Month: August 2024

  • Oğuzda çay evində qumarxana aşkarlanıb

    Oğuz Rayon Polis Şöbəsinə rayonun ərazisində yerləşən çay evlərinin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, görülən tədbirlərlə həmin obyektdə qumar oyunları təşkil edən icarədar Elnur Məmmədrəfiyev saxlanılıb. Çay evinə baxış zamanı qumar oyunlarına qoyulan pul vəsaiti və digər maddi sübutlar aşkarlanıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Когда повысят зарплату, пенсии и соцвыплаты?

    Министерством труда и социальной защиты населения подготовлены предложения по повышению минимальной заработной платы, о чем уже проинформирована общественность. Ожидается, что предложения будут подготовлены и представлены до 1 ноября.

    Об этом Baku.ws сообщил экономист Вугар Байрамов.

    “Решение о повышении минимальной зарплаты будет принято именно после обсуждений. Предложения по увеличению минимальной оплаты труда будут завершены этой осенью, подготовлены и представлены, после чего можно будет принять решение”, – отметил он.

    Эксперт также рассказал, что повышение пенсий осуществляется путем индексации, которая происходит в начале каждого года. В начале 2025 года ожидается принятие решения об индексации в соответствии с ростом среднемесячной заработной платы в текущем году.

    “Кроме того, в предыдущие годы, например в 2022-ом , по указанию Президента пенсионерам оказывалась помощь. Соответствующие предложения были представлены и в Милли Меджлисе шестого созыва. Думаю, после проведения оценки фискальной нагрузки и расчетов, принятие соответствующего решения не исключено”, – добавил экономист.

    По словам Вугара Байрамова, одним из основных вопросов является проведение фискальной оценки и определение требуемой финансовой нагрузки, средств, выделяемых из бюджета.

    “Учитывая, что в 2024 году происходит увеличение объема средств, выделяемых на восстановление Карабаха и Восточного Зангезура, оборону и национальную безопасность, это направление является первостепенным.

    Вместе с тем, Азербайджан сохраняет свои приоритеты в социальной сфере. На последние четыре соцпакета из госбюджета дополнительно было потрачено 7 млрд манатов. Это свидетельствует о том, что углубление социального пакета и поддержка соцполитики также остаются в центре внимания.

    Ожидаю, что шаги в этом направлении будут предприняты в соответствии с нашими фискальными доходами. Учитывая, что обсуждения повышения минимальной заработной платы завершатся до 1 ноября, предполагается, что обсуждения и представление предложений по увеличению в этом контексте могут быть завершены до того же времени. Затем прогнозируется, что шаги в этом направлении будут предприняты в соответствии с доходами госбюджета”, – резюмировал экономист.

  • Maaş, pensiya və sosial yardımlar nə vaxtdan artacaq?

    “Minimum əməkhaqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanıb, artıq bununla bağlı ictimaiyyətə məlumat verilib. Gözlənilir ki, noyabrın birinədək təkliflər hazırlanıb təqdim olunacaq”.

    Bu sözləri Baku.ws-ə iqtisadçı Vüqar Bayramov bildirib.

    Onun sözlərinə görə, məhz müzakirələrdən sonra minimum əməkhaqqının artırılacağı ilə bağlı qərarın veriləcəyi gözlənilir:

    “Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər bu ilin payızında yekunlaşacaq, hazırlanması və təqdim olunması, daha sonra qərarın verilməsi reallaşa bilər.

    Pensiyalardakı artımlar indeksasiya ilə həyata keçirilir. İndeksasiya hər ilin əvvəlində baş verir və 2025-ci ilin əvvəlində 2024-cü ildə orta aylıq əməkhaqqındakı artıma uyğun olaraq indeksasiya ilə bağlı qərarın veriləcəyi gözlənilir.

    Eyni zamanda, əvvəlki illərdə, məsələn, 2022-ci ildə Prezidentin göstərişi ilə pensiyaçılara yardımlar verilib. Bununla bağlı altıncı çağırış Milli Məclisdə də təkliflər təqdim olunub. Düşünür ki, bu istiqamətdə fiskal yükün qiymətləndirilməsi və hesablanması həyata keçirildikdən sonra məhz uyğun qərarın verilməsi istisna deyil”.

    Vüqar Bayramov əlavə edib ki, əsas məsələlərdən biri məhz fiskal qiymətləndirmənin həyata keçirilməsi və tələb olunan maliyyə yükü, büdcə tərəfindən ayrılacaq vəsaitin müəyyənləşdirilməsidir:

    “Nəzərə alsaq ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə və milli təhlükəsizliyi üçün ayrılan vəsaitin həcmində artımlar var və bu istiqamətdə prioritetdir.

    Amma bütün bunlarla yanaşı, təbii ki, sosial istiqamətdə prioritetlərini qoruyub saxlayıb və son dörd sosial paketə dövlət büdcəsindən əlavə olaraq 7 milyard manat vəsait xərclənib. Bu ondan xəbər verir ki, sosial paketin dərinləşməsi və sosial siyasətin dəstəklənməsi də prioritet olaraq qalmaqdadır

    Təbii ki, fiskal gəlirlərimizə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir. Minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələrin noyabrın birinə qədər tamamlanacağını nəzərə alsaq, gözlənti ondan ibarətdir ki, bu kontekstdə artımlarla bağlı müzakirələr və təkliflərin təqdim edilməsi bu ilin noyabrın birinə qədər tamamlana bilər. Daha sonra məhz dövlət büdcəsinin gəlirlərinə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir”.

