Month: August 2024

  • Məktəblilərin qida çantasında nələr olmalıdır?

    Məktəb dövrü sağlam qidalanmanın həyati əhəmiyyət kəsb etdiyi bir dövrü əhatə edir. Sağlam qidalanma bu dövrdə uşaqların fiziki, emosional və sosial inkişafını və məktəb uğurlarının əsasını təşkil edir.

    Məktəblərin açılmasına sayılı günlər qalmış azxeber.com-a valideynlərə uşaqlar üçün sağlam qida çantası hazırlamağın asan və faydalı yollarını araşdırıb.

    Sağlam qidalanmanın ilk addımı balanslı səhər yeməyidir. Evdən çıxmazdan əvvəl səhər yeməyi yemək uşağınızın diqqətini artırır, daha enerjili hiss edir və anlamaqda çətinlik çəkməsinin qarşısını alır.

    Süd və süd məhsulları, evdə hazırlanmış təzə meyvə şirələri, bəkməz, yumurta, bal, yaşıl və qırmızı tərəvəzlərlə hazırlanan omlet kimi qidalar mütləq səhər yeməyinə daxil edilməlidir.

    Nahar yeməyini məktəbdə yeyən şagirdin qida rasionunda nələr olmalıdır?

    İlk növbədə daşınması asan, qoxusu olmayan, xarab olmayacaq qədər davamlı qidalar seçməlisiniz. (Məsələn, kartof salatı, kolbasa, yumurta kimi bəzi qidalar otaq temperaturunda xarab ola bilər). Süd və süd məhsullarını mütləq siyahıya daxil etməlisiniz.

    Uşağınızın nə qədər yeyə biləcəyini bilməli və buna uyğun olaraq miqdarı təyin etməlisiniz.

    Övladınız qaynadılmış yumurtadan narahatdırsa, onu bir neçə dilim pendir və ya qoz, fındıq, kişmiş, ərik qurusu, əncir kimi qidalarla əvəz edə bilərsiniz.

    Uşağınız məktəb yeməkxanasından yemək almaq istəyərsə, həftənin bir gününü yeməkxana günü edə bilərsiniz.

    Təzə meyvə və tərəvəzləri yaxşıca yuyub, mümkünsə qabıqlarını soymalısınız. Unutmayın ki, doğradığınız meyvələrin vitamin və mineral dəyərləri azalacaq.

    Uşağınızın içki seçimində qazlı içkilərdən qaçın. Bunun əvəzinə ayran, kefir və ya təzə meyvə şirələri kimi alternativlər təklif edin. Kefir uşaqlar üçün həm probiyotik baxımından, həm də kalsium ehtiyaclarını ödəmək baxımından vacibdir.

    Məktəb menyusunda şirniyyat və un məmulatları, qablaşdırılmış məhsullar, fast fud yeməkləri və hazır meyvə şirələrindən qaçınmaq lazımdır.

  • Yataqxana tipli binalardan ev alanlara xəbərdarlıq – VİDEO

    Elan saytlarında yataqxana tipli binalarda satışa çıxarılan mənzillərin sayı olduqca çoxdur.

    Bətta məlumatlarda bəzilərinin çıxarışı olduğu da iddia edilir.

    Bəs bu nə dərəcədə doğrudur?, əmlak alarkən bu məsələdə nəyə diqqət etmək lazımdır?

    Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, belə mənzillərin satışı daha çox məcburi köçkünlərin yerləşdiyi yataqxanalarda baş verir. Bu mənzillərin alışı zamanı isə sənədlərə baxmaq lazımdır. Əgər həmin bina aid olduğu müəssisənin balansından çıxmayıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılmır.

    Əgər həmin mənzilin yerləşdiyi yataqxana faktiki olaraq hansısa qurumun balansındadırsa onu almaqdan imtina etsinlər.

    Qeyd edək ki, hansısa qurumun, zavod və ya fabrikin balasında olan, eləcə də tələbə yataqxanalarındakı evləri satışa çıxarmaq qanuna ziddir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Sudanda daşqınlarda ölənlərin sayı 173-ə çatdı

    İyun ayından bəri ölkənin 11 əyalətində yağan güclü yağışlar nəticəsində yaranan daşqınlar nəticəsində ölənlərin sayının 173-ə yüksəldiyini bildirib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

    Nazirlikdən verilən açıqlamaya görə, ölkədə həddindən artıq yağışlar və ardınca gələn daşqınlar 170 mindən çox insana təsir edib.

    Daşqınlar nəticəsində ölənlərin sayı 173-ə, yaralıların sayı isə 505-ə çatıb. 18 min 665 ev tamamilə, 14 min 947 ev isə qismən dağılıb.

    Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.

