Month: August 2024

  • В Азербайджане женщина пыталась пронести в тюрьму осужденному сыну психотропные вещества

    Сотрудники оперативного аппарата Пенитенциарной службы Министерства юстиции Азербайджана предотвратили попытку проноса психотропных веществ в исправительное учреждение №2.

    Об этом сообщает Median.Az со ссылкой на Пенитенциарную службу.

    При личном досмотре женщины, пришедшей на свидание со своим сыном, осужденным Орханом Азаевым, были обнаружены различные виды психотропных веществ общим весом 2.290 г.

    По данному факту ведется расследование.

    “Еще раз доводим до сведения граждан, что доставка либо передача запрещенных предметов лицам, содержащимся в исправительных учреждениях или следственных изоляторах, влечет за собой уголовную ответственность”, – отмечается в информации.

  • Ana məhkum övladı üçün həbsxanaya narkotik keçirmək istədi

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

    Bildirilib ki, məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmiş anasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qram müxtəlif növ psixotrop maddələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

    “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, – deyə məlumatda qeyd edilib.

  • Регламент комиссий Армении и Азербайджана будет опубликован в ближайшее время

    Регламент совместной деятельности комиссий по демаркации границы Армении и Азербайджана будет опубликован в ближайший понедельник.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в аппарате армянского премьера

    Затем его направят в Конституционный суд, а в случае положительного решения – на ратификацию в парламент, добавили в ведомстве.

  • Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə əsasnamə dərc olunacaq

    Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnaməsi sentyabrın 2-də dərc olunacaq.

    Bu barədə Ermənistan baş nazirinin ofisi məlumat yayıb.

    Məlumatda o da qeyd edilir ki, daha sonra əsasnamə Ermənistanın Konstitusiya Məhkəməsinə, orada müsbət qərar qəbul olunarsa, ratifikasiya olunmaq üçün parlamentə göndəriləcək.

    Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə bu gün, avqustun 30-da imzalanıb.

  • Ильхам Алиев поздравил Александра Лукашенко

    30 августа Президент Азербайджанской Республики Ильхам Алиев позвонил белорусскому коллеге Александру Лукашенко.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Глава государства поздравил Александра Лукашенко с днем рождения и пожелал ему крепкого здоровья и успехов в деятельности.

    Президент Беларуси выразил признательность за внимание и поздравление.

    В ходе телефонного разговора было выражено удовлетворение успешным развитием дружественных отношений между нашими странами в различных сферах.

    Было затронуто значение контактов на высоком уровне, вновь отмечено, что государственный визит президента Беларуси в нашу страну в этом году внес вклад в дальнейшее укрепление отношений.

    Главы государств провели обмен мнениями о перспективах сотрудничества и будущих контактах.

  • İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi

    Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

    Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

    Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

    Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.

    Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

  • Kəllə-çarxa çıxan faizlər: “Azpulmat” və “Manato” kreditləri qanunidir?

    Son illər “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Vətəndaşlar əvvəlcə üz tuturlar, sonra üzləri utanır. Çünki sözügedən təşkilatların kredit faizləri çox yüksəkdir. Bu narazılığı görmək üçün vətəndaşların fikirlərini oxumaq kifayətdir. Bəzi ailələrdə bu tip təşkilatlara görə, davalar artır, insanlar intihar həddinə çatırlar, ödəniş çətinliyi həyat komfortunu aşağı salır.

    Sadə məntiqlə yanaşsaq, heç kim vətəndaşı kredit götürməyə məcbur etmir. Ancaq digər tərəfdən, vətəndaş problemini həll etmək üçün kredit götürməyə məcburdur. Darda olan insan faizin dərəcəsinə baxmır, ödənişi etməkdə çətinlik çəkəndə faizlərin “soyuq üzü” ilə tanış olur.

    Bəs vətəndaş öz seçimi ilə çarəsizlikdən BOKT-dən kredit götürürsə, sözügedən təşkilat “kəllə-çarx” faiz qoymalıdır? Bu təşkilatların fəaliyyəti qanunidirmi?

    İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı oxu.az-a danışıb.