  • Yunanıstan meşə yanğınlarının qarşısını ala bilmir: Afina Aİ-dən kömək istəyib

    Yunanıstanda, paytaxt Afinadan 38 kilometr məsafədə yerləşən Varnava qəsəbəsinin meşəlik ərazisində başlayan yanğını bütün cəhdlərə baxmayaraq, nəzarət altına almaq mümkün olmayıb.

    Median.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bu gün yanğınsöndürənlər bir nəfər qadının cəsədini aşkar ediblər.

    Ümumilikdə isə təhlükəli ərazidə olan 180 nəfər fövqəladə hallar xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

    Yanğınla mübarizə çərçivəsində doqquz kəndin boşaldıldığı bildirilir.

    Artıq Yunanıstan kömək üçün Avropa İttifaqına (Aİ) müraciət edib. Fransa, İtaliya, Türkiyə, Rumıniya və Çexiya yanğınla mübarizə üçün Afinaya kömək edəcəklərini açıqlayıblar.

  • Ночной кошмар в Гёйгёле: медведь вломился во дворы домов – ФОТО

    Несколько сёл Гёйгёльского района подверглись нападению медведя.

    Как сообщает Report, в селе Тоганалы медведь влез во дворы нескольких домов.

    Один из очевидцев происшествия, Ровшан Амирасланоглу, приехавший в село погостить, рассказал о том, что ночью за окном раздались странные звуки.

    “Выйдя из дома, я увидел, что медведь проник во двор, разрушив забор. Я находился всего в 4-5 метрах от животного и направил на него свет фонаря. К счастью, медведь не напал на меня, а около 10 секунд смотрел на свет, после чего перебежал в соседний двор”, – поделился гость.


  • Göygöldə ayı kəndə hücum edib – FOTO

    Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.

    “Report”un məlumatına görə, Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub.

    Toğanalı kəndinə qonaq qismində gedən Rövşən Əmiraslanoğlu gecə saatlarında həyətdə səs eşitdiyini bildirib. O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb.

    “Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Haradasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”.

    Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.


  • Məhkəmə əmisi və tanışı ilə birgə arvadının babasının evinə basqın edən şəxslə bağlı qərar verdi

    Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə quldurluqda təqsirləndirilən Habil Əliyev, Zaman Fərhadov və onun qardaşı oğlu Katib Fərhadovun (hər üç şəxsin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü onların hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2021-ci ilin avqust ayında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşadığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunu bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.

    Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Zaman Fərhadov, qardaşı oğlu Katib Fərhadov və tanışı Habil Əliyev ilə birlikdə əvvəlcədən planlaşdırdıqları plan üzrə üç müxtəlif avtomobillə Seyfəli kəndinə gəliblər. Zaman və Katib Mustafayevlər evin kənarında gözətçilik ediblər, Habil Əliyev isə evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb. Daha sonra ev sahibinə müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb edib, heç nə tapmadıqda isə ev sahibinin cibindəki 6 manat nağd pulu götürərək hadisə yerini tərk ediblər.

    Hadisədən sonra həmin şəxslər saxlanılıblar və barələrində həbs qətimkan tədbiri seçilib.

    Sonda bildirək ki, zərərçəkmiş Katib Fərhadovun arvadının babasıdır.

  • В Азербайджане скончался учёный

    Ушел из жизни заслуженный учитель Азербайджана, доктор философии по техническим наукам, профессор Хикмет Мамедов.

    Об этом iqtisadiyyat.az сообщили родные покойного.

    Он скончался в возрасте 86 лет после продолжительной болезни.

    Отметим, что Хикмет Сулейман оглу Мамедов родился в 1938 году. С 1975 года работал в Азербайджанском университете архитектуры и строительства (АзУАС). До выхода на пенсию занимал должность декана строительного факультета вуза. В 2012 году был удостоен медали “Терегги”, 2016-м – почетного звания “Заслуженный учитель”, 2018-м – нагрудным знаком “Передовой работник образования Азербайджанской Республики”. Почетный профессор АзУАС Х.Мамедов – автор 30 учебников и учебных пособий, 1 монографии и около 200 научных статей.

  • Azərbaycanda alim vəfat edib

    Azərbaycanın Əməkdar müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Hikmət Məmmədov vəfat edib.

    Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat veriblər.

    Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Hikmət Süleyman oğlu Məmmədov 1938-ci ildə anadan olub. O, 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) çalışıb. Təqaüdə çıxana qədər ali təhsil müəssisəsinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışıb. 2012-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adı, 2018-ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif olunub. AzMİU-nun fəxri professoru olan H.Məmmədov 30 dərslik və dərs vəsaiti, 1 monoqrafiya və 200-ə yaxın elmi məqalələrin müəllifidir.

  • В Лянкяране задержали наркодилера, у него нашли 18 кг наркотиков – ФОТО

    В результате проведенных сотрудниками Лянкяранского городского-районного отдела полиции мер задержан ранее судимый Эльшан Гусейнов.

    Как сообщает Median.Az со ссылкой на Министерство внутренних дел (МВД), его подозревают в незаконном обороте наркотических средств и психотропных веществ.

    В момент задержания у наркосбытчика было обнаружено 17 кг марихуаны и 1 кг героина, состав которых был обогащен психотропными веществами.

    В ходе расследования выяснилось, что наркотики Э.Гусейнов получил от гражданина Ирана по имени Рази. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    Сотрудники Лянкяранского городского-районного отдела полиции за последний месяц задержали в общей сложности 33 граждан, подозреваемых в незаконном обороте наркотиков.

    По данному факту проводится расследование.