fikirləşdirdim ki, öləndən sonra heç olmasa polislər mənim dəfnimi təşkil edər. Əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törədirəm”.

    Məhkəmənin qərarı ilə O.C. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və barəsində 50 manat miqdarında cərimə tədbiri tətbiq edilib.

  • Bakıda məşhur restoran sahibi cərimə edilir

    Bakıda məşhur “Mushlya Baku” restoranın sahibi Xudiyev Etibar Turman oğlu külli miqdarda cərimələnə bilər.

    Qaynarinfo-nun məlumatına görə, sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

    İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

    Etibar Xudiyev barəsində protokolu Naxçivan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yaninda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.

    İşə Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq.

  • Baş prokuror erməni əsirliyində olan müharibə veteranı qəbul etdi

    Baş prokuror Kamran Əliyev Yasamal rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Yasamal rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

    Qaynarinfo.az xəbər verir ki, qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

    Baş prokuror Kamran Əliyevin qəbulunda 1-ci Qarabağ müharibəsi dövründə erməni əsirliyində olmuş müharibə veteranı, 2-ci dərəcəli əlil Şirin Tarış oğlu Abbasov da olub.

    Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Şirin Abbasov baş prokurora onu təmkinlə dinlədiyi üçün təşəkkürünü bildirib.

    Qeyd edib ki, oğlu Lətif Abbasov tərəfindən yol nəqliyyat hadisəsi törədib. Oğlu barəsində cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. Həmin vaxt vəkillə müqavilə bağlayıb. Vəkil müqavilə bağlamazdan öncə dəfələrlə həmin maddə ilə təqsirləndirilən şəxslərin işini “həll etdiyini”, hakimlər tərəfindən tanınan və “hörmət ediliən” bir şəxs olmasını bildirərək Zərdabi Abbasovun vasitəsilə ondan 53 min 500 manat pul alıb. Daha sonra oğlundan məhkəmədə məsələsinin həlli üçün 30 min manat əlavə pul da alıb. Lakin Bakı Apelyasiya Məhkəməsində oğluna 5 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilib, Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.

    Şikayətçi bildirib ki, oğlunun azadlığı üçün ondan alınan pulu Prezident İlham Əliyev tərəfindən müharibədə iştirak etdiyi üçün ona hədiyyə olaraq bağışlanmış evin satılmasından əldə edib.

    Şirin Abbasovun sözlərinə görə baş prokuror onu dinlədikdən sonra işi xüsusi nəzarətinə götürdüyünü bildirib. Ümid edir ki, tez bir zamanda ondan aldadılma yolu ilə alınan pul geri qaytarılacaq, aldadılmasında iştirak edən hər kəs cəzalandırılacaq.

  • Azərbaycan əhalisinin sayı açıqlandı

    İlin əvvəlindən ölkə əhalisinin sayı 19 min 243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10 milyon 200 min 13 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8 faizi kişi, 50,2 faizi isə qadınlardır.