Month: August 2024

  • Azərbaycan iqtisadiyyatı 4,5% böyüyüb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 70 milyard 544 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

    Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2%, qeyri neft-qaz sektorunda isə 6,7% artıb.

    ÜDM istehsalının 38,4%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 19,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10%-ni təşkil edib.

    Yeddi ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 6 921 manat olub.

  • Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar

    Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd edilib ki, iyul ayında əvvəlki aya nisbətən ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Bildirilib ki, 2024-cü ilin iyul ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma Aİ92 markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə Aİ-95 markalı avtomobil benzininin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2024-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Hava proqnozu: Sabah, avqustun 14-də hava durumu necə olacaq?

    Azərbaycanda avqustun 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 16-21° isti olacaq.

  • Badamdarda boru partladı: Bəzi evləri və küçələri su basdı – VİDEO

    Bakının Badamdar qəsəbəsində bəzi evləri və küçələri su basıb.

    Bu barədə şikayətlər Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Şikayətçilərin sözlərinə görə, sözügedən hal Seymur Məmmədov küçəsində su borusunun partlaması nəticəsində qeydə alınıb:

    “Borudan su fontan vururdu, evimə 20 santimetr su yığılmışdı. Vedrələrlə evi təmizləmişik. Hazırda “Azərsu”nun əməkdaşları suyun verilişini dayandırıblar. Ərazidə təmir işləri aparılır”.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər.

    Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Erməni futbolçu Azərbaycana gəlməkdən imtina edib?

    “Osiyek”in erməni futbolçusu Stepa Mkrtçyan komandasının UEFA Konfrans Liqasında “Zirə” ilə cavab oyunu üçün Bakıya gəlməyəcək.

    Qərar Xorvatiya klubunun rəhbərliyi tərəfindən qəbul edilib. Buna səbəb olaraq isə təhlükəsizlik məsələləri göstərilib.

    “Zirə” klubu isə bu günə qədər Azərbaycanda keçirilən idman tədbirlərində Ermənistan nümayəndələrinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu bildirib.

    Xatırladaq ki, mərkəz müdafiəçisi Stepa Mkrtçyan “Zirə” ilə Xorvatiyadakı ilk oyunda əsas heyətdə yer alıb və 63 dəqiqə meydanda olub.

    Qeyd edək ki, “Zirə” – “Osiyek” görüşü avqustun 15-də keçiriləcək. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.

  • Narkotik vasitənin təsiri altında mikroavtobusu idarə edən sürücü həbs edildi

    Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusu idarə edən sürücü həbs edilib

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi “Mersedes” markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb.

    Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib.

    M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.

  • Sabahdan bu yol tam bağlanır

    Sabah saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinə qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Median.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

  • Türkiyədə zəlzələ baş verdi

    Türkiyənin Sivas şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

    Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

    Bildirilir ki, zəlzələnin ocağı 9,7 km dərinlikdə qeydə alınıb.

  • Зачитан приговор обвиняемым в покушении на Фазиля Мустафу

    Завершился судебный процесс по уголовному делу Эмина Алиярова, Рашада Ахмедова, Азера Сарыджанова, Эльшада Аскерова и Сабухи Ширинова, задержанных в связи с покушением на бывшего депутата Фазиля Мустафы.

    Как сообщает Report, сегодня в Бакинском суде по тяжким преступлениям был зачитан приговор, согласно которому Азер Сарыджанов приговорен к пожизненному заключению, Рашад Ахмедов – к 19 годам, Сабухи Ширинов – к 20 годам, Эльшад Аскеров – к 18 годам, Эмин Алияров – к 4 годам лишения свободы.

  • Fazil Mustafaya sui-qəsd cəhdində təqsirli bilinən şəxslərdən birinə ömürlük cəza verilib

    VI çağırış Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdində təqsirli bilinən şəxslərə hökm oxunub.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, dövlət ittihamçısı Azər Səricanovun ömürlük, Rəşad Əhmədov, Elşad Əsgərov və Səbuhi Şirinovun 20 il, Emin Əliyarovun isə 5 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

    Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.