    O bildirib ki, Mərkəzi Bank adı hallanan qurumlara bank olmayan kredit təşkilatı kimi lisenziya verib:

    “Yəni onlar özbaşına kredit verə bilməzlər. Ölkədə özbaşına kredit verənlər sələmçilərdir, qanunsuz fəaliyyət göstərirlər. Digər təşkilatların hamısı mütləq şəkildə qeydiyyatdan keçməlidirlər. Adları çəkilən şirkətlərin hesabatları bəzən qarşıma çıxır. İllik hesabatlarını dərc edirlər. Kifayət qədər şəffaf fəaliyyət göstərdiklərini müşahidə edirəm.

    Bu təşkilatların faizlərinin çox olmasını bazar müəyyənləşdirir. Faiz pulun qiymətidir. Sözügedən BOKT-lər kiçik kreditlər verirlər: 50, 100, 500 manat və sair. Müştərilərə çox nadir hallarda 500 manatdan yuxarı kredit ayrılır. Hər bir kreditin kreditvermə xərci var: 3-5 manat. 50 manatlıq və ya 50 minlik kredit, fərq etmir. Rəsmi iş yeri, kredit tarixçəsi, aylıq məvacib və sair kimi məlumatlar öyrənilir. Haqqında danışdığımız təşkilatlar kiçik kredit verdikləri üçün xərcləri böyük olur. 100 milyonluq kreditin xərci daha az olur, nəinki 50 manatlıq kreditin xərci”.

    X.Kərimli qeyd edib ki, bu qurumların kredit başına düşən xərcləri çoxdur:

    “Həmçinin riskli və bankdan götürə bilməyən müştərilərə kredit verirlər. Şirkət əvvəldən nəzərə alır ki, ayırdıqları pulun 20-30 faizini yığa bilməyəcək. Həmişə yığa bilmədikləri pulu kredit faizinin üzərinə gəlirlər. Rəhbər şəxs əvvəlcədən oturub hesablayır ki, ehtimalla nə qədər pulu toplaya bilməyəcək?! O, daha sonra itirəcəyini düşündüyü məbləği faizə əlavə edir. Bundan əlavə, bu işi təşkil edənlərin İT xərcləri var. Çünki proses elektron şəkildə təşkil olunur. Bir üstünlükləri də komfortdur. Gecə saatlarında belə, kredit götürmək mümkündür.

    Heç kim vətəndaşları məcbur etmir ki, o təşkilatlardan pul götürsünlər”.

    İqtisadçı-ekspert Əkrəm Həsənov vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti qanunidir:

    “Onlar kredit şərtlərini müqavilə ilə təmin edirlər. Bu sahədə qanunvericilikdə heç bir məhdudiyyət yoxdur, ona görə istifadə edirlər. Bankdan kredit götürə bilməyən, rəsmi gəlirləri aşağı olan, əvvəlki kreditləri çox və ya tarixçələri pis olan vətəndaşlar müraciət edirlər. Sözügedən təşkilatlar da bundan faydalanır”.

  • Növbəti günlərdə ölkə ərazisindəki hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

    Sentyabrın 1-3-də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Neftçala, Salyan, Hacıqabul, Qobustan, Quba, Qusar, Xızı, Ordubad, Culfa, Şərurda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Siyəzən, Şabran, Xaçmaz rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

  • В Баку наказаны несовершеннолетний водитель и владелец автомобиля – ВИДЕО

    В социальных сетях распространилось видео, на котором несовершеннолетний управляет автомобилем марки ВАЗ-21214.

    Как сообщили в Управлении Государственной дорожной полиции города Баку, в результате расследования было установлено, что инцидент произошел в Бинагадинском районе. Автомобилем ВАЗ-21214 с государственным регистрационным номером 77-HC-505 управлял М.Ахмедов.

    В соответствии с действующим законодательством в отношении владельца транспортного средства Т.Ахмедова и несовершеннолетнего водителя были назначены административные наказания.

  • Bakıda sükan arxasına keçən azyaşlı və avtomobilin sahibi barəsində tədbir görüldü – VİDEO

    Sosial şəbəkə səhifələrində VAZ-21214 markalı avtomobilin azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, videogörüntü ilə əlaqədar aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Binəqədi rayonunda qeydə alındığı və VAZ-21214 markalı, 77-HC-505 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini M.Əhmədovun idarə etdiyi müəyyən edilib.

    Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin sahibi T.Əhmədov və M.Əhmədov barəsində inzibati tənbeh tədbiri görülüb.