    Ölkədə vəba epidemiyasından ölənlərin sayının 71-ə yüksəldiyi də bildirilib.

    Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını çətinləşdirir.
    //azxeber.com

  • “Qarabağ”ın rəqibləri bu gün müəyyənləşəcək

    Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılacaq.

    Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

    Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqiblərinin adına aydınlıq gələcək. Ağdam klubu 3-cü səbətdə yer alacaq.
    “Köhlən atlar”ın 8 rəqibi dəqiqləşəcək. “Qarabağ” bunların dördü ilə evdə, digərləri isə səfərdə oynayacaq.

    Birinci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Ayaks” (Niderland), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya).

    İkinci səbət: “Real Sosyedad” (İspaniya), AZ (Alkmaar, Niderland), “Braqa” (Portuqaliya) “Lion” (Fransa), “Fənərbağça” (Türkiyə), “Olimpiakos”, PAOK (hər ikisi Yunanıstan), “Makkabi” (Tel-Əviv, İsrail), “Ferentsvaroş” (Macarıstan).

    Üçüncü səbət: “Qarabağ” (Azərbaycan), “Qalatasaray” (Türkiyə), “Viktoriya” (Plzen, Çexiya), “Budyo Qlimt” (Norveç), “Yunion” (Belçika), “Dinamo” (Kiyev, Ukrayna), “Ludoqorets” (Bolqarıstan), “Midtyullann” (Danimarka), “Malmö” (İsveç).

    Dördüncü səbət: “Atletik” (Bilbao, İspaniya), “Hoffenhaym” (Almaniya), “Nitsa” (Fransa), “Anderlext” (Belçika), “Tvente” (Niderland), “Beşiktaş” (Türkiyə), “Styaua” (Rumıniya), RFS (Latviya), “Elfsborq” (İsveç).

  • Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı açıqlanıb

    Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.

    Bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun AZƏRTAC-da dərc edilən məqaləsində əksini tapıb.

    Qeyd edilib ki, 3 968 nəfərdən 3 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.

    Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb.

    Məqalədə qeyd edilib ki, Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

  • Xocalıda işçiləri müqaviləsiz işlədən şirkət və rəhbəri cərimələnib

    Xocalı rayonunun ərazisində fəaliyyət göstərən “Azadoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında rayon prokurorluğunda araşdırılma aparılıb.

    Bu barədə Xocalı Rayon Prokurorluğu məlumat yayıb.

    Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

    Faktla bağlı Xocalı Rayon Prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

    Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Fuad Cabbarov 4 min manat məbləğində inzibati cərimə edilib.

  • Avqustun 31-da hava durumu necə olacaq?

    Azərbaycanda avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

  • Azərbaycanda iğtişaşlar törətmək istəyən şəxs hakim qarşısına çıxarılır

    Azərbaycan vətəndaşı İmamverdi Əhmədov barəsində cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə icraata götürülüb, məhkəmənin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib.

    “Report”un əldə etdiyi məlumata görə, İmamverdi Əhmədovun Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

    Belə ki, ittihama əsasən, İmamverdi Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılıb.

  • В аэропорту за 62 кг багажа попросили 986 манатов – ОФИЦИАЛЬНЫЙ ОТВЕТ (ВИДЕО)

    В азербайджанском сегменте Сети распространилась информация о том, что в Международном аэропорту Гейдар Алиев стоимость багажа весом 62 кг составляет 986 манатов.

    На кадрах, распространенных в соцсетях, запечатлено, как недовольный гражданин утверждает, что цена явно завышена искусственно.

    В связи с этим редакция сайта направила запрос в пресс-службу Международного аэропорта Гейдар Алиев.

    В воздушной гавани сообщили, что данный пассажир совершал полет российской авиакомпанией Utair.

    “Условия провоза багажа на рейсах регулируются правилами указанной авиакомпании”, – говорится в информации.
    //oxu.az

  • Hava limanında 62 kiloqram yükə görə 986 manat istədilər – RƏSMİ AÇIQLAMA (VİDEO)

    Heydər Əliyev Beynəlxalq Hava Limanında baqaj üçün 62 kiloqramlıq yükün qiymətinin 986 manat olduğu bildirilib.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Görüntülərdən aydın olur ki, vətəndaş bu qiymətdən narazıdır və süni şəkildə şişirildiyini iddia edir.

    Məsələ ilə bağlı məlumat almaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinə sorğu ünvanladıq.

    Sorğumuza cavab olaraq bildirildi ki, videoda əks olunan sərnişinlər “Utair” aviaşirkəti ilə uçuş həyata keçiriblər:

    “Baqajın daşınması ilə bağlı şərtlər isə “Utair” aviaşirkətinin qaydalarına əsaslanır”.
    //oxu